31
Azak boyu məntəqələrin, o cümlədən Azak şəhərinin dərhal
xristianlaşdırılmasına başlanılır. Yenicə istila olunan Azakdan gələn 21 avqust
1696-cı ilə dair ilk poçt xəbərindən aydın olur: qaladakı məsciddən "Bojiya
poxvala prisvyataya Boqoroditsı" kilsəsi, yenə digər məsciddən "Verxovnik
apostol Petra i Pavla" kilsəsi tikilir.(bax: Zapiski İvana Afanasyeviç Jelyabujskoqo)
Azak
sonra
1711-ci
ildə
Pyotrun həmin ildəki müharibədə
məğlubiyyətindən sonra Türkiyəyə qaytarılmışdısa da 1774-cü ildə birdəfəlik
Rusiyaya keçmişdir. Bu vaxtdan dəniz kimi şəhərin də Azak adı dəyişdirilərək
Azov adlanmışdı.
BABA DAĞ
Müasir Rumıniyada şəhər. Qədim Osmanlı şəhərlərindən olmuşdur. Baba
Dağ Osmanlıların güclü və əmin qalalarından idi. Sultan IV Murad bu torpaqların
mühafizəsini gücləndirmək məqsədilə Qoca Kənan paşaya (Sultan Əhmədin
damadı, onun qızı Atiko sultanın əri) əmr verir: "başın sənə gərəkdirsə, Baba Dağ
qalasını möhkəm bir qalaya çevir
55
.
Baba Dağ və ətrafı Çələbi Sultan Mehmetin hünəri və qeyrəti sayəsində
Osmanlı hakimiyyətinə daxil olmuşdusa da (1416) bu yerlərin çox-çox əvvəldən
türkmən yurdu olduğu məlumdur.
Turla çayı boyunca (müasir Dnestr çayı ətrafı) torpaqlardan keçən Övliya
Çələbi şəhərin adıyla bağlı göstərirdi ki, burada Sarı Saltık Sultan (o "piri -
Türküstan" kimi tanınan Xoca Əhməd Yasəvinin tələbəsi olmuşdur) dəfn olunduğu
üçün bu yer Baba Dağ adlanmışdı. Eyni zamanda onunla yanaşı burada digər çoxlu
pirani qəbirlər vardır. Səyyah həm də şəhərdə Sarı Saltık Sultanın təkkəsi və ona
bitişik olan gözəl Ulu Cameni ziyarət etdiyini söyləmişdi. Şəhərin görməli-gəzməli
yerləri olan Dədə Saltık Sultan meşə qoruğu, Yar Bağları, Böyük meşəlik, Lalə
bağçalarını... səyyah aludəliklə təsvir etmişdir.
Övliya Çələbini heyran qoyan gözəlliklərdən indi bir əsər qalıbmı?!
Tarixçi Hammer də yeddi müxtəlif yerdə məzarı olan Sarı Saltık babanın
əsas qəbrinin burada olduğunu göstərərək yazırdı: Övliya Saltıq baba XII əsrin 60-
cı illərində yüz min Səlcuq türkü ilə bura gəlmiş, o vaxtdan bu yerlərə Dobruca
Tatarıstanı deyilmişdi. Öləndə müridlərinə vəsiyyət etmişdi ki, onun nəşini yeddi
yerə bölüb ayrı-ayrı yerlərdə dəfn etsinlər. Bununla ziyarətgah halına gələn bu
torpaqların İslam imperiyası torpaqlarına çevrilməsinə çalışmışdı
56
.
55
Evliya Çelebi. Seyahetnamesi, 3-4 c, İstanbul, 1966 s. 282
56
Hammer. Büyük Osmanlı Tarihi, 8 c, s.443.
32
Qala dəfələrlə basqınçı kazakların həmlələrinə hədəf olub; hətta Saltık
Sultanın türbəsini zəngin avadanlığını yağmalayıb gedərkən olunmazın zülmünü
çəkmişlər. Odur ki, götürdüklərini qorxudan gətirib yerinə qoymuşlar. Səyyah
Dədə yağmaçı kazakların tamahına və talanına məruz qalan sərdabəni belə vəsf
edir: türbənin içi gözəl hüsnü-xətlə yazılmış kəlami-şəriflərlə süslənib; adam boyu
şamdanlar hər biri bir padşah hədiyyəsidir.
Kırımın ruslar tərəfindən ilk işğalı zamanı (1738) diplomatik heyətlərin
dayandığı yer,1768-ci ildə Rus-Türk müharibəsində ordu qışlağı olduğu məlumdur.
Baba dağ ruslar tərəfindən ilk dəfə olaraq 1771-ci ildə qısa müddətə işğal edilmiş,
1773-cü ildə geri çəkilərkən buranı yandırıb çıxmışlar. Bundan sonra Osmanlılara
geri verilsə də daimi müharibələr nəticəsində atəş xəttində qalmış; 1878-ci il Berlin
andlaşması ilə Rusiyaya keçməklə hazırda Rumınyaya aiddir
57
.
Baba dağ və ətrafı bu zaman öz türk adları ilə hələ ki, yaşamaqdadır.
Övliya Çələbi Baba dağdan çıxıb Yayla köyünə, buradan da cənuba istiqamət
götürüb Qara Muradlı qəsəbəsinə getdiyindən bəhs edir. Azərbaycanda da uca
zirvəsində ziyarətgah yerləşən Baba dağ (Hünd.3.632 m.) Baş Qafqaz silsiləsində
bir yüksəklikdir. Ətəyindən Qara çay axır. Baba dağ Azərbaycanda, Orta Asiyada -
Tacikistan və Özbəkistan sərhəddində, Surxan Dərya və Kafirnihan çayları
arasında dağ adıdır.
BAKIR ŞƏHƏRİ. İNDİ ENGELS
Əlbəttə abad şəhərlər yollar ayrıcında, çaylar üzərində salınmışdır,
deyənlər yanılmırlar. Kiçicik Bakır kəndi də Volqa çayı ilə Elton gölü arasındakı
Böyük yolda, Saratov şəhərindən azca aralı yerləşirdi. Vaxtilə qədim Saratov
Volqanın bu üzündə Bakırdan bir kilometr yarım məsafədə yerləşirdi. Yanğından
sonra onu Volqanın o biri üzünə köçürdülər. Bu yola "Elton traktı" deyirdilər.
1747-ci ilin yayında senat podpolkovnik Çemadurovun rəhbərliyi altında Elton
gölünü tədqiq etməkdən ötrü elmi ekspedisiyaya göndərmişlər. Rusların
tələffüzündə Elton kimi səslənən bu ad indi elə bu şəkildə də rəsmiləşdirilib
58
.
Əsl adı çox güman ki, Altun olan bu göl (Sahil yamacları və dibi qırmızı
torpaqdan olan göl həqiqətən qızıl kimi parlayır) yerli tatar və kalmıkların
tələffüzündə Altun-Alton olan bu ad rusca Elton şəklinə düşmüşdür.
Çemadurov Senata Elton gölünün tədqiq edildiyini və buradakı duzun
57
Bax: İslam Ansiklopedisi, 4 c, İstanbul, 1991, s.371-372
58
Никонов В.А. Краткий топономический словарь, М., Мысль, 1966, с.48.
33
hasil edilməsinin məqsədə uyğun olduğunu xəbər verir. İndi Çemadurovun
öhdəsinə duzun daşınması qayğısı düşürdü. Volqanın sol sahilindo duz anbarları
üçün əlverişli yer axtararkən Bakır (Bakur) kəndi onun nəzərini cəlb etdi. Burada
duz anbarları tikdirməyi qərara aldı. Tezliklə hökümətin təşəbbüsü ilə Malorossiya
çumakları (arabaçıları) bura işləməyə gəldilər. Kənd tezliklə böyüdü. İndi bu yeni
əhali - xristian sakinlər üçün kilsə lazım idi. Şəhərcikdə Pokrov kilsəsi tikildi.
Bunun ardınca slaboda dərhal Pokrovskoe adlanmağa başladı. Şəhərin ortasındakı
Sapsay gölünü qurutdular, şəhər ərazicə genişləndi. İndi burada ruslar,
ukraynalılar, ermənilər, tatarlar yaşayırdılar.
N.Baskakov "bakur, baqur" türk sözünün qıpçaq dillərində bitki adı
bildirməsini göstərir
59
. Həm də müasir türk dillərində və qədim yazılı mənbələrdə
mis, bürünc adını bildirən bakır sözü vardır. Hər bir halda bu rəng adı olub
torpağın rəngiylə bərabər meydana gəldiyini düşünmək olar. Gürcüstanın da
xəritəsində bu ada azacıq fonetik dəyişikliklə-Bakuriani rast gəlinir. Bakır Baş
(Kırımda dağ), Bakır Tau (Yekaterinburqda dağ), Bakır gölü (Başqırdıstanda) və s
göstərə bilərik.
Bakır (Pokrovskoe) 1914-cü ildə şəhərə çevrildi. 1931-ci ildə onun adı
dəyişdirilib fəhlə hərəkatının ideoloqu Fridrix Engelsin şərəfinə Engels şəhəri
adlandırıldı
60
. Şəhəri Volqanın kiçik qolları olan "Sazan, Belaya (Ak), Volojka, Stav
çayları əhatə edirdi. Bu çaylar ta qədimdən sakinləri yedirdib, bəsləyirdisə də yaz-
yay daşqınları zamanı əhali əziyyət çəkirdi. İndi yüksək və möhkəm sədlər
çoxmərtəbəli yaşayış evləri olan qədim Bakır, bugünkü müasir Engels şəhərini
daşqından, dağıntılardan mühafizə edir. Volqa çayından tamaşa etdikdə 3 km
uzunluqdakı bu sədd görünür. Məhz burada Bakır çölündəki əkin sahəsinə 1961-ci il
aprelin 12-də Yuri Qaqarin kosmosa uçuşundan sonra yerə enmişdir.
BALAXANA. BALAXNA
Müasir Balaxna Nijni Novqorod vilayətində şəhər, həm də Volqa çayı
üzərində gəmi dayanacağı kimi tanınır. Şəhər ərazisində Balaxna düşərgəsi (Neolit
dövrünə aid) aşkar edilmişdir. Tarixən Volqa boyunda Çeremis, Udmurt tatarları,
bulqarlar yaşamışdılar. Vladimir-Suzdal knyazlarının Bulqar hakimləri ilə ardıcıl
müharibələri (1164, 1186, 1205, 1220, 1230) Rusun Şərqə doğru xeyli miqyasda
böyüyüb genişlənməsinə gətirib çıxardı. Nijeqorod knyazı Kostantin Vasilyeviç
(1309-1355) Oka, Kudma, Volqanın sağ qollarının üstünü ruslarla məskunlaşdırdı.
59
Баскаков Н.А. Руские фамилии тюркского происхождения, 1992, с.223.
60
Борисов С.В., Демченко Т.И. Город Енгельс, Саратов, 1982,с.12.
Dostları ilə paylaş: |