Üç aylıq ədəbiyyat dərgisi


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə35/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   31   32   33   34   35   36   37   38   ...   92

Üç aylıq ədəbiyyat dərgisi 
75 
eliyərdi.  (üzünə  oğlana  tutub  həlim 
səslə)  Qadası,  sənin  dərdin  bizim 
girəcəyimiz  kol  deyilsə,  onda  niyə  bura 
gəlmisən?  Bəlkə  məscidə  gedəsən? 
Bəlkə kilsəyə gedəsən? Bəlkə bulvara… 
yox-yox  bircə  bulvara  getmə.  Heç 
xoşum gəlmir özünü dənizə atıb öldürən 
adamlardan.  Mənasız  ölümdü  vallah! 
Hələ  axır  vaxtlar  körpünün  üstünə  çıxıb 
özünü  ordan  aşağı  atmaq  dəbə  çevrilib. 
Belə  də  düşüklük  olar.  Biz  çox  qəribə 
adamlarıq,  intihar  eləyəndə  də  nəsə 
təntənə 
axtarırıq.  Gərək  hər  şey 
dəbdəbəli ola. Əşi götür kəndiri… 
Tütəkçalan.  Ölümlə  zarafat  eləmə, 
ölüm haqdı! Xalası düüd... düüd! 
Oğlan.  Sən  niyə  ölümdən  danışırsan?! 
Dosta  bir  bax!  Təşəkkür  məsləhətinə 
görə.  Özümü  öldürəsi  olsam,  çalışarm 
dediklərinə  əməl  eləyim.  Xudmani, 
dəbdəbəsiz  bir  ölüm,  yəni  ucuzundan. 
Belə istəyirsən də! 
Tütəkçalan.  (üzünü  süpürgəçiyə  tutub 
kinayəli) Sabahın xeyir! 
Süpürgəçi. Mənə bax, ağlını başına yığ, 
niyə  özünü  öldürürsən?  Bilirsən  nə 
qədər  ölməli  adamlar  var.  Bax  sən 
onların  acığına  yaşamalısan.  Bəli!  Elə 
adamlar  var  ki,  çoxdan  ölüblər,  amma 
hələ  də  yaşayırlar,  onlar  özlərinin 
əvəzinə  başqalarının  ömrünü  yeyirlər, 
saçlarını  ağardırlar.  Əslinə  qalandaysa 
çoxdan ölüblər. Bəli! Yalvarıram özünü 
öldürmə! (oğlanan boynunu qucaqlayır
Qoymaram! Qoymaram! 
Oğlan.  (bir  təhər  onun  qollarının 
arasından  sıyrılaraq)  Əşi  əl  çək,  işə 
düşmədik!  Kim  dedi  ki,  mən  intihara 
hazırlaşıram.  Başın  xarab  olub?  Elə 
zorla  boynuma  qoyur  e!  Təkcə  küçəni 
süpürməklə  deyil,  gərək  adamın  beyni 
də  təmiz  ola.  Gör  sənin  qəlbin  nə  qədər 
qaradı  ki,  ancaq  qara  şeylər  danışa 
bilirsən. 
Tütəkçalan.  Sənin  başın  zibilləinb. 
Küçəni  yox,  sənin  beyninin  içini 
süpürmək lazımdı. 
Oğlan. Ay sağ ol. Düz sözə nə deyəsən! 
Süpürgəçi. 
(təəccüblə 
tütəkçalana 
baxaraq) Mən ac deyiləm.  
 
Pauza 
 
İncitdim hə sizi. (kövrəlir) Mən elə-belə, 
sözgəlişi  danışıram.  Sözlər  ağzımdan 
necə  çıxır,  heç  özümdə  bilmirəm.  Mən 
danışa-danışa  fikirləşirəm  axı.  İncitdim 
hə  sizi,  incitdim  hə…  (tütəkçalan  və 
oğlan qəh-qəhə çəkib gülürlər
Oğlan. Yox mən incimədim! 
Tütəkçalan. Mən də ac deyiləm! 
Süpürgəçi. 
Amma 
mən 
həmişə 
arzulamışam  ki,  bir  gün  səhər  o  başdan 
işə  gələndə  bu  Yasəmən  ağaçından 
kiminsə  özünü  asmaq  istədiyini  görüm 
və  tez  qaçıb  onun  ayağından  yapışım,  o 
çırpınsın,  çırpınsın  amma  mən  onu 
ölməyə qoymayım, amma... Deyim yaşa 
qardaşım, başqalarının acığına yaşa! 
Oğlan. Arzun ürəyində qalsın! 
 Süpürgəçi.  Amma  hər  səhər  kimisə 
xilas  eləmək  üçün  yuxudan  oyanıb  bura 
tələsirəm  və  hər  dəfə  də  eyni  şeyi 
görürəm:  qoca  tütəkçalanı  və  tənha 
ağacı.  Siz  inanırsınız  hər  dəfə  yuxudan 
durub... 
 
Pauza  
  
Oğlan.  (gülərək)  Sizə  şad  xəbərim  var. 
Tezliklə şəhərə duman gələcək. 
Tütəkçalan. Lap qaladakı kimi. 
Oğlan. Lap qaladakı kimi. 
Süpürgəçi. Kor duman. 
Oğlan. Lap korundan. 
Tütəkçalan.  (xoş  xəbərdən  riqqətə 
gələrək  ayağa  qalxır)  Duman  qalada 
olurdu,  duman  qalada  olurdu.  Kor 
duman,  çiskinli  duman.  Orda,  orda 


76
№ 4 (20) Qış- 2016
 
olanda  duman  gələndə  biz  bir-birimizi 
axtarırdıq. Orda. Orda olanda… 
Süpürgəçi.  (sevinclə)  Səni  şad  xəbər 
olasan. 
Duman 
gələcəksə 
özünü 
öldürmə. Yox, yox dumanda özünə qəsd 
eləmə.  Başqa  vaxt  gəlib  özünü  asarsan. 
Ağac durur, sən durursan. Qorxma gəlib 
ayaqlarından tutacam.  
Oğlan. Yenə başladın! 
Süpürgəçi. Mənə bax, sən hardan bildin 
ki, duman gələcək? 
Oğlan. 
Hava 
proqnozundan. 
Televizorda… 
Tütəkçalan. Mən baxmıram televizora.    
   Süpürgəçi. Mən ancaq sənə baxıram.  
Oğlan. Arada baxın, bəzən şad xəbərləri 
də deyirlər.  
Süpürgəçi.  Birdən  yalan  çıxdı?  Birdən 
aldatdılar.  Belə  götürəndə,  birinci  dəfə 
deyil ki? 
Tütəkçalan. Birdən yalan çıxdı? 
Oğlan.  Yalan  niyə  çıxır?  Həm  də  bunu 
dəqiqləşdirməyə  nə  var,  duman  bu  gün 
axşam  gələcək.  Bəlkə  də  yoldadı,  lap 
çataçatdadı. 
Tütəkçalan. 
(həyəcanlanır
Saat 
neçədi? Kimdə saat var? 
Süpürgəçi. Sən ac deyilsən ki? 
Tütəkçalan. Yox mən ac deyiləm. 
Süpürgəçi.  Deməli,  nahara  hələ  var. 
Sabahın xeyir. 
Oğlan.  Heç  bilirsiniz  bu  şəhərə  nə 
vaxtdandı duman gəlmir? 
Süpürgəçi. Sənin neçə yaşın var? Onun 
üstünə bir o qədər də gəl, neçə elədi? 
Oğlan. Qırx dörd. 
Süpürgəçi.  Dörd  dənə  on  illik.  Mən 
əlimə süpürgə alandan bu şəhərə duman 
gəlməyib. 
Həmişə 
onun 
yolunu 
gözləmişik. Sıx duman, qatı duman, kor 
duman…  Biz  inanırdıq  ki,  nə  vaxtsa  o 
gələcək,  hər  şeyin  üstünü  ağ-appaq 
yorğan  kimi  örtəcək,  bütün  gizlinlərin, 
bütün günahların və  bütün xəyanətlərin. 
Duman çəkiləndən sonra adətən təzə gün 
başlayır, adətən… 
Tütəkçalan.  Biz  qalada  olanda  duman 
tez-tez  gələrdi.  Biz  qalada  olanda 
dumanlı  havada  sərçələr  civildəşməzdi, 
ancaq  qarğalar,  qarğalar  qarıldayardı 
qarrr, qarrr… Orda da, orda da Yasəmən 
ağacı  vardı,  bax  elə  bunun  kimi,  biz 
onun altında “duman gəldi” oynayardıq. 
Duman  gələndə  qalada  bir  biz  olardıq, 
bir  də  sərçələr.  (kövrəlir)  Biz  gəldik, 
sərçələr  qaldı.  İndi  ancaq  qarğalar 
qarıldayır  qarr,  qarr…  Biz  gəldik 
sərçələr  qaldı  (ağlamsınır.  Süpürgəçi  də 
kövrəlir, onun boynunu qucaqlayır). 
Oğlan. 
Mən 
elə 
bildim 
siz 
sevinicəksiniz.  Siz  ağlayırsınız.  Siz 
ağlayırsınız? 
(hər ikisi birdən)  Yox  biz gülürük  (ikisi 
də 
gülərək  qucaqlaşırlar)  Duman 
gələcək, duman gələcək! 
Süpürgəçi.  Sən  buna  görə  dilxor 
olmuşdun?  Bizim  sevinməyimiz  səni 
qanını qaraldır? 
Oğlan.  Sən  həmişə  öz  bildiyin  şeyləri 
mənə  sırımağa  çalışırsan.  Əl  çək  bu 
xasiyyətindən. Çox pis vərdişdi, çox pis! 
Süpürgəsi. Bəs onda niyə sevinmirsən? 
Oğlan. Mən sizin kimi sevinə bilmirəm. 
Duman  gələcək,  amma  mənə  başqa  şey 
lazımdı. Dumandan mənə nə? 
Tütəkçalan. Səhv edirsən. 
Süpürgəçi.  Səhv  edirsən!  Dumanla  çox 
şey dəyişəcək. 
Tütəkçalan. 
Duman 
bizi 
qalaya 
aparacaq.  
Süpürgəçi.  Bir  yerdə,  bir  yerdə 
gedəcəyik (sevinirlər). Bəs sən? 
Oğlan. (sakitcə) Mənə heç bir dəyişiklik 
lazım  deyil.  Mən  dəyişilmək  istəmirəm. 
(pauza) Mənə yüz dollar lazımdı. 
Tütəkçalan.  (yavaşdan)  Nəsə  ürəyimə 
damıb  ki,  sən  heç  vaxt  dəyişilə 
bilməyəcəksən.  
Süpürgəçi.  Cəmi  yüz?  Sadacə  yüz?  İki 
yüz  də  yox,  elə-belə  yüz!  Bu,  bizim 
əlimizdə  nədi  ki?  Bəs  dost  nə  gündə 
lazımdı?  Elə  buna  görə  burnun  yerlə 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə