Unudulan tarix dəyişdirilən adlar



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə16/96
tarix23.01.2018
ölçüsü2,82 Kb.
#21999
1   ...   12   13   14   15   16   17   18   19   ...   96

36 
 
BALIK. NEFTEYUQANSK 
 
Balık  -  müasir  Nefteyuqansk  Tümen  vilayətində  sənaye  şəhəri.  1967-ci 
ildə adı dəyişdirilərək ərazisində çıxarılan neftə görə Nefteyuqansk adlandırılmışdı. 
Oykonomik  termin  olan  "balık"  tarixən  "şəhər,  qala  "  mənasını  ifadə 
etmişdir. "Qala və saray" mənasını ehtiva edən balık kəlməsinə türkcə mənbələrdə 
"şəhər" anlamında ilk dəfə Orxon abidələrində rastlanır. Göytürklər İlteriş Kaqanın 
680  ilində  dövləti  yenidən  təşkilatlandırdığını  eşidincə  "balıkdakılar  dağa  çıxmış, 
dağdakılar  da  aşağı  enmişdi"
66
.  Malov  müvafiq  şəkildə  "balıq  begi"  sözünün  də 
şəhərin  hakimi  mənasında  işləndiyini  qeyd  edir.  N.Baskakov  da  balıkçı  sözünün 
"hakim, qubernator" vəzifəsinin adını bildirdiyini göstərir
67
. Əski türkcə olan bal-
pal  (balçıq/palçıq  bu  sözdəndir)  evlərin  çamur-topraq,  yəni  palçıqla  tikilməsi  ilə 
bağlı  yaranmışdır.  Bəzi  Çin  qaynaqlarında  Asiya  Hunlarının  evlərini  əzilib 
yoğrulmuş  torpaqdan  tikdiyi  göstərilir.  Balıq  sözü  Uyqurların  son  zamanlarına 
doğru  yerini  Soğdicə  olan  "kənd"  və  əsli  farsca  olan  "şehir"  sözünə  buraxılaraq 
unudulmuşdur
68

Bu  mənada  da  türk  ölkələri  tarixi  toponimiyası  tərkibində  əks  olunduğu 
faktlara da sıx-sıx rast gəlinir.Məsələn, Tatarıstanla bağlı Aruk Balık, Simez Balık, 
Yanqı Balık və s. 
Sarıtsin (müasir Volqoqrad) şəhərinin bir hissəsi tarixən Xan Balık (Xan 
şəhəri) adlanırdı. Burada xanın iqamətgahı yerləşirdi. Orxon çayının sol sahilində 
(müasir  MXR-da)  xarabalıqları  günümüzədək  qalan  Ordu  Balık  (840-cı  ildə 
dağıdılmış,  tənəzzülə uğramışdı),  Özbəkistanda  Balıkçı  qəsəbəsi adında mühafizə 
olunur. Bununla yanaşı Beş Balık (indi Sin tsyan), Xan Balık (Pekinin  orta əsrlərdə 
adı  olmuşdur)  kimi  maraqlı  faktlar  məsələyə  ciddi  yanaşmağı  tələb  edir. 
Tatarıstanda  Balık  Bistəsə  şəhərinin  adını  yanlış  olaraq,  yəni  "balık"  sözünə 
birmənalı  yanaşmaqla  Rıbnoe  Slaboda  kimi  tərcümə  edərək  dəyişmişlər. 
Ümumiyyətlə, Xan Balıq coğrafi adı barədə ayrıca onu demək mümkündür ki, o, 
paytaxta  va  mühüm  şəhərlərə  verilən  ad  idi.  Dastanlarımızda  ("Muqim  şah 
dastanı") həmin məqamda rast gəlinir. 
Başına döndüyüm gül üzlü xoca, Xocam, bu yol Xan Balığa gedirmi? Nə 
gündüzüm gündüz, nə gecəm gecə Xocam, bu yol Xan Balığa gedirmi? 
Dastanlardan  məlum  olur  ki,  Xan  Balıq  Qəndəhar  yolunda  bir  diyarın 
adıdır. 
Ermənistanda,  tarixi  Oğuz  diyarında  Quşçu  Balıq adlı  yaşayış  məntəqəsi 
                                                        
66
 
İslam Anseklopedisi, 5 c, İstanbul, 1992, s.12
 
67
 
Малов С.Е. Памятники древпетюркской писменносги, М-Л., 1951 с. 368;
 
68
 
Баскаков Н.А. Тюркская лексика в «Слове о полку Игореве», с.40 
 
 


37 
 
var  idi.  Yurdumuzun  yer  adları  içərisində  rast  gəlinən  Balıq  kəndi  (İsmayıllı  г.), 
Tovuz  rayonunda  Qara  Balıq  yer  adı,  Qəbələ rayonunda  Dizaqlı  kəndi  ərazisində 
Balıq yeri, Quba rayonu Aydın kənd ərazisində Balıq  xaraba kənd yeri və s. Nü-
munələr termin  səciyyəli  "balık"  sözünün  Türk  dünyasının hər  bucağında  işlənən 
aydın, əlverişli söz olduğunu göstərir. 
 
 
 
 
BATAL PAŞA. MÜASİR ÇERKASSK ŞƏHƏRİ 
 
Tarixi Batal Paşa, müasir adı Çerkassk olan şəhər Qaraçay-Çərkəz Muxtar 
vilayətinin inzibati mərkəzidir. (Qaraçay türkləri özlərinə "qaraçaylı" deyirlər). 
...1787-1791-ci illər  Rus-Türk müharibəsi  tam  şiddəti  ilə  qızışmaqda  idi. 
Torpaq  üzərində  qurban  gedən  şəhidlərlə  birlikdə  qəsbkarlara  da  məzar  olan 
İsmayıl qalasının zəbt olunduğu vaxt (1790) Kuban nəhri də qanla ləbələb axırdı. 
Bir-birini təqib edən Qafqaz müharibələri şəraitində genişlənən rus işğalından yaxa 
qurtarmaq  istəyən  Qafqaz  xalqlarının  yardım  tələbiylə  Osmanlı  dövləti  1789-cu 
ildə  Battal  Hüseyn  paşa  komandanlığı  altında  Qara  dəniz  sahillərinə  30  minlik 
qüvvə  çıxarmışdı
69
.  Budur,  şücaətli  Batal  paşa  Anapadan  üzü  yuxarı  Kuban 
boyunca hərəkətə  keçmişdir.  II  Yekaterinanın 10-15 il əvvəl  Qara  dəniz  boyunca 
yerləşdirdiyi kazaklar Kuban sahillərində qafqazlıların qarşısını kəsdilər. Sərəsgər 
Battal  Paşa  qan  içində  üzən  bu  bəlalı  yerlərdən  keçərək  Kabardaya  daxil  olmaq, 
burda  üsyana  qalxan  yerli  xalqları  toplayıb  ordusuna  daxil  etmək  və  birlikdə 
istilaçıları  öz  torpaqlarından  qovub  çıxarmaq  istədi.  Lakin  "Yunan  projesi"  deyə 
fitnəkar  bir  plan  hazırlayan  II  Yekaterina  Qafqaza  böyük  qüvvə  yeritmişdi. 
Anapaya geri çəkilən Battal paşa qüvvələri məğlub edilir, paşa özü isə əsir düşür. 
Bundan  az  sonra  isə  Battal  paşanın  oğlunun  da  cəbhədə  əsir  düşdüyünü  və 
Rusiyanın  içərilərinə  yola  salındığını  Kutuzovun  cəbhədən  II  Yekaterinaya 
göndərdiyi 20 yanvar 1791-ci il tarixli relyasiyadan
70
 öyrənirik. Bu faktların Yeka-
terinanın nəzərinə qabarıq şəkildə çatdırılması Battal paşanın Rusiya üçün necə və 
hansı təhlükəni yaratdığını göstərir. 
Batal  paşa  qəsəbəsi  illərdən  bəri  saxladığı  adını  da  itirir.  Müharibə 
qurtarar-qurtarmaz  burada  yerləşdirilən  kazaklar  qəsəbəni  kazak  stanitsasına 
çevirirlər və rus dili tələffüzünə uyğun olaraq onu Batalpaşinsk adlandırırlar. 1930-
1937-ci  illər  arası  Sulimov  şəhəri,  1939-cu  ildən  Çerkassk  (Çərkəz  şəhəri) 
adlanır
71

                                                        
69
 
General İsmail Berkok. Tarihte Kafkasya, İstanbul, 1958, s. 392.
 
70
 
Письмо.Записки. М., Военн. Изд-ство, 1989,с. 79.
 
71
 
Хан Гирей. Записки о Черкесии, Нальчик, Ельбрус, 1978, с. 16.
 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə