UNİBANK KOMMERSİYA BANKI
31 DEKABR 2013-CÜ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ
KONSOLİDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARINA QEYDLƏR (DAVAMI)
(Başqa qeydlər olmazsa min Azərbaycan Manatı ilə)
67
Qrupun likvidlik siyasəti aşağıdakılardan ibarətdir:
Pul vəsaitləri hərəkətinin proqnozlaşdırılması və müxtəlif vaxt çərçivələrində likvidliyin təmin edilməsi
üçün lazımi likvid aktivlərin səviyyəsinin saxlanması;
Qrupun strateji məqsədlərinə uyğun maliyyə planının hazırlanması;
Müxtəlif maliyyələşdirmə mənbələrinin saxlanması və beləliklə, Qrupun ölkədaxili və xarici
mənbələrdən borc almaq imkanlarının artırılması;
Yüksək likvidli və yüksək keyfiyyətli aktivlərin saxlanması;
Məhsul bazasının vaxt çərçivələrində mövcud maliyyələşdirmə mənbələrinə uyğunlaşdırılması;
Yerli qanunvericilik tələblərinə uyğun olaraq likvidlik əmsallarının gündəlik monitorinqi; və
Aktiv və öhdəliklər strukturunun vaxt çərçivələrinədək daimi monitorinqi.
Qrupun Xəzinədarlıq Departamentinin funksiyaları aşağıdakılardır:
Azərbaycan Respublikası Mərkəzi Bankının likvidlik tələbləri və həmçinin xarici maliyyələşdirmə
mənbələri ilə sazişlərdəki likvidlik ilə bağlı xüsusi şərtlərə uyğunluq;
Rəhbərliyə gündəlik hesabatlar, o cümlədən əsas valyutalarda (AZN, ABŞ dolları, Avro) pul
vəsaitlərinin hərəkəti ilə bağlı proqnozların səviyyəsi, pul vəsaitlərinin mövqeləri, maliyyə vəziyyəti
haqqında konsolidasiya edilmiş hesabatdakı dəyişikliklər haqqında rəhbərliyə hesabatların
hazırlanması;
Likvid aktivlərin səviyyəsinə daimi nəzarət/monitorinq;
Depozit və digər öhdəliklərin konsentrasiyaları üzrə monitorinq; və
Gərgin vəziyyətlərdə likvidliyin təmin edilməsi üçün pul vəsaitlərinin ani artımı üzrə planın tərtib
edilməsi.
APİK, Qrupun likvidlik mövqeyinin Xəzinədarlıq Departamenti tərəfindən düzgün şəkildə idarə edilməsini
təmin edir. Bu fəaliyyət üzrə nəzarətə görə Risklərin İdarə Edilməsi Departamenti məsuliyyət daşıyır.
Likvidlik mövqeləri və onların idarə edilməsi ilə bağlı qərarlar İcraedici Şura tərəfindən qəbul olunur.
Maliyyələşdirmə Planları Müşahidə Şurası tərəfindən təsdiq edilir.
Aşağıdakı cədvəldə 31 dekabr 2013-cü il tarixinə öhdəliklər müqavilə üzrə ödəmə müddətlərinə görə
təsnifləşdirilir. Cədvəldə göstərilən məbləğlər müqavilə üzrə diskont edilməmiş pul vəsaitlərini, o cümlədən
ümumi kredit öhdəliklərini və zəmanətlərini əks etdirir. Bu cür diskont edilməmiş pul vəsaitləri maliyyə
vəziyyəti haqqında hesabatdakı məbləğlərdən fərqlənir, belə ki, maliyyə vəziyyəti haqqında hesabatdakı
məbləğlər diskont edilmiş pul vəsaitlərinə əsaslanır.
Maliyyə öhdəlikləri ilə bağlı pul vəsaitlərinin istifadəsi zərurəti yarandığı halda asanlıqla satıla bilən aktivlər
istisna olmaqla, aşağıdakı cədvəldə müqavilə üzrə diskontlaşdırılmamış ödəniş müddətləri əsasında qeyri-
derivativ maliyyə aktivlərinin ödəniş müddətləri üzrə təhlili əks olunur. Belə maliyyə aktivləri nəzərdə tutulan
satış müddətinə əsasən ödəniş tarixi üzrə təhlilə daxil edilir. Dəyərsizləşmiş kreditlər ümumi məbləğləri və
nağd daxilolmaların nəzərdə tutulan müddəti əsasında təhlilə daxil edilir.
Ödəniləcək məbləğ sabit olmadıqda, açıqlanan məbləğlər hesabat dövrünün sonuna mövcud olan şərtlərə
əsasən müəyyən edilir. Valyuta ödənişləri hesabat dövrünün sonunda üstün olan müvafiq məzənnədən
istifadə etməklə çevrilir.
UNİBANK KOMMERSİYA BANKI
31 DEKABR 2013-CÜ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ
KONSOLİDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARINA QEYDLƏR (DAVAMI)
(Başqa qeydlər olmazsa min Azərbaycan Manatı ilə)
68
31 dekabr 2013-cü il tarixinə maliyyə alətlərinin diskontlaşdırılmamış ödəmə müddətlərinə görə təhlili
aşağıda göstərilir:
Tələb
edilənədək
və 1 aydan
az
1 aydan 6
aya qədər
6 aydan
12 aya
qədər
12 aydan 5
ilə qədər
5 ildən
artıq
Müəyyən
edilməmiş
Cəmi
Aktivlər
Pul vəsaitləri və onların
ekvivalentləri
63,148
-
-
-
-
-
63,148
ARMB-də yerləşdirilmiş məcburi
ehtiyatlar
15,055
-
-
-
-
-
15,055
Digər banklardan alınacaq
vəsaitlər
64
4,397
375
7,290
-
-
12,126
Müştərilərə verilmiş kredit və
avanslar
21,800
221,310
190,035
247,293
54,640
-
735,078
Digər maliyyə aktivləri
2,423
-
-
-
-
-
2,423
Cəmi maliyyə aktivləri
102,490
225,707 190,410
254,583
54,640
-
827,830
Öhdəliklər
Digər banklara ödəniləcək
vəsaitlər
359
-
21,101
-
-
-
21,460
Müştəri hesabları
102,519
140,774
170,848
58,189
-
-
472,330
Müddətli borc öhdəlikləri
15,176
10,064
29,886
45,456
37,310
-
137,892
Buraxılmış borc qiymətli kağızları
653
1,849
25,124
22,011
-
-
49,637
Digər maliyyə öhdəlikləri
6,347
-
-
-
-
-
6,347
Subordinasiya borcları
462
1,119
6,383
12,361
13,048
-
33,373
İmtiyazlı səhmlər
1,365
-
-
-
-
14, 000
15,365
Kreditlə bağlı öhdəliklər
2,743
23,542
19,642
26,633
5,777
-
78,337
Maliyyə öhdəlikləri üzrə cəmi
mümkün gələcək ödənişlər
129,624
177,348 272,984
164,650
56,135
14,000
814,741
Maliyyə alətlərindən yaranan
likvidlik kəsiri
(27,134)
48,359
(82,574)
89,933
(1,495)
(14,000)
13,089