Unibank kommersiya banki 31 dekabr 2013-CÜ İl tariXİNƏ BİTƏN İL ÜZRƏ



Yüklə 3,53 Mb.
Pdf görüntüsü
səhifə30/37
tarix17.09.2018
ölçüsü3,53 Mb.
#69062
1   ...   26   27   28   29   30   31   32   33   ...   37

UNİBANK KOMMERSİYA BANKI 

 

31 DEKABR 2013-CÜ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ  

KONSOLİDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARINA QEYDLƏR  (DAVAMI) 

(Başqa qeydlər olmazsa min Azərbaycan Manatı ilə) 

63 


 

Valyuta məzənnələrindəki bu cür dəyişikliklərin Qrupun mənfəət və ya zərərinə təsirindən başqa, kapitala 

hər hansı təsiri yoxdur.   

 

Faiz dərəcəsi riski 



 

Qrup bazar faiz dərəcələrinin dəyişməsinin onun maliyyə vəziyyətinə və pul vəsaitlərinin hərəkətinə təsiri ilə 

əlaqədar riskə məruz qalır. Bu cür dəyişikliklər nəticəsində faiz marjaları arta bilər, lakin faiz dərəcələri üzrə 

gözlənilməyən  dəyişikliklər  baş  verdiyi  təqdirdə  faiz  marjaları  həmçinin  azala  və  ya  zərərin  yaranmasına 

səbəb ola bilər. Rəhbərlik faiz dərəcələrinin dəyişməsinin qəbul edilə bilən səviyyəsi üzrə limitlər müəyyən 

edir və bu limitlərə hər gün nəzarət edir. 

 

Hazırda Qrup mümkün hallarda özünün ödəmə tarixi və/və ya yenidən qiymətləndirmə mövqeyini müqayisə 



etməklə  faiz  dərəcəsi  riskini  idarə  edir.  Bundan  başqa,  müvafiq  hallarda  öz  aktivlərini  yenidən 

qiymətləndirmək  məqsədilə  Qrupun  aylıq  faiz  həddlərinə  davamlı  olaraq  baxılır.  Əməliyyat  prosedurları 

qəbul  olunmuş  faiz  dərəcəsi  həddini  minimum  10%-də  müəyyən  edir.  APİK  və  Risklərin  İdarə  edilməsi 

Departamenti  daima  bu  həddin  saxlanmasına  nəzarət  edirlər.  APİK  həmçinin  faiz  dərəcəsinin  hərəkəti 

barədə  hesabat  və  proqnozların  hazırlanmasına  məsuldur.  Hazırda  Qrupun  müqayisə  siyasəti  və  yüksək 

faiz dərəcəli həddləri vasitəsilə potensial faiz dərəcəsi riskinin əhəmiyyətli olması hesab edilmir. 

 

APİK  və  Xəzinədarlıq  Departamenti  faiz  dərəcəsi  risklərinin  tənzimlənməsi,  Risklərin  İdarə  Edilməsi 



Departamenti  ona  nəzarət  funksiyalarını  daşıyır.  İcraedici  Şura  isə  bu  sahədəki  bütün  təlimatları  və 

aktiv/öhdəliklərin faiz dərəcələrinə yenidən baxılması məsələlərini təsdiqləyir.  

 

31 dekabr 2013-cü il tarixinə faiz dərəcələri bütün digər dəyişənlər sabit saxlanmaqla 100 baza balı aşağı 



olsaydı,  il  üzrə  mənfəət,  dəyişən  faiz  öhdəliklərinin  aşağı  faiz  xərcləri  nəticəsində  154  min  AZN  yüksək 

olardı (2012-ci il: 103 min AZN).  

 

Faiz  dərəcələri  bütün  digər  dəyişənlər  sabit  saxlanmaqla  100  baza  balı  yüksək  olsaydı,  mənfəət  əsasən 



dəyişən faiz öhdəliklərinə yüksək faiz xərci nəticəsində 154 min AZN aşağı olardı (2012-ci il: 103 min AZN). 

Bank  AZN  ilə  dəyişən  faiz  aktivləri  və  ya  öhdəliklərinə  malik  olmadığından  Qrupun  mənfəəti  AZN  üzrə 

bazar  faiz  dərəcəsi  dəyişikliklərinə  məruz  qalmır.  Satılabilən  kimi  təsnifləndirilən  sabit  dərəcəli  maliyyə 

aktivlərinin  ədalətli  dəyərinin  artımı  nəticəsi  daxil  olmaqla,  digər  kapital  komponentlərinə  bazar  faiz 

dərəcələrinin mümkün keçilməsinin təsiri əhəmiyyətli olmazdı. 



UNİBANK KOMMERSİYA BANKI 

 

31 DEKABR 2013-CÜ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ  

KONSOLİDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARINA QEYDLƏR  (DAVAMI) 

(Başqa qeydlər olmazsa min Azərbaycan Manatı ilə) 

64 


 

Qrup maliyyə alətlərinin faiz dərəcələrinə nəzarət edir. Aşağıdakı cədvəldə baş rəhbərlik tərəfindən baxılan 

hesabatlara əsaslanan faiz dərəcələri göstərilmişdir: 

 

 



2013-cü il 

2012-ci il 

ABŞ 

dolları 

AZN 

AVRO 

Digər 

 

ABŞ 

dolları 

AZN 

AVRO 

Digər 

 

 

 



 

 

 



 

Aktivlər 

 

 

 

   

 

 

 

 

Pul vəsaitləri və onların 

ekvivalentləri 

0.01 


0.94   



0.05 



Digər banklardan alınacaq 

vəsaitlər  

7.00 


-   



5.79 

0.06 


Müştərilərə verilmiş kredit və 



avanslar 

22.80 


23.00 

10.90 


26.90   

19.50 


21.60 

15.50 


28.00 

Satılabilən investisiya qiymətli 

kağızları 



-   


8.76 


 



 

 

   



 

 

 



 

Öhdəliklər 

 

 



 

   

 

 



 

 

Digər banklara ödəniləcək 

vəsaitlər 

5.10 


-   



4.98 

6.00 


Müştəri hesabları 



10.12 

11.03 


5.25 

-   


10.68 

10.44 


5.22 

Buraxılmış borc qiymətli 



kağızları 

8.36 


10.92 

-   



8.73 

10.73 


Müddətli borc öhdəlikləri 



10.17 

5.32 


4.05 

-   


8.60 

5.91 


5.34 

Subordinasiya borcları 



10.48 

14.00 


-   


8.73 

10.73 


İmtiyazlı səhmlər 



16.67 


-   


16.67 


 



 

Yuxarıdakı göstərilən “-“ işarəsi Qrupun müvafiq valyutada aktiv və öhdəliklərə malik olmadığını bildirir. 




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə