Ü m u m m IL l is a vad qa yğIS1



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə12/16
tarix21.06.2018
ölçüsü0,51 Mb.
#50035
1   ...   8   9   10   11   12   13   14   15   16

Bütün  azərtürk  sözlərinin  deyilişində  vurğunun  sonuncu 

heca  üstündə  olması  qanunu  göz  bəbəyi  kimi  qorunmalıdır! 

Bu,  dilimizin  misilsiz  gözəlliyinin  saxlanması  üçün  çox  vacib 

amildir!


Unuda  bilmirəm,  türkün  dünyada  -   bütün  tarixdə  (!)  ən 

qədim,  ən  təkmil dilini  Martayan  salıb ayağının altına,  tapda­

layıb,  təhqir  edib(!)  ondan  yeni,  «təmiz»  bir dil protezi  yapıb. 

Bax  bu  protez  türk-erməni  dili  90  ildir  sadəlövh  türk  milləti­

nin  ağzım yara eləməkdədir.  Bu dövrdə Akopun  «türk»  dilin­

də,  yeni  «Çalı  quşu»  yaranmayıb,  Atatürkün  türk  dilində 

«tartışma»  yox  idi,  «özgürlük»  yox  idi,  «Kuyruklu  piano», 

tramvay  altından  çıxan  «alafranga»  və  digər  «fransız  sözləri» 

yox idi.

Son  zamanlar  azərtürk  dilinə  «neologizm»lər  də  gətirirlər: 



civcırında,  kültür,  dəmək,  dönəm,  sıçak,  sue...  Onlar dili  nəinki 

yaxşılaşdırmır, əksinə, pisləşdirir, çirkləndirir, murdarlayır.

Bu, türkləşmə deyil, erməniləşmədir.

Yadıma gəlir, 40-50  ilin söhbətidir.  Hüseyn Cavidin bir cil­

dini  aldım,  oxudum.  Və  bundan  sonra  qəribə  bir  tərzdə, 

gördüm  ki,  öz  fikirlərimi  başlamışam  şeirlə  düşünməyə,  özü 

də  ovaxtkı  türk  dilində,  Cavidin  dilində!  Türkün  dili  bu  idi, 

Cavidin  poeziyası  belə  idi!  Bu,  «köhnə»  türk  lisanı  idi,  gözəl, 

incə, mənalı.  Gəliyorum, gediyorum sözləri, evet kəlməsi mənə 

o  türkçədə  zövq  verirdi.  İndi  əksinə...  Müasir  (bu  sözü  də 

Martayan  tullayıb) -   «modern»  erməni-fransız-«türk»  dilində 

olan kullanma,  ilişki,  tutuklamak o türkcədə yox idi.

Erməni  Martayanm  dilə  vurduğu  zərbə  türk  millətinin  ən 

ağrılı,  ən  böyük  fəlakətidir.  Bunu  türk  alimləri  anlamalı,  bu 

eybəcər əmələ imkan verməməli  idilər. Veriblər...

Dilin  toxunulmazlığı,  ona  süni  müdaxilənin  yolverilməzliyi 

bu  gün  azərtürk  dilinin  timsalında  xüsusilə  kəskin  görünür. 

Nəyə görə? Yalnız iki amili qeyd edirəm:

1.  Dünyanın  ən qədim yazılı,  ilk  -  sumer  dilindən  yadigar 

qalan  azərtürk  dili,  erməninin  «yapdığı»  «islahat»dan 

əvvəlki  osmanlı-türk  dili  həmçinin,  qeyd  etdiyim  kimi,

46

öz qrammatikasının mütləq təkmilliyinə görə  bütiin müa­



sir  və  qədim  dillər içərisində müstəsnadır,  misilsizdir!  Ən 

qədim,  bütün  insani  müqəddəslərin  hamısından  ulu  olan 

bu dünya yadigarını,  bəşərin ən qiymətli relikviyasını dəy­

işməyə  heç  kimin  mənəvi  ixtiyarı  yoxdur,  buna  heç  bir 

alimin elmi və idrakı çatmaz. Bu,  dilə süni müdaxilə,  tiirk 

millətinin,  bütün  bəşəriyyətin  çox  böyük,  ən  böyük  nai­

liyyətinə,  12 min il yaşamış,  inkişaf etmiş,  cilalanmış can­

lı dünya sərvətinə qarşı qəsd olardı.  Heç bir tiirk,  heç bir 

vicdanlı  insan  belə  bir  qəddar  cinayətə yol  verə  bilməz! 

Belə qətlə yalnız iblisin əli qalxa bilər.  Təəssüf ki,  bu  ib­

lis  -  erməni  Akop  Martayan  gəlib,  bu  boyda  xalqı  belə 

qəddarcasına aldadıb...

2.  Ümummilli  türk  ünsiyyət  dili  problemi  qarşıda  durur.

Onun iki cür həlli təklif olunur:

1) müxtəlif türk ləhcələri əsasında ümumi dili  yaratmaq:

2)  indiki  türk  ləhcələrindən  birini  ümumi  ünsiyyət  dili 

kimi qəbul etmək.

Birinci  təklif  yaramır:  daimi  istifadəsiz,  xüsusi  sahibi 

olmayan  süni  dil  həyata  daxil  ola  bilmir,  məsələn,  Av­

ropa dilləri əsasında yaradılmış süni esperanto dili  kimi. 

İkinci  təklif  barədə  isə  mənim  rəyim  belədir.  Məkrli 

eqoizm  və  ya  primitiv  «urapatriotizm»  yox, fdologiya, 



elmi,  bəşəri dərrakə,  tiirk  qeyrəti,  obyektiv  vicdan  buyu­

rur,  əsas  türk  xalqlarının  məkan  -   coğrafi  vəziyyəti  isə 

təsdiq  edir:  türk  xalqlarının  yaşadığı  ərazinin  ortasında 

yerləşən,  sumer-tiirk  dilinin  daşıyıcı-xəzinədarı  azər­

türk lər  öz  dili ilə  bir tərəfdən  Kiçik  Asiya,  digər tərəfdən 

isə  Orta  Asiya  və  Rusiya  türkləri ilə həmsərhəd olmaqla, 

onlarla bilavasitə ünsiyyət imkanına malik olub  və indi də 

malikdir.  Odur ki,  bütün türk milləti yalnız ən təmiz sax­

lanmış,  həm  də əlavə  inkişaf etdirilmiş ən  təkmil,  coğrafi 

ortaq  vəziyyəti  tutan  türk  dilini -   azərtürk  dilini  ümumi 

ünsiyyət  dili kimi istifadə edə bilər.  Azərtürk xalqının  ən 

yaxşı türk -  indiki azərtürk dili,  qeyd etdiyim kimi,  biitiin

47



dünyanın  bütün  tarixinin  ən  qədim yadigarı,  bununla  da 

ən  qiymətli  relikviyasıdır.  Bu  dil  təkcə  türk  millətinin 

deyil,  bütün dünyanın sərvətidir,  ən  təkmil,  ən qiymətli, 

ən  incə,  ən  gözəl  və  lazımlı,  özü  də  canlı  relikviyasıdır. 

10-12  min ildən gələn bu relikviya tarixdə yeganədir.  Bu 

sözlər  əsassız  eyforiya  deyil,  tam  təsdiq  olunmuş  elmi 

faktdır.


Türkiyənin  Milli  vəzifəsi  bu  gün  bu  dilə,  şumerdən  gələn  əsl 

TÜRK  -   azərtürk  dilinə  qayıtmaqdır.  «Zərərin  yarısmdan 

qayıtmaq  da  xeyirdir».  Millətin  bu probleminin həlli türk  dünya­

sının bütün problemlərinin həllinin başlanğıcı,  üsulu və  vasitəsi ola­

caqdır.  Ondan  sonra  isə  ümumtürk  ünsiyyət  dili  ümumdünya 

ünsiyyət dilinə də çevrilə bilər. Buna da elmi əsas var.

Bütün  cəhətlərinə,  o  cümlədən  asanlığına,  qanuniliyinə, 

birmənalılığma görə azərtürk dili əvəzsizdir.

Dünya bu sərvəti itirməməlidir, əksinə, hamı onu qorumalı, 

ondan bəhrələnməlidir.  İlk dünya dilinin son dünya dili olmaq 

əsası, haqqı və imkanı var.

Ümid  edirəm  və  əminəm  ki,  türk  xalqlarının  dərrakəli 

nümayəndələri  toplaşıb,  hissiyyatla  yox,  ağılla  bu  böyük  və 

vacib  milli  məsələni  müzakirə  edəcək  və  görəcəklər:  azərtürk 

dili  ümumi  -   semantik  və  coğrafi  bağlayıcı  -   mərkəzi  dil kimi 

qəbul edilməli,  ondan biitün türk millətimiz birgə bəhrələnməlidir.

Türk millətinin bundan böyük,  əhəmiyyətli və  vacib problemi 

yoxdur.

Bu, mənim böyük arzum, milli vəsiyyətimdir.

ie   "k

  *


Hələ geniş tanınmamış əsl bir şairimizin bu kiçik həcmli, fəqət 

böyük mənalı şeirini oxumaq səadətini sizinlə bölüşürəm.

48

Fazil Bəhmanoğlu



ANA DİLİM

Türkülüyün bütövlük səsi -  

Azərbaycən türkcəsi.

Çindən  Yemçaya 

Baykaldan -  Balkanlara

hökmü çatan,

Qafqaz Altay 

Böyük turan ellərində 

Min illərdi işıq saçan,

Ana dilim.

Ünvanımız,  adımız 

Kökümüz,  əcdadımız 

Oğuz-qıpçaq soraqlı

tanrı haqlı 

«Dədəm  Qorqud» kitabı, 

Alp Arslanın  Malazgirddə 

Əsgərlərə xitabı

 -  


Ana dilim.

Bilgə Kağan vəsiyyəti 

Kaşğarh Mahmudun 

Möhtəşəm türk lüğəti, 

Yasəvinin,  Əmrənin.

Adı gözəl,  özü gözəl 

Məhəmmədə rəğbəti

Türkyəban Füzulinin 

Gözəlliyə heyrəti,

A na dilim.

Babəkin Afşinlə 

Üzbəüz söhbəti 

Eldəgizin Atabəylər dövləti, 

Sakariya,  Çanaqqala şöhrətini 

Tarixlərə yazanların qeyrəti, 

Ana dilim.

Sabirin,  Cavidin 

Millət eşqi,  qüdrəti 

Vaqifin əl çatmayan 

Şeri, sənəti,

Şəhriyarın

 -  


türkün dili 

Ulutürkün  türk sözündən 

qorxanlara nifrəti,

A na dilim.

Sən! Türk dünyasının 

bütövlük səsisən,

Anadolu,  qazax,  öz bək...

A zərbaycan türkcəsisən,

Bütün türkcələrin öncəsisən. 

Ana dilim.

49



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə