Ü m u m m IL l is a vad qa yğIS1



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə13/16
tarix21.06.2018
ölçüsü0,51 Mb.
#50035
1   ...   8   9   10   11   12   13   14   15   16

Həmin  həqiqəti  azərtürk şairi,  dərbəndli  Həmid  Şəmsəddin 

də  deyir -  heç  bir millətin  deyə bilmədiyi  Böyük Türk həqiqə­

tini:

«...Hun, əskil,  bulqaram mən,

Basiləm,  manaram mən,

Xəzərəm,  süvaram mən,

Bəncərəm,  avaram mən,

Səlcuqam,  tataram mən,

Miladdan ön varam mən!

Altaylıyam,  xakasam,

Yaqkut,  tuvin,  qazaxam,

Türkmən,  özbək,  qırğızam,

Balkaram,  qaqouzam,

Çuvaşam mən,  qumuğam,

Qaraçaylı,  noğayam.

Anamızdır  Ulu Qurd,

Atamız Dədə Qorqud.

Dünyada salıb yurd 

Türkiyə cavan Bozqurd.

Sibirdə uyqur, yakut,

Uralda tatar-başkurt!

ONLAR  BİRLƏŞMƏLİDİR!  Bu  birlik  özgə  çörəyinə  uza­

nan qəsbkar əlləri kəsər.

Bir də təkrar edirəm: sumer-türkdən gələn,  10 min illik yazılı 

tarixə  malik  olan  türk,  indiki  azərtürk  dili  bütün  tarixdə  ən 

təkmil dil,  ən qədim mədəni abidədir,  bu dil —

 bütün bəşəriyyətin 



ən qiymətli relikviyasıdır.

Onu dəyişmək,  «təmizləmək» bəhanəsi ilə kiminsə uydurduğu 

«sözlər»lə  zibilləmək,  türk milləti önündə,  dünya önündə  cinav- 

ətdir.

Türk  üçün  erməninin  yapdığı  dil  problemi.  Türkün  ən  ağır 

dərdi... Türk bunu bilmir!..

Azərbaycanda  «Türkiyə  türkcəsi»  adlandırılan  indiki  türk 

dilinin  çoxlu  təbliğatçısı,  onlardan da çox  tərəfdarı  var.  Bəzi-

50

ləri,  Mətanət  xanımın  yuxarıda  qeyd  etdiyimiz  qənaətinə görə 



-   «Ola  bilər  türkiyədən  pul  alır,  Azərbaycan  dilini  məhv  et­

mək  istəyirlər»  (Məhv  etmək  istəyənlər  var,  işləyirlər,  amma 

gizlin).  Pul  alanlar  da  var,  amma,  düşünürəm  ki,  onlar 

Türkiyə  ilə  əlaqəli  idarələrdə  işləyənlərdir,  pulu  rüşvət  kimi 

yox, məvacib və ya qanuni qonorar (honorar) şəklində  alırlar. 

Belə  şəxslərin  həmin  dilə  rəğbəti  düşüncəli-praqmatik  də  ola 

bilər.  Bu  isə təbiidir.  Fəqət,  mənim  fikrimcə,  azərtürk ziyalıla­

rının  indiki  osmantürk  dilinə  olan  rəğbəti  və  hətta məhəbbəti 

mənfəətpərvərlikdən  deyil,  səmimi  surətdə  ümumtürk  milli 

vətənpərvərlik hissiyyatından yaranır.

Əlvan  Kəbirlinin  yuxarıda gətirdiyim məqaləsinin  sərlövhə­

si -  «Saf niyyət və  qəliz  reallıq»  bizim  ziyalılarımızın  çalışma­

larına müəyyən qədər uyğundur. «Amma bir o qədər də yox».

Yazılarında  müasir  türk  sözlərindən  istifadə  etmək  həvəsi­

nin,  hətta  tamam  «türkləşmək»  istəyinin  səbəbi  Əlvan  bəyin 

dediyindən də «qəliz»dir.

İş  burasındadır  ki,  onlar məsələnin  məğzini  bilmirlər,  buna 

görə də səhv,  çox  qəliz səhv  eləyirlər.  Bu  barədə  yuxarıda  de­

dim.

Keçən  əsrin  20-ci  illərinə  qədər  osmanlı  türkcəsi  və  Azər­



baycan  türkcəsi,  həqiqətən,  bir  dil  idi,  bəzi  istisnalar  olsa  da, 

qarşılıqlı  surətdə,  yaxşı  anlaşılırdı.  Amma,  dediyim  kimi,  bir 

qəribə,  bütün  dünya  tarixində  görünməmiş,  eybəcər  hadisə 

baş verdi.  Türk  dilinin  köklü surətdə «islahatı»,  dəyişdirilməsi 

məsələsi  qoyuldu,  dövlət  tərəfindən  bəyənildi,  həll  olundu, 

istifadəyə buraxıldı.

Məntiqi düşüncə və müəyyən qədər də tarixi məlumat bunu 

deməyə  imkan,  hətta  əsas  verir ki,  məsələnin  bütün  mərhələlə­

rinin  əsas  təşəbbüskarı  Türkiyə  vətəndaşı,  hətta  sadəcə  vətən­

daş  yox,  məşhur  alimi,  türkoloq  Akop  Martayan  olub.  Bu 

adam Türkiyə  ali  rəhbərliyinin  inamını  o  dərəcədə  qazanıb ki, 

ona görünməmiş «Dilaçar» ad-ləqəbini veriblər.

Milliyyətcə  erməni  olan  bu  «böyük  alim»,  türk  rəhbərliyi­

nin və  o zamankı  bütün  türk  xalqının  qapı-qonşu  ərəb  və far­

51



sa  qarşı  ənənəvi  düşmənçilik  hisslərindən  çox  bacarıqla  istifa­

də  edərək,  dilin  «düşmən»  ərəb  və  fars  sözlərindən  təmizlən­

məsi  məsələsini  qoyub  və  bu  işə  elmi  və  təşkilati  rəhbərliyi 

götürüb  boynuna.  Əhalini  də  bu  işə  cəlb  eləyərək  böyük  rüh 

yüksəkliyi  ilə  dili  yonub,  yolub  «təmizləyiblər»,  yuxarıda  de­

diyim tərzdə, emallı mebeli balta ilə «hamarlamaq kimi».

«Nə  olur  olsun,  təki  ərəb,  fars  sözü  olmasın»  -   məslək  bu 

olub.  Heç  zaman,  heç  bir  dil  belə  bir  amansız,  ağrılı  əmələ, 

hərfi  mənada  cərrahiyyə  əməliyyatına,  məruz  qalmayıb -   «el­

mi  surətdə»  kökündən  dəyişdirilmək,  təbii,  tarixi  canlı  dildən 

süni  protez  dil  «düzəltmək»!  Özü  də  dil  sahibi  sadəlövh 

türkün  xoşu  ilə,  qəddar  düşmən  erməninin  elmi,  bacarığı, 

məkrli məqsədi ilə.

Mən  əvvəl  elə  bilirdim  ki,  erməni  türkoloq  sadəcə  bacar­

mayıb,  islahatı  pis  aparıb.  Fəqət  bu  dili,  protez  türkcəni  öy­

rəndikcə gördüm ki,  xeyr,  bacarıb,  gördüyü «işi» əla eləyib və 

qoyduğu  məqsədə  tam  nail  olub:  dünyanın  ən  qədim,  səlis  və 

gözəl  sumer-türk  dilini  baltalayıb,  şil-küt  bir  çolağa,  kobud 

protezə çevirib və sadədil türklər bu protezi pəh-pəhlə götürüb 

qoyublar ağızlarına.

Bir  erməni  o  boyda  millətin  dilini  bağlayıb,  millət  isə  min­

nətdarlıq hissi ilə ona  Dilaçar adı verib!

Bu  acı  həqiqət  qəddar  düşmənin  amansız  hiyləsinin  icrası 

oldu:  ən  qədim  qanuni  türk  dili,  çöndü  oldu  süni,  kobud  bir 

protez, taxıldı türkün ağzına.

Böyük  sərkərdə,  XX  əsrin  ən  böyük  hərbi-siyasi  xadimi 

Mustafa Kamal Atatürkün -  Tarixi türklər yaradıb, onu özgə­

lər  yazıblar  -   kəlamı  tək  tarixə  deyil,  dilə,  bütün  türk  mədə­

niyyətinə aiddir.

Əsərlərimdə  yazmışam:  Türkiyədə -  dünyanın  ümumbəşəri 

ictimai,  siyasi,  iqtisadi  münasibətlərinin  düyün  nöqtəsində, 

Allahın iradəsi ilə, türk xalqı, Türk dövləti yerləşdirilib.  Başqa 

hər hansı  bir dövlət  və  xalq  bu  məkanda  belə möhkəm daya­

na, dünya sülhünü saxlaya bilməzdi.

Şükr sənə, Xudaya!

52

Dünya  maraqlarının  kəsişmə  məkanında  ümumdünya 



əmin-amanlığının  keşiyində  duran  qüdrətli  Türk  dövlətinə, 

mətin  türk  xalqına  dünya  minnətdar  olmalıdır.  Digər  türk 

xalqları  isə  Türkiyəyə  xüsusilə  borclu  olduqlarını  bir  an  belə 

unutmamalıdırlar.  Onların,  ilk  növbədə  azərtürk  xalqının 

həyatı,  varlığı  osmantürk  xalqının  sayəsində  davam  etməkdə­

dir.


Türkiyə  dövləti  və  xalqı  tarixin  ən  ağır  anlarında  saysız- 

hesabsız və insafsız düşmənlərin  hücumlarından  hərfi  mənada 

hamı  türkləri  qorumuş,  onlara  elmi-mədəni  inkişaf üçün  im­

kan  bəxş  eləmişlər.  Azərtürk  xalqı  isə,  Türkiyənin  sayəsində, 

ümumtürk  mədəniyyətini  -   elmini,  incəsənətini,  ədəbiyyatını 

dünyəvi zirvələrə qaldıra bilmişdir.

Türk  millətinin  dünya  mədəniyyətini  yaradan  6  millətdən 

biri  olduğu  faktını  mən  bu  gün  elmi  surətdə  açıb  göstərirəm 

[8].  Bu  nailiyyət  osmantürk  xalqının  misilsiz  hərbi  qəhrəman­

lığı sayəsində azərtürk xalqının gördüyü ümumtürk  işidir.

Dil  sahəsində  də  həmin  vəziyyətdir.  Türkə  qarşı  düşmən 

həmlələrinin  önündə  öz mətin  sinəsini gərən  osmantürk  xalqı­

nın  sayəsində, burada, Azərbaycanda, əcdadımız şumerin  bizə 

qoyub getdiyi  sumer-türk  dili  əsaslı  surətdə  inkişaf etdirilmiş­

dir.

Hələ  XIX  əsrdə  Qərb  mədəniyyəti  ilə  yaxın  tanışlıq  sayə­



sində böyük  Şərq mədəniyyət və siyasət xadimi,  azərtürk  Mir­

zə  Fətəli  Axundzadə  müasir  dünya  səviyyəsində  Şərq  drama­

turgiyasını,  Şərqdə  ilk  dəfə  hekayə janrını  yaratdı,  Şərq-Qərb 

fəlsəfə  fikrini  uzlaşdırdı.  Dil  sahəsində də  Axunzadənin  əməyi 

böyükdür.  Narahat türk  yaradıcısı  türk əlifbasının  latın  qrafi­

kası  ilə  əvəz  edilməsinin  layihəsini  hazırladı,  onun  qəbul  edil­

məsi təklifi ilə Türkiyəyə müraciət etdi.

O zamankı türk alimləri Mirzə  Fətəlinin mütərəqqi təklifini 

kəskin sürətdə rədd etdilər. Sonradan anladılar, qəbul etdilər.

Türk  dilinin  çox  böyük  inkişafı,  onun  həmin  dövrana  aid 

olan  problemlərinin  həlli,  o  cümlədən  ənənəvi  surətdə  qarışıq 

-   türk-ərəb-fars  dillərinin  birgə  istifadəsi  halından  azad  edil­

53



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə