Unibank kommersiya banki 31 dekabr 2013-CÜ İl tariXİNƏ BİTƏN İL ÜZRƏ



Yüklə 3,53 Mb.
Pdf görüntüsü
səhifə36/37
tarix17.09.2018
ölçüsü3,53 Mb.
#69062
1   ...   29   30   31   32   33   34   35   36   37

UNİBANK KOMMERSİYA BANKI 

 

31 DEKABR 2013-CÜ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ  

KONSOLİDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARINA QEYDLƏR  (DAVAMI) 

(Başqa qeydlər olmazsa min Azərbaycan Manatı ilə) 

74 


 

Ümumiyyətlə,  vergi  ödəyiciləri  hər  üç  təqvim  ilində  bir  dəfə  vergi  auditi  yoxlamasından  keçirlər.  Lakin 

tamamlanmış  audit  yoxlamaları  yuxarı  səviyyəli  vergi  müfəttişlərinin  aşağı  dərəcəli  vergi  müfəttişləri 

tərəfindən əldə olunan vergi auditinin nəticələrini yoxlamaq məqsədilə həyata keçirilən sonrakı əlavə audit 

yoxlamalarının  olması  ehtimalını  istisna  etmir.  Cinayət  işinin  araşdırılması  zamanı  məhdudiyyət  qaydası 

məhkəmənin qərarına əsasən yeddi ilədək uzadıla bilər.  

 

Əməliyyat  mühiti  – Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrin bazar mühitləri inkişaf etmiş ölkələrlə 

müqayisədə müxtəlif risklərə, o cümlədən iqtisadi, siyasi və sosial, habelə, hüquqi və qanunvericilik ilə bağlı 

risklərə  daha  çox  məruz  qalır.  Azərbaycanda  biznes  fəaliyyətinə  təsir  edən  qanun  və  qaydalar  sürətlə 

dəyişməkdədir,  vergi  qanunvericiliyi  və  tənzimləyici  baza  müxtəlif  formada  şərh  olunur.  Azərbaycanın 

gələcək  iqtisadi  kursuna  dövlət  tərəfindən  qəbul  edilən  maliyyə  və  monetar  siyasətlər  eləcə  də hüquq, 

idarəetmə və siyasi mühitdəki dəyişikliklər mühüm təsir göstərir.   

 

Azərbaycan neft və qaz məhsullarının iri istehsalçısı və ixracatçısı olduğuna görə ölkə iqtisadiyyatı, xüsusi 



olaraq, dünya bazarlarının neft və qaz qiymətlərinə qarşı həssasdır.   

 

Maliyyə  şərtlərinə  əməletmə  –  Bank  əsasən  müddətli  və  subordinasiyalı  borc  öhdəlikləri  üzrə 

müqavilələrdə nəzərdə tutulan xüsusi şərtlərə riayət etmək məcburiyyətindədir. Bu cür xüsusi şərtlərə əməl 

edilməməsi  Qrup  üçün  mənfi  nəticələrə,  o  cümlədən  borc  vəsaitləri  ilə  əlaqədar  xərclərin  artmasına  və 

ödəmə  müddətinin  dəyişməsinə  gətirib  çıxara  bilər.  Rəhbərlik  hesab  edir  ki,  Qrup  aşağıda  göstərilən  bəzi 

xüsusi  şərtlər  istisna  olmaqla,  31  dekabr  2013-cü  və  2012-ci  il tarixlərinə  və  həmin  tarixdə  tamamlanan  il 

ərzində qüvvədə olan xüsusi şərtlərə əsasən riayət etmişdir: 

 

  31 dekabr 2013-cü il tarixinə Qrup, Qara Dəniz Ticarət və İnkişaf Bankı (“QDTİB”) ilə bağlanmış müddətli 



borc vəsaitləri üzrə müqaviləyə daxil edilmiş likvid aktivlər üzrə qısamüddətli öhdəliklər ilə bağlı şərtləri 

yerinə  yetirməmişdir  (2012-ci ildə  yerinə  yetirmişdir). Bank,  Qrupun  likvid  aktivlərlə  bağlı  qısamüddətli 

şərtləri  yerinə  yetirməsini  1  iyul  2013-cü  il  tarixindən  31  dekabr  2013-cü  il  tarixinə  qədər  və  bu  tarix 

daxil olmaqla, təxirə salmışdır, bir şərtlə ki, bu dövr ərzində belə likvid aktivlər 30%-dən az olmamalıdır. 

Buna  görə  də  Qrup,  banka  ödənilməli  kredit  qalıqlarını  müqavilə  üzrə  ödəmə  müddətlərinə  əsasən 

təsnifləndirmişdir.  

  31 dekabr 2012-ci ildə Qrup, Qara Dəniz Ticarət və İnkişaf Bankı (“QDTİB”) ilə bağlanmış müddətli borc 

vəsaitləri  üzrə  müqaviləyə  daxil  edilmiş  əlavə  xərclər  müddəasına  riayət  etməmişdir.  Buna  görə  də 

Qrup banka ödəniləcək kredit qalığını “tələb edilənədək” kateqoriyasında təsnifləndirmişdir. 

  31  dekabr  2012-ci  il  tarixinə  Qrup,  AYİB  ilə  bağlanmış  müddətli  borc  vəsaitləri  üzrə  müqaviləyə  daxil 

edilmiş  əlavə  xərclər  müddəasına  riayət  etməmişdir.    Buna  görə  də  Qrup  AYİB-dən  və  ya  AYİB-in 

vasitəçiliyi  ilə  alınan  banka  ödəniləcək  qalıq  kreditini  “tələb  edilənədək”  kateqoriyasında 

təsnifləndirmişdir. 

 

Kreditlərlə  bağlı  öhdəliklər  –  Bu  alətlərin  əsas  məqsədi  tələb  olunduğu  halda  müştərilərə  vəsaitlərin 

ayrılmasını təmin etməkdən ibarətdir. Müştəri üçüncü tərəflər qarşısında öhdəliklərini yerinə yetirə bilmədiyi 

halda  Qrupun  ödənişləri  edəcəyinə  dair  ləğvedilməz  təminat  qismində  çıxış  edən  zəmanətlər  və  ehtiyat 

akkreditivləri  kreditlərin  nəzərdə  tutduğu  eyni  kredit  riskini  daşıyır.  Qrupun  müştəri  adından  yazılı  öhdəliyi 

xarakterini  daşıyan  və  üçüncü  tərəfə  Qrupa  qarşı  xüsusi  şərt  və  müddəalar  əsasında  müəyyən  edilmiş 

məbləğdə  tələblər  irəli  sürmək  hüququ  verən  sənədli  və  kommersiya  akkreditivləri  aid  olduqları  mal 

daşımaları  və  ya  pul  depozitləri  müqabilində  girov  götürülür  və  buna  görə  də  birbaşa  borcalma  halı  ilə 

müqayisədə daha az risk daşıyır. 

 

Kreditlərin  ayrılması  ilə  bağlı  öhdəliklər  belə  vəsaitlərin  kredit,  zəmanət,  yaxud  da  akkreditiv  formasında 



təqdim  olunması  üzrə  təsdiq  edilmiş  ayırmaların  istifadə  olunmamış  hissələrindən  ibarətdir.  Kreditlərin 

ayrılması  ilə  bağlı  öhdəliklər  üzrə  kredit  riskinə  gəldikdə  isə,  Qrup  cəmi  istifadə  edilməmiş  öhdəlik 

məbləğlərinə  bərabər  olan  potensial  itkilər  riski  ilə  üzləşir.  Lakin  itki  məbləğinin  cəmi  istifadə  edilməmiş 

öhdəlik  məbləğindən  az  olacağı  ehtimal  edilir,  ona  görə  ki  ,  kreditin  ayrılması  ilə  bağlı  öhdəliklərin 

əksəriyyəti müştəri tərəfindən xüsusi kredit standartlarına davamlı cavab verə bilməsi halından asılı olaraq 

şərti  götürülür.  Daha  uzunmüddətli  öhdəliklər  qısa-müddətli  öhdəliklərlə  müqayisədə  daha  yüksək  kredit 

riski  dərəcəsini  daşıdığından,  Qrup  kredit  ilə  bağlı  öhdəliklərin  yerinə  yetirilməsi  müddətlərini  nəzarətdə 

saxlayır.  




UNİBANK KOMMERSİYA BANKI 

 

31 DEKABR 2013-CÜ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ  

KONSOLİDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARINA QEYDLƏR  (DAVAMI) 

(Başqa qeydlər olmazsa min Azərbaycan Manatı ilə) 

75 


 

Kredit ilə bağlı yerinə yetirilməmiş öhdəliklər aşağıdakı kimi olmuşdur. 

 

 

31 dekabr 

2013-cü il 

 

31 dekabr 

2012-ci il 

 

 



 

 

Ləğv edilə bilən istifadə edilməmiş kredit xətləri 



71,925 

 

30,266 



Forvard müqavilələri 

17,461 


 

13,007 


Zəmanətlər 

3,926 


 

4,191 


İdxal akkreditivləri 

2,486 


 

3,441 


 

 

 



 

Cəmi kreditlə bağlı öhdəliklər

 

95,798 

 

50,905 

 

 



31  dekabr  2013-cü  il  tarixinə  bitən  il  ərzində  Qrup,  rezident  və  qeyri-rezident  maliyyə  təşkilatları  ilə  valyuta 

forvard müqavilələri bağlamışdır ki, bu müqavilələrə əsasən Qrup əməliyyat tarixində 15,532 min AZN-nin və 

80,000  min  rus  rublunun  satışını  aparmış,  22,253  min  ABŞ  dollarını  isə  almışdır.  Həmçinin,  ilkin  müəyyən 

edilmiş  xarici  valyuta məzənnəsi ilə ABŞ  dolları  ödəyərək  əvvəlcədən müəyyən  edilmiş  sonrakı tarixdə  AZN 

və  rus rublunun  əvvəlcə  satılmış məbləğini geri  almaq öhdəliyini üzərinə  götürmüşdür. 31  dekabr  2013-cü il 

tarixinə Qrup ödənilməmiş valyuta svopu ilə bağlı yeddi müqavilə bağlamışdır ki, bunlar da derivative maliyyə 

alətlərini əks etdirir.  

 

İstifadə edilməmiş kredit xətləri, akkreditivlər və zəmanətlərin müqavilə üzrə ayrılmamış məbləğlərinin cəmi 



mütləq  olaraq  gələcək  nağd  ödəniş tələblərini  nəzərdə  tutmur,  ona  görə  ki,  bu maliyyə  alətlərinin  müddəti 

vəsait ayrılmadan bitmiş ola, yaxud da ləğv edilə bilər. Kredit ilə bağlı öhdəliklər aşağıdakı valyutalarla ifadə 

edilir:  

 

 



31 dekabr 

2013-cü il 

 

31 dekabr 

2012-ci il 

 

 



 

 

Azərbaycan manatı 



77,702 

 

28,104 



ABŞ dolları 

12,011 


 

13,240 


Avro 

3,940 


 

4,913 


Digər 

2,145 


 

4,648 


 

 

 



 

Cəmi 

95,798 

 

50,905 

 

 

Öhdəlik  və  təəhhüdlərlə  bağlı  ödəmə  müddətləri  və  valyuta  təhlili  25  saylı  Qeyddə  açıqlanır.  Əlaqəli 

tərəflərin balansları barədə məlumat 29 saylı Qeyddə açıqlanır.  

 

 



28.  MALİYYƏ ALƏTLƏRİNİN ƏDALƏTLİ DƏYƏRİ  

 

MHBS-ə  əsasən  ədalətli  dəyər,  ölçmə  tarixində  bazar  iştirakçıları  arasında  adi  əməliyyat  çərçivəsində 



aktivin satışından alınan və ya öhdəliyin ötürülməsi üçün ödənilən qiymət kimi müəyyən olunur 


Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə