Ü m u m m IL l is a vad qa yğIS1



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə16/16
tarix21.06.2018
ölçüsü0,51 Mb.
#50035
1   ...   8   9   10   11   12   13   14   15   16

Türkiyədə işlədilən indiki dil türk dili deyil.  Dəqiq desək, türk 

dilinin  islah  edilmiş,  korlanmış  indiki  halı,  süni,  protez  key­

fiyyətli  bir şeydir.  Erməni  «alim-islahatçı»nın  yapdığı  bu  pro- 

tezdən imtina etmək lazımdır.

Türk  milləti,  osmantürklər  minillərdən gələn  öz sumer  (şu- 

mer)-türk  dilini  həyata  qaytarmalı,  gələn  minillərdə  erməni 

protez dilindən azad yaşamalıdırlar.

Mən  öz şəxsi  marağımla  hesablaşmıram  (bu,  faktdır!),  mə­

nim  üçün  ümdə  məqsəd  dünyanın  taleyidir.  Bunun  üçün  isə 

ədalət, həqiqət və ümumbəşəri xeyir -  mənim meyarlarımdır.

Türkü  məndən  çox  istəyənlər  bəlkə  də  var,  amma  türkün 

dəyərini,  ləyaqətini  və  perspektivini  -   elmi  surətdə  -  məndən 

yaxşı anlayanlar olsa idi, mən şad olardım.

Türk  gələcəyin  millətidir,  bəşərin  xilaskarı  ola  bilər  və  ol­

malıdır -  özünün əsas insani  keyfiyyətləri ilə,  o cümlədən gələ­

cəyin  ümumdünya  sumer-türk  dili  ilə.  Bu  dili  təkmil  və  təmiz 

halda  saxlayan  azərtürk  xalqının  dilini,  təkmil  və  təmiz halda 

saxlamaq  və işlətmək -  bütün türk millətinin müqəddəs borcu 

və misilsiz sərvətidir.

Türk  millətinin  böyük  gələcəyi  azərtürk  dili  ilə  başlana  bi­

lər.

Bir də ki, vətənpərvərlik sözdə asandır.  İşlə vətənə xidmət -  



çətin,  ağır və vacibdir,  məsələn,  Atatürkün hərbi-siyasi xidmə­

ti kimi -  dünyəvi.

Mən  də  türk  millətimə  xidmət  etmək  ümidi  sayəsində  ya­

şamaqdayam,  elmimlə  -   dünyəvi.  Bir  vaxt  mənim  də  yolum­

dan çəkilməli olacaqlar.

Diz  üstündə  türk  xalqıma  vəsiyyətimi  eləyirəm  -   Türk  dili­

mizi bərpa edin!

Mənim  təklifimi  sakit,  düşüncəli  təmkinlə  qarşılayın.  Bili­

rəm,  bu  çox  ağır  məsələdir,  birdən-birə  anlaşılmayan 

hökmdür.


Bu hökmü mən yalnız yaşımın təfəkkürü ilə vermirəm.

Bu  ixtiyarı  mənə  kim  verib  -   bilmirəm  -   dünyanı  düzəlt­

mək!  Üç,  tamamilə yeni  elmi  fənn yaratmaq,  digər,  üç  klassik

62

elmi  kökündən  dəyişmək -   bəşəriyyətin  demək  olar  ki,  bütün 



adil problemlərinin  həllini  vermək;  hətta  20 xəstəliyin  minillər 

ərzində  heç  kimə  məlum  olmayan,  dərmansız  müalicəsini  -  

sadəcə götürülməsini  təqdim  etmək...  Bu,  heç  kimə  müyəssər 

olmayan,  ümumaləm  miqyaslı  işin  mənim,  90  yaşlı  bir  əlilin, 

tək  görə  biləsi  iş  olduğuna  özüm  inanmıram.  Necə  görülüb? 

Bilmirəm.

Bu  boyda  iş  görülübsə,  demək  bu  işin  sahibinin  sözü  la­

zımlı ola bilər.

Türk  dili  barədə  verdiyim  hökm  də,  ola  bilsin,  mənim  de­

yil...  Öyrənin,  düşünün  -   əsaslı,  ağıllı,  sakit  ürəklə  -   sonsuz 

gələcəyimiz  naminə -  ədalət,  həqiqət, qeyrət əsasında -  sizə də 

müyəssər olar.

Böyük  türkün  böyük səhvini  düzəldək,  böyük  dilimizi  bər­

pa edək -  Böyük,  ləyaqətli və qabil gələcəyimiz naminə!

Bu dediklərim  də  azdır.  Millətimə  kömək etmək,  ona  inam 

vermək  üçün  10  cildlik,  4000  səhifəlik  «Dünyanın  taleyi» 

külliyyatımın  yeni  nəşrinə  yazdığım  «Giriş»i  də  əlavə  edirəm. 

Bu  məlumat  mənim  təklifimi  ciddi  qarşılamağa,  onu  icra  et­

mək barədə qərar qəbul etməyə əlavə kömək edər.

Allah sizə hami olsun!

ƏLAVƏ.

«Dünyanın taleyi» kitabına 

GİRİŞ

Bütünlükdə bu,  insan  həyatının  obyektiv elmlərinin  -   uzun 

ömrə,  fəal  güzərana,  ləyaqətli  həyata  necə  nail  olmağın  ilk 

əsaslı  kitabıdır -  hər bir insan  və bütün bəşəriyyət üçün.  Kita­

bın  indiyədək  çapdan  çıxmış  3500  səhifəlik  səkkiz  cildində 

dolanışığın  müxtəlif  aspektləri  -   həyat  tərzi  barədə  biliklər 

təqdim edilmişdir.

Bu,  bütün  kitablardan  onunla  fərqlənir  ki,  məzmunca  ta- 

mami ilə yenidir, hamı  üçün faydalıdır, hamıya lazımdır.

Bundan  da  böyük:  «Dünyanın  taleyi»  bəşər tarixinin  epoxal

63



dönüşü, yeni, İNSANİYYƏT erasının elmi-əxlaqi açarıdır.

Klassik,  yəni  həqiqi  rəssamlıq  sahəsində  birincilik  varlığın 

zirvəsi  olan  insanın  təsvirinə  verilir.  Elmdə  də  birincilik  insan 

adlı  varlığın  ali  substansiyasının  -   ruhun  öyrənilməsinə  veril­

məli idi.  Fəqət  belə olmayıb.

XIV-XVIII  əsrlərdə Avropada,  XIX-XX əsrlərin qovşağın­

da  Rusiyada  vaqe  olan  İntibah -  Renessans  mədəniyyətin  (si­

vilizasiyanın)  kəskin  surətdə inkişafına  gətirib  çıxarmışdır.  Bu 

inkişaf  rəssamlıq,  memarlıq,  müəyyən  qədər  də  ədəbiyyat  sa­

hələrində  qeyd  olunmuşdur.  Humanitar  elmlər  sahəsində  və 

təbabətdə intibah, demək olar ki, baş verməmişdir.

Mən  üç  yeni  elmi fənnin əsasını qoymuş,  üç digər  elmin  isti­



qamət  və məqsədini dəyişmişəm.  Bu  işlər  öz  əhəmiyyətinə  görə 

intibah  səviyyəsinə  uyğundur.  Bu,  keçmişin  tarixi  təsviri,  fəl­



səfə adlanan subyektiv düşüncələr və siyasi sosiologiya -  «işıq­

lı  gələcək»  arzuları  deyil,  onların  əksinə,  tamamilə  yeni, 

obyektiv həyat elmləridir.

Mən  ilk  dəfə  Allahın  varlığının  nəzəri  yolla  -   mübahisəsiz 

və praktiki  üsulla -  təcrübi  sübutunu təqdim  etmişəm.  Bunun 

əsasında  ümumaləm  varlıq  qanununu  açmış,  birinci  həqiqəti  -  

xilqətin  kreasion  (yaranış)  yolla  intişar  etdiyini  sübut  eləmi­

şəm.  Bu  ümumaləm  qanunauyğunluqları  əsasında  isə,  insani 

əxlaqın  həyata  tətbiqi  məqsədini  daşıyan  elmi  tərbiyə  fənnlə- 

rini işləmiş, təqdim etmişəm,  o da ilk dəfə.

Bu  fənnlər  bütünlükdə  mənim  təqdim  etdiyim  İNSANİ 

HƏYAT  ELMLƏRİ  SAHƏSİnə  (qeyri-elmi  -   «HUMANİ­

TAR  ELMLƏR  SAHƏSİ»ni  rədd  edirəm)  və  təbabətə,  daha 

dəqiq -  terapiyaya aiddir.

Həmin  elmlər  barədə  akademik  elm  mərkəzi,  Rusiya  Elm­

lər Akademiyası Sibir Bölməsinin rəyi belədir: «tarixin dönüşü 

elmləri...»  Bu  elmləri  proqressiv  Roma  Papası  II  İoan  Pavel 

də rəğbətləndirmiş,  onlara xeyir-dua vermişdir.

Sosiologiya  sahəsində  tarixdə  indiyə  qədər  bəzi  işlər  görü­

lmüşdür.  Fəqət  obyektiv  həqiqət  istiqamətində  yox,  başqa, 

əsasən tərs istiqamətdə.  Klassik sosiologiya Herbert Spenserin

64

canlı  orqanizmdə  orqanların  vəzifə  bölgüsünü,  cəmiyyətdə 



insanların  vəzifə  blgüsü  ilə  müqayisə  etməsi  ideyasından  baş­

qa,  heç  vaxt  obyektiv -   elmi  nəzəriyyə  irəli  sürməmiş,  həmişə 

subyektiv -  siyasi kompelyasiyadan  ibarət olmuşdur.

Bu,  o  deməkdir  ki,  «humanitar  elmlər  sahəsi»  bütünlükdə 

elm  deyil  -   elm  obyektiv  olmalıdır.  Obyektiv  həqiqət  axtarıl­

mamış  və  tapılmamışdır,  o  heç  lazım  da  olmamış  və  arzu 

edilməmişdir.  Subyektiv  «təlimlər»  uydurulmuş,  onların 

məcmuları  «elm»  -   fəlsəfə,  etika,  tarix  v  i.a.  adlandırılmışdır. 

Bütün  bunlar isə,  nəinki  məqsədəuyğun,  hətta tərs istiqamətdə 

işləmişdir  -   həm  keyfiyyətcə,  həm  kəmiyyətcə.  Bir  sözlə, 

obyektiv, yəni elmi sosiologiya olmamışdır.

Mən  təbiiyyat və dəqiq elmlərin nümayəndəsi  (fiziki  kimya, 

kalorimetriya;  bu  sahələrdəki  tədqiqatlarım  və  kəşflərim  bey­

nəlxalq  səviyyədə  «presizion  [ən  dəqiq]  kalorimetriya  sahəsin­

də  yeni  istiqamət»  keyfiyyətində  qəbul  edilmişdir),  klassik 

«humanitar  elmlər»lə  dərindən  tanış  olandan  sonra  gördüm 

ki,  bu  sahədə  elmi  kəşflər  olmayıb.  Beləki,  məsələn  Adam 

Smitin  «izafi  dəyər»i  -   uydurmadır,  elməbənzər  boş  sözdür, 

praktiki  həyatda  ondan  heç  kim  istifadə  etməmiş  və  istifadə 

etmir;  dialektika  -   o  da  elmə  bənzər  subyektiv,  əsassız  ideya­

dır,  onun  istifadəsi,  permanent  mübarizə,  əks  nəticə  verdi 

proletariat  diktaturasının  apardığı  mübarizədə  -   kommunist 

təcrübəsində;  Şarl  Furyenin  utopik  sosializmi  -   boş  xülyadır; 

Karl  Marksın  «elmi kommunizm»i  həmçinin  kəşf deyil,  obyek­

tiv  elmin  əksinə edilən  bir  şeytan  əməlidir,  nəhayətdə  bu  əməl 

hər şeyin öz-özünə dağılıb məhv olması ilə nəticələndi.

Subyektiv,  bir-birinə  zidd  fikirlərin  konqlomeratından  iba­

rət  olan,  az qala dünya  boyda  geniş  fəlsəfədə  yalnız «dialekti­

ka  qanunu»  var.  Başqa  qanun yoxdur.  Dialektikanın  əsas  qa­

nunu -  «əksliklərin  vəhdəti və mübarizəsi»  isə obyektiv  deyil -  

təbiətdə mübarizə yoxdur.

Mənim  kəşf  etdiyim  obyektiv  varlıq  qanunu  belədir:  PO­



LYAK  MÜXTƏLİFLİKLƏRİN  CÜTLƏRDƏ  BAHƏM 

VARLIĞI -  PARİTETİ.

65



Beləki,  bütünlükdə  klassik  «humanitar  elmlər  sahəsi»nin 

bu  günkü  gündə  sadəcə  olaraq  yararsız  və  lüzumsuzdan  da 

betər,  ziyanlı  olduğunu  görmək  çətin  deyil.  Təbiətdə  mü­

barizə,  müharibə  yoxdur.  Məsələn,  canavar  və  dovşan,  eləcə 

də  insan  və  qoyun  mübarizə  aparmırlar  -   bahəm  yaşayırlar. 

Mübarizəni  dünyaya  insan  gətirmişdir.  «Həyat  -   mübarizə­

dir»  -   iblis  formuludur.  Müharibə  -   qeyri-insani,  qanunsuz 

təzahürdür.

Bəşəriyyət  öz  nəsillərinə  insani  tərbiyə  yox,  hərbi,  döyüş, 

ölüb-öldürmək  tərbiyəsi  vermiş,  döyüşçülər,  qəhrəmanlar, 

sərkərdələr  yetişdirməyə  çalışmışdır.  «Düşmən  obrazı»  yara­

daraq,  daim  təkmilləşdirilən  silahlarla  -   baltalar,  qılınclar, 

Tomahavkalarla,  nüvə  bombaları  ilə  silahlanmış  və  vuruş­

muşlar, amansız qəddarlıqla bir-birini qırmışlar.

Və  bütün  bunlar  mənasız  bədbəxtliklərdən  ibarət  olmuş­

dur...


«Mübarizə»siz,  müharibəsiz  yaşamaq  mümkündür  və  bu, 

yaxşıdır-  ağıllı  avropalılar  bu  gün  bunu  sübut  edirlər.  Kos­

mosdan  Yerin  gecə  tərəfinə  baxsan,  ocaqları  görərsən.  Yer 

kürəsinin,  demək  olar ki,  bütün səthində  atəş,  yanğın,  tonqal­

lar  parıldayır.  Onları  «kiçik  müharibələr»  adlandırırlar  və 

onlar  böyük,  ən  böyük,  III  Dünya  müharibəsinə  çevrilmək 

həvəsi  ilə  genişlənməkdədirlər.  Bu  isə  «human»  nüvə  bomba­

sının,  humanlıqdan  çox  kənar  Tomahavkların  və  Topolların 

sayəsində  sonuncu  müharibə  olacaqdır.  Belə təyinatı  həmin  o 

«human»  nüvə  silahının  yaradılmasında  «əməyi  olan»  və  bu 

işi çox yaxşı anlayan -  Eynşteyn verib.

Günü  sabah  bir  dənə  nüvə  bombası  partlaya  bilər,  Nyu 

Yorkun,  Moskvanın,  Londonun...  səmasında.  Və  o  partlayış 

obirisi  «human»  və  tərshuman  Tomahavkları,  Topolları  «kö­

məyə» çağıraraq, hər  kəsi,  o cümlədən bu əməllərin sahiblərini 

və onların müəllimlərini  kabab iyinə çevirəcəkdir.



Nə etməli?

Bu  sualı  iblis  məqsədli  Vladimir  Ulyanov  qoymuşdu, 

özünün  verdiyi  cavabı  isə  daha  da  iblisanə  oldu:  «Silahlı

66

üsyan, proletariat diktaturası, kommunist təcrübəsi».



Biz  bu  dərsi  keçmişik,  elə  həmin  o  ənənəvi-iblis  istiqamə­

tində -  mübarizə,  müharibə,  inqilab  odunun  içindən.  Və  «qa­



zancımız»  olub  «sinfi  mübarizə»də  məhv  edilən 40 milyon  «in­

qilab qəhrəmanları»nın  cəsədi.  İblisliyin  başqa  halları  da  olub. 

Atom  bombası,  digər  bir  iblisin,  Trumenin  imzası  ilə  -  

140000+70000=210000,  başqa  bir  millətin  -  yaponların  həya­

tı, bir anda əllərindən alındı -  dünyanın  obiri başında.

Bütün  bunlar  Allahdan  gizlin  baş  verə  bilməzdi;  görünür, 

hamısı lazım imiş və ona görə olub ki, insanlar fikirləşsinlər və 



-   «Nə  etməli?»  Və  nəyi  etməməli?»  əbədi  suallarına  düzgün 

cavabı tapa bilsinlər.

Yerin  bu  həyat  və  ölüm  sualları  üzərində  fikirləşən,  onlara 

cavab  tapmağı  arzu  eləyən  adamlar  olub.  Fəqət,  «istənilən 

alınmayıb».  Nüvə cəhənnəminin  iblis «ümidi» qalmaqdadır.

Düşünmək,  dünyanın  tale suallarına cavab tapmaq  məqsə­

di  ilə,  bu  sətirlərin  müəllifi,  universitet  kafedrası  rəhbəri,  pro­

fessor  vəzifəsini,  bütün  işlərini  kənara  qoyub  çıxdı  pensiy­

aya...  20  ilə.  Və  bu  gün  dünyanın  xilası,  daha dəqiq  -   dünya­

nın  taleyinin  xilası  şullarının  cavabları  əsasən  tapılmış, 

dünyaya təqdim olunur.

«Dünyanın  taleyi»  kitabına  əsasını  qoyduğum,  tamamilə 

yeni  elmi-tədris  fənnləri 

HUMANİSTİKA,  GERONTOE- 

TİKA,  BƏYTERAPİYA,  həmçinin  mənim  tərəfimdən  yeni­

dən  baxılmış,  məzmunca  yeni  ELMİ  TEOLOGİYA  və  YENİ 

ƏDƏBİYYATŞÜNASLIQ  fənnləri  də  daxildir.  Məqsəd  -  

insaniyyət  ideologiyasının,  elmi  ilahiyyətşünaslığın,  yeni,  dər­

mansız  terapiyanın  tədris  prosesinə  daxil  edilməsidir.  Axır 

nəticə:  İNSANİ  ƏXLAQın  insan  təfəkkürünə  daxil  edilməsi, 

işlədilməsi  olmalıdır.

Kitabın  artıq  çap edilmiş  8  cildində  insan  fərdinin  əsas pro­

blemlərinin  həllinin  konkret  üsulları  və  ümumiyyətlə  bəşə­

riyyətin  ən  vacib  problemlərinin  həll  edilməsinin  elmi  yolları 

şərh  edilir.  Bunlar  axtarış  və  ya  tədqiqatların  nəticəsi  deyil, 

demək  olar  ki,  hamısı  kəşflərdir -   əyani,  bir  qayda  olaraq sa­

67



də, göz önündə real, effektiv.

Elə  buna,  görünməmiş,  qlobal  miqyas  və  əhəmiyyətə  görə 

də  deyilənlər  həqiqətə  oxşamır,  həttə  namümkün  görünür, 

amma  hamısı -  sənədlidir,  nəşr edilmiş  və  ya məruzələrlə elmi 

forumlarda  deyilmişdir  (yazılı  -   forumların  Əsərlərində  çap 

olunmuşdur)  -   Moskva,  Nyu  York,  Vaşinqton,  Berlin,  Hey- 

delberq,  Stokholm,  Vena, London, Kembric,  Bakıda...

Avtor,  kimya  elmləri doktoru  (MDU,  1972),  professor  (Si­

bir,  1979),  «inqilabi  çevrilişlər»in,  Böyük  Vətən  müharibəsi­

nin,  «soyuq  müharibə»nin  iştirakçısı;  90  yaşında,  ikinci  qrup 

əlil, pensiyaçı,  Rusiya vətəndaşıdır (1974-cü ildən).

Suallar  çıxır:  əvvəla,  nə  üçün  fiziki  kimya  alimi,  professor 

öz elmini,  bütün  işlərini  və  vəzifəsini  kənara  qoyub pensiyaya 

çıxdı  və  nə  ümidlə  tamam  başqa  -   humanitar  sahəyə  keçdi, 

dünyəvi  məsələdən yapışdı;  ikincisi,  nə  üçün  o,  bu əfsanəvi işə 

öz həyatının ən yaxşı 20 ilini sərf elədi,  özü də tam ƏVƏZSİZ? 

Və  ən  əsası  -   bu  hüdudsuz,  ümumaləm  məsələsini  necə  həll 

etdi -  tək,  köməksiz, rəğbətsiz.

Bu  suallar,  görünür,  təsadüfi  ünvana  istiqamətləndirilməy­

ibmiş.  Ünvan sahibi bu olub:

Şərq  düşüncəsi  və Qərb  dünyagörüşü; ən böyük Müharibə­

nin sıravi soldatının cəbhəçi yükü və Mendeleyev kimyası üzrə 

Moskva  universitetində  müdafiə  edilən  doktorluq  dissertasiy­

ası;  Sibirdə  universitet  tələbələri  mürəbbisinin,  eyni  zamanda 

-   kosmik  texnologiya  üzrə  dünyada  (!)  heç  kimin  görə  bilmə­

diyi  (!)  qapalı  işin  rəhbərinin  məsuliyyəti...  Ən  maraqlısı  isə -  

beynəlxalq,  elita  səviyyəli  böyük  bir  kollektivin  görməli  ol­

duğu  fundamental  elmi  işin  bir  nəfər,  «qocalmayan»  qoca 

tərəfindən 90 yaşında görülməsi.

Bu sualların cavablarını müəllif özü bilmir...



Dünya  əhalisinin  çoxalma  sürəti və  hər bir  insanın həyati tə- 

labatının  daim  artması  dünyanı  gətirib  tarixin  o  anma  çatdırıb 

ki, daha irəli getməyə imkan qalmayıb -  perspektiv uçurumdur.

Tarixin  bu  «dönüş momenti»  indiki,  yırtıcı əxlaqının tam in­

karını tələb edir.  İnsani əxlaq -  qəti zərurətdir! Bu əxlaqa keçid

68

yalnız HUMANİSTİKA ELMİ ilə təmin oluna bilər.



«Qarşıdan  gələn  qorxunc  erada  bəşəriyyət  necə  yaşamalı­

dır?»

Heç  kimin  edə  bilmədiyi,  ağlına  belə  gətirmədiyi  bu  proble­

min  həlli  vasitəsini,  dünyanın  tale  sualına  cavabın  elmi-nəzəri 

LAYİHƏsini  mən  vermişəm:  HUMANİSTİKA  ELMİ  ƏSA­

SINDA,  İNSANİ  ƏXLAQ  çərçivəsində, 

Rusiya  və  Azərbay­

can  Elmlər  akademiyalarının  təsdiqi,  dünyanın ən  böyük  dini 

-  katolik kilsəsinin xeyir-duası ilə.

LAYİHƏNİN  PRAKTİKİ  İCRASI  -  dünyanın  xilası,  təh­

lükəsizliyi,  səadəti  bəşəriyyətin  ağıllı,  namuslu  və  qeyrətli  in­

sanlarının  həyat  işi  olmalıdır.  Bununla  yeni,  III  -   İNSA­

NİYYƏT  ERAsı  başlanmalıdır  -   düşmənçilikdən,  müharibə­

dən, tərrorizmdən azad era.

İndi  bu  DÜNYA  PROBLEMİnin  real  həlli  üçün  bir  şəx­



siyyətin  ağdı,  qeyrəti,  səlahiyyəti  lazımdır  -   dövlət  səviyyəsin­

də.


Ümumbəşəri  xeyirxah  adını  əbədiyyata  qoyub  gedəcək  O 

ŞƏXSİYYƏT dünyaya gələcəkmi?

*   *   *

Bundan  əvvəl  isə  bizim,  türk  millətinin  öz  problemi  həll 

olunmalıdır:  klassik türk dilimizin bərpası...

Bunun da yolunu mən (bu kitabçada) göstərirəm.

69



Ədəbiyyat

1.  Saleh N.Hajiev.  Rev Sci.  Instrum., New York,  1970, 41, 68- 

70.

2.  Saleh  N.Hajiev  et  al.  J.  Chem.  Thermodyn.,  New  York, 



1980,12, 509-519.

3.  Saleh  N.Hajiev  et  al.  J.  Organometal.  Chem.,  New  York- 

London,  1968,  11,415-422.

4.  Saleh  N.Hajiev  et al.  V.Symposium on Temperature, Wash­

ington, June,  1971,  1065-1069 və b.

5.  Гарабаглы  Салех  Бей.  Судьба  мира.  -   Баку:  Элм,  2000, 

896 с.

6.  Тариэль Вели  Нуведили.  Эдждад.  -  Сиэтл:  ВА,  Корпора­



ция, Тариэль Вели-Али,  1997, 472 с.

7.  Фрэнсис  Бэкон.  Опыты  и  наставления,  нравственные  и 

политические. -  Москва: Изд. АН СССР,  1954, 242 с.

8.  Qarabagly  Saleh  Bey.  The  Coryphaeus.  Baku,  Elm,  2007, 



138 p.

70

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə