Unudulan tarix dəyişdirilən adlar



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə19/96
tarix23.01.2018
ölçüsü2,82 Kb.
#21999
1   ...   15   16   17   18   19   20   21   22   ...   96

42 
 
adları  kimi  bu  qədim  şəhərin  adını  dəyişdirib  Dobrik  qoymuşlarsa  da  II  Dünya 
müharibəsində  Sovet  ordusu  komandanı  marşal  F.Tolbuxinin  şərəfinə  nəhayət 
indiki adı verilmiş - 1949-cu ildən Tolbuxin şəhəri adlandırılmışdır. 
Bazaraq  Bolqarıstanın  dağlıq  ərazisində  yerləşir.  Tarixən  şəhər  Bazaraq 
dairəsinin  mərkəzi  olmuşdur.  XV  əsrdən  bir  kiçik  kənddən  şəhərə  çevrilmişdir. 
Bazaraq  çayının  (Millətçi  bolqarlar  çayın  da  adını  dəyişmişlər  onun  indiki  adı 
Maritsadır)  hər  iki  sahilində  yerləşir.  Ruslar  Bazarağa  ilk  dəfə  1773-cü  ildə  daha 
dəqiq desək, 1768-1774-cü illər Rus-Türk müharibəsi gedişində yiyələnmişlər. Belə 
ki, Тunа nəhrini keçərək güneyə irəliləyən rus qoşun hissələri 1773-cü ilin mayında 
Dağıstanlı Ali paşa komitəsindəki Osmanlı ordusu tərəfindən pozğuna uğradılmışdı. 
Ruslar Baba dağ ilə Pazarcıq arasındakı Kara Su mövqeyindəki başqa bir Osmanlı 
ordusunu yenməyə müvəffəq oldular
81
. Beləliklə, 1773-cü ildə Pazarcıq alınır, lakin 
tezliklə Çərkəz paşa qoşunları Bazarcığı geri qaytara bilir. 
Bazarcıq  adı  tarixi  əsərlərdə,  yol  qeydlərində  və  sair  ədəbi  bədü 
materiallarda saxlanılmaqdadır; 1829-cu ildəki rus-türk müharibəsi gedişindəki rus 
qoşunu  ilə  birlikdə  döyüş  səhnələrində  səyyah  kimi  iştirak  etmiş  yazıçı  Veltman 
göstərirdi: "Taban dərə vadisində Bazarcıqın düz önündə dayanaraq mən bir daha 
geri boylandım və sonra bütün nəzərlərimi şəhərə çevirdim
82

 
 
 
 
 
 
 
BEŞ ТАМАК. YEKATERİNOQRADSKAYA. 
PROXLADNOE
 
 
Kabarda  Balkar  diyarında  şəhər.  Baksarı  çayının  Balık  çayına  (İndi  adı 
Malka; Terekin qolu) qovuşduğu səfalı bir yerdə
83
 Beş Tamak adlı Noqay qəsəbəsi 
olmuşdur.  Bu  yaşayış  məntəqəsi  beş  çayın: Terek,  Balık, Baksan,  Çegem,  Çerek 
çaylarını  mənsəbində,  yəni  ağzında,  damağında  -  (Radlov.3.993)  yerləşdiyindən 
Beş Tamak adlandırılmışdır. 
...Qafqazda döyüşən rus qoşunlarına rəhbərlik əfsanəvi dərəcədə cəsur və 
qəddar Suvorova tapşırılmışdır. Нəm də fəndgirlik dərəcəsində böyük strateg olan 
Suvorov  türklərdən  yeni  qazanılan  Azovadək  olan  xətti  qala  və  istehkamlarla 
möhkəmləndirməklə  yanaşı  yerli noqay  türklərinin Türkiyə  ilə gələcəkdə  baş  ve-
                                                        
81
 
M. Sadık Bilge. Osmanlı devleti ve Kafkasya, s. 132
 
82
 
Вельтман А.Ф. Странник, М., Наука 1977, с. 102 
 
83
 
БСЭ т.21.с.159
 


43 
 
rəcək əlaqələrini birdəfəlik kəsmək üçün onları Volqa arxasına,  lap Ural çöllərinə 
köçürüb  göndərməyi  qərarlaşdırmışdı.  Odur  ki,  öz  torpaqlarını  buraxıb  getmək 
istəməyən  noqaylar  və  onlara  qoşulan  yerli  müsəlman  xalqlar  bu  haqsızlıqla 
qarşılaşdıqda  rus  hərbi  qüvvələri  ilə  ölüm-dirim  davasına  girdilər.  Nəhayət  Tav 
Sultanın  başçılığı  altında  yenidən  baş  qaldıran  noqay  türklərinin  müqavimətini 
Potyomkin və Suvorov onların  böyük qismini məhv edib qalanını əsir götürməklə 
qıra bildilər. 
Noqay  torpaqları  istila  olunduqdan  sonra  1775-ci  ildə  "şöhrətli  knyaz" 
Potyomkin  Mozdok,  Azov  (Azak)  xətti  üzərində  yerləşən  və  mühüm  strateji 
əhəmiyyət daşıyan bu kənddə hərbi qala tikdirir. Qalaya kazak ailələri köçürülür. 
Bütöv  Qafqazın  əməli  surətdə  fəth  edilməsində  hərbi  güc  kimi  yerləşdirilmiş 
kazaklar böyük rol oynamışlar. Onların vəzifəsi zəbt olunmuş bu yerləri göz bəbəyi 
kimi  qorumaq  idi.  Qafqazda  çoxsaylı  keşikçi  məntəqələri,  postlar,  kordonlar, 
piketlər, süngülərin cızdığı şərit kimi bu yerləri qaplayırdı. Bu keşikçi məntəqələri 
sonradan hərbi məskənlərə-qalalara çevrilirdi
84

1777-ci ilin  aprelində  Rus-Türk müharibəsi  başa  çatıb  sülh  bağlandıqdan 
sonra  isə  II  Yekaterinanın  şərəfinə  Yekaterinoqradskaya  (Yekaterina  şəhəri) 
adlandırılır.  Şəhərdəki  qələbə  qapısını  da  Potyomkin  tikdirmiş,  Qafqazın  canişini 
Vorontsov  isə  sonrakı  illərdə  onu  təmir  etdirmişdir.  1786-cı  ildən 
Yekaterinoqradskaya şəhərə çevrilir. 1822-ci ildən isə Rusiya sərhədlərinin daha da 
irəliyə  çəkilməsi  səbəbiylə  qala  olmaq  əhəmiyyətini  itirir.  Şəhərin  indiki  adı  rus 
dilində "sərin" mənasını verən Proxlodnoedir. 
 
 
 
BEŞ TAU. PYATİQORSK 
 
Müasir  Pyatiqorsk  Stavripol  ölkəsində  məşhur  kurort  şəhəridir;  Kuma 
çayınin  qolları  üzərində,  Maşukun  ətəklərində  yerləşir.  Şəhərin  bu  günkü  adı 
Pyatiqorsk оnun əsil adı olan Beş dağ toponiminin rus dilinə tərcüməsi ilə meydana 
gəlmişdir.  Belə  ki,  məntəqənin  öz  adını  götürdüyü  Beştau  (hünd.  1402  m.)  dağ 
silsiləsi Maşuk, Keçəl dağ, Kızıl Kurqan, Yutsa və Beş tau dağlarından ibarətdir. 
1334-cü  ildə  bu  ərazilərdə  olmuş  ərəb  səyyahı  İbn  Bəttutə  "Biş  daq"  deyə 
müasir Pyatiqorsk yerləşən qədim məntəqədən bəhs edir. 
Rusların XVI əsrdə Qafqazla ilk tanışlığında Beş Daq onların da diqqətini 
cəlb etmişdir. Hələ 1627-ci ildə tərtib olunmuş Böyük Çertyoj kitabında Beş Dağ 
ərazilərində  müalicəvi  isti  suların  olduğu  göstərilir
85
.  Pyatiqorskın  kurort  şəhəri 
                                                        
84
 
M. Təkləli. Qərbdən Şərqə..., Bakı, Elm, 1999. s. 17 
 
85
 
Н.А.Кузнецов. На холмах горячих, Ставропол, 1980, с. 59
 


44 
 
kimi tarixi isə 1803-cü ildə başlayır. 
1773-cü  ildə  rus  alimi  Qoldenştedt  "icti  dağ"  adlandırdığı  Maşuk  dağının 
yamaclarındakı müalicəvi isti kükürdlü suları tədqiq edir. 
1774-cü ildə Küçük Qaynarca sülhü şərtlərinə görə Kabarda ölkəsi (Kabarday) 
Beş  Dağ  diyarı  ilə  birlikdə  Rusiyaya  verildi
86
.  Dərhal  ruslar  tərəfindən  Suvorovun 
rəhbərliyi altında 1780-cı ildə  Maşukun  ətrafında hərbi  qala  tikildi.  Bundan  sonra 
Suvorov  Kum  (indi  Podkumok)  çayının  üstundə  Azov-Mozdok  möhkəmlənmiş 
hərbi  xəttində  Konstantinoqor  ("Konstantin  dağı")  qalasını  inşa  etdirdi.  Tezliklə 
burada hərbi qüvvələr yerləşdirilən əsgəri slaboda salındı. 
1793-cü  ildə  məşhur  səyyah  Pallas  bu  yerləri  ziyarət  etdi;  döyüşlərdə 
yaralanmış əsgərlərin Beş Dağ sularında çimib sağaldıqlarının şahidi oldu. 
XIX əsrin ilk çağlarından müalicə və istirahət üçün Rusiyadan axın-axın 
adamlar  gəlməyə  başlayır.  Onlarla  bir  sırada  buraya  köçüb  yerləşən  ruslar  evlər 
tikib  həmişəlik  bu  cənnət  diyarda  məskunlaşır.  Ruslar  məntəqəni  sadəcə 
Qoryaçavodsk  "İsti  Su"  adlandırırdılar.  1822-ci  ildə  İtaliyadan  memarlar  dəvət 
olunur və bununla gözəl və planlı bir kurort şəhərinin inkişafı başlanır. 
Ədirnə  sülhündən  sonra  (1829)  baş  komandan  Paskeviç  yeni  şəhərin 
Pyatiqorsk  adlandırılmasına  əmr  verir.  1875-ci  ildə  Rostov-Vladiqafqaz 
dəmiryolunun çəkilişi ilə əlaqədar adamların buraya axını daha da güclənir. 
Pyatiqorsk dəbdə olan kurort şəhərlərindən olmuşdu; Puşkin, Lermontov, 
Qlinka,  Bestujev-Marlinski,  Tolstoy,  Çexov  bu  yerlərdə  dincəlmiş;  Tolstoy  bu 
yerlərin tarixi ilə səsləşən "Kazaklar" əsərini bu şəhərdə yazmışdır. 
 
 
 
 
BƏNDƏR. BENDERI 
 
Müasir  Moldovada  Dnestrin  sağ  sahilində  liman  şəhəri.  XIII  əsrdə 
tatarların  bura  hakim  olduqları  məlumdur.  Onlar  bu  keçidi  mühafizə  etmək 
məqsədilə kiçik bir keşik qalası tikmişdilər. bəndər bir keçidi və ya boğazı qoruyan 
qarovul  məntəqəsinə  deyilirdi.  1484-cü  ildə  Bəyazid  хаn  və  Gedik  Əhməd  Paşa 
Bəndəri  möhkəm  hərb  qalası  kimi  bərpa  etdilər.  Hazırda  Bəndər  şəhərində  XIV-
XV əsrlərə aid türk qalası və Süleyman xan camisi durmaqdadır. Bəndər şəhərində 
iki dəfə olmuş Övliya Çələbi qalanın alınmazlığına və əminliyinə görə "Aman yeri 
Bəndərabad"  adlandınır.  "Səyahətnaməsi"ndə  bu  barədə  yazır:  Turla  (Dnestr 
çayının qədim türk adı-müəll.) nəhri kənarında, qayalar üstündə daşdan tikilmiş bu 
gözəl qalanın hər bir daşı fil gövdəsi boyda sərt daşlardır. Memarbaşı Sinan ağa bu 
                                                        
86
 
İslam Ansiklopedisi, 3 с, İstanbul, 1991 s. 1068
 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə