Unudulan tarix dəyişdirilən adlar



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə21/96
tarix23.01.2018
ölçüsü2,82 Kb.
#21999
1   ...   17   18   19   20   21   22   23   24   ...   96

47 
 
rada çox olduğunu görüb porsuq ovlamağa girişdilər. Bundan sonra Bityuq yurdu 
Bobrovıy Yurt adlandırmağa başladılar
93

1684-cü  ildə  Bityuq  çayı  boyu  bu  torpaqlar  Troitsk  monastırına  verildi. 
Monastır çay boyu sahilləri ərazicə bölüb 12 yurd saldı. Bityuq yurd (Bobrov yurd) 
dərin bir dərə ilə (dərə mənasında rusca türk sözü "ovraq"la yanaşı başqa bir türk 
sözü "baerak, bayrak" işlənir) sərhədlənirdi. 
Zəngin  və  bərəkətli  Bityuq  ərazisi  1685-ci  ildə  İvan  Jolobovun 
ekspedisiyası  tərəfindən  təsvir  olundu.  Azov  səfərini  qalibiyyətlə  başa  vuran  I 
Pyotr  1699-cu  ildə  Bityuq  çayı  üzərinə  saray  kəndlilərinin  köçürülməsi  barədə 
fərman  verir.  Gələn  yeni  sakinlər  bu  təzə  yerdə  xəstələnib  qırılarsa  da  və  geri 
dönürlərsə  də  Pyotr  nəyin  bahasına  olur  olsun  Bityuq  vadisini  ruslarla 
məskunlaşdırmaqdan  vaz  keçmir.  Kostroma,  Suzdal-Vladimir  qəzalarından  bura 
kəndlilər  köçürür.  Köçürülənlər  Bityuq  yurta  üstünlük  verirdilər.  Eləcə  də  Purut 
döyüşündə  məğlub  olan  Pyotr  Azovu  türklərə  geri  verərkən imkan tapıb  Azovda 
yerləşdirdiyi  rus  əhalisini  oradan  Bityuqa  köçürür.  Bityuq  yurt  (Bobrov)  hərb 
şəhəri sayılmağa başlayır. 
Həm  çay,  həm  də  yaşayış  məntəqəsinin  adı  olan  türk  sözü  Bityuq  rus 
dilindəki saysız-hesabsız türk sözlərindən biridir. Bu dildə Bityuq "at cinslərindən 
birinin,  əsasən  yük  atının  adıdır”
94
.  Leksikoqraf  V.Nikonov  da  Radlov  lüğətinə 
əsaslanaraq "dəvə" mənası bildirən bu sözü türk (qədim caqatay) sözü kimi qəbul 
edir
95

Beləliklə  çox  ehtimal  ki,  həm  də  öz  əlavə  mənasında  "sağlam,  güclü" 
çalarlarına da malik olan türk sözü bitük çayın adında məhz həmin mənası ilə ifadə 
olunmuşdur.  V.Dal  da  Voronej  vilayətindəki  çayın  adının  "güclü,  coşqun" 
mənasında işlənən bitük sözündən yarandığının göstərir
96

 
 
BALABAN, BALVANSKİY QORODOK. 
NİKULİTSİN 
 
1374-cü  ildə  Novqorod  uşkuynikləri  (qarovulçu,  əslində  soyğunçu 
gəmiləri)  1000-dən  artıq  döyüşçü  Vyatka  çayına  enib,  oradan  Kamaya,  Kamadan 
da  Volqa  çayına  keçib  aşağılara  üz  tuturlar.  Qızıl  Orda  xanlarının  zəngin 
iqamətgahlarını  hədəf  seçən  bu  talançılar,  (onların  çoxavarlı  quldur  gəmiləri 
                                                        
93
 
Города Воронежской области, Воронеж, 1978 с 37
 
94
 
Фасмер Макс. Этимологический словарь русского языка, I т., М., Прогресс, 1986.
 
95
 
Никонов. В. Краткий топономический словарь М  1966 с 56
 
96
 
Вах: Шипова Е. Н. Словарь тюркизмов в русском языке, Алма-Ата, Наука, 1976, с. 82 
 


48 
 
uşkuynik adlanırdı) çay üstündəki abad tatar şəhərlərini yağmaya keçdilər. Çuvaş 
və mari yaşayış məntəqələrini talayıb bütün Vyatka boyunu ələ keçirdilər. Özlərinə 
yeni  torpaq,  hazır  məskən  arayan  və  böyük  gücə  malik  ruslar  bu  şəhərlərdə 
məskunlaşırdılar
97
.  Ruslar  həmin  ildəcə  (1374)  Vytaka  çayı  sahilindəki  qədim 
Balvan  şəhərini  zəbt  etmiş,  əvvəl  Bolvanskiy  Qorodok  desələr  də,  sonra  onu 
Nikulitsın  adlandırdılar.  Türk  dillərində  balban  (bolvan)  pəhləvan  "igid,  güclü 
şəxs"  mənalarını  bildirmiş,  nəhayət  müasir  türk  dillərində,  о  cümlədən  qazax, 
özbək  dillərində  palvan,  balvan,  "güləşçi,  pəhləvan" mənalarını  ifadə  etməkdədir. 
N.Baskakov  "İqor  alayı  haqqında  dastan"ın  türk  leksikası"  əsərində  işlənən  türk 
sözləri içərisində mifik obraz adı olaraq bolvan (Tmu Tarkan bolvanı) kəliməsini 
də göstərir. Bu sözü türk xalqlarının dilində işlənən balvan, palvam, polvon "güclü 
adam,  pəhləvan"  sözü  ilə  bağlayır
98
.  Türk  dillərində  böyük  ov  şahini  balaban 
adlanır.  Müasir  türk  dillərindən  isə  yalnız  Kırım  tatarlarında  və  türkcə  balaban 
"böyük" mənasında saxlanılmaqdadır
99

Bolvanlar və ya Daş heykəllər (kamennıye babı) – insanabənzər statuylara 
Cənubi  Rus  torpaqlarında,  Qalisiyada,  Prussiya  əyalətlərində,  Sibir,  Orta  Asiya, 
müasir  Monqolustan  ərazilərində  rast  gəlinir.  Daş  heykəlləri  və  ya  bolvanları  ilk 
təsvir edən Avropalı Rubrukoviç (XIII əsr) olub. О göstərirdi ki, bu daş heykəllər, 
komanlar (poloveslər) ölkəsində kurqanlar üzərində qurulmuşdur. 
XVII əsrə aid olan "Çertyojlar Kitabı"nda isə göstərilirdi ki, bu heykəllər 
yolları,  sərhədləri  göstərən  işarələr  olmuşdur.  Sonralar  kiçik  bolvanları  elçilər 
özlərilə səlahiyyət nişanəsi olaraq gəzdirirdilər. Bu xanın obrazı (şəkli) idi. Tarixi 
Moskvada Bolvanovka yer adı olmuşdu. Karamzinin yazdığına görə bu meydanda 
Orda  səfirləri  qəbul  edilirdi.  Rus  knyazları  Kremldən  çıxıb  piyada  burayadək 
gəlirdilər.  Səfirlər  əllərində  basma  "xan  möhürü"  və  xan  bolvanı  "xanın  obrazı, 
heykəlciyi"  tuturdular.  Xandan  gələn  fərman  oxunduğu  zaman  knyazların  ayağı 
altına sovol döşəyir, onlar dizləri üstə xəzlərin üstünə düşür, fərmanı dinləyirdilər. 
İndi də о tarixi yer Bolvanovka adlanır. Sonralar rus çariçəsi olan Bizans şahzadəsi 
Sofiyanın  iradəsincə  çar  1485-ci  ildə  həmin  Bolvanovkada  Spas  Preobrajeniye 
kilsəsini tikdirdi.
100
 Bu abidə Sovet quruluşu illərində 1930-cu ildə söküldü. 
Hazırda  Xarkov,  Odessa,  Novoçerkassk  şəhərlərində  Qıpçaq  çöllərindən 
toplanıb  gətirilmiş nəhəng  daş heykəllər  saxlanılır.  Vaxtilə  Moskva  İmperatorluq 
muzeyinin  salonlarında,  eləcə  də  həyətində  30  belə  heykəl  var  idi.  Ruslar  belə 
azman  insan  fiquruna  "Kamen  bolvan",  "Kamen  Devka",  "Kamen  çelovek" 
deyirdilər. 
                                                        
97
 
История города Кирова, Киров, 1974, с.11.
 
98
 
Баскаков Н.Л. Тюркская лексика в «Слове о полку Игореве», М.,1985, с.29.
 
99
 
Д.С.Сетаров. Тюркизмы в руском названиях птицы - Советская тюркология, 1970, 
№2, C.90
 
100
 
Карамзин Н.М. История Государства Российского, т. 6. с. 439.
 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə