Unudulan tarix dəyişdirilən adlar



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə15/96
tarix23.01.2018
ölçüsü2,82 Kb.
#21999
1   ...   11   12   13   14   15   16   17   18   ...   96

34 
 
Oğlu Boris Konstantinoviç zamanı isə rus kəndləri Volqa sahilləri ilə Sura çayına 
qədər  yayıldılar;  çuvaşlar,  mordvalılar  ruslarla  bərabər  Sura  çayının  sahillərində 
qarışıq  yaşamağa  başladılar.  Böyük  Moskva  knyazı  III  İvan  1479-cu  ildə  Nijni 
Novqorodlulardan  təşkil  olunmuş  qoşunu  buraya  səfərbər  etdi.  Birbaşa  Roma 
papasının  tövsiyyəsi  ilə  sonuncu  Bizans  şəhzadəsi  ilə  evlənən  III  İvan  tezliklə 
tatar-türk  əsilzadələrinə  münasibətini  sərtləşdirdi;  onların  xristianlığa  keçməsi 
sürətləndirildi.  1478-ci  ildə  indiyədək  müstəqilliyini  saxlamış  Böyük  Novqorodu 
zəbt edib onun əhalisini bu ərazilərə, o cümlədən Balaxnaya köçürdü. 
Şəhərdəki  Nikol  kilsəsi  İvan  Qroznının  əmri  ilə  Kazanın  alınması 
münasibətilə tikilmişdi (1552). O, Kazan üzərinə gedərkən burada dayanıb düşərgə 
salmışdı.  Balaxnanın istilasından təxminən  100  il  sonra  çar İvan  Vasilyeviç  (İvan 
Qroznı  -  o  rus  tarixində  ilk  "çar"  titulu  daşıyan  hökmdardır;  rus  ölkəsində  məhz 
onun zamanmda Rossiya adlandırılmağa başladı) 1579-cu ildə Balaxnanın gəlirini türk 
əslindən dönüb yenicə xristianlığı qəbul edən Q.Tevyaşova bağışladı. Tevyaşovlar 
bu  böyük  ənamdan  əvvəl  də  zəngin  ticarət  şəhəri  Surojda  tacirlik  edirdilər
61
.  XVI 
əsrin I yarısında Balaxnada duz çıxartma işi çiçəklənir. Lakin çox keçmir ki, tənəzzülə 
uğrayır. 
I  Pyotrun  dənizlərə  üz  tutması  ilə  bağlı  olaraq  şəhərdə  gəmiqayırma  işi 
tərəqqiyə başlayır. 1695-ci ildə burada I Pyotrun Azov yürüşü üçün gəmilərin ağac 
qabırğaları hazırlanırdı. Bir qayda olaraq  şəhərin adını türk dillərindən alınmış (əsli 
fars)  Balaxanı  və  Balaqan  sözünün  yüksəklik,  üst  tikintisi  olmaqla  "barak,  çardaq, 
ambar, saray, emalatxana təyinatli müvəqqəti tikili" mənasını qeyd edirlər
62

Bu  halda  onu  hündür  tikili,  üst  tikili,  ev,  yaşayış  məskəni  (kənd,  oba) 
mənasını ifadə edən söz kimi də qəbul etmək mümkündür. Türkmənistanda (Uzun 
Adada) Balxanı dağları adının, eləcə də Balkan adının yüksəklik mənası ifadə etdiyi 
nəzərə alınmalıdır. 
Balaxna  "Rusiyanın  ilk  vətəndaşı"  kimi  fəxri  ada  layiq  görülən  Mininin 
vətənidir.  Onun  əcdadı  Orda  əsilzadələri  hesab  olunur.  Böyük  ədib  Maksim 
Qorkinin də anası kökü və soyu etibarı ilə Balaxnaya məxsusdurlar. 
 
 
BALAKLAVA 
 
Vaxtilə müstəqil məntəqə olan Balaklava indi müasir Sevastopol şəhərinə 
daxil olan rayondur. (1957). Balaklava dərin və dar boğazı andıran buxta üzərində 
yerləşir.  1357-ci  ildə  Balaklavanı  genuyalılar  tutmuşsa  da  1475-dən  türklərin 
hakimiyyətində olmuşdur. Antik müəlliflər (Ptolomey, Strabon), Balaklavanı Sim-
                                                        
61
 
Источниковедение иследования по истории Кубани, Кроснадар, 1975, с. 182-187 
62
 Владимир Даль. Толковый словарь т.1. М., 1955, с. 41 
 


35 
 
bolon  adlandırmışdılar.  Odur  ki,  Kırıma  sahib  olan  çarizm  Balaklava  şəhərinin 
adını Cembalo qoymuşdur. Lakin şəhər öz adıyla yaşamaqda və Axtiyara (müasir 
Sevastopol)  birləşməkdədir.  Qədim  türk  dilində  balik,  baluk  şəhər  deməkdir
63

Baskakov bu qədim türk sözünün balık "şəhər", balıkçi "qubernator, vali" mənası 
daşıdığını  göstərir
64
.  Balaklava  kimi  digər  balık  adlı  yer  adlarının  mövcudluğu 
göstərir  ki,  bu  vahidlər  qədim  türk  dillərində  "sığınacaq,  düşərgə,  şəhər,  qala" 
mənasını  bildirən  balık  sözündən  yaranmışdır.  Azərbaycanda  Balık  (İsmayıllı  r.), 
Qara  Balıq  (Tovuz  r.)  Özbəkistanda  Balıqçı,  Türkiyədə  Balıkhisar  və  s.  faktlara 
rast  gəlinməkdədir.  Ermənistan  ərazilərindəki  türk  toponimləri  içərisində  Balık, 
Balıklı, Quşçu Balık adları da olmuşdur. Habelə Balakleyka çayı (şimali Donetskin 
qolu)  və  üzərində  Balakleya  qalası  Saratov  vilayətində  Balakovo  şəhəri  adları 
həmin qədim mənanın təzahürləridir. Müasir dil üçün arxaikləşmiş, lakin əsl türk 
adlarının  tərkibində  öz  qədim  ilkin  mənasını  və  şəklini  saxlamış  belə  sözlərə 
nəzərən  demək  mümkündür  ki,  bu  faktlar  dilimizin  qədim,  hətta  yazıya  qədərki 
dövrün  bitgin,  leksik  mənzərəsinin  bərpa  edilərək  öyrənilməsi  işində  lazımlı 
mənbələrdir. 
Balaklava qalasından Övliya Çələbi "canqurtaran liman Balıklava qalası" 
deyə bəhs edir və qalanın təbii təsvirini verməklə bu günlərin oxucusuna da lazımi 
mənzərəni  yetirə  bilir:  "Tatarlar  bura  balığı  çox  olduğu  üçün  Balıklağı  kirman 
deyərlər.  Qala  yalçın,  qırmızı  rəngli  qayalar  üzərində  yüksəlmiş  üç  girişli  bir 
qurğudur. Bəzi yeri dənizdən təpəsinədək 500 mimar arşını ucalığındadır. Qaladan 
dənizə  baxıldıqda  gəmilər  milçək  kimi  görünürlər."  Ardınca  qalanın  Bəyazidin 
dövründə  təmir  edilib  möhkəmləndirildiyini  qeyd  edərək  Balıklava  qalasının 
təsvirinə girişən səyyah özünəməxsus canlı və eyni zamanda şirin bir tərzdə qalanı 
müfəssəl  təsvir  edir:  qüllələri  əsl  sənət  əsəridir  və  üç  qatlı  divarları  dolama 
dolamadır. Qapılardan və xəndəklərdən bir-birinə keçilir. Bu qalaya hər hansı bir 
tərəfdən  keçib  zəfər  bulmaq  mümkün  deyil.  О  yalnız  quşatma  ilə  alına  bilər
65

Balaklava  qalasından  aşağıda limanda  iki-üç  qatlı  evləri  olan  iki  məhəlləli  qəsəbə 
vardır. Gömrük də bu limandadır. "Su başı (su~sü "qoşun"; subaşı burada rəis hərbi 
qubernator  deməkdir  -  M.T.)  Mehmet  paşa  limanı  idarə  edir,  deyə  Övliya  Ata  bu 
qiymətli məlumatı təfsilatı ilə tamamlayır. 
Həlledici  coğrafi  üstünlükləri  səbəbindən  Kırım  müharibeəsi  gedişində 
Balaklava döyüşü baş vermişdi. 
 
 
 
 
                                                        
63
 
Малов C.H. Памятники древнетюркской писменности, М- Л, 1951, с.368
 
64
 
Баскаков Н.А. Тюркская лексика в «Слове о полку Игореве», М., 1985, с.40
 
65
 
Övliya Çelebi. Sеyahetnamesi. İstanbul, Üç Dal, 1966, VII c. s.371
 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə