UNİBANK KOMMERSİYA BANKI
31 DEKABR 2013-CÜ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ
KONSOLİDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARINA QEYDLƏR (DAVAMI)
(Başqa qeydlər olmazsa min Azərbaycan Manatı ilə)
72
Əməliyyat riski
Qrup əməliyyat riskinə məruz qalır. Əməliyyat riski kredit, bazar və likvidlik risklərindən istisna olmaqla,
birbaşa və ya dolayısı ilə qeyri-adekvat və ya düzgün fəaliyyəti olmayan daxili proseslərin, işçilər və ya
sistemlərin, yaxud kənar amillərin səbəb olduğu zərər riskidir. Qeyri-adekvat və ya düzgün təşkil edilməmiş
biznes prosesləri, idarəetmə nöqsanları, texnoloji qüsurlar, nöqsanlara nəzarət strukturu, işçilərin
nöqsanları, fırıldaqçılıq və ümumi qəbul edilmiş korporativ etika standartlarına riayət edilməməsi
müəssisəyə zərər yetirə bilər.
Əməliyyat risklərinin idarə edilməsində Qrupun məqsədi fəaliyyətin ümumi effektivliyi və xərclərin
səmərəliliyi ilə maliyyə itkilərindən yayınmaq və Qrupun nüfuzuna dəyə biləcək zərərin qarşısını almaqdır.
Əməliyyat riski əməliyyatı aparan bölmədə yaranır və əməliyyat riskləri ilə bağlı qərarların qəbul edilməsinə
görə hər bir biznes bölməsi məsuliyyət daşıyır. Bu məsuliyyət dairəsinə Qrupun daxili nəzarət sistemi
çərçivəsində ümumi standartların işlənib hazırlanması daxildir. Qrupun daxili nəzarət sistemi üzrə
yanaşması aşağıdakıları əhatə edir:
müvafiq vəzifə bölgüsü, o cümlədən maraqların ziddiyyətinə yol verilməməsi, əməliyyatın müstəqil
şəkildə təsdiqlənməsi və sistemdən istifadə hüquqlarının dəqiq təsviri;
əməliyyatların üzləşdirilməsi və monitorinqi tələbləri;
tənzimləyici və digər hüquqi tələblərə uyğunluq;
nəzarət qaydaları, prosedurlar və təlimatların sənədləşdirilməsi və biznes və risklərin idarə edilməsi
sahələri üzrə təsdiqlənməsi;
effektiv daxili audit funksiyası daxil olmaqla, nəzarət qaydalarına, prosedurlara və təlimatlara riayət
edilməsinə daimi nəzarət və monitorinq;
mövcud və potensial əməliyyat risklərinin davamlı şəkildə qiymətləndirilməsi;
müəyyən edilmiş risklərlə bağlı qərar qəbul edərkən nəzarət qaydaları və prosedurlarının davamlı
şəkildə qiymətləndirilməsi;
gözlənilməz hallar üzrə planların tərtib edilməsi;
IT təhlükəsizlik məsələlərinin davamlı şəkildə qiymətləndirilməsi;
əməliyyat səhvləri və itkiləri haqqında məlumatın təqdim edilməsi və problemlərin aradan qaldırılması
tədbirlərin təklif edilməsi;
müvafiq personalın işə götürülməsi, təlim və ixtisas artırma;
Qrupun autsorsinq (funksiyanın kənardan xidmət göstərənə həvalə edilməsi) siyasətinə riayət edilməsi;
Etik normalar və davranış qaydaları; və
risklərin azaldılması, o cümlədən sığorta ilə bağlı tədbirlərinin həyata keçirilməsi.
Qrupun əməliyyat risklərinin idarə edilməsi sisteminin təkmilləşdirilməsi istiqamətində monitorinqin
aparılması, hesabatların hazırlanması və tövsiyələrin verilməsinə görə Risklərin İdarə Edilməsi
Departamentinin Əməliyyat Riskləri Qrupu və Daxili Audit Departamenti məsuliyyət daşıyır.
26. KAPİTALIN İDARƏ EDİLMƏSİ
Qrupun kapitalının idarə olunmasında məqsəd (i) Azərbaycan Respublikası Mərkəzi Bankının (“ARMB”)
kapitalın məbləği ilə bağlı müəyyən etdiyi tələblərə riayət edilməsini (ii) Qrupun fasiləsiz fəaliyyət göstərmək
qabiliyyətinin və (iii) Bazel sazişinə uyğun olaraq kapitalın adekvatlığı əmsalının 8% həcmində saxlanılması
üçün kifayət qədər kapital bazasının saxlanılmasını təmin etməkdir. ARMB-nin müəyyən etdiyi kapital
adekvatlığı əmsallarına riayət edilməsinə Bankın Müşahidə Şurasının Sədri, Audit Komitəsinin Sədri, Baş
İcraçı Direktor, Baş Mühasib və Daxili Audit Departamentinin Direktoru tərəfindən baxılmış və təsdiqlənmiş
müvafiq hesablamalardan ibarət aylıq hesabatlar vasitəsilə nəzarət edilir. Kapitalın idarə olunmasının digər
məqsədləri hər il qiymətləndirilir.
UNİBANK KOMMERSİYA BANKI
31 DEKABR 2013-CÜ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ
KONSOLİDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARINA QEYDLƏR (DAVAMI)
(Başqa qeydlər olmazsa min Azərbaycan Manatı ilə)
73
ARMB-nin kapitalın məbləği ilə bağlı mövcud tələblərinə görə banklar: (a) kapitalın minimum məbləğini
50,000 min AZN (2012-ci il: 10,000 min AZN) həcmində saxlamalı; (b) kapitalın risk dərəcəsi üzrə ölçülmüş
aktivlərə nisbətini (“kapitalın adekvatlığı əmsalı”) minimum 12% (2012-ci il: 12%) və (c) 1-ci dərəcəli
kapitalın risk dərəcəsi üzrə ölçülmüş aktivlərə nisbətini (“1-ci dərəcəli kapitalın adekvatlığı əmsalı”)
minimum 6% (2012-ci il: 6%) və ya yuxarı saxlanılmasını təmin etməlidir.
Rəhbərlik hesab edir ki, Qrup 31 dekabr 2013-cü il tarixində tamamlanan il ərzində yerli qanunvericiliyə
uyğun hesablanmış kapitalın adekvatlığı əmsalına riayət etmişdir (2012-ci il: riayət edilmişdir). Qrup və
Bank eyni zamanda kredit müqavilələrində nəzərdə tutulan kapitalın minimum məbləği ilə bağlı tələblərə, o
cümlədən Kapitalın Qiymətləndirilməsi və Kapital Standartları haqqında Beynəlxalq Konvergensiya (aprel
1998-ci il tarixində yenilənmişdir) və “Bazel I” adlanan bazar risklərini əks etdirən Kapital haqqında Bazel
Sazişinə Düzəlişdə (noyabr 2005-ci ildə yenilənmişdir) müəyyən edilən Bazel sazişinin tələbləri əsasında
hesablanmış kapitalın adekvatlığı səviyyəsinə riayət etməlidirlər. Qrupun Bazel Sazişi əsasında
hesablanmış kapital strukturu aşağıdakı cədvəldə təqdim edilir:
31 dekabr
2013-cü il
31 dekabr
2012-ci il
Cəmi 1-ci dərəcəli kapital
88,100
56,596
1-ci dərəcəli kapitalın 100%-i ilə məhdudlaşmış cəmi 2-ci dərəcəli kapital
17,850
7,661
Çıxılsın: kapital səhmlərinə qoyulmuş investisiyalar
(460)
(460)
Cəmi tənzimləyici kapital
105,490
63,797
Risk dərəcəsi ilə ölçülən aktivlər:
Balans hesabatı
627,008
435,600
Balansdan kənar hesabat
4,822
5,745
Cəmi risk dərəcəsi ilə ölçülən aktivlər
631,830
441,345
1-ci dərəcəli kapital
13.9%
12.8%
Cəmi kapital
16.7%
14.5%
Qrupun rəhbərliyi hesab edir ki, Bank 2013-cü və 2012-ci illər ərzində kapitalın məbləği ilə bağlı bütün
kənar qurumların tələblərinə riayət etmişdir.
27. ŞƏRTİ ÖHDƏLİKLƏR VƏ TƏƏHHÜDLƏR
Məhkəmə prosesləri – Qrup vaxtaşırı olaraq və adi fəaliyyəti müddətində müştərilər və müqavilə
tərəflərinin irəli sürdüyü iddialarla üzləşir. Rəhbərlik belə düşünür ki, heç bir yığılmamış maddi itkilər baş
verməyəcək və müvafiq olaraq bu maliyyə hesabatlarında ehtiyatlar nəzərdə tutulmamışdır.
Vergitutma – Azərbaycan Respublikasının ticarət, o cümlədən vergi qanunvericiliyi bir neçə şərhə yol verə
bilər. Bundan başqa, biznes fəaliyyəti ilə əlaqədar olaraq vergi orqanlarının öz mülahizələrinə görə qərar
vermələri riski də mövcuddur. Qrup rəhbərliyinin biznes fəaliyyəti ilə əlaqədar mülahizələrinə əsaslanan
müəyyən mövqe vergi orqanları tərəfindən birmənalı qarşılanmadıqda, Qrup üçün əlavə vergilər, cərimələr
və faizlər hesablana bilər.
Belə qeyri-müəyyənlik halları maliyyə alətlərinin qiymətləndirilməsi, dəyərsizləşmə üzrə zərər üçün
ehtiyatların qiymətləndirilməsi və sövdələşmələrin bazar qiymətinin müəyyənləşdirilməsi ilə bağlı ola bilər.
Bundan başqa, belə qeyri-müəyyənlik vergiyə cəlb olunan mənfəətin natamam hesablanması olaraq ehtiyat
üzrə müvəqqəti fərqin qiymətləndirilməsi, habelə müştərilərə verilmiş kreditlər və debitor borcları ilə bağlı
dəyərsizləşmə üzrə zərər üçün ehtiyatların geri qaytarılması ilə də bağlı ola bilər. Qrup rəhbərliyi
ödəniləcək vergi məbləğlərinin hesablandığını düşünür və buna görə də maliyyə hesabatlarında heç bir
ehtiyat nəzərdə tutulmamışdır.