Ümidlər və arzular



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə21/31
tarix14.06.2018
ölçüsü4,35 Kb.
#49039
1   ...   17   18   19   20   21   22   23   24   ...   31

156 
Mərkəzə   tuşlandı güllə   birbaşa,
Silah qaldırırdı qardaş- qardaşa,
Başçılar  düşmüşdü  yaman  təlaşa,
Bürüdü   üstünü   tufan   xalqımın.  
Xocalı  soyqırım  oldu    bir  səhər,
Alındı Fizuli, Laçın, Kəlbəcər,
Qubadlı, Zəngilan, Ağdərə, Tərtər,
Aldı  Qarabağın  düşmən  xalqımın.  
Şimalda   bir  dövlət, cənubda  Muğan,
Yenə  bölünürdü  bu Azərbaycan.
Təkcə Əliyevə qalmışdı   güman,
Ölkəsi dağılırdı  hər  an xalqımın.  
Yenidən  quruldu  doğru  hökumət 
Əvvəlcə   yox  oldu ölkədə  nifrət.
Dövlətlər  içində   tanındı    dövlət,
Çəkildi  üstündən yalan xalqımın.  
Yeni  müqavilələr , yeni  sazişlər,
Siyasi  ittifaq   hərbi   gedişlər.
Beləcə  yoluna   düzəldi   işlər,
Xeyrinə   dəyişdi zaman  xalqımın.  


 
157 
 
 
İlhamla   alaraq   biz  Qarabağı, 
Sahib! Azad   edib  ana   torpağı, 
Şuşaya  sancılar Vətən  bayrağı, 
Çəkilər   üstündən   duman  xalqımın.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


158 
Nəcəfova Zeynəb 
Ədalət qızı
  
25  avqust  1990-cı  ildə  Mingəçevir  şəhərində  anadan 
olub.  2005-ci  il  ildən  şeir  yazmağa  başlayıb.  2010-cu  ildə  
“Qəlbimin nuru” adlı ilk kitabı işıq üzü görüb.  
2010-cu  ildə  “Mənim  sevgim  nəğmələrdir”  şeirlər 
toplusu adlı  diski buraxılıb. 2012-ci ildə “Duyğularım” adlı 
şeirlər toplusundan ibarət diski buraxılıb. 15 şerinə mahnılar 
bəstələnib. 
Telekanallarda  müxtəlif  mövzulara  aid  proqramlarda 
iştirak edib, “Kim nə bacarır” yarışmasında  4-cü yeri tutub.  


 
159 
 
 
Qorxudur məni 
Ən çətin günümdə çıxdın yoluma 
Güclü ol söyləyib tutdun əlimi. 
Sevgiylə baxıram indii həyata
Bu qədər xoşbəxtlik qorxudur məni. 
 
Özümü tanıya bilmirəm özüm, 
Şirin xatirəyə dönür hər günüm. 
Sevincdən yaşarır inan gözlərim, 
Bu qədər xoşbəxtlik qorxudur məni. 
 
Hər gecə əl açıb uca Tanrıma, 
Səninçün çox sağ ol deyirəm ona. 
Məhəbbət yağışı yağır başıma, 
Bu qədər xoşbəxtlik qorxudur məni. 
 
İnasanlar başqa cür görünür mənə, 
Sağalmaz yara da sağalar demə. 
Mən qurban olaraq sevgi sözünə, 
Bu qədər xoşbəxtlik qorxudur məni. 
 
Gözüm yox inan ki, dövlətdə-varda, 
Sağ canla oturum sevgi taxtına. 
Sağ ol ki, vaxtında çıxdın yoluma, 
Bu qədər xoşbəxtlik qorxudur məni. 


 
160 
 
 
Möhtacam 
Günahsız körpəydim, atıldım çölə, 
Annam yox, küləklər açdı bələyimi, 
Kimsəsiz, sevgisiz, dözdüm hər şeyə, 
İsti bir yuvaya möhtacam indii. 
 
Yatağım soyuq Daş, küçələr evim, 
Neçə il bir xəbər, bir zəng gözlədim. 
İnanın, mən süd yox, göz yaşı içdim, 
İsti bir yuvaya möhğacam indii 
 
Mən görə bilmədim, xoşbəxt ailəni, 
Bir yerdə, süfərədə yemək yeməyi. 
De niyə dünyaya gətirdin məni? 
İsti bir yuvaya möhtacam indii 
 
Qarnın tox yatırsan, isti evində, 
Heç sual verirsən, özün-özünə. 
Görəsən öldümü-qaldımı deyə? 
İsti bir yuvaya möhtacam indi. 
 
 
 


 
161 
 
 
Sən məni atsan da yenə anamsan
Qoynunda yatmadan, gözdə nurumsan. 
Bilirəm, dönəssən, sünki anamsan 
İsti bir yuvaya möhtacam indi. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
162 
 
 
Ürək 
Bilirəm, çox sevib bağlandın ona, 
O sənin qədrini biləydi gərək. 
Oynadı səninlə mələk dounda
Gedənə qal deyib, alçalma ürək! 
 
Qoy getsin üzülüb küsmə həyata, 
Saxlayıb yasını ağlama daha. 
Getmə yar söyləyib yalvarma ona, 
Gedənə qall deyib, alçalma ürək! 
 
Onsuz da alışdın sən hər zərbəyə, 
Bu sevgi dərs olsun ürəyim sənə. 
Sən onsuz dayanıb döyünməsən də 
Gedənə qal deyib, alçalma ürək! 
 
Bilirəm alışıb, şam tək yanmısan, 
Unuda bilməyib ağlar qalmısan. 
Sən qoşa yataqda tənha yatmısan 
Gedənə qal deyib, alçalma ürək! 
 
Gedəni yolundan saxlamaa çalış, 
Xoşbəxt ol söyləyib qismətlə barış. 
Vəfasız önündə ağlama çalış 
Gedənə qal deyib, alçalma ürək! 
 
 
 


 
163 
 
 
Qürur 
Söylədin ayrılaq, lad oldu dilim
Sənsizlik gözümün önündən keçdi. 
Nə olar, ayrılma, demədi dilim, 
Qürurum sevgimin önünə keçdi. 
 
Sevgimin qədrini bilmədin, gülüm 
Qarşımda ağlamaq istəmir gözüm. 
Getmə, qal söylədi, gizlicə qəlbim, 
Qürurum sevgimin önünə keçdi. 
 
İstədim bir anda sarılım sənə, 
Söyləyim sevgilim, geri dön mənə. 
Son anda qürurum qoymadı yenə 
Qürurum sevgimin önünə keçdi. 
 
Sənsizlik bürüdü dörd bir yanımı, 
Bu sevgi taqətdən salıb canımı. 
Qaytara bilmədim gedən yarımı 
Qürurum sevgimin önünə keçdi. 
 
Qürurum qoymadı, atım mən addım, 
Bircə söz bəs idi geri qaytarım. 
Zeynəbəm, bir anda söndü ocağım 
Qürurum sevgimin önünə keçdi. 
 
 
 
 
 


Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə