Üç aylıq ədəbiyyat dərgisi
193
Protaqorda,
«Parmenid»də,
Kantda
transendentlik
Tanrının transendentliyi ən güclü şəkildə
dində yox, əski yunan fəlsəfəsində özünü
göstərmişdi. Öncə sofist Protaqor demişdi
ki, mən Tanrının nə olması, nə də olmaması
haqqında sübut verə bilmərəm. Bunun
üstündə Protaqorun başına oyun açmışdılar.
Teologiyada «aqnostiklər» Tanrını bilməyin
olabilməzliyini söyləyənlərdir. Məncə, ilk
aqnostik Protaqor olmuşdu.
Çox ilgincdir ki, Protaqordan, təxminən,
2300 il sonra Kant bu yunan filosofunu
anmadan Tanrı ilə bağlı onun düşüncəsini
təkrar etmişdi. Ancaq təkrar etmişdi bir
fərqlə. Söyləmişdi ki, Tanrının nə olmasını,
nə olmamasını ELMİ SÜBUTLA sübut
etmək olmaz. Bundan sonra bir nəsnəni də
dediyi üçün Kantı aqnostik saymaq olmaz.
O bildirmişdi ki, Tanrıdan gələn işığa bizim
bilincimizdə bütün pəncərələr qapalıdır,
yalnız əxalqi şüurdan başqa. Bizdə əxlaq
olduğu üçün Allahın varlığını düşünürük və
ya Allah ideyası bizim üçün bu qədər aktual
olur.
Tanrının bilinməzliyi ilə bağlı Platonun
«Parmenid» dialoqunda dərin düşüncələr
var.
Hər
nəsnəni
yaratmış
Tanrı
yaradıcılıqdan öncə tam tək olduğu üçün
Onun yanında başqası ola bilməzdi. Varlıq
bir başlanğıcdan doğub-törəyibsə, hamısı
Ondan aşağıdadır, deməli, hətta yaratdıqları
da Onun yanında duran Onun ranqında
Başqası ola bilməz. Bu isə o deməkdir ki,
varlığın başlanğıcı Təkcə olanı biz bilə
bilmərik. Çünki nəyisə bilmək üçün onu
başqası ilə tutuşdurmaq gərəkir. Başqası
yoxdursa, deməli, həmin nəyisə bilmək
olmaz. Beləliklə, artıq, eramızdan qabaq
Platon Tanrının qeyb aləmi (transendent)
olduğunu bildirmişdi. Mənə az qala möcüzə
kimi görünür ki, İbrahim dinləri Platondan
hələ xəbərsiz olduqları dönəmlərdə Allahın
bilinməzlityini, zülmətdəliyini bilmişdilər.
Haradan
bilmişdilər?
Platondan
bilməmişdilərsə,
haradan
bilmişdilər,
Tanrının Özündənmi? Bu sual açıq qalır.
Bizim dünyanın açılmasında nələr necə
açılır
İbrahim dinlərindən və Platonik fəlsəfədən
gördük ki, dünya qeyb aləmindən çıxaraq
pardaqlanır. Beləcə, varlığın bizə görünən
formalarından dərinə qayıtdıqca elə fərqlər
görürük ki, axırda Qeyb aləminə çatırıq və
ora, artıq, Zülmət səltənətidir.
Oxşar sistem fiziki aləmdə də var. Dərində
kvant hissəciklərindən o tayda, vakuumdan,
qara enerjidən də o tayda yoxluğu, heçliyi
andıran nəsəlik durur. Oradan kvarklar,
hissəciklər, elektronlar, protonlar, atomlar,
molekulalar yığıla-yığıla gəlib bizim
dünyamızdakı nəsnələrə çatır. Bax, qida
metaforası burada dadımıza çatIr. Allah-
təala sanki kvarklardakı canlı orqanizmə
yararlı olanları qida etmək üçün onlardan
atomlar, molekulalar və s.,yığa-yığa gətirib
bitkilərə, meyvələrə və ətə çıxarmışdı.
Sonra
isə
bütün bunlardan qidalar
düzəltmişdi. İnsan kvarkı yeyə bilməz, axı!
Ancaq filan bitkinin içində yeyə bilər.
Mən dedim ki, qida çox önəmli kulturoloji
simvoldur. Bu simvoldan çıxış edərək deyə
bilərik ki, Allah kvarkları yeməyə çevirən
aşbaz kimi davranaraq İudaizm, Xristianlıq,
İslam, Hinduizm və Buddizm dinlərini əta
etmişdi ki, insanlar bu dinlərin açdığı antro-
sosiopomorfik süfrələrdən İlahi enerji ilə
qidalana bilsinlər. Deməli, dinlərin antro-
sosiopomorfizminə səbəb odur ki, yalnız bu
formada insanlar İlahi bilgilərlə ağılın və
duyğusallığın birgəliyində qidalana bilirlər.
Nəzəriyyələr isə yalnız ağıl üçün bilgilər
verir. Bu ideyaya görə İbn Rüşd kimi
düşünərlər
dini
fəlsəfədən
aşağı
tutmuşdular. Din şəkillərin dilində İlahi
bilgilərdən
danışır,
elm
isə
ağıl
formalarında ağıl üçün danışır. Ancaq
filosofların dini aşağı qoymaq düşüncəsi ilə
mübahisə etmək olar. Növbəti dərsdə
bundan danışacam.
194
№ 2 (14) Yay 2015
“YAZI”NIN
AĞLAMALI GÜLÜġ
SƏHĠFƏSĠ
(Yox, zənn etdiyiniz kimi deyil. Burada
lətifə-filan getməyəcək. Amma dərginin
ətrafında dolaşan lətifəvari söhbətlər yer
alacaq.)
GÖZLƏNĠLƏN QONAQ
”Yazı”nın uzaqdan, yaxından qonaq-qarası
olur hərdən. Bir dostumuz var, Saatlıda
yaşayır: Rizvan müəllim. Kimyaçıdır.
Amma dünya ədəbiyyatını kamil bilir.
Bizim dərginin də daimi oxucusudur.
Tez-tez telefonda danışır, fikir mübadiləsi
edərdik. Bir gün yazdı ki, gəlirəm sizin
redaksiya heyəti ilə görüşəm(!?)
Gəmilərim
dənizdə
batmazmı?
Nə
redaksiya, nə redaksiya heyəti?! Bir-iki dəfə
cəhd elədim ki, deyəm, bəs... İmkan
vermədi. Dedi, gəlirəm, vəssalam. Etiraz
edə bilmədim... Fikirləşirdim ki, onu
layiqincə qarşıla bilməyəcəyimizi düşünər.
Gəldi və şəhərdən zəng vurdu ki, hara
gəlim? Redaksiya Mətbuat prospektindəmi
yerləşir?
Evin ünvanını – Sabunçunu nişan verdim.
Yaşlı olsa da arif adammış. Yedik-içdik,
dərdləşdik və təkliflərini verib getdi. Amma
ayrılanda şapkasını başına basıb
gülümsündüyünü gördüm: kişi 200
səhifəlik
dərginin
redaksiyası
olmamasından elə bil əmin olmağa
gəlibmiş. Amma gedəndə onu daha da
məmnun gördüm! Elə mən də məmnun
olmuşdum, düzünə qalsa.
ġƏHLA ġAM VƏ ONUN
OLMAYAN ġEĠR
HAQQINDA YAZI
Bu internet kefdi də vallah! Nə istəyirsən
elə. Hüqonun “Səfilləri”ni paylaş, altından
da imzanı qoy, “Karamazov qardaşları”nı
poz, təzədən yaz və imzanı qoy altına və
hakəza...
Dərgini çapa hazırlayanda dörd gözlə
interneti gəzirəm ki, birdən bir gözəl yazı-
filan dəyər gözümə, qoyum səhifəyə.
Əlbəttə, belə şey yüzdə bir olur. Amma
olur. Bu dəfə də oldu. Amma türklər
demişkən şaka kibi...
Bir şeiri gözüm aldı və yelməsindən tutub
atdım 14-cü nömrənin qutusuna. Həmin şeir
bu idi:
Mən elə sevdim ki , səni
Daşı sevsəm gül açardı.
Mən elə sevdim ki , səni
Üç aylıq ədəbiyyat dərgisi
195
Lalı sevsəm dil açardı.
Mən elə sevdim ki , səni
Qumu sevsəm göyərərdi.
O qədər ki , səni sevdim
Kimi sevsəm
Yumşalardı,
Kövrələrdi .
Mən səni sevdiyim qədər
Buzu sevsəm əriyərdi.
Dağı sevsəm
Ayaq tutub yeriyərdi.
Mən səni sevdiyim qədər
Kor quyunu sevsə idim
sinəsindən
Zəm-zəm suyu saçılardı.
Mən səni sevdiyim qədər
Kar qayanı sevsə idim
Qulaqarı açılardı.
Mən elə sevdim ki , səni
Səndən başqa
hamı bunun fərqindəydi
sən də məni sevsə idin
mənim qədər
dərdim nəydi?!
Şeirin altında (ya üstündə, yadımda deyil)
yazılmışdı: ġəhla ġam.
Xanımı axtarıb internetdə tapdım, sonra
dostluq göndərdim və yazdım ki, bu şeiriniz
kimi şeirlərinizvarsa, göndərin, çap edək.
Bu aqibəti xeyir nə yazsa yaxşıdır? O şeir
mənim deyil və müəllifini də xatıtlamıram.
Amma
sizə
şeirlərimi
göndərərəm.(!!!!!!!!!!!!!!!!!!)
Vur özünü öldür! Daha ardı yoxdur. Hə,
yox... var ardı... Bu şeirin sahibi varsa (!?)
gələn nömrə üçün özünü nişan versin və
yeni şeirlərini də bizə göndərsin... Şəhla
xanıma isə şeirə olan sevgisinə və bu yazını
yazdırdığına görə təşəkkürlər!
Olmayan redaksiyanın “ Məktublar
Ģöbəsi “(?!)
U ġAQ GU ġƏM
i
Z
Nigar Mübarizqızı
(S.Bəhlulzadə adına
gimnaziyanın Ģagirdi)
Q, qarı sevmirdi
(hekayə)
Güləbətin gözünün yaşını baş
yaylığının ucuyla sildi. Sifətindəki
qırışlar ömür yollarının iziydi...
-
Qızım, qardaşın evdəmi?
-
Hə, otağında...
-
Çağır gəlsin.
Gözünün yaşını təkrar sildi.
İstəmirdi görən olsun. “Kaş, -
fikirləşdi, - kədəri də belə asanlıqla
silib ata biləydim”.
İki uşağı təkbaşına böyütmüşdü,
min bir zülmlə! Bəzən ürəyi istəyən
kimi baxa bilməmişdi onlara, -
korluq çəkmişdi uşaqlar. Hər dəfə
də özünü qınamışdı, bir qırağa
çəkilib
xısın-xısın
ağlamışdı;
istəmirdi uşaqlar görüb pis olsun.
- Ana... – oğluydu. Onun
səsində, davranışında qəribə bir hiss
tutmuşdu neçə vaxtdı; müharibəyə
getməkdən
boyun
qaçırana
oxşayırdı. Könülsüz dolanır, öz
otağına çəkilib saatlarla üzüquylu
qalırdı.
196
№ 2 (14) Yay 2015
- Pis olma, oğul, – dili bir
söz deyirdisə də, ürəyindən qara
qanlar axırdı. -Torpaqlarımızı geri
qaytarmaq sənə nəsib olacaq...
-
Torpaq elə kasıb-kusuba
qalıb? Varlı balaları burda
kef eləsin, biz də gedək
ölək?
- Allah eləmisin, oğul. Elə niyə
deyirsən? Sənin düşmənin ölsün...
Sən getmə, o biri getməsin, bəs
vətəni kim qoruyacaq? Getməlisən,
getməsən... öz dostlarının üzünə
necə baxacaqsan? Zibanın balası
şəhiddi,
onun
üzünə
necə
baxacağıq?!
-
Demək asandı e. Səngərdə
çürüyən mən olacam...
- Orada öz dostlarınla vətəni
qoruyacaqsan, bala. Bəs mən tək
canımla sizi necə qorudum?
Oğlu hirslə qapını çırpıb
çıxdı...
Mırıltıya oxşar bir səs çıxardı
qadın. Heç vaxt oğlunun üstünə
qışqırmamışdı; onsuz da qırıq
könlünü bir də yaralamaq istəmirdi.
Aradan keçən günlər bir də
qayıtmadılar bu söhbətin üstünə.
Heç birinin deməyə əlavə sözü yox
idi, hərə öz fikrindəydi. Hər keçən
saniyə onların günündən, saatından
keçirdi, - bilirdilər... Anasının ona
necə qıydığı Murada çatmırdı, başa
düşə bilmirdi. Necə ola bilərdi ki,
ana öz balasını bilə-bilə odlara
atsın?! Ana da... necə gizlədə bilərdi
oğlunu?!
Kimdən?
Vətəndən?
Güləbətin öz oğlunu vətəndənmi
gizlədəcəkdi? Yox, vicdanı buna yol
verməzdi!
...Oğlunu yola salmaqçün
yığılmışdılar. Qürur hissiylə baxırdı
oğluna, elə bil, bir günün içində
böyüyüb kişiləşmişdi o. Uzun
müddət oğlunun boynundan sallalı
qaldı.
Quş kimi yüngül, yaşı çox
olmasa da, vaxtından əvvəl qocalmış
anasını özünə sıxmışdı Murad. Çətin
günlər anasını tez qocaltmışdı, həm
fiziki, həm də mənəvi baxımdan
yormuşdu... İndi o özü anasını
sakitləşdirməli
idi,
təmkinini
axıracan qorumalı idi.
- Dua et, ana. Sən dua etsən
hər şey yaxşı olacaq. Bacımdan
muğayat ol, qoyma pis olsun...
- Dua edəcəm, oğul. Gecə-
gündüz dualar edəcəm. Tez qayıt,
sağ-salamat qayıt. Torpaqlarımızı
qaytar, qayıt! Sən bizdən sarı
narahat olma...
Sonra bacısına sarıldı... Və
arxasına da baxmadan yola
düşdü Murad.
Yalnız
indi
oğlundan
ayrıldığını dərk etdi Güləbətin!
Aylar bir-birini qovalayırdı.
Ananın boğazından rahat tikə
keçmirdi, oğlunun bu yeməklərdən
yemədiyini fikirləşib, başını rahat
yastığa qoya bilmirdi, oğlunun
soyuq səngərdə yuxusuz qaldığını
yada salıb...
Hər gün pəncərənin qarşısında
dayanıb gözünü yollardan çəkə
bilmirdi.
Qar yağırdı. Onsuz da qarı heç
vaxt sevməyib. Qar ona “Bir gəncin
manifesti”ndəki Baharı xatırladırdı.
Anasından aralı, soyuqdan titləyən
Üç aylıq ədəbiyyat dərgisi
197
vücud... İndi isə daha çox nifrət
elədi qara! Nazik əsgər paltarında
soyuqdan dişləri dişlərinə dəyən
oğlunu təsəvvür elədi. “Heç nə
olmaz! – özü özünə toxtaqlıq verdi,
- pis günün ömrü az olar! Təki
torpaqlar azad olsun. Kişiyə qar-
boran heç nə eləməz!”
- Ana, telefona!.. – qızı idi,
ürəyinə nəsə damıbmış kimi, titrək
səslə anasını telefona səslədi.
- Alo, alo!.. – başqa heç nə deyə
bilmədi ana! Telefon dəstəyi əlindən
yerə düşdü.
Murad şəhid olmuşdu.
Güləbətin qarı onsuz da
sevmirdi,
qarlı-sazaqlı
bir
gündə dəfn elədilər Muradı.
...oğlunun
məzarı
üstünə
gəlmişdi, son bir ildə hər gün olduğu
kimi. Bu gün isə... fərqli bir gəliş
idi. Əlində məktub gəlmişdi. Bir gün
əvvəl
Muradın
əsgər
yoldaşı
gətirmişdi bu məktubu. Ölməmişdən
qabaq yazıbmış. Amma, qorxurdu
açmağa... Qurxurdu ki, oğlu son
məktubunda
onu
qınayar,
məzəmmət edər. Onu niyə ölümə
göndərdiyini sual edər. Titrək
əllərilə, qorxa-qorxa birtəhər açdı
kağızı: “...dostlarım şəhid oldu, ana!
Burda çox şeylər gördüm! Qan
gördüm, son nəfəsdə dostlarımın
iniltilərini eşitdim. Qollarımda gözü
açıq öldülər, ana! Sən düz deyirdin!
Onların intiqamını ala biləcəyim
üçün sevinirəm! Xoşbəxtəm!..”
Sonrasını
oxumadı. Oxuya
bilmədi. Göz yaşları imkan vermədi
oxuya.
PAL
i
TRA
ə
ə
ə
ə
ə
Rənggarlıq incəsənətin elə sahəsidir
ki,
burada
söz
acizdir.
Bizim
tanıdığımız
5-6
rəgdən
savayı
rəssamların min bir rəngi seçə bildiyini
kim bilmir ki?! Səttar Bəhlulzadənin
əfsanəvi
rənggarlığı,
T.Nərimanbəyovun min bir rəng çaları
görməsi buna yaxşı sübutdur.
Bu
günkü
qəhrəmanımız
da
rənggardır. Amma onun rəng sevgisinin
içində bir həsrət, bir ağrı və bir eşq də
gizlənib: doğma elinə, obasına, vətəninə
olan dədə-baba həsrəti, ağrısı, eşqi...
Söhbət milli mücadiləmizin öndəri,
xalqımızın böyük rəhbəri Məhəmməd
Əmin Rəsulzadənin nəvəsi, rəssam Rəis
Rəsulzadədən gedir. O Rəis Rəsulzadə
ki, yaşadığı Qazaxıstanda atasından
eşidəndə ki, o kimdir, haralıdır və hansı
nəslə-kökə mənsubdur, daha heç kimə,
heç nəyə gənəşmədən yeniyetmə
yaşında Bakıya üz tutur. Burda onu heç
də xoş diləlklə qarşılamayacaqlarını
198
№ 2 (14) Yay 2015
bilə-bilə. Soyuq zirzəmilərdə gecələyir,
amma babasının, atasının şəhərinin
haçansa ona sahib çıxacağına inanıb
geri çəkilmir...
...Mən
Rəislə
tanış
olanda
Vətənimizin ağır günləri idi. Dağlıq
Qarabağ və ona bitişik ərazilər işğal
olunmuşdu, ölkədə dolanışıq, iş yeri,
adi həyat norması belə yox dərəcəsində
idi. Amma Rəisdə olan həyat eşqi
adama hər şeyin yaxşı olacağını sənə də
diktə etdirirdi. Və biləndə ki, Rəis
rəssamdır,
mən
ona
daha
çox
bağlandım. Bir neçə dəfə haqqında
işlədiyim radioda veriliş hazırladım,
reportajlar etdim.
Rəis təbiət etibarı ilə çox sakit,
təlatümsüz
və rahat adam təsiri
bağışlayır. Son dərəcə səliqəli və kübar
bir görkəmi var.
Üç aylıq ədəbiyyat dərgisi
199
Əsərlərinə diqqətlə baxanda bunu
anlamaq olur: bu hal onun rəsmlərindən
gəlir. Ya bəlkə Rəisin xarakteri köçüb
əsərlərinə?
Elə bilirəm ki, rəssam və onun
əsərləri barədə danışmaqdansa, onun
rənggarlıq nümunələrinə tamaşa etmək
daha yaxşı olar. Buyurun, Rəis
Rəsulzadənin əsərlərindən ibarət daha
bir sərgi ilə bizim dərgimizdə tanış ola
bilərsiniz. Üz qabığından tutmuş, arxa
qapaınacan onun əl işlərindən istifadə
etmişik.
Yaxşı-yaxşı
baxın
ki,
gözləriniz istirahət etsin.
İncəsənət şəbəsi.
200
№ 2 (14) Yay 2015
YEN
Ġ
N
Əġ
RL
Ə
R
Dostları ilə paylaş: |