Ulduz Yanvar 2016 Layout 1



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə29/37
tarix14.01.2018
ölçüsü0,9 Mb.
#20499
1   ...   25   26   27   28   29   30   31   32   ...   37

təqdim etməkdən daha çox, bu əvəzsiz mənəvi

dəyərlərimizə soyuq münasibətə işarə vurmaq

məqsədi daşıyır. 

Dairəvi xalça məmulatı üzərinə səpələnmiş

rəngbərəng başmaqlar (“Başmaqlar”) da tama ‐

şaçı duyğularını qanadlandırmaq gücün dədir.

Belə ki, onların toxunma səthindəki  təzadlı

düzülüşündə məna daşıyıcılığı və rəmzi məqam ‐

lar kifayət qədərdir. Başmaqların “hik mət”ini

özünəməxsus bədii şərhlə  təqdim edən Cəlal

Ağayev həm də xalqımızın “düşüncə boğçası”nı

çözələməyi tövsiyyə edir...

Rəssamın qaralı‐yaşıllı məkanda divara

dirənən və işığa doğru can atan çox sadə biçimli

taxta nərdivanları (“Nərdivanlar”), əslində, hər

kəsin məramını özü və yaradanı bilən ömür

yolunun necəliyinə bədii işarədir. Yan‐yana sı ‐

ra lanmış bu “yüksəliş” vasitəsi ilə üz‐üzə, göz‐

gözə qalan seyrçi, əslində, iç dünyası ilə dialoqa

dəvət edilir. Yaşananları saf‐çürük edən hər

kəs, təbii ki, ilk növbədə hələlik əlçatmaz gö ‐

rünən “işığ”a çıxa bilib‐bilməyəcəyini düşünür...

Cəlal Ağayev “Samovar” əsərində sanki

təlatümlü, bəlkə də, əfsanəvi bir məkanda  baş

verən görüntünü bədiiləşdirib. Zahiri görkəminə

görə nə qədər ənənəviliyini qoruyub saxlasa

da, hiss olunur ki, rəssam təqdimatında bu

heç də bu gün dünyanın ən nüfuzlu firmalarının

is tehsalı olan  bahalı samovarlardan deyil.

Müəllif, əslində, onu əskiləşdikcə öləziyən ru ‐

hu muzun qida mənbəyi kimi qəbul edir. Bunu

başa düşənlər nəyin bahasına olursa‐olsun,

onu fəth etməyə çalışırlar. Zirvəsi çaydanlı nə ‐

həng “eliksir qaynağı”na yaxın düşməksə

çoxları düşündüyü kimi bir o qədər də asan

deyil...


Cəlal Ağayevin yaradıcılığında mənzərə

janrı bir o qədər geniş yer tutmasa da, bu

yöndə ərsəyə gətirilənlərə rəğmən, demək olar

ki, onlarda da rəssamın özünəməxsusluğu

mövcuddur. Qənaətimizcə, janrından asılı

olmayaraq, elə onu başqalarından  fərqləndirən

də budur. Böyük şairimiz Rəsul Rza rəngləri

sözlə mənalandırdığı kimi, gənc rəssam da

müxtəlif mənzərələrdə hifz olunan sirr saxlanclı

boyaların rəmzi tutumunu üzə çıxarmağa çalışır.

“Kəndin şəcərə ağacı”nda rəssamın təxəy ‐

yülündə canlandırdığı mənzərə azman ağacın

budaqlarında və yarpaqlarındadır. Bu gün

ancaq xatirələrdə yaşayan kənddən xəbər verən

də minarəsi göylərə ucalan yeganə qədim

məsciddir. Bu əsər də, əslində ismarışdır, özü

də birbaşa müxtəlif səbəblərdən dədə‐baba

yurdunu Allahın ümidinə qoyub firavanlığı

şəhərlərdə axtaranlara yönəlidir...

Rəssamın “İçərişəhər”i də bütün əsər lə rin ‐

dəki kimi  obrazlı görkəmə malikdir. Dolambac

‐ labirintəbənzər küçələri ilə özünü yayın

istisindən, qışın “Xəzri”sindən qoruyan bu

İçərişəhərin bəyaz hörgülü, qır damlı tikililərinin

ritmindəki gözəlliyi müəllif böyük ustalıqla

üzə çıxarıb. Odur ki, belə məkanlar Cəlal

Ağayevin təqdimatında qürurvericidir, desək,

yanılmarıq...

Cənc rəssamın bədii‐texniki sahədə təcrübəsi

vaxt etibarilə qısa olsa da, əsərlərinin bədii

həllində bunun əksini görürük. Әslində, hər

bir əsərin yaranmasına böyük vaxt sərf etməyən

rəssam, hər dəfə  kətan üzərində şaşırdıcı

təəssürat oyadan rəng qatı yaratmağa nail olur.

Qənaətimizcə, bu, onun yaradacaqlarını öncə

iç dünyasında tam ərsəyə gətirib ‐ “bişirib”

gerçəkləşdirməsinin nəticəsidir. Elə bu səbəbdən

də gənc olmasına baxmayaraq, Cəlal Ağayevin

heyrət dolu əsərləri tamaşaçı qəlbinə yol

tapandır...



Ziyadxan ӘLİYEV

Azərbaycan Respublikasının 

Әməkdar incəsənət xadimi, sənətşünaslıq

üzrə fəlsəfə doktoru

Aylıq ədəbiyyat dərgisi


Dünya bina olandan... 

Dünya bina olandan insanlar da bina qur ‐

ma ğa, yurd salıb yuva tikməyə meyilli olub; da ‐

xili bir fəhmlə, fitrətindən gələn təbii instinkt lə.

Nələr yaratmayıb insan əli? İbtidai icma

quruluşundan tutmuş ta müasir günümüzə

qədər tikilənlərə, qurulanlara ötəri bir nəzər

yetər. Yetər ki, bu ali varlığın düşüncə tərzində

olan inkişaf tempini mərhələlərlə müşahidə

edək. Nələr görərik? 

Bir vaxtlar otdan, ağacdan,  daşdan özünə

koma, mağara düzəldib daldalanan insan indi

nəinki göydələnlərlə göyə ucalır, hətta üzən,

uçan binalar, bina‐şəhərlər, beş yüz min insan

üçün nəzərdə tutulan nəhəng memarlıq

layihələri üzərində çalışır. 

Әlbəttə, “uçan bina”, “üzən bina” ifadələri

çoxlarına utopiya təsiri bağışlayacaq. Həyatsa

o qədər sürətlə dəyişir ki, biz heç müşahidə

etməyə belə macal tapmırıq. 

Uzağa niyə gedək, uşaqlıq illərində bax ‐

dığımız “Sehrli xalat” filmini (rejissoru Әlisəttar

Atakişiyev) xatırlayaq. Bizim dövrün şagirdi

olan Rəşiddən “gələcəyin uşaqları” çəkdiyi

fotoşəkli dərhal çıxarmağı, səsli, hərəkətli foto

çəkməyi (video) tələb edir. Rəşidsə mat‐məəttəl

qalır. Bu gün o uşaqların dövründə yaşayırıq.

Mobil telefonla danışır, səsli görüntü paylaşır,

Whatsapp‐la şəkil video göndəririk. Daha nələr,

nələr... 

Yəqin, yazını bura qədər oxuyan əziz

oxucum elə biləcək ki, mən cəmiyyətin, elmin,

texniki tərəqqinin yeni istiqamətlərindən danışıb

müqayisəli təhlil aparmaq niyyətindəyəm. 

Yox, məqsədim bu deyil.

Məsələ ondadır ki, bütün kəşflər, ixtiralar,

yeniliklər ibtidaidən aliyə doğru irəlilədikcə

yenidən bir çevrə boyu fırlanıb bu dəfə alidən

ibtidaiyə ‐ ilkə, başlanğıca, başqa sözlə desək,

təbiətə qayıdır. Və nə qədər zəngin elmi bilikərin

sahibi olursa‐olsun, insan hər bir halda, hər

bir zamanda təbiətin bir parçasıdır. Odur ki,

onunla harmoniyada olmalı, onu öyrənməli,

ondan öyrənməlidir. Və nə öyrənsə, nələri

yaratsa, o uca Yaradanın yaratdıqlarına söy ‐

kənməli, necə deyərlər, ondan iqtibas etməlidir.

68

ULDUZ /

Yanvar 2016



Hicran HÜSEYNOVA

SÖZÖNÜ


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə