Unudulan tarix dəyişdirilən adlar



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə23/96
tarix23.01.2018
ölçüsü2,82 Kb.
#21999
1   ...   19   20   21   22   23   24   25   26   ...   96

52 
 
Uspenski kilsəsi bu möhtəşəm viranələr fonunda edam payası kimi göyə millənirdi. 
Qəbiristanlıqdakı  məscidin  minarəsi  isə  günümüzədək  salamat 
qalmaqdadır.  Yeni  salınan  kənd  1781-1935-ci  illər  arası  Spassk  Tatarskiy,  indiki 
adı (kilsə adı olduğuna görə Sovet illərində dəyişdirildi) 1935-ci ildən Kuybışevdir. 
Smolnikov  kitabında  məscidin  şəklini  vermiş,  buradakı  uçuq  divarlar  və  salamat 
qalmış  bir-iki  hücrə  onun  bir  zamankı  əzəmətini  çatdırmaqdadır.  Ruslarla 
məskunlaşdırılan məntəqə 1781-ci ildə böyüyüb  yeni şəhərə çevrilmişdir. Məşhur 
saray şairi və əyanı Derjavin vaxtilə ilk tədqiqlərini Bulqar şəhərinin tarixinə həsr 
etmişdir.  Çox  maraqlıdır  ki,  Şərqdə  hələ  XII  əsrdə  ixtira  olunmuş  tüfəng  rus 
salnamələrində
109
 "tyufık"  kimi  qeyd  olunmaqla  1376-cı  ildə  ilk  dəfə  olaraq  adı 
Bulqar şəhərinin müdafiəsində çəkilir. Bir metrlik lülədən ibarət olan və daş qəlpə, 
qırmalarla atəş açdığı göstərilir. Bulqar şəhərinə hücum edən ruslar bu döyüşdə i l k  
dəfə gördükləri bu silahı "Qrom puşaxu" ifadəsiylə təsvir etmişlər. Buradan da bu 
yeni silah puşka adı ilə Rusa daxil oldu. 
 
 
 
BURYAD. İNDİ BRATSK 
 
Buryad - ərazisi möhtəşəm Hun imperiyası hüdudlarına  daxil olan qədim 
diyar, müasir  İrkutsk  vilayətində  şəhər.  XVII əsrin əvvəllərindən  başlayaraq  bura 
i lk   rus,  kazak  bölükləri  ayaq  basır.  1629-cu  ildə  Yenisey  Voevodası  Yakov 
Xripunov  30  gəmi  ilə  Anqara  ilə  gedib  Oka  çayının  ağzına  yetişdi.  Qızıl  Yarı 
(sonralar  rus  qalası  Krosnayarsk)  istila  edib  möhkəmləndirən  Xripunovun  iştahı 
böyük idi. О burada Oka buryadlarından görünməmiş həyasızlıqla elə yasaq tələb 
etdi ki, özlüyündə xeyirxah, səmimi adamlar olan buryadların səbri tükənir. Onlar 
bu  çağırılmamış  qonaqlara  silahlı  müqavimət  göstərirlər.  Lakin  ataman  Perfilyev 
ehtiyatlı hərəkət  edir;  1631-ci  ildə  sakitcə  gəlib  Anqaranın  sol  sahilində  ağacdan 
möhkəm qalaça tikdirir. Tezliklə buryadlar bir "gecə-qondu" kimi gizlincə və qısa 
zamanda  əlüstü  tikilən  rus  qalasını  görüb  həyəcana  gəldilər.  Oka  boyu  xanları 
silahlı hücuma keçib rus bölüklərini darmadağın edib qalanı da yandırdılar. 
Get-gedə  Anqara  və  Oka  çaylarının  sahillərini  ələ  keçirən  ataman 
Firsovun başçılığı altında rus və kazak birlikləri 1654-cü ildə Anqara və Okanın sol 
sahilindəki qədim buryad, daha doğrusu, Buryaday kəndində hərbi qala tikdilər; bu 
qala  rusca  Bratsk  adlanmağa  başladı
110
.  Qala  Anqara  boyu  azad,  çölçü  xalqın  əl-
ayağını  çar  hökümətinin  tətbiq  etdiyi  ağır  vergilərlə-əmtəə  ilə  ödəniləcək 
məhsuldan  ibarət  töyücü  ilə  bağlamaq  məqsədilə  salınmışdı.  Burada  yerli 
xalqlardan:  Buryad,  Oyrot  və  tatarlardan  "yasak"  qəbul  edilən  məntəqə  təşkil 
                                                        
109
 
Карамзин Н.М. История Государства Российского т. 6. М., Рипол-классик, с. 432
 
110
 
Мелхеев M. H. Географические названия Восточной Сибирии, 1969, с.27
 


53 
 
edilmişdi. 1675-ci ilin yayında Çinə gedən rus diplomatı Nikolay Spafari Bratskda 
(Buryadda)  20  yaşayış  evi  və  provoslav  kilsəsi  olduğunu  yazır
111
.  Çar  hökuməti 
dövlətin on təhlükəli düşməni saydığı məhbusunu bura katorqaya göndərirdi. 1658-
ci ildə Balaqan çölündə Buryadların rus müstəmləkə zülmünə qarşı üsyanı başladı. 
Lakin  çox  keçmir  ki,  Sibirin  istilası  geniş  iri  miqyaslı  tədbirlərlə  gerçəkləşir. 
Buryadın istilasından az sonra 1661-ci il iyulun 6-da "İrkut çayı üstündə, Uşak ça-
yının  ağzında  qala  tikirəm"  deyə  rus  qulluq  adamı  olan  Poxabov  Yenisey 
voevodasına  məlumat  verirdi.  Yeni  gələn  ruslar  şəhəri  yanlış  olaraq  Bratsk 
adlandırmaqda  idilər.  "Lakin  о  zaman  qardaşlıq  haqqında  heç  kim,  о  cümlədən 
ruslar da düşünmürdülər deyə" Lev Uspenski bu barədə istehza ilə yazırdı
112
. İndi 
bu şəhər güclü Bratsk hidroelektrik stansiyası ilə (1961) məşhurdur. 
 
 
 
 
BÜRÜXAN. BÜRÜXANOVO. İNDİ: PERM 
 
Hazırda  Perm  (əski  Bürüxan)  Kama  çayı  üzərində  iri  sənaye  şəhəridir. 
Kama  çayına tatarlar  Ak  İdil  deyirdilər.  Rus  salnamələrində  Kama  adına  1220-ci 
ildə  rast  gəlinir.  Ruslar  Kamaya  (bu  çay  Volqanın  əsas  qoludur)  yiyələnməkdə 
çətinlik  çəkirdi.  Noqaylar,  kalmıklar,  başqurdlar  rusların  aramsız  hücumlarına 
mətanətlə  sinə  gərirdilər.  Lakin  ruslar  irəlilədikcə  hərb  qalaları  tikir  və  bu  hərbi 
məskənlər  "ostorojki",  eləcə  də  "qorodki"  (bu  qədim  rus  sözləri  "hasarlanmış, 
yonulmuş  tirlərdən  çəkilmiş  qala"  mənasını  ifadə  edirdi)  adlanırdı  və  rusların 
dayaq məntəqələrinə çevrilirdi. 
Tatarların  lap  ulu  əcdadları  hələ  qədimdən  Bürüxan,  indiki  Perm 
vilayətinin  sakinləri  olmuşlar.  Bəzi  mülahizələrə  görə  Bürüxan  şəhərinin  adı  bürü-
börü  "qurd”+xan=Bürüxan  şəxs  adından  yaranmışdır.  О  da  qeyd  olunmalıdır  ki, 
Bürüxan  Sibir  xalqlarında  həm  də  "tapınma  büt,  sənəm,  ilahi,  pir"  adıdır.  Bu 
heykəllər müqəddəs ruhların obrazları idi. Adətən misdən, gümüşdən tökülürdü
113

Bürüxan (Perm) tatarları öz etnik mənşələri etibarı ilə Kunqur tatarlarıdır. 
Onlar  Kazan  tatarlarının  etnik  qolu  sayılırlar.  Kunqur  tatarları  indiki  Perm, 
Yekaterinburq  vilayətlərinin  əsl  yerli  sakinləri  olmuşlar.  Həm  də  Orta 
Volqaboyunda tatarların bir hissəsi də zorla xristianlaşmadan qaçaraq XVI əsrdən 
başlayaraq buraya köçməyə məcbur olmuşlar. 
1472-ci ildə Bürüxan-Perm fəth edildi, deyə Karamzin yazır. Çar İvan Qroznı 
                                                        
111
 
Рудых В. М. Город Братск, Иркутск, 1972, с. 18.
 
112
 
Лев Успенский. Слова о словах. Имя дома твоего, с.531-532
 
113
 
Древнетюркский Словарь, Лен.,1969, с.127; Шилова Е. Н. Словарь тюркизмов в 
русском языке, Алма-Ата, Наука, 1976, с.101
 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə