Unudulan tarix dəyişdirilən adlar



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə14/96
tarix23.01.2018
ölçüsü2,82 Kb.
#21999
1   ...   10   11   12   13   14   15   16   17   ...   96

31 
 
Azak  boyu  məntəqələrin,  o  cümlədən  Azak  şəhərinin  dərhal 
xristianlaşdırılmasına  başlanılır.  Yenicə  istila  olunan  Azakdan  gələn  21  avqust 
1696-cı  ilə  dair  ilk  poçt  xəbərindən  aydın  olur:  qaladakı  məsciddən  "Bojiya 
poxvala  prisvyataya  Boqoroditsı"  kilsəsi,  yenə  digər  məsciddən  "Verxovnik 
apostol Petra i Pavla" kilsəsi tikilir.(bax: Zapiski İvana Afanasyeviç Jelyabujskoqo) 
Azak 
sonra 
1711-ci 
ildə 
Pyotrun  həmin  ildəki  müharibədə 
məğlubiyyətindən  sonra  Türkiyəyə  qaytarılmışdısa  da  1774-cü  ildə  birdəfəlik 
Rusiyaya  keçmişdir.  Bu  vaxtdan  dəniz  kimi  şəhərin  də  Azak  adı  dəyişdirilərək 
Azov adlanmışdı. 
 
 
 
 
BABA DAĞ 
 
Müasir Rumıniyada şəhər. Qədim Osmanlı şəhərlərindən olmuşdur. Baba 
Dağ Osmanlıların güclü və əmin qalalarından idi. Sultan IV Murad bu torpaqların 
mühafizəsini  gücləndirmək  məqsədilə  Qoca  Kənan  paşaya  (Sultan  Əhmədin 
damadı, onun qızı Atiko sultanın əri) əmr verir: "başın sənə gərəkdirsə, Baba Dağ 
qalasını möhkəm bir qalaya çevir
55

Baba  Dağ  və  ətrafı  Çələbi  Sultan  Mehmetin hünəri  və  qeyrəti  sayəsində 
Osmanlı  hakimiyyətinə  daxil  olmuşdusa  da  (1416)  bu  yerlərin  çox-çox  əvvəldən 
türkmən yurdu olduğu məlumdur. 
Turla çayı boyunca (müasir Dnestr çayı ətrafı) torpaqlardan keçən Övliya 
Çələbi  şəhərin  adıyla  bağlı  göstərirdi  ki,  burada  Sarı  Saltık  Sultan  (o  "piri  - 
Türküstan" kimi tanınan Xoca Əhməd Yasəvinin tələbəsi olmuşdur) dəfn olunduğu 
üçün bu yer Baba Dağ adlanmışdı. Eyni zamanda onunla yanaşı burada digər çoxlu 
pirani qəbirlər vardır. Səyyah həm də şəhərdə Sarı Saltık Sultanın təkkəsi və ona 
bitişik olan gözəl Ulu Cameni ziyarət etdiyini söyləmişdi. Şəhərin görməli-gəzməli 
yerləri  olan  Dədə  Saltık  Sultan  meşə  qoruğu,  Yar  Bağları,  Böyük  meşəlik,  Lalə 
bağçalarını... səyyah aludəliklə təsvir etmişdir. 
Övliya Çələbini heyran qoyan gözəlliklərdən indi bir əsər qalıbmı?! 
Tarixçi Hammer də yeddi müxtəlif yerdə məzarı olan Sarı Saltık babanın 
əsas qəbrinin burada olduğunu göstərərək yazırdı: Övliya Saltıq baba XII əsrin 60-
cı  illərində  yüz  min  Səlcuq  türkü  ilə  bura  gəlmiş,  o  vaxtdan  bu  yerlərə  Dobruca 
Tatarıstanı  deyilmişdi.  Öləndə müridlərinə  vəsiyyət  etmişdi  ki,  onun nəşini  yeddi 
yerə  bölüb  ayrı-ayrı  yerlərdə  dəfn  etsinlər.  Bununla  ziyarətgah  halına  gələn  bu 
torpaqların İslam imperiyası torpaqlarına çevrilməsinə çalışmışdı
56

                                                        
55
 
Evliya Çelebi. Seyahetnamesi, 3-4 c, İstanbul, 1966 s. 282
 
56
 
Hammer. Büyük Osmanlı Tarihi, 8 c, s.443.
 


32 
 
Qala  dəfələrlə  basqınçı  kazakların  həmlələrinə  hədəf  olub;  hətta  Saltık 
Sultanın  türbəsini  zəngin  avadanlığını  yağmalayıb  gedərkən  olunmazın  zülmünü 
çəkmişlər.  Odur  ki,  götürdüklərini  qorxudan  gətirib  yerinə  qoymuşlar.  Səyyah 
Dədə  yağmaçı  kazakların  tamahına  və  talanına  məruz  qalan  sərdabəni  belə  vəsf 
edir: türbənin içi gözəl hüsnü-xətlə yazılmış kəlami-şəriflərlə süslənib; adam boyu 
şamdanlar hər biri bir padşah hədiyyəsidir. 
Kırımın ruslar  tərəfindən ilk  işğalı  zamanı  (1738)  diplomatik heyətlərin 
dayandığı yer,1768-ci ildə Rus-Türk müharibəsində ordu qışlağı olduğu məlumdur. 
Baba dağ ruslar tərəfindən ilk dəfə olaraq 1771-ci ildə qısa müddətə işğal edilmiş, 
1773-cü ildə geri çəkilərkən buranı yandırıb çıxmışlar. Bundan sonra Osmanlılara 
geri verilsə də daimi müharibələr nəticəsində atəş xəttində qalmış; 1878-ci il Berlin 
andlaşması ilə Rusiyaya keçməklə hazırda Rumınyaya aiddir
57

Baba  dağ  və  ətrafı  bu  zaman  öz  türk  adları  ilə  hələ  ki,  yaşamaqdadır. 
Övliya  Çələbi  Baba  dağdan  çıxıb  Yayla  köyünə,  buradan  da  cənuba  istiqamət 
götürüb  Qara  Muradlı  qəsəbəsinə  getdiyindən  bəhs  edir.  Azərbaycanda  da  uca 
zirvəsində ziyarətgah yerləşən Baba dağ (Hünd.3.632 m.) Baş Qafqaz silsiləsində 
bir yüksəklikdir. Ətəyindən Qara çay axır. Baba dağ Azərbaycanda, Orta Asiyada - 
Tacikistan  və  Özbəkistan  sərhəddində,  Surxan  Dərya  və  Kafirnihan  çayları 
arasında dağ adıdır. 
 
 
 
 
 
 
BAKIR ŞƏHƏRİ. İNDİ ENGELS 
 
Əlbəttə  abad  şəhərlər  yollar  ayrıcında,  çaylar  üzərində  salınmışdır, 
deyənlər yanılmırlar. Kiçicik Bakır kəndi də Volqa çayı ilə Elton gölü arasındakı 
Böyük  yolda,  Saratov  şəhərindən  azca  aralı  yerləşirdi.  Vaxtilə  qədim  Saratov 
Volqanın bu üzündə Bakırdan bir kilometr yarım məsafədə yerləşirdi. Yanğından 
sonra  onu  Volqanın  o  biri  üzünə  köçürdülər.  Bu  yola  "Elton  traktı"  deyirdilər. 
1747-ci  ilin  yayında  senat  podpolkovnik  Çemadurovun  rəhbərliyi  altında  Elton 
gölünü  tədqiq  etməkdən  ötrü  elmi  ekspedisiyaya  göndərmişlər.  Rusların 
tələffüzündə Elton kimi səslənən bu ad indi elə bu şəkildə də rəsmiləşdirilib
58

Əsl adı çox güman ki, Altun olan bu göl (Sahil yamacları və dibi qırmızı 
torpaqdan  olan  göl  həqiqətən  qızıl  kimi  parlayır)  yerli  tatar  və  kalmıkların 
tələffüzündə Altun-Alton olan bu ad rusca Elton şəklinə düşmüşdür. 
Çemadurov  Senata  Elton  gölünün  tədqiq  edildiyini  və  buradakı  duzun 
                                                        
57
 
Bax: İslam Ansiklopedisi, 4 c, İstanbul, 1991, s.371-372
 
58
 
Никонов В.А. Краткий топономический словарь, М., Мысль, 1966, с.48.
 


33 
 
hasil  edilməsinin  məqsədə  uyğun  olduğunu  xəbər  verir.  İndi  Çemadurovun 
öhdəsinə  duzun  daşınması  qayğısı  düşürdü.  Volqanın  sol  sahilindo  duz  anbarları 
üçün əlverişli yer axtararkən Bakır (Bakur) kəndi onun nəzərini cəlb etdi. Burada 
duz anbarları tikdirməyi qərara aldı. Tezliklə hökümətin təşəbbüsü ilə Malorossiya 
çumakları (arabaçıları) bura işləməyə gəldilər. Kənd tezliklə böyüdü. İndi bu yeni 
əhali  -  xristian  sakinlər  üçün  kilsə  lazım  idi.  Şəhərcikdə  Pokrov  kilsəsi  tikildi. 
Bunun ardınca slaboda dərhal Pokrovskoe adlanmağa başladı. Şəhərin ortasındakı 
Sapsay  gölünü  qurutdular,  şəhər  ərazicə  genişləndi.  İndi  burada  ruslar, 
ukraynalılar, ermənilər, tatarlar yaşayırdılar. 
N.Baskakov  "bakur,  baqur"  türk  sözünün  qıpçaq  dillərində  bitki  adı 
bildirməsini göstərir
59
. Həm də müasir türk dillərində və qədim yazılı mənbələrdə 
mis,  bürünc  adını  bildirən  bakır  sözü  vardır.  Hər  bir  halda  bu  rəng  adı  olub 
torpağın  rəngiylə  bərabər  meydana  gəldiyini  düşünmək  olar.  Gürcüstanın  da 
xəritəsində  bu  ada  azacıq  fonetik  dəyişikliklə-Bakuriani  rast  gəlinir.  Bakır  Baş 
(Kırımda dağ), Bakır Tau (Yekaterinburqda dağ), Bakır gölü (Başqırdıstanda) və s 
göstərə bilərik. 
Bakır  (Pokrovskoe)  1914-cü  ildə  şəhərə  çevrildi.  1931-ci  ildə  onun  adı 
dəyişdirilib  fəhlə  hərəkatının  ideoloqu  Fridrix  Engelsin  şərəfinə  Engels  şəhəri 
adlandırıldı
60
. Şəhəri Volqanın kiçik qolları olan "Sazan, Belaya (Ak), Volojka, Stav 
çayları əhatə edirdi. Bu çaylar ta qədimdən sakinləri yedirdib, bəsləyirdisə də yaz-
yay  daşqınları  zamanı  əhali  əziyyət  çəkirdi.  İndi  yüksək  və  möhkəm  sədlər 
çoxmərtəbəli  yaşayış  evləri  olan  qədim  Bakır,  bugünkü  müasir  Engels  şəhərini 
daşqından,  dağıntılardan  mühafizə  edir.  Volqa  çayından  tamaşa  etdikdə  3  km 
uzunluqdakı bu sədd görünür. Məhz burada Bakır çölündəki əkin sahəsinə 1961-ci il 
aprelin 12-də Yuri Qaqarin kosmosa uçuşundan sonra yerə enmişdir. 
 
 
 
 
BALAXANA. BALAXNA 
 
Müasir  Balaxna  Nijni  Novqorod  vilayətində  şəhər,  həm  də  Volqa  çayı 
üzərində gəmi dayanacağı kimi tanınır. Şəhər ərazisində Balaxna düşərgəsi (Neolit 
dövrünə aid) aşkar edilmişdir. Tarixən Volqa boyunda Çeremis, Udmurt tatarları, 
bulqarlar  yaşamışdılar.  Vladimir-Suzdal  knyazlarının  Bulqar  hakimləri  ilə  ardıcıl 
müharibələri  (1164,  1186,  1205,  1220,  1230)  Rusun  Şərqə doğru xeyli  miqyasda 
böyüyüb  genişlənməsinə  gətirib  çıxardı.  Nijeqorod  knyazı  Kostantin  Vasilyeviç 
(1309-1355) Oka, Kudma, Volqanın sağ qollarının üstünü ruslarla məskunlaşdırdı. 
                                                        
59
 
Баскаков Н.А. Руские фамилии тюркского происхождения, 1992, с.223.
 
60
 
Борисов С.В., Демченко Т.И. Город Енгельс, Саратов, 1982,с.12. 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə