Ümidlər və arzular



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə22/31
tarix14.06.2018
ölçüsü4,35 Kb.
#49039
1   ...   18   19   20   21   22   23   24   25   ...   31

 
164 
 
 
Gizli sevgi 
 
Gizli bir məhəbbət yaşadır məni, 
Əl çatmaz ulduzum xəyal dünyamsan. 
Anasız yetimdir cavabsız sevgi, 
Yanımda olsanda sox uzaydasan. 
 
Yenilməz dağlar var sənlə aramda
Mən gəzirəm bağçada, bağda. 
Baxıram yox kimi varsan yanımda, 
Yanımda olsanda, çox uzaqdasan. 
 
Adi göz yaşları deyil göz yaşım, 
Gözü kor, dili lal, şikəstdir sevgim. 
Bilmirəm gecikdim,bəlkələşdim, 
Yanımda olsan da, çox uzaqdasan. 
 
İşləmir qəlbimi günəş şəfəqi, 
Bu gizli sevdamın oldu əsiri. 
Sevincdən ağlaram, tutsam əlimi, 
Yanımda olsan da, çox uzaqdasan. 
 
Səni itirməkdən qorxuram inan, 
Yoxsa ki, sevgimi boğmaram bir an. 
Səninçün keçsəm də mən həyatımdan, 
Yanımda olsan da, çox uzaqdasan. 
 
 
 


 
165 
 
 
Mənim sevgim nəğmələrdir 
 
Həyat sevgidən yaranıb, 
İnsan sevdigcə gözəldir. 
Hələ qəlbim yar tapmayıb, 
Mənim sevgim nəğmələrdir 
 
İzləyirəm sevnləri, 
Gözləyirəm mən eşqimi 
Dadmamış ülvi hisləri, 
Mənim sevgim nəğmələrdir 
 
Gündüz gecə xəyallarda, 
Hey gəzirəm bu yollarda, 
Əsl sevgi var olsa da, 
Mənim sevgim nəğmələrdir 
 
Hər sevginin öz nəğməsi
Əssin məhəbbət küləyi, 
Soruşmayın sevdim kimi, 
Mənim sevgim nəğmələrdir 
 
Öz dünyamda gülür üzüm, 
Sevgidən qorxur ürəyim. 
Doğrasalar dilim-dilim, 
Mənim sevgim nəğmələrdir 
 


 
166 
 
 
Atasız ata 
Yaman tez buraxıb getdin əlimi, 
Dağların başına qar yağıb, ata. 
Axtarır hər yerdə gözlərim səni
Mən səndən doymadım, doymaram ata! 
 
Hər dəfə adını çəkəndə dilim, 
Bu dünya başıma dolanır mənim. 
Nə olsun atayam, ata gərəyim, 
Mən səndən doymadım, doymaram ata! 
 
Sən osyuq məzarda,mən isti evdə, 
Hönkürüb ağlayır anan hər gecə, 
Ay Allah ruhumz qovuşsun bircə
Mən səndən doymadım, doymaram ata! 
 
Ağlayır ürəyim, gülsə də gözüm, 
Dözmürəm ay ata tükənir gücüm. 
Kaş sənin yerinə öləydim özüm, 
Mən səndən doymadım, doymaram ata! 
 
Deyərdim ay oğul, ata ol bir gün, 
Balanın qədrini bilərsən o gün, 
Mən artıq atayam, atasız bu gün, 
Mən səndən doymadım, doymaram ata! 
 
 
 
 


 
167 
 
 
Yalvarış 
 
Bu həyat yolumu yazıb, yaradan, 
Necə il, neçə gün keçdi aradan? 
Qaranlıq dünyaya düşdüm sonraya, 
Mənim də gözümə işıq ver, Allah! 
 
Allahım, tək sənə ümid bağladım, 
Bu cavan yaşımda hər gün ağladım. 
Yazdığım şeirlə üərk dağladım, 
Mənim də gözümə işıq ver, Allah! 
 
Ən böyük arzumdur dünyanı görmək, 
Əlil və gör sözün kitabdan silmək. 
Sonra da Vətəndə şəhid tək ölmək
Mənim də gözümə işıq ver, Allah! 
 
Hər bir kəs söylədi səbr eylə qızım! 
Bilmirlər, qar yağıb, qış oldu yazım. 
Tükənir ümidim, açılsın gözüm, 
Mənim də gözümə işıq ver, Allah! 
 


 
168 
 
 
Allahım, ömrümün bahar çağında, 
Soldurdun gülləri, ömür bağımda. 
Mənimçün gecədir hər an dünyada, 
Mənim də gözümə işıq ver, Allah! 
 
Bu ürək dərdlidir, deyə bilmirəm, 
Köməksiz dolanıb, gəzə bilmirəm. 
Güzgüdə özümü görə bilmirəm, 
Mənim də gözümə işıq ver, Allah! 
 
 
 
 
 
 
 
 
 
 
 


169 
  
Cabir Albantürk 
6  may    1961  –  ci  ildə  Quba    rayonunun  Alpan 
kəndində  anadan  olub.  Şeirləri,  məqalələri    1983–cü  ildən 
dövri mətbuatda  və ədəbi toplularda çap olunur. Əvəllər C. 
Ağayev, C. Zaman, C. Alpoğlu imzaları ilə çıxış edib. 1997–
2000–ci  illərdə Qubada fəaliyyət  göstərən “Gülüstan” ədəbi 
məclisinin sədri olub. O, yaradıcı əlillərin 2- ci, 4- cü və 5- ci 
Ümumrespublika    Yaradıcılıq    Baxış  Müsabiqələrinin  də 
qaliblərindəndir.  
O,  həm  də  “Gülüstan”,  “Məcməüş  –  şüəra”  və  “Ay 
işığı”  ədəbi  məclislərinin    iştirakçısı,  həftəlik  “Qoroskop” 
“Vətəndaş    həmrəyliyi”  və  “Türküstan”    qəzetlərinin    bölgə 
yazarı,  “Qədim  Alpan  və  Albanlar”,  “Yaralı  Varlığımız”  və 
“Üçüncü nöqtə”  kitablarının  müəllifidir.  
O  istedadlı  qələm  adamı  olmaqla  yanaşı  Xalq 
Azadlıq Hərəkatının  fəalı və təşəbbüskar ictimaiyyətçi kimi 
də  tanınır.  Belə  ki,  C.Albantürk  Dünya  Azərbaycanlıları 
Kongresinin, Qarabağ Azadlıq Təşkilatının və Gözdən Əlillər 
Cəmiyyətinin fəal üzvlərindəndir. 


 
170 
 
 
 
Sevgi qayğısı  
Yaradan özünü tanıtmaq üçün 
İnsanı yaratdı mələkdən üstün. 
Bu uca məqama layiq olmağa 
Ruhumuz dünyaya gəlir bircə yol, 
Nəslimiz gələcək-gəlib neçə yol- 
Şairlik bu yolda bir dayanacaq, 
Nəsillər sınağı,son düyünaçan... 
Şeir oxumayan,dinləməyənlər, 
Bizi xoşlamayan, anlamayanlar, 
Kimsə nəslinizdə şair olacaq, 
Bəlkə nəvənizdən,nəticənizdən... 
Bəzən törənmişlər tərsimiz olur, 
Şairimiz olur,dərzimiz olur... 
Bizi güllələmək,asmaq istəyən! 
Onda asacaqlar bəlkə də səni
Nəfsinlə bərabər boğulacaqsan, 
Unut bu istəyi,dəyiş bu yönü. 
Şairlər bəşərin duyğu ünvanı, 
Şairi sevəni Allahda sevər, 
Şairə uyanı qınamış ancaq. 
Var şöhrət sevəni,qayğı umanı... 
Hərdən bir tikanlı gülləri suvar, 
Şair gül koludur,şeir söz gülü 
Tikanı gülünə bağışlar arif. 
Sevgisiz qayğı da ocağın külü, 
Düşmən süfrəsi tək yalançı tərif... 
 


Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə