Ümidlər və arzular



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə27/31
tarix14.06.2018
ölçüsü4,35 Kb.
#49039
1   ...   23   24   25   26   27   28   29   30   31

 
204 
 
 
Bacarmaq olmur 
 
Görüşdük, danışdıq bağçada-bağda 
Gül açdı arzumuz, diləklərimiz. 
 İllər ötüşsə də a dostlar bilin 
 Hələ çox cavandır ürəklərimiz. 
 
Eşqin bəlasına düşdüm neyləyim 
Peşman deyiləm,onu sevirəm. 
Vaxtsız gedən köçü necə əyləyim? 
Bu sual önündə durub əsirəm. 
 
Sevən ürəklə də bacarmaq olmur 
Axı sinədə yanan ocaqdır 
Bu dünya sevgisiz heç zaman qalmır 
Əbədi yaşayıb o qalacaqdır. 
 
Götür-qoy edərək düşündüm dərin 
Nə qədər gözəldir sevib yaşamaq. 
Vurğunu olmuşam sevən gözəlin 
Bu yükü çətindir, çətin daşımaq. 
 
Eşqin badəsini vaxtsız içmişəm 
Zəhər olub ancaq yenə bal dadıb. 
Əzablı yolları yarıb keçmişəm 
Bu yaşda sevməyim məni aldadıb. 
 


 
205 
 
 
Qınamayın məni əziz dostlarım 
Bu yolda nələrdən keçdim biləsiz. 
Qalmışam od ilə su arasında 
Kömək istəyirəm yol göstərəsiz. 
10.22.2005.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
206 
 
 
Bir gün gərəyin olar 
 
Ayaq saxla, dur, dayan 
Nura, şəfəqə boyan 
Sevgin olsun Allaha 
Batma heç vaxt günaha. 
Məni özümdən aldın 
Oda-alova saldın. 
Sevginin nə olduğun 
Ürəklərə dolduğun 
Anlamayıb bilmədin 
Görüşümə gəlmədin. 
Hər bir sözün saxtadı 
Yolun çovğun, şaxtadı 
Məni sən anlamadın 
Eşq oduna yanmadın. 
Sevgim olub lal dinməz 
Eşqin atəşi sönməz. 
Əhdə vəfalıyam mən 
Cövrü-cəfalıyam mən 
 


 
207 
 
 
Danış-danış, din bir az, 
Sevgi cavabsız olmaz. 
Bir gün məyus olarsan, 
Bir gün tənha qalarsan. 
Qoru sevgi adını, 
Qoru ocaq-odunu. 
Alışıb yanan eşqim, 
Tənha qalan bu sevgim. 
Yaxşı-yaxşı fikirləş, 
Üzün qoy olsun güləş. 
Fikir düşüncələrim, 
Sənsiz olan günlərim. 
Gəlib qəlbinə dolsun
Bir gün gərəyin olsun. 
06.04.2007.  
 
 
 
 
 


 
208 
 
 
Keçə bilmədim 
 
Dilin bir söz dedi, ürəyin bir söz, 
Hansına inanım keçə bilmədim. 
Alışdı ürəyim yanıb oldu köz 
Sənli günlərimdən keçə bilmədim. 
 
Unutmaq istərkən qəmi-kədəri 
Yarama duz səpib göynətdin dərin. 
Dəlsə də sinəmi yalan vədlərin 
Cücərən inamı biçə bilmədim. 
 
Nə qədər olsan da nə qədər böyük 
İstəməzdim görəm sözünə dönük. 
Yaralı qəlbimi etsən də bölük 
Ayrılıq şərbətin içə bilmədim. 
 
24.09.2005. 
 
 
 


 
209 
 
 
Sevgilim 
 
Gedirsən yolundan saxlamıram mən 
Bunu bilməlisən sən əzəl gündən. 
Saxta məhəbbətlə  yaşamaram mən 
Heyif ki, sən bunu etdin sevgilim. 
 
Deyirsən sevirəm bəs onda niyə
Bir ürəyi böldün iki hissəyə. 
Açmadım dərdimi mən heç kimsəyə 
Qəlbimi talan edib getdin sevgilim. 
 
De necə unudum olub keçəni 
Qara saçlarıma ələdin dəni. 
Sevirdinsə niyə atıb sən məni 
Başqa bir vüsala yetdin sevgilim. 
 
05.02.2000. 
 
 
 


 
210 
 
 
Oğlan 
 
Qəlbimi yandırır uzaq getməyin 
Mənə ağır gəlir qəfil itməyin. 
Bağrı qan lalə tək tənha bitməyin 
Sevgi çiçəyimi solduran oğlan. 
 
Bulaq tək qaynayan o qara gözlər 
Məni yaşadırdı o şirin sözlər. 
Könlümdən silinmir qoyduğun izlər 
Qəlbimi həsrətlə dolduran oğlan. 
 
Aramsız çalınan zəngə tutuldum 
Elə bil qüssədən, qəmdən qurtuldum. 
Sevincdən çeşmə tək axdım duruldum 
Məni xəyallara daldıran oğlan. 
 
05.06.2000
 
 


 
211 
 
 
Məzarımdadır 
 
Həsrətli baxışın məni yandırır 
Nəyi istədiyin mənə andırır. 
Saxta gülüşlərin məni sındırır 
Çırpınan ürəyim yollarındadır. 
 
Sevgi alovunda alışdım, yandım 
Cəfalı yollarda bezdim, usandım. 
Əziz xatirəni ürəyim sandım 
Əlinin izləri qollarımdadır. 
 
Çəkmişdin sinəmə çal-çarpaz dağı 
Şirin məhəbbətə qatdın sən acı. 
Neynirəm son anda soyuq dodağı 
Saxta öpüşlərin məzarımdadır. 
18.07.2000. 
 
 


 
212 
 
 
Baxa biləydim 
 
Ala gözlərinə mənim əzizim 
Gecə də, gündüz də baxa biləydim. 
O parlaq gözlərin dərinliyində 
Bulaq tək çağlayıb axa biləydim. 
 
Əhdi, ilqarımı saxla əmanət 
Çaşıb saf sevgimə etmə xəyanət. 
Nur saçsın qəlbinə mərdlik, dəyanət 
Sevinci, sevincə qata biləydim. 
 
Ağrılı keçsə də hər ötən günüm 
Dünyanı bürüyüb fəryadım, ünüm. 
Müqəddəs bu yoldan mən necə dönüm 
Uyuyub sinəndə yata biləydim. 
 
02.11. 2005. 
 


Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə