Unudulan tarix dəyişdirilən adlar


BOZ DOĞAN (BOZ TOĞAN). SARAQAP



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə22/96
tarix23.01.2018
ölçüsü2,82 Kb.
#21999
1   ...   18   19   20   21   22   23   24   25   ...   96

49 
 
BOZ DOĞAN (BOZ TOĞAN). SARAQAP 
 
Boz Doğan Müasir Ermənistanda tarixi kəndlərimizdən olmuşdur. Doğan-
Toğan bir çox türk dillərində"qırğı, şunqar, çalağan, ağ quş" mənalarında işlənir. 
Ədəbi dilimizin əski dövrlərinə aid mənbələrdə ov quşu adı kimi alıcı quş 
mənasında rast gəlinir: Toğan quş oluban uçaymmı? (KDQ); Şah İsmayıl Xətaidə 
(XTV əsr): 
 
Dörd şey vardır  
Ovu almış dəstinə.  
Bir şahin, bir doğan,  
Bir əspir, bir baz. 
 
Əski  çağlarda  şöhrətli  titul  kimi  şəxsiyyət  adlarına  əlavə  edilmişdir. 
Fəxrəddin  Toğan  Yürək  Səlcuqlar  dövründə  Azərbaycanın  Arran  hakimlərindən 
biri,  Şəmsüddövlə  Tuğan  Arslan  isə  Arran,  Bitlis,  Dvin  əmiri  olmuşlar.  Yenisey 
abidəsində El Tuqan Tutuq əsilzadə adlarındandır və s
101

Azərbaycanda  da  "doğan"la  bağlı  yer adları:  Laçın rayonunda  Bozdoğan 
və  Xanlar  rayonunda  Toğanalı  kəndləri  vardır.  Ehtimal  ki,  bu  adı  daşıyan  etnik 
dəstə  üçün  şahin  quşu  totem  olmuşdur.  Doğan,  Doğanlar  Türk  dünyası 
xəritələrində  Doğançı  (Batı  Trakyada),  Doğan  kəndləri  (Diyarbəkir,  Ərzincan, 
Tuncelidə) Doğanlar, Doğan Şehir (Malatyada), Doğanlı Qara Hisarı (Maraşda)
102

İstanbulda tarixi yer - Bozdoğan su kəməri adında yaşayır. Kırımda Ay Tuqan, El 
Tuqan,  Samara  ətrafında  (Rusiya)  Bay  Tuqan,  Tatarıstanda  Jan  Tuqan, 
Qazaxıstanda  Ak  Toğan  və  s.  kənd  adları  olmuşdur.  Türkiyə  ərazisində 
Doğanların, о cümlədən Boz Doğanların güclü tayfa olması səbəbilə Mehmet Eroz 
"Bozdoğan böyük bir yörük boyudur. Adana ətrafında çox sayda Bozdoğan köyü 
vardır
103
 deyə qeyd edir. 
Ermənistanda  bir  çox  qiymətli  türk  adları  kimi  Bozdoğan  adı  da 
saxlanılmamış, Saraqap adıyla əvəz olunmuşdur. Lakin bu işıqlı tarixi faktın xəfif 
şəkildə  olsa  da  izləri  saxlanılmaqdadır:  Bozdoğan  Curank  (Bozdoğan  su  anbarı) 
şəklində  bu  qədim  türk  torpaqlarında  yaşamaqdadır.  Rus  dilində  türk  mənşəli 
familiyalardan  olan  Tuqanov,  Tuqanovski  soyadları  türk  sözü  Toğan,  Tuqan  quş 
adıyla bağlıdır. 
 
 
                                                        
101
 
Малов С. Е. Памятники древнетюркской писменности, M-/I., 1951. c.78.
 
102
 
Ahmet Turan. Trakya ve doğu Anadoluda köy adları. Türk Dünyası Araşdırmaları, 1991 
№71.s. 170
 
103
 
Mehmet Eröz. Atatürk. Milliyyetçilik. Doğu Anadolu, İstanbul, 1987, s.113.
 


50 
 
BÖYÜK ÇAPLI. ASKANİYA NOVA. 
 
Cənubi  Ukraynanın  Xerson  vilayətində  Çaplı  (indi  Çaplinsk)  rayonunda 
qəsəbə,  ovalıqlar,  çöllər  Böyük  Çaplı  adlanırdı.  XVIII  əsrin  70-ci  illərində 
Rusiyanın  idarəsinə  keçdikdən  sonra  da  hələ  öz  əski  türk  adıyla  yaşamaqda  idi. 
İstilanın ilk illərində bu ərazidə Böyük Çaplı rus hərbi keşikçi postu qurulmuşdu. 
1828-ci  ildə  isə  bu  münbit  torpaqlarda  Hersoq  Anhaldt  Hettenskinin  alman  kolo-
niyasının əsası qoyuldu. Alman Qraflıqları ilə qohumluq əlaqəsi saxlayan çar ailəsi 
Romanovların dəvət etdikləri və böyük səxavətlə verimli torpaqları bağışladıqları 
kolonistlər  bu  yeni  əldə  etdikləri  mülklərə  öz  əski  dədə-baba  yerlərinin  adlarını 
qoyurdular.  Elə  bu  yerlərin  yeni  sahibi  də  öz  ata-baba  yurdu  Askaniya 
Hersoqluğunun xatirəsinə 1832-ci ildə böyük Çaplını Askaniya Nova adlandırdı
104

İndiki  Askaniya  Nova  Dövlət  Qoruğu  əvvəl  Böyük  Çaplı  bazılarının 
(təpələrinin)  ətəklərində  yerləşdiyindən  əvvəllər  Çaplı  adlansa  da,  sonralar 
Askaniya  Nova  kimi  rəsmiləşir.  Bu  çöllərdə  eyniadlı  Askaniya  Nova  adlı  qoyun 
cinsi yetişdirilir. 
Rusların gəlişinə qədər bu yerlərin sakinləri tatarlar (noqay türkləri) idilər. 
Bu torpaqlar məhz istila olunduqdan sonra ruslar, ukraynalılar burada Qara dəniz 
boyunca  yerləşdirilmişdir.  Odur  ki,  Çaplı  adını  türk  toponimiyasında  axtarmaq 
lazımdır.  Həqiqətən  də  Böyük  Çaplının  ətrafında  Yulkan  Çaplı  (yulkan 
(ölkə)"böyük”
 
deməkdir),  Kiçik  Çaplı,  Qara  Çaplı  adlı  yaşayış  məntəqələri  möv-
cuddur
105
.  Samara  çayının  Dnepr  çayına  qovuşduğu  yerdə  Çaplı  şəhəri  yerləşir,  - 
deyə Böyük Sovet Ensiklopediyasında yazılır. (bax: 29 с s.97.) 
Böyük  Oğuz  tayfası  Çaplı,  Çəpli  (Çəpni)  adı  Türk  ölkələrinin 
coğrafiyasında  çox  yayılmış  adlardandır.  Türkiyədə  Çəpi  kəndi  (Ərzurum), 
Azərbaycanda Çəpni (Dəvəçi və Göyçay rayonları), Çəpli (Gədəbəy r.) kəndlərinin 
adları bu böyük tayfa adından bir yadigardır. 
Qoruğa daxil olan çöllərdə iri oğuz heykəlləri - bütlər qalmaqdadır. 
 
 
 
 
 
 
                                                        
104
 
Бушаков  В.А.  О  первоначальном  названии  Аскании-Нова  «Чапли»,  Советская 
тюркология,  1980,  №1,  с.50;  Никонов  В.А.  Краткий  топономический  словарь, 
М.,Мысль, 1966, с.34.
 
105
 
Buşakov V.A. y.a.k.ə., s.50. 
 


51 
 
BULQAR ŞƏHƏRİ. SPASSK-TATARSKİY. 
İNDİ KUYBIŞEV ŞƏHƏRİ 
 
Tatarıstanda  şəhər.  İndi  Çerdaklı  stansiyasından  (Ulyanovsk-Ufa 
dəmiryolu üstündə) 100 km aralıda yerləşir (BSE 13. c.s. 570). 
Tarixin  uzaq keçmişində  Volqa  çayının  yuxarılarında  Volqa  Bulqarıstanı 
yaranmışdır.  Digər  qismi  Don  -  Kuban  çayları  arası  bulqarlar  isə  xəzərlərin 
güclənən  hücumları  qarşısında  duruş  gətirməyərək  Asparuxun  başçılığı  altında 
Balkanlara  köç  etmişdir.  660-cı  ildə  Asparux  ordası  Dunayın  deltasında 
möhkəmləndi
106
.  Bu  gün  qıpçaq  türklərindən  olan  müasir  çuvaşlar  türk 
bulqarlarının  xələfləridir.  Beləliklə,  onların  bir  hissəsi  Asparux  xanın  başçılğı 
altında Dunay Bolqarıstanın əsasını qoydu. 
Bulqar  şəhərinin  coğrafi  yöndən  uyğun  bir  yerdə  salınmış  olması,  yəni 
Doğu Avropanın İdil-Oka, Klyazma, Kama kimi böyük nəhrlərin kəsişdiyi yerlərdə 
bulunması,  qurudan  isə  doğrudan-doğruya  karvan  yolu  ilə  Orta  Asiya  ilə  bağlı 
olması  Doğu  Avropa,  Orta  və  Yaxın  Şərq  ölkələri  ilə  sıx  ticarət  münasibətləri 
saxlamasına şərait yaratmışdır. 
Şəhərdəki Xan camisi XIII əsrin 2-ci yarısında inşa edilmişdir. Camidə 20 
sütun  mövcud  idi;  onun  qübbəsinə  yaxın  səmtdə  24  metr  yüksəklikdə  böyük  bir 
minarə tikilmişdi.  Camini  sonradan  tikilmiş  daha 3 kiçik minarəsi  vardı.  Bu  cami 
Bülər  şəhərindəki  Saray  camisinin  bənzəri  idi.  Məscidin  Bulqar  dövlətinin  ana 
camisi  olduğu  qəbul  edilmişdir
107
.  XIV  əsrin  sonlarına  doğru  işğalçı  rusların 
Bulqar  ölkəsinə hücumları  artır.  1431-ci  ildə  isə  knyaz  Fyodor  Pestriyin hücumu 
bu şəhərin tamam məhvinə səbəb oldu. 
Volqanın  yuxarılarında  mövcud  olan  möhtəşəm  Bulqar  şəhərindəki 
məşhur  Xan  məscidini  Puşkin  görmüşdür.  (O  Puqaçov  üsyanının  tarixini  yazmaq 
üçün  1732-ci  ildə  bu  torpaqlara  səfər  etmişdir)  Məscidin  Puşkin  kimi  bir  çox 
səyyahların  hələ  uzaqdan  gördüyü  minarəsi  1841-ci  ildə  uçmuşdur.  Onun 
dağıntıları üstündə böyük kilsə tikdilər. Kilsə daha əvvəldən məscidin də sahəsini 
əhatə  edən  Spassk monastırına  daxil idi
108
.  Müxtəlif  Puşkinin  Puqaçov  üsyanının 
tarixi  üzərində  işlərkən  üsyan  bürüyən  yerləri  gözləri  ilə  görüb  öyrənmək  üçün 
Orenburq vilayətinə yola düşməsini, tarixi Bulqar şəhərinə gəlməsini belə göstərir: 
böyük  bir  ərazi  başdan-başa  xarabalıq  idi.  Təkcə  salamat  qalan  minarə  çox-çox 
uzaqdan kədərli bir nişanə tək görünürdü. Sanki bu xarabalığa belə sahib olduğunu 
göstərmək  üçün  bu  qalıqların  üzərində  tən  ortada  kilsə  tikilmişdi.  Adlı-sanlı 
müsəlman nəsillərinin  sərdabələri  Uspenski kilsəsinə  çevrildi.  1732-ci ildə tikilmiş 
                                                        
106
 
М.И. Артамонов. История Хазар, С-Пет., 2001, с.243
 
107
 
Büyük İslam tarihi, Çağ yayınları, 9 c, İstanbul, 1992, s.327
 
108
 
Игор Смольников. Путешествие Пушкина в Оренбургский край, М-, Мысль, 1991, 
с. 132
 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə