1
TÜRK KİTABI
unudulan tarix - dəyişdirilən adlar
Azərbaycan Respublikası Təhsil
Nazirinin 13.08.2009 tarixli 999
saylı əmri ilə vəsaiti kimi
təsdiq edilmişdir.
2
TÜRK KİTABI
unudulan tarix • dəyişdirilən adlar
ВAKI - 2009
QAFQAZ UNİVERSİTETİ
QAFQAZ ARAŞDIRMALARI İNSTİTUTU
NO: 11
Elmi redaktoru:
dr. Mehmet Rıhtım
Rəyçi:
prof. dr. Nadir Abdullayev
dr. Erdal Karaman
dr. Nəbi Əsgərov
Kitabda tarixən türk xalqları yaşayan böyük ərazilərdə, eləcə də
indi digər respublikaların hüdudları içərisində qalan ulu türk
torpaqlarında bir neçe yüz illər boyunca adı dəyişdirilən, başqa yad
adlarla əvəz edilən əski türk тəskənlərindən bəhs edilir. Əldə olunan
пəticələr vasitəsillə Altaylardan Balkanlara və Cənubi Qafqazlaradək olan
əzəli Türk torpaqlarının həqiqi mənzərəsi dks olunur.
Qafqaz Universiteti Elmi Şurasının qərarı ilə yayınlanmışdır.
Adres: Qafqaz Universiteti, Qafqaz Araşdırmaları İnstitutu,
Bakı-Sumqayıt yolu 16 km Xırdalan, Az 0101 Azərbaycan.
Url: www.qafqaz.edu.az, www.kaen.edu.az
E-poçt: minexanim(@) yahoo.com
Tel: +994(12) 448 28 62/66, Faks: +994(12) 448 28 61/67
Bakı, "Nurlar" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh 320
3
ÖN SÖZ
TÜRKÜN AYAQ İZİ POZULMAZ...
Ürəyimi sizə açıram, əziz oxucum...
Çin səddindən Balkanlara, Sibirdən Bəsrə körfəzinə qədər yayılan türk
xalqları, ulusları, uruqları sanki göy üzündə sıralanmış, geniş səmada səf çəkib
düzülmüş milyon illərin ulduzları tək gözqamaşdıran, cazibədar parıltılarıyla çox
yaxın görünsələr də, uzaq, qədim, qatı açılmayacaq, sirri sorulmayacaq qədər
mübhəm bir tarix daşımaqdadırlar.
Tarixən çox geniş coğrafiyaya malik olan türk xalqları təəssüf ki, tarixin
çox ağır yollarından, çətin burulğanlarından keçib gələ-gələ son yüzilliklərdə,
xüsusən sonuncu XX əsrdə bir-birindən din, dil, mədəniyyət və bununla bir çox
psixoloji-mənəvi cəhətləriylə də çox aralı düşmüşlər.
Türk xalqlarının bir-birindən kəskin surətdə ayrı düşməsi rus
imperializminin bir neçə yüzilliklər boyunca türk torpaqlarına qarşı istilaçı
yürüşləri və bu yürüşlərin doğurduğu ədalətsiz müharibələrdə həyata keçirilirdi.
Rus çarı III İoann Vasilyeviç zamanından əsası qoyulan, I Pyotr və II
Yekaterina dövründə güclənən, daha sonrakı imperatorlar tərəfindən xüsusi
şiddətlə aparılan müstəmləkəçilik siyasəti planlarıyla bir vaxtda həyata keçirilən
məkrli tədbirlər sırasında tarixin də təhrifi, mənbələrin saxtalaşdırılması, bu
məsələyə yönəlmiş baxışların da kökündən dəyişdirilməsi işi gedirdi.
İmperatriça II Yekaterina çox mürəkkəb və özündə risq təhlükəsi daşıyan
siyasət yürüdürdü. Şimalda İsveçlə, imperiyanın cənubunda isə türklərlə vuruşaraq
o, öz dediyi kimi Türkiyəni Avropadan sıxışdırıb çıxarmaq, onun paytaxtı qədim
İstanbulu "Konstantinopol"u zəbt etməklə Rusiyaya sadiq din qardaşları olan
Balkanlarda, habelə Qara dəniz ətrafı ölkələrdə Yeni Yunanıstan dövləti qurmağı
nəzərdə tuturdu. Orada hökmdarlıq edəcək çar isə Rus imperatoru ailəsindən
çıxmalı idi. Bu uzaqgörənliklə hazırlanmış, çox incə düşünülmüş plan idi. Hətta
özünün iki nəvəsinə ad qoyarkən də bu ideyanı unutmamışdı, onların daşıdığı ad da
Yekaterinanın siyasi məqsədindən xəbər verirdi. Böyüyünü tarixən isveçlilər
üzərində qələbə çalan Aleksandr Nevskinin şərəfinə Aleksandr adlandırmışdı;
ortancılı Konstantinin boynuna "şanlı" Çarqradda - Konstantinopolda yunan
çarlığını qurmağın şərəfi və şöhrəti düşürdü.
İstila olunmuş yerlərin ruslaşdırılması çox qısa, diqqətlə düşünülmüş,
spesifik üsullarla həyata keçirilirdi. İndi həmin dəyişilmə kompaniyasından
kənarda qalan yer adlarından başqa heç nə bu yerlərin əski türk torpaqları olduğunu
xatırlatmır. Dərsliklərdən uzaqlarda, kitabxanalar küncündə toz basmış tarix
kitablarındakı bir-iki xəsis səhifələri də oxumaq, ədalətli nəticələr hasil etmək isə
4
hələ ağıllara belə gəlmir.
Bütöv əsrlər boyu sürən gah fırtınalı dalğalar tək coşan dəhşətli
müharibələr, bitib tükənmək bilməyən sonsuz münaqişələr bu torpaqlarda Rus-İran
və ardıcıl aparılan Rus-Türk müharibələri, amansız istilalar, yerli xalqların saysız-
hesabsız kütləvi ixtişaşları, milli-azadlıq hərəkatına qədər yüksələn xalq
həyəcanları, qan içində boğulan üsyanlar, qanlı müstəmləkə siyasətinin əsl
məzmunu idi.
Zərbənin ağırı da istila onunan Böyük Sibir, Türküstan, bütöv Qafqaz
haqqındakı tarixi həqiqətlərə dəyir, bu yerlərin əsl əhalisi olan türk etnoslarının
varlığını bilərəkdən şübhələrə bürüyən saxta tarixlər, bilgilər yaradılırdı. Geniş
ərazilərin, türk torpaqlarının adları dərişdirılir, köçürülmələrlə, yerli xalqları
ucdantutma xristianlaşdırmaqla türk etnoslarını assimliə edib, tarixə, taleyə hökm
edilirdi.
Hələ XIV əsrdən Volqaya çıxmaqla Sibirə yürüşdən başlayan bu məqsəd
qədim Bulqar çarlığının-Kazan, Astarxan xanlıqlarının ləğv edilməsi və artıq
Avropalaşmış rus çarlarının Qara dəniz - Balkanlar və daha sonra Qafqaz-
Azərbaycan istilaları ilə genişlənərək həyata keçirilirdi. Yerlərin istilası
pravoslavlığın qəbul etdirilib yayılması ilə tamlaşdırılırdı; xaçlama müstəmləkə
siyasətinin əsas məqsədi idi, zorla xristianlaşmadan qaçanları ağır cəzalar,
məhrumiyyətlər gözləyirdi. Rusiya Elmlər Akademiyasının ilk qadın prezidenti
Yekaterina Daşkovanın yazdığına görə Nijni Novqorod arxiyepiskopu Dmitri
Seçenev (1709-1767) Kazan və sonra Nijeqorod quberniyasının yepiskopu olarkən
buradakı yerli sakinlər (tatarlar, çuvaşlar, mordvalılar) arasında pravoslavlığı
yayarkən çox qəddar hərəkətlər edirdi: qəbristanlıqları dağıtdırır, xaçlamadan
canını götürüb qaçanları tutdurub həbs etdirirdi, mal-mülkünü müsadirə etdirib,
dilənçi vəziyyətinə salırdı. Hətta tarixçi Solovyovun yazdığına görə xristianlığı
qəbul etmək istəməyən yaşlı müsəlmanları kupelo (xaç suyuna) əlləri, ayaqları
qandallı atırdılar. Müsəlman ailələrinin yeni doğulan uşaqları ilə iş asan idi; onlar
elə kilsədəcə suya çəkilir, adı və yeni inancı yazılıb qeyd olunurdu.
Odur ki, bu yeni istila olunan torpaqlarda yeni adlar özü ilə birlikdə dini
məzmun daşıyırdı. Troitsk, Stavropol, Pavlodar, Petrozavodsk, Petropavlovsk,
Kosmodemyansk (müqəddəs həvarilərin adlarından); Stavropol (xaçlı şəhər),
Sevastopol (müqəddos şəhər), Pokrovskoe, Feodosiya (keçmiş Kafa şəhəri),
Feodora (keçmiş Manqup kala), qədim Temernikin müasir adı olan Rostov-Don,
Sibirdo Zlatoust şəhərləri kilsə baş ruhaniləri adından yaranmışdır. Bu yeni adlar
həmin dövrün istilaçılıq xəttini yeridən imperiyanın başında duranların adlarını
əbədiləşdirməklə də bu ilhaqın məqsədlərini tam ifadə edirdi: Zubovka, Karyagin,
Yelizavetpol, Tatişşev, Perovsk, Petrovsk, Yekaterinoslav, Yekaterinodar,
Yekaterinburq və s.
Çox vaxt gəlmələr köhnə adlarını gətirib özlərinin bu yeni məskəninə
verirdilər. Məsələn, 1864-cü ilə aid Samara quberniyası yaşayış yerlərinin adları
Dostları ilə paylaş: |