Unudulan tarix dəyişdirilən adlar



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə2/96
tarix23.01.2018
ölçüsü2,82 Kb.
#21999
1   2   3   4   5   6   7   8   9   ...   96


 
siyahısında sonradan qoyulan adlar köçürülən əhalinin haralardan köçürülməsini də 
yaxşı  əks  edə  bilmişdir:  Moskovka,  Piterka,  Tulskaya,  Kurskaya,  Xarkovskaya, 
Penzenka,  Penzyatka,  Mojayka,  Arzamasskoe,  Tambovka,  Morşanka,  Smolenka, 
Valuyka və s. (misallar Qorbonevskidən götürülmüşdür (s.56), ətraflı sonra) 
Təəssüf  ki,  istilalarla  bağlı  tarixin  qanlı  və  kədərli  səhifələri  bizim  ilk 
ensiklopediyalarımızda  və  nəsillər  tərbiyə  edəcək  tarix  kitablarımızda  "könüllü 
birləşmələr",  "Rusiyaya  göndərilən  elçilər",  "gələn  qardaş  köməkləri"  adı  ilə  əks 
olunur;  bu  yerlərdə  Suvorovun,  Zubovun,  Potyomkinin,  daha  sonra  Yermolovun, 
Karyaginin, Slavinin...şərəfinə adlar meydana gəlirdi. 
Əy qarlı başını Qafqaz, təslim ol, üstünə Yermolov gəlir... 
Və ya, 
Rusların qılıncı altında; susdu döyüş deyən dəhşətli səslər. 
Qətl-qarətə  sürükləyən  və  qətl-qarətə  haqq  verən  bu  hayqırtını  şərəf-
ləyaqət şərqisi kimi qəbul etmək lazım gəlirmiş... 
Puşkin  Ərzuruma  səyahəti  zamanı  yol  boyu  Qafqazın  təbii  və  füsunkar 
təbiəti  qarşısında  həqiqətən  vəcdə  gəlirdi.  Lakin  aramsız  aparılan  işğalçı 
müharibələrdə yurdu tapdaqlar altında qalan, kəndini, əkinini, biçinini unudub əldə 
silah rahatlığı, azadlığı əlindən alınmış yerli əhali haqqında etinasızlıqla düşünür, 
bu  xalqların  dinini,  mədəniyyətini,  izzət-nəfsini nəzərə almadan:  "Qafqaz  özünün 
xristian  missionerlərini  gözləyir"  deyə  ictimaiyəti,  çarın  özünü  belə  yeni 
hərəkatlara sövq edəcək çağırışlar səsləndirirdi. Qafqaz zahiri dinc missionerlərdən 
qabaq qanla susdurulmada, ram edilməkdə idi. Hətta, "təkcə samovarı bura gətir-
məklə (şair bunda sivilizasiya şərtləri görürdü) istədiyimizi edə bilərik" sözləri ilə 
Qafqazın ələ keçirilməsinin bütün yolları və üsuluna özü bildiyi şəkildə töhfələrini 
əlavə  edirdi.  Öz  dinindən,  etiqadından,  irzindən,  namusundan  bərk-bərk  yapışan 
Qafqazın  müsəlman  xalqları-çərkəzlər,  çeçenlər,  tatarların  elliklə  Türkiyəyə, 
xüsusən I Nikolayın zamanında (1825-1855) köç etmələri bununla bağlı idi. Tarixi 
reallıqla  heç  vaxt  hesablaşmaq  istəməyən  rus  imperializmi  istilanın  əsl  yollarını 
yaxşı bildiyindən tarixi faktların – adlarən məhv edilməsinin qiymətini, rolunu da 
gözəl  dərk  edirdi.  Elə  buna  görə  də,  müharibələrin  uğurlu  gedişində,  torpaqların 
fəthi xəbəri alınan kimi, paytaxtdan imperatorun özündən (rus çarları 1711-ci ildən 
imperator  adlanırdı)  tövsiyə  olunan  yeni  adlar  gəlirdi.  İşğal  olunmuş  şəhərlərə, 
xüsusən  Türkiyədən  qoparılmış  Qara  dəniz  ətrafı  şəhərlərə  və  Kırıma  yunan 
mənşəli "qəlib" adlar verilir, qədim türk adları məhv edilirdi. 1783-cü ilin aprelində 
Kırım  bütünlüklə  Rusiyanın  idarəsinə  keçən  kimi  II  Yekaterina  Kırımın  hakimi 
general  Q.Potyomkinə  "indiki  Aktıyarın  yerində  böyük  Sevastopol  qalasının 
tikilməsinə  dair"  göstəriş  verir.  Aktıyar  şəhəri  sıldırım  sahilin,  ağ  təbaşir  daşlı 
hündür  yarğarun  üzərində  yerləşirdi;  adı  da  bununla  əlaqədar  idi.  Şəhərin  yeni 
yunan  adı,  Kırımı  yunanlaşdırmaq  kimi  qorxulu  imperiya  planları  ilə  bağlı  idi. 
Sevastopol  "müqoddəs  xaçlı  şəhər"  -  süni  addır  deyə  görkəmli  etimoloq  alim 
Fasmer  yazarkən  bu  adın  Kırım  torpağı  ilə  heç  bir  əlaqəsi  olmadığını  nəzərdə 



 
tuturdu. Ətraflı və dərin tədqiqləri ilə tanınan Lev Uspenski isə yunan adının həmin 
mənasını nəzərdə  tutub:  "qədim  yunanlar heç  vaxt  burada belə  vüqarlı ada  sahib 
şəhər  salmamışlar"  -  deyə  yazırdı.  Kırımı  yunanlaşdırma  planında  daha  əcaib 
təşəbbüslər  ortaya  çıxırdı;  yaşayış  yerlərinə  yunan  əlifbası  hərflərilə  "Alfa", 
"Delta"... "Omeqa"ya qədər adlar vermişdilər. 
Tarixi  yer  adına  müdaxilə  həmin  torpağın  özünə  olan  müdaxilə  ilə  bir 
tutulmalıdır.  Bolqarıstandan,  Ermənistandan,  Gürcüstandan  çıxmağa məcbur  olan 
türklərin qoyub getdiyi yurd yerləri və bu yurdun adının itirilməsi əslində bir işğal 
planının eyni dəyər daşıyan nəticələridir. Türk adlarına və türk xalqlarına təcavüz 
eyni məqsədə xidmət edir. 
Bu  gün  Altaylardan  üzü  Şərqə-Sibir  əhatə  olunmaqla  minlərlə  türk 
mənşəli yer adları dəyişdirildiyindən Sibirin xəritəsi gətirilmə adlarla doludur. XVI 
əsrdən artıq zəbt olunmuş Sibir isə hələ lap keçən əsrdə Rusiya üçün öz danışığı, 
adətləri, məişəti ilə çox uzaq idi. Xatirələrdən məlum olur ki, Buryatiyada sürgün 
olunmuş dekabristlər (XIX əsrin birinci yarısı) rus dilini hələ bilməyən yerli xanın 
-(sultanın) ailəsi ilə heç cür danışa bilmirlər. 
Yazıçı  S. Elpatevski  XIX  əsrin axırlarında  "Sibir  oçerkləri"  ndə  yazırdı: 
"yol  boyu  Sibir  kəndlərini  nə  qədər  seyr  etsəm  də  yenə  yol  darıxdırıcı  və 
kədərlidir.  Yad  torpaq,  yad  hava,  yad  insanlar,  yad  danışıqlar...  Öz  adamlarımıza 
da rast gəlirdik, lakin yol təəssüratlarına onlar da şənlik, sevinc gətirə bilmirdilər. 
Palçıqlı  yolun  hər  tərəfində  cığırlar  açılmışdır.  Bu  yolları  özümüzünkülər  -  rus 
adamı  yad  ölkələrə  açmışdır".  O  zaman  yad  ölkə,  yad  insanlar  deyə  bəhs  olunan 
Sibir  köçürülmə  ruslarla  elə  doldurulurdu  ki,  bugün  Sibirin  bağrındakı  iri  sənaye 
şəhərlərini, nəhəng zavodları, böyük limanları onlar salmalı olmuşdu. 
Köksündə dağıdılmış lakin xərabələrində də öz əzəmətini saxlayan, elə bil 
hələ də keçmiş şöhrətinə güvənən türk qalaları, hərbi istehkamlar, astanasına illər 
boyunca  ayaq  basılmayan  uçuq  məscidlər  sükut  və  həsrət  içində,  eyni  zamanda 
qərib bir heyrətlə durmaqdadır. Öz geniş köksündə qədim türk kitabələrini- yazılı 
yazısız şahid abidələri, torpaqlar altında yatan əcdadlarımızın türk əzəmətini dağa 
çevirən kurqanlar, daşlarda türk imzası -tamğalar ...indi yad hüdudlara sığınmış və 
ya  əslindən  kökündən  şübhəli,  amansız  soyuqluqla  ayrılıb  qopan,  dəyişən-
dəyişdirilən  türk  soylarının  ana  yurdu  yadigarları  nə  qədər  lal,  hüznlü  dayanıb 
dursalar da, göz dağı olmaq qədər canlı faktlardır. 
Şəhərlərin tarixi heç də yalnız onun şəhər olma statusu ilə başlamır. Təbii 
ki,  oxucu  niyyətimizi  duymaqdadır,  tarix  həmin  yerdə  ilk  yaşayış  məskəninin 
salınması  tarixindən  başlanır.  Əlbəttə,  şəhərəqədərki  yaşayış  məntəqələrinin, 
düşərgələrin öz tarixçəsi var. Və bu fakt gələcək şəhərin tarixinin ilk səhifəsi kimi 
qəbul oluna bilər. Bütün böyük şəhərlər belə kiçicik, lakin tarixi sənəd qədər, abidə 
qiymətli tərcümeyi hallarına malikdir. Bunu qəbul etmək lazımdır. Bu istiqamətdə 
müşahidə  aparıldıqda  əski  türk  yurdlarının  tarixinin  öyrənilməsi  işinin  diqqətdən 
kənarda  qaldığı  və  ya  bu  işin  ləng  getdiyi  göz  qabağındandır.  Daha  doğrusu,  bu 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə