Ü m u m m IL l is a vad qa yğIS1



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə8/16
tarix21.06.2018
ölçüsü0,51 Mb.
#50035
1   ...   4   5   6   7   8   9   10   11   ...   16

yaranır,  bəzi dillərdə,  o cümlədən,  erməni,  yunan və bəzi digər 

dillərdə  «f»  səsi  yoxdur,  fındıq  yerinə  deyirlər  «pmdıq»,  Firi- 

dun əvəzinə -  Pir dun...

Dilin  qədimliyinə  dəlalət  eləyən  təkmilliyi  isə,  kəlmələrin 

fonetikasmm,  səslənməsinin  onların  semantikası,  daşıdığı  mə­

nası ilə uyğunluğu,  «səsləşməsidir».

Dil  o  yeganə  insani  amildir  ki,  canlıdır,  insan  orqanizmi 

kimi toxunulmazdır.

Böyük,  ləyaqətli,  qəhrəman  türk  xalqı  üçün  erməninin  bu 

əməli  türk  millətinin  böyük  səhvi,  itkisi,  heç  yerdə,  heç  bir 

xalqın  könüllü  surətdə,  hətta  həvəslə  (!)  düçar  olmadığı 

rüsvayçılığıdır.

Erməni  Akopun  bu  boyda  türk  millətini  belə  qəddarlıqla 

aldatması,  onun  hiyləgərliyindən  çox  bizim  özümüzün  sadə- 

dilliyimizin, türklüyümüzün nəticəsidir...

Digər əyani misallar:

Azərtürk  dilindəki  «böyük»  sözünün  osmantürk  ifadəsi 

«büyük»-dür.  Ü səsi dodaqların  büzülməsi  ilə  ifadə olunur və 

büzülmə,  daralma,  kiçilmə  təsəvvürü  yaradır.  Ü  səsi  genişiyi 

ifadə  edə  bilmir,  ö  səsi  lazımdır  -   «böyük».  Ü  səsi  «bükük», 

«büzük» sözlərində yerindədir, böyükdə yox.

Akopun  türk  beyinlərinə  yeritdiyi  əsas  «ideya»,  dediyim 

kimi,  türk  dilini  ərəb,  fars  sözlərindən  «təmizləmək»  olub. 

Bunun  isə yalnız əsassız və  faydasız deyil, həm  də dilə vurulan 

ağır  zərbə  olduğu  türkün  ağlına  gəlməyib.  Peyğəmbərimizin, 

müqəddəs  Quranımızın ərəb  dilini,  qonşu müsəlman  farsın  ən 

gözəl  sözlərini  (şahların  əməlinə  görə  millət  və  dil  günahkar 

hesab edilə  bilməz!)  kənarlaşdırmaq nə  verir? Bəlkə bu millət­

lər kirə istəyirmişlər?

Ərəblər,  farslar  özləri,  bütün  digər  millətlər  həmçinin,  baş­

qa,  dost,  hətta düşmən  millətlərdən sözlər,  qrammatik  qayda­

lar  və  s.  götürür,  bundan  faydalanırlar.  Məsələn,  erməni  dil- 

şünası  E.V.Sevortyan  yazır  ki,  minlərlə  türk  sözü  və  erməni 

dili  qrammatikasının  əsası  türk  dilindən  götürülüb;  farsların 

türk  dilindən  götürdüyü  yüzlərlə  sözün,  onların  fars  dilində

30

istifadəsinin  tədqiqatı  barədə  Dürdanə  xanım  Rəhimli  «Müa­



sir  fars  dilində  azərtürk  sözləri»  adında  150  səhifəlik  kitab 

nəşr etdirmişdir.

Rus  dilinin  lüğət  tərkibinin  80  faizə qədəri başqa dillərdən, 

o  cümlədən  türk  dilindən  alınmadır;  idman  istilahları  -   ingi- 

liscədən,  musiqi  -   italyancadan,  salon-məclis  -   fransızcadan, 

texnika-sənaye  -   almancadan,  dəniz  -   hollandcadan,  məişət 

terminləri  -   türkcədən  və  s.  götürülüb.  Banya,  uksus,  şuba, 

sneq,  sup,  hətta mama,  papa -  rus  sözləri  deyil.  Türk  dilindən 

elə  yalnız  məşhur  rus  soyadlarının  kökünü  təşkil  edən  300 

sözün  şərhinə  N.A.Baskakovun  280  səhifəlik  kitabı  həsr  olu­

nub. Buna baxmayaraq hamı rus dilini «böyük dil» adlandırır.

Bu  yerdə  mən  tarixin  çox  böyük,  ümumbəşəri,  həm  də  ol­

duqca  müdrik  bir  Şərq  mədəniyyət  hadisəsinin  barəsində 

yazmaq  istəyirəm.  Bu  barədə,  ola  bilsin  ki,  məndən  əvvəl  də 

yazan  olub.  Hər  halda  onu  mən  Özüm  üçün  kəşf edəndə  tə­

əccüblü fərəhim məni ürəkdən sevindirdi.

Üç böyük Şərq dili...

Dünya  mədəniyyətinin  qədim  Misir,  Hind,  Çin,  Roma, 

Yunandan  yox,  məhz  orta  əsrlərdən  başlanmış  müasir  mədə­

niyyətin  yaradıcıları  və  sahibləri  olan  üç  böyük  millət  -   ərəb, 

türk, farslar qəribə bir tərzdə  (düşünürəm ki,  heç bir rəsmi qət­

namə  qəbul  etmədən)  yaradıcı  ədəbiyyatı  bu  üç  dil  arasında 

bölüşdürmüşlər:  elmi  ədəbiyyat  ərəb  dilində,  poeziya  (mədə­

niyyət) -  fars dilində, hərbi-siyasi sahə -  türk dilində yazılıb.

Adi,  normal  milli  münasibətlər  şəraitində  belə  bir  böyük 

razılığın  əldə  edilməsi  çox  mürəkkəb  məsələdir.  Halbuki,  əsr­

lər  boyu  bu  üç  qonşu millətin  dövlətləri  arasında  qanlı  müha­

ribələr gedib, daimi milli ziddiyyətlər sönməyib.

Belə  bir  ziddiyyətli  şəraitdə  dillərin  bölgü  təyinatı  işləyib 

yaradıb,  xeyir  gətirib -  hamıya  və  heç  kim  buna  mane  olmaq 

istəməyib,  hamı  razılıqla  və  həvəslə  üç  dili  öyrənib,  Ümum- 

şərq -  Ümumislam mədəniyyətinin  inkişafına  öz bacarıqlı xid­

mətini  eləyib.  Qurandan  gələn  bu  elm-mədəniyyət  Şərqin  və 

daha sonra Qərbin müasir mədəniyyətini və həyatını yaradıb.

31



Allah  önündə  hər  kəs  təkbətək,  vasitəsiz  cavab  verdiyi  ki­

mi,  elm  və  mədəniyyət  önündə  də  hər  millət  özü  cavabdeh 

olub dilbir, dinbir,  dərdbir.

Ərəb -  elm dili.  Bu dilin  böyük türk  (indi -  özbəktürk) Əbu 

Reyhan  əl-Biruninin,  fars  (indi  -   tacikfars)  Əbu  Əli  İbn- 

Siamn,  türk  (indi  -  azərtürk)  Nəsirəddin Tusinin dünyəvi riy­

azi elmlərin  əsasım  qoymağında  həlledici xidməti oldu -  onla­

rın  ərəb  dilindəki  kitabları  Avropanı  da  400  il  ərzində  savad- 

landırdı ayağa qaldırdı.



Fars  -   poeziya  dili.  Mənim  əziz  dostum  mərhum  Yunis 

Qəmbərli  ulu  Nizaminin  əsərlərini  originalda,  misilsiz  fars 

dilində oxumaq zövqü naminə bu dili öyrənirdi. Avropanın ən 

böyük  alim-şairi  İohan  Volfqanq  Qoethe  (bu adı almancadan 

götürməyi  indiyə  qədər  bacarmayan,  ruscadan  tərcümə eləyə­

rək  eybəcər  şəklə  salan  piyada  yazıçılarımızın  yerinə mən  hə­

mişə  utanmışam.  İndi  də  eləyiblər  yeni  təhrif Höte (?!)...  Hə­

min o  böyük şəxsiyyət Qoethe) Şərq  (fars  dili) poeziyasını mi­

silsiz  hesab edir.  Şərq  poeziyasının  zirvəsi  isə  fars dilində yaz­

mış  dörd  korifey-şairin  adını  daşıyır:  Əbülqasim  Firdovsi, 

Nizami Gəncəvi,  Müşrifəddin  Səədi, Hafiz Şirazı.

Türk -  hərb-siyasət  dili.  Yuxarıda  dediyim  kimi, Sakit  oke­

andan  Atlantik  okeana,  Şimal  Buzlu  okeanından  Hind  okea­

nına  qədər  dünyanın  üç  qitəsinin  minilliklər  ərzində  sahibi 

olan,  110  türk  dövlətçiliyinin,  o  cümlədən  15  imperiyanın  ya­

radıcıları,  hakim dilin daşıyıcıları türklər olublar.

Uç  millət  tərəfindən  dünya mədəniyyətinin  əsasının  qoyul­

masında  bu  düşüncəli,  birgə  və  məhsuldar  dil  birliyi  görü­

ndüyü qədər sadə və asan  məsələ deyil:  düşünün! Bunun üçün, 

qəbul  edilən  bu  dil  -   iş  birliyi  üçün  hər  üç  millət  hər  üç  dili 

bilməli idi və bilirdi!  O qədər  kamil ki, məsələn,  azərtürk, gən­

cəli Nizami farsın ən incə Şiraz ləhcəsinin nəinki gözəl bilicisi, 

həm də böyük yaradıcısı olsun -  XII əsrin ikinci yarısında.

Dünya elminin  korifeyi,  böyük azərtürk alimi Nəsirəddinin 

isə  elmi  əsərləri  ərəb  dilində,  qəbri  dünyanın  o  zamankı  elm 

mərkəzi  olan  Bağdaddadır  (1274),  adı  isə  Ay  coğrafiyasında,

32

«Nəsirəddin  krateri»ndə,  gələcək  kosmik  insanları  qarşılaya- 



caqdır.

Böyük  türk  imperatoru,  özü  barədə:  «Biz  türk  oğlu 

türkük»  deyən  Əmir  Teymura  Parisdə  fransızların  ucaltdığı 

abidənin  postamentində  minnətdar  Avropa  adından  yazılıb: 

«Avropanın  xilaskarına».  Bu  üç  dil  uzaqlaşmamalı,  yaxınlaş­

malıdır, hər üçünün (və dünyanın!) marağı və xeyiri naminə.

Dilimizə  təbii  surətdə  daxil  olmuş,  doğmalaşmış,  mənalı, 

nəfis  fars  və  ərəb  sözlərini  nəyə  görə  kənarlaşdırmalıyıq?  Və 

onların  əvəzinə  erməninin  uydurduğu,  çox  halda  gülməli  (və 

ağlamalı...) əldəqayırma «sözlər»i dilimizə daxil etmək bizə nə 

verir?  «Çap»  sözünü  «basım»la,  «məcburiyyət»i  -   «zorunda 

qalmacpA'd,

 

«azadlığı» 



«

özgürlükh

», 


«müqəddəsi» 

-  


«kutsal»\d 

«müzakirəni»  -   «dartışmaq»la  əvəz  edib.  Axı  «basım»,  «zor», 

«dartışma»  sözlərinin  öz  mənaları  var.  «Zorunda»  kim  qalar, 

erməni  Zor  Balayandan  başqa?  «Müzakirəyə»  «dartışma» 

deyirlərsə,  bəs  «dartışma»ya  nə  deyirlər?  «Müzakirə»?  Siyasət 

olub  «politika»,

 

mədəniyyət  -   «kültür»  və  s.  Ərəb,  fars  sözləri 



olmaz, fransız, alman sözləri -  olar -  niyə?

Bütün  bu  və  minlərlə bu  növ  uydurmalar dili çirkləndirmək- 

dən, eybəcərləşdirməkdən başqa heç nəyə «xidmət» eləmir.

Bir  baxın,  eşidin,  bir  də deyirəm,  sumer-türkün  dilinin  mi­

silsiz  gözəlliyini  erməni  necə  murdarlayıb:  tənqid  -   «eleştir- 

mə»,

 

tayı  (bərabəri)  olmayan  -   eşiyok,  həll  etmə 



-  

«çözmə», 

bərabər -  «eşit»,

 

təfsilat -  «ayrıntı»,



 

xudahafiz -  «allahaismar- 



ladık»...

Turşu  olub  «asit»,  hüquq sözünü  atıb, deyir -  «haqq».  Axı 

haqqın  özünün  öz mənası  var.  Deməli  dili  «hüquq»  sözündən 

məhrum edib.  İnsan haqları yox, insan hüquqları deyilməlidir. 

«Nazir»  sözünü  eləyib  «bakan».  «Bakan»  isə  biz  mala,  qoyu­

na  baxana  deyirik.  «Nazir»  istilahdır,  termindir  və  bu  əlavə 

söz vacibdir

«Əvvəlcə»  sözünü  eləyib  «öncə».

 

«Əvvəlcə»  sözündən  əv­



vəlki, əvvəla, əvvəllər, əvvəl,  əvvəlinci,  əvvəldə...  sözləri alınır, 

«öncə»dən  -   alınmır.  Ərəb  sözü  «məktəb»i  eləyib  «okul».  Hə­

33



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə