Üç aylıq ədəbiyyat dərgisi


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə34/92
tarix25.07.2018
ölçüsü4,52 Mb.
#58776
1   ...   30   31   32   33   34   35   36   37   ...   92

Üç aylıq ədəbiyyat dərgisi 
73 
Süpürgəçi. 
Belə 
aqibətin 
xeyir! 
(süpürgəsini 
götürüb  başqa  səmtə 
addımlayır)  Dəhşətdi,  süpürməyə  zibil 
tapmıram. Zibil də qəhtə çıxıb e. (üzünü 
musqiçiyə  tərəf  tutaraq)  Dur  ayağa  heç 
olmasa 
sənin 
altını 
süpürüm. 
Batırmamısan ki oraları? 
Tütəkçalan.  Qulaq  as!  Bu  da  ana 
segahı! (başqa tərzdə ritmik nəsə çalır
Süpürgəçi.  A,  bu  ana  segahı  deyil  ki? 
Bu lap diskoteka mahnısıdı! Ana segahı 
bilirsən  necə  olmalıdı?  (musiqiçi  onu 
eşidirmiş 
kimi 
yavaşdan 
çalır). 
Yandırmalıdı adamı, özü də elə-belə yox 
ha,  yandırıb-yaxmalıdı.  Göynətməlidi 
adamı, özü də elə-belə yox ha, cızdığını 
çıxarmatlıdı.  Necə  başa  salım  e  səni. 
Bax  elə  bil  bir  çappa  tut  arağını 
götürmüsən…. 
 
Tütəkçalan. Mən ac deyiləm!  
Süpürgəçi. Ə, sənə araq verən var? Elə 
bil!  Götürmüsən  bir  çappa  tut  arağını 
çəkmisən  başına,  əlini  atırsan  nəsə  bir 
şey «zakuska» eləyəsən, görürsən ki, heç 
nə  yoxdu.  Yandırır  e  səni,  yanırsan, 
yanırsan…  Yaxılırsan,  yaxılırsan… 
Gözlərindən  bıldır-bıldır  yaş  axır… 
Qışqırırsan  «ay  mama!»  Bax  budu  ana 
segahı. Çala bilərsən? 
Tütəkçalan.  Cibində  çox  pulu  olan 
adamın  zibili  də  çox  olur.  Yerişi  də 
başqa cür olur. Zibili də çox olur. Zibilin 
içindədi,  ona  görə  ki,  pulu  çoxdu. 
Zibilləyir  hər  tərəfi,  çünki  istəyir  pulu 
çox  olsun.  Pulu  çox  olanın  zbili  də  çox 
olur… 
Süpürgəçi. Mənə bax, mən elə bilirdim 
ki, sənin təkcə qulaqların ağır eşidir, sən 
demə həm də sənə gec çatırmış! Mənim 
sözlərimi  niyə  təkrarlayırsan?  Özü  də 
birinin üstünə beşini qoyaraq?! 
Tütəkçalan. Sabahın xeyir! 
Süpürgəçi.  Aqibətin  xeyir!  Mən  ac 
deyiləm!  (Süpürgəsini  acağa  söykəyib 
musiqiçinin yanında oturur) Bilirsən?  
Tütəkçalan. Bilirəm. 
Süpürgəçi. Bilmirsən! 
Tütəkçalan. Bilirəm. 
Süpürgəçi. Bilmirsən! 
Tütəkçalan. Bilirəm. 
Süpürgəçi. Yaxşı onda bilirsənsə de!  
Tütəkçalan: (tütəyini üfürür
Süpürgəçi:  Gördün?  Bilmirsən.  Bu 
küçənin  adamlarının  qırx  il  bundan 
qabaq, 
Yasəmən 
ağacının 
fidan 
vaxtlarında necə oldğunu bilmirsən. 
Tütəkçalan. 
(çiyinlərini 
çəkir
Bilmirəm. 
Süpürgəçi. 
Amma 
mən 
bilirəm. 
Yasəmən  ağacı  körpə  olanda  bu  küçə 
başdan-ayağa  zibillik  idi.  O  qədər  zibil 
olardı  ki…  Pah  zibil  deyirəm  e  sənə! 
Lap  xirtdəyəcən.  Dizə  kimi  yox  ha 
xirtdəyə kimi. Mən o vaxtlar laçın oğlan 
idim, bığıburma deyildim, amma özümə 
görə  oğlan  idim  də.  Süpürgəçi  qızlar… 
pah ölürdülər dərdimdən. Mən o vaxtlar 
iki  növbədə  işləyirdim.  Səhər  də 
süpürürdüm,  axşam  da  süpürürdüm, 
axşam  da  süpürürdüm,  səhər  də 
süpürürdüm.  Az  qalmışdı,  məni  deputat 
seçsinlər… 
Tütəkçalan. (qımışaraq) Sabahın xeyir! 
Süpürgəçi.  Bah!  Belə  aqibətin  xeyir! 
İnanmırasan?  O  vaxtlar  sağıcıları, 
pambıqçıları, fəhlələri seçirdilər də. Mən 
də  belə  götürəndə  fəhlə  sinifi  idim  axı. 
Razı  olmadım.  Dedim,  mənə  elə  öz 
küçəmin  zibili  bəsdi.  Bəli,  belə  də 
dedim.  Mənim  işim  elədi  ki,  vəzifəm 
artarsa süpürgəm də böyüməlidi, zibilim 
də  çoxalmalıdı.  Süpürgəçilik  yeganə 
sənətdi  ki,  burda  heç  kim  heç  kimin 
yerinə  göz  tikmir.  Heç  kim  heç  kimə 
vedrə  bağlamır.  Çünki  hərənin  öz 
küçəsi, hərənin öz vedrəsi var və təbii ki
hərənin də öz zibili var. 
Tütəkçalan.  (əsəbləşir)  Mən  niyə  ana 
segahı çalmalıyam ki? Niyə? Niyə? 
Süpürgəçi.  Niyə  coşdun  birdən-birə. 
Mən  sənin  xeyrin  üçün  deyirəm.  Gərək 


74
№ 4 (20) Qış- 2016
 
adamların  damarını  tutasan  ki,  sənə 
görüm-baxım  eləsinlər.  Yaxşı  pul 
qazanmaq  istəmirsən.  Onda  sən  onların 
eşitmək istədiyi mahınnı çalmalısan. Bəs 
sən  nə  edirsən?  Elə  öz  bildiyini 
püləyirsən.  
Tütəkçalan. Mən həmişə öz bildiyinimi 
çalacam.  Bax  burda,  burda  ilişib 
qalanları  (əlləri  ilə  qulaqlarını  tutub 
dartır). Bu qulağın yaddaşında nə varsa 
mən  onları  çalıram.  Niyə  belə  deyirsən, 
niyə, niyə?.. 
Süpürgəçi.  Yaxşı  bağışla,  özündən 
çıxartdım səni. İstəmirdim, istəmirdim… 
(əlini onun çiyninə aşırır). 
Pauza 
(yavaşdan)  İnan  ki,  xətrinə  dəymək 
istəmirdim. 
Başqalarının 
eşitmək 
istədiyi  mahnılar  çalsan  yaxşı  pul 
qazanarsan.  Burda  nə  var  ki?  Ey, 
səninləyəm  e  (musiqiçini  silkələyir)  Sən 
əsəbləşdin hə? İncidin hə?  
Tütəkçalan.  (qəflətən  qəh-qəhə  çəkir
Yox 
əsəbləşməmişəm! 
Hə 
əsəbləşmişəm!  Amma  incimədim,  yox, 
yox incimədim.  
 
Pauza 
 
Çox  pul  çox  zibildi.  Axı  mənim  çox 
pulum  olsa  sənin  işin  artar.  İstəməm 
başına iş açım. 
Süpürgəçi.  Gör  nəyin  dərdini  edirsən? 
Təki  sən  həmişə  zibilin  içində  olasan. 
Axı  zibil  olmasa  mən  də  olmaram.  Sən 
istəyirsən  dostun  işsiz  qalsın?  Nə  qədər 
bacarırsansa  zibillə,  lap  çox,  hamıdan 
çox.  Bircə  dəfə  süpürgəni  çəkəcəm, 
vəssalam  hamısı  bir  yolluq  yoxa 
çıxacaq. 
 
(Arıq gənc oğlan Yasəmən ağacının arxa 
tərəfindən  ehtiyatla  onlara  yaxınlaşır. 
Musiqiçinin  yanında  oturur.  Çox 
gərgindi.  Bir  neçə  dəfə  ayağa  durub-
oturur)  
Tütəkçalan. Sabahın xeyir! 
Oğlan. Yox, mən ac deyiləm. 
Süpürgəçi. 
Məzələnməyə 
adam 
tapmısan də. Ayıbdı, ayıb. 
Oğlan.  Niyə  ayıb  olur  axı.  Onsuz  da 
kardı,  eşitmir.  Bir  də,  bir də  bilirsən  nə 
var,  mənə  ağıl  öyrətmə  (həyəcanla). 
Hamınız  ağıllı  çıxmısınız!  Sözə  bax  də, 
«sabahın  xeyir»,  kim  fikirləşib  bunu? 
Mənim 
hələ 
xeyir  olan  sabahım 
açılmayıb.  Nə  bilirsən  mənim  sabahım 
xeyirdi, hə? 
Süpürgəçi.  (ayağa  durub  süpürgəsini 
götürərək) Gicdiki bu? 
Tütəkçalan. 
Mən 
öz 
bildiyinimi 
çalacam.  Bax  burda,  burda  ilişib 
qalanları (əlləri ilə qulaqlarını göstərir). 
Süpürgəçi.  Ürəyin  necə  istəyir  elə  də 
elə, əzizim.  
Tütəkçalan. Sabahın xeyir! 
Süpürgəçi.  Belə  aqibətin  xeyir!  Mənə 
bax,  səninləym  e,  səhər  o  başdan  niyə 
belə zəhər tuluğuna dönmüsən? (Oğlana 
işarə  ilə)  Mısmırığını  necə  sallayıb  e. 
Yeməyini  qarışdırmısan,  yoxsa  yuxunu. 
Birdən  batırıb  eliyərsən  e,  haranı 
lazımdı,  de  gedim  süpürüm.  Düz 
sözümdü, dost deyilik?  
Oğlan. Heyf! Nə söyərdim səni. Səni də, 
süpürgəni də… 
Süpürgəçi.  Əhvalın  düzələcəksə,  söy 
məni.  Düz  sözümdü,  incimərəm.  Dost 
deyilik?  Bir  ifritə  xalam  var  idi, 
istəyirsən onu söy. De ki sənin xalanı… 
Oğlan.  Əşi  bəsdi  də!  Ürəyim  az  qalır 
yerindən çıxsın, sən də məni ələ salmağa 
vaxt tapdın. 
Süpürgəçi. Axı nə olub? 
Oğlan.  Sizlik  deyil.  Sizin  girəcəyiniz 
kol deyil. Sizin ovudacağınız dərd deyil. 
Rahat buraxın məni. 
Tütəkçalan.  Sənin  ifritə  xalanı  (tütəklə 
düüd, düüd edir
Süpürgəçi.  Bərəkəllah.  Mənim  o  ifritə 
xalam 
eşidərdi 
sənin 
bu 
düüd, 
düüdlərini, bilirsən səni necə düüd, düüd 


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə