Ümidlər və arzular



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə25/31
tarix14.06.2018
ölçüsü4,35 Kb.
#49039
1   ...   21   22   23   24   25   26   27   28   ...   31

 
188 
 
 
Olma səssiz, səmirsiz. 
Səs ver səsimə dəniz 
Axı, neylərəm sənsiz? 
 
Necə gülərəm sənsiz? 
Danış, danış, 
Din bir az, 
Ləpələrin xoş avaz. 
Hər gün baxıram sənə. 
Gözlərim doymur yenə. 
Xəyallara dalıram. 
Hərdən sənsiz qalıram. 
Düşünürəm, daşınıram. 
Səninlə danışıram. 
Ümmansan, 
Ucsuzsan, bucaqsızsan, 
Coşqunsan, tufanlısan. 
Bəs nə üçün, ay dəniz, 
 Sən nəhəng ola-ola 
Bu suallar önündə, 
Belə lal dayanmısan?! 
 
 


 
189 
 
 
Gəncəm 
 
Mərmilər atdılar kimlər üstünə, 
Sonacan döyüşdü Cavadxan, Gəncəm. 
Yağı namərdlərin fitvası ilə, 
Axdı sinən üstə qızıl qan Gəncəm. 
 
Cəllad Sisyanovun zərbəsi idi
Səni düz çökdürmək,  əyməsi idi. 
Məqsədi Gəncəni alması idi. 
Dolandı başında çən-duman Gəncəm. 
 
Arı pətəyinə çöp uzadanlar, 
Ayağın yorğana çəp uzadanlar, 
İmam şəhərinə top uzadanlar, 
Axırda olublar peşiman, Gəncəm. 
 
Min nemət yetirən o çöllərində
Gülür güllərin də, çəmənlərin də. 
Sən yalqız qalmadın yadlar əlində, 
Namərd düşmənlərdən bac alan Gəncəm. 
 
Gəl çevir sinəmi sən varaq-varaq. 
Keçmişə üz tutaq ordan dərs alaq. 
Qoy düşmən kor olsun, biz zəfər çalaq. 
Hər gün gözəlləşən, ucalan Gəncəm. 
 
2011 


 
190 
 
 
Mən belə taleyə talemi deyim. 
 
Dünyanın sirrinə mat qalıb çaşdım. 
Dərələr, təpələr gəzib dolaşdım. 
Qara bulud kimi hey dolub daşdım, 
Mən belə taleyə talemi deyim. 
 
Hər sözüm, hər kəlməm acı görünür, 
Vücudum dumana, çənə bürünür. 
Yaralı ürəyim çətin döyünür, 
Mən belə taleyə talemi deyim. 
 
Fikirdən gecələr yuxum gəlməyir, 
Bu nəmli gözlərim niyə gülməyir? 
Arzular, ümidlər yenə ölməyir, 
Mən belə taleyə talemi deyim. 
 
Nə üçün yaratdım məni Allahım, 
Axı söylə görüm nədir günahım? 
Dünyanı bürüyüb kədərim, ahım, 
Mən belə taleyə talemi deyim. 
 
Demirəm var-dövlət içində yaşat, 
Şirindi, gözəldi, axı bu həyat. 
Yatmış kəm bəxtimi nə vaxtsa oyat
Mən belə taleyə talemi deyim. 
                 
01.08.2006.  
 


191 
Yenidən dünaya gələydim gərək 
Olub keçənləri anlatmaq üçün,
Gərək gecə-gündüz nağıl eyləyəm.
Nə qədər ağırdır, ağır mənimçün,
Ürək süfrə deyil, açım söyləyim.  
Köksüm yaralıdır, yanıb alışır,
Dərdim ürəyimdə böyükdür, böyük.
Yəqin ki, dərdlilər mənlə barışar,
Ağrılar qəlbimdə bir yükdür, bir yük. 
Nələr çəkdiyimi bir Allah bilir,
Fil çəkməz dərdləri çəkdi bu ürək.
Sinəmə çəkilən dağlar silinmir,
Dərdlərlə qalıram daim təkbətək. 
Fikrim dumanlıdır, sıxır qəlbimi,
Sizinlə bölürəm sözümü dostlar.
Görürsüz, duyursuz, qüssə-qəmimi,
Biləsiz nə qədər arzularım var. 


 
192 
 
 
Yaralı quş kimi çırpındım hər an, 
Yetib harayıma çatan olmadı. 
Gözəldi yaşamaq, gözəldi həyat. 
Dərdimi qəlbimdən atan olmadı. 
 
Qəlbimdə oyandı bir arzu, istək, 
Olaydı möcüzə bu arzum gerçək. 
Alın yazısından qurtarmaq üçün 
Yenidən dünyaya gələydim gərək. 
05.06.2005.  
 
 
 
 
 
 
 
 
 
 


 
193 
 
 
Mənim Firuzə anam 
 
Bircə kərə gözlərini aç görüm, 
Mənim əzəmətli, müqəddəs anam. 
Qaranlıq dünyama işıq saç görüm
Mənim əzəmətli, müqəddəs anam. 
 
Yaman dərd bəlanın sən özü oldun, 
Şam kimi əriyib, gül kimi soldun. 
Bütün dərdlərimin sən kökü oldun, 
Mənim əzəmətli, müqəddəs anam. 
 
Son zaman görmədim gülər üzünü, 
Hər dəfə görürüdüm qəmli gözünü, 
Nə qədər ay anam üzdün özünü, 
Mənim əzəmətli, müqəddəs anam. 
 
Sən idin arayıb, axtarıb tapan, 
Sən idin həmişə qeydimə qalan. 
Sən idin payımı ayırıb qoyan 
Mənim əzəmətli, müqəddəs anam. 


 
194 
 
 
Dikib pəncərəyə nəmli gözləri
Baxdıqca yollara əsir dizlərim, 
Qalıbdı o yolda sənin izlərin, 
Mənim əzəmətli, müqəddəs anam. 
 
Sənsiz olmayacaq məni yoxlayan, 
Sən idin ay anam, təsəllim olan. 
Dərdindi içimdə məni oxlayan,  
Mənim əzəmətli, müqəddəs anam. 
 
Üz tutub Allaha hey yalvarırdın, 
Mənim durmağımı hey arzulayırdın. 
Bax bu ümidlərlə sən yaşayırdın, 
Mənim əzəmətli, müqəddəs anam. 
 
Bir quş olub öz yuvandan köç etdin, 
Solğun gözlərinlə “əlvida” dedin. 
Bizləri tərk edib atamla getdin
Mənim əzəmətli, müqəddəs anam. 
 
 


 
195 
 
 
Yoxluğun yandırıb hey yaxır məni, 
Gətirir gözümə dumanı, çəni. 
Yalnız xəyalların yaşadır mənim, 
Mənim əzəmətli, müqəddəs anam. 
 
Sən yaşamamalıydın Ofelya üçün, 
Ürəyim göynəyir anam səninçün. 
Bunları deyirəm bilirsən neyçün, 
Gümanım Allahaydı, bir də sənə, 
Mənim əzəmətli, müqəddəs anam. 
                      2002.  
 
 
 
 
 
 
 
 
 


Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə