Unudulan tarix dəyişdirilən adlar



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə3/96
tarix23.01.2018
ölçüsü2,82 Kb.
#21999
1   2   3   4   5   6   7   8   9   ...   96


 
apardığımız  iş  yeni,  köhnə  problemlərin  aşılıb  çözülməsinin  yeni  təşəbbüsləridir.  
Məsələn,  bu  gün  Odessa  şəhərinin  (Avropanın  gözəl  şəhərlərindən  birinin)  tarixi 
öyrənilir. Məhz Odessa şəhəri kimi, amma türk Hacıbəy şəhəri kimi yox. O, tarixin 
dərin qatlarına gömülmüşdür. Araşdırmaçılar yaxşı bilirlər ki, şəhərin tarixi bizdən 
nə qədər uzaqlaşırsa, həmin tarixinin öyrənilməsi də bir o qədər çətinliklər törədir. 
Amma əski türk yurdlarının tarixi 200 il  əvvəl  dəyişilsə də yenə həmin mübhəm, 
müəamma    düyünləri,  məkrli  sirlər,  maneələr  öz    çətinliklərini  ortaya  qoyur. 
Məsələn, Nalcıq (Nalçik), Esendik (Yessentuki), Ala Buqa (Elabuqa), Deli Orman 
(Tellerman (ovski) və s. 
Apardığımız  işdə  türk  tarixi,  dili,  mədəniyyəti,  ümumiyyətlə  türk  elmi 
üçün  böyük  faydalar  görürük.  Bu  gün  türk  yurdu  yeni  nəslə,  türk  gəncliyinə 
məhdud  çərçivədə,  bugünkü  xəritələrdə  yox,  əski,  həqiqi  xəritələrdə,  öz  geniş 
miqyasında  çatdırılmalı,  öyrədilməli, tanıdılmalıdır.  Hər  zaman insan  özünün  xoş 
gələcəyi qayğısına qaldığı kimi, axı, keçmişini də axtarıb öyrənməyə can atır. 
Türk  dünyası  yer  adlarının  Böyük  Ensiklopediyasi  Sözlüyü  yaradılması 
zəruriyyətini  duyuram.  Burada  tarixdən  silinmiş  türk  yer  adları  öz  yerini 
tapmalıdır. 
Türk ölkələrinin səmada ulduzları həmişə işıq saçsın. Bu arzu ilə sözümü 
bitirirəm. Yox, əziz oxucum, əslində sözə başlayıram... 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 



 
ABA TURA. KUZNETSK 
 
Aba  Tura  (müasir  Kuznetsk)  Kemerevo  vilayətində  (Rusiya)  iri 
metallurgiya  şəhəri.  Tarixən  Aba  Tura  yaşayış  məntəqəsi  Aba  və  Kondoma 
çaylarının Tom çayına töküldüyü yerdə salınmışdır. Aba Turadan vaxtı ilə Yurqa, 
Taştakol, Abakan şəhərlərinə yol gedirdi. İndi həmin qədim yolla dəmir yolu xətti 
çəkilmişdir.  Rusların  Altay  ölkəsi  ilə  tanışlığı  XVII əsrdə baş  vermişdir.  Belə  ki, 
Tom  sərkan (voyevoda)  yerli  xan  Ağ  Kalmıklarm  sultanı Abakla  münasibət  qura 
bilmişdir. (Qeyd: ağ kalmıkların digər adı oyrotlardır). 1617-ci ildə kazaklar Aba 
Turanı tutub, onu hərb qalası kimi möhkəmləndirirlər. Şəhərin adı Aba tayfasının 
adı  ilə  bağlıdır.  Buranın  yerli  əhalisi  Abalılar  sayılırdı.  Prof.  Abdulkadir  Donuk 
türk  dövlətlərində  istifadə  edilmiş  qədim  hərbi  ünvan  və  rütbələr  barəsindəki 
tədqiqlərində  Aba  ünvanının  Orxon  abidələrində  "baş  komandan"  mənasında 
işləndiyini  göstərərək  Kuman-qıpçaqlarda  və  oğuzlarda  yayqin  bir  ad  kimi 
qullanıldığından, hətta ayrıca Çindəki türk (uyqur) elçisinin Kül Buyrukun "Apa" 
ünvanı  daşıdığından  bəhs  etmişdir
1
.  Aba Tura  mənaca  "Tura-dayanacaq, düşərgə, 
məskən;  Aba  Tura  "abalıların  şəhəri"  deməkdir.  Yağmaçı  kazaklar  şəhərin  əsil 
adına  etina  etməyərək  onu  öz  bildikləri  şəkildə  Kuznetsk  adlandırırdılar.  Çünki 
onlar buraya gələrkən Abalıları dəmirçi, mahir usta kimi tanımışdılar. Hərb qalası 
Aba  Tura  1622-ci  ildə  şəhərə  çevrilir.  Belə  ki,  tezliklə  bu ərazilərdə zəngin metal 
mədənləri  olduğu  məlum  oldu.  Bundan  sonra  şəhərin  Aba  Tura  türk  adı 
dəyişdirilərək Kuznetsk adı ilə ("dəmirçilər şəhəri" deməkdir) əvəz olundu
2
. Şəhər 
1932-ci  ildən  1961-ci  ilədək  Stalinsk  adı  ilə  yaşamışdır.  Nəhayət  Stalinin  xatirə-
sinə  qoyulmuş  adların  ləğvi  kompaniyası  ilə  əlaqədar  olaraq  1961-ci  ildən  şəhər 
özünün  yeni  adı  -  Novokuznetsk  adı  ilə  məlumdur.  Şəhərdə  kömür,  kimya, 
maşınqayırma  və  ağac  emalı  sənayesi  inkişaf  etməkdədir.  Hazırda  Rusiyanın  ən 
böyük metallurgiya mərkəzlərindən biridir. 
 
 
 
ABAZA. SOÇA. SOÇI 
 
Müasir Soçi Krasnodar ölkəsində, Qara dəniz sahillərində kurort şəhəridir. 
Bu  qədim  Abaza  şəhəri  gözəlliyi  ilə  məşhur  olan  səfalı  Üç  Dərə  (Uç  Dere) 
yaylağında  yerləşir.  1829-cu  ildə  Ədirnə  sülhü  ilə  Rusiyaya  keçən  bu  torpaqlar 
faktiki  olaraq  1838-ci  ildə  Rus  dövlətinə  daxil  olmuş,  həmin  ildəcə  qəsəbəyə 
                                                        
1
 
Abdulkadir Donuk. Eski türk devletlerinde idari-askeri ünvan ve terimler, İstanbul, 1988, 
s.2.  
2
 Саттаров Г.Ф. Ойкономические термины со значением «город» и «село» в истории 
татарского языка и топонимии. – Советская тюркология, 1988, № 1, с. 47.  



 
Aleksandriysk  (rus  taxt-tacının  vəliəhdi  şahzadə  Aleksandrın  şərəfinə;  həmin  il 
onun  həddi  buluğa  dolması  bayram  edilirdi)  adı  verilərək  burada  rus  istehkam-
qalası tikilir. O sonra Navaginski keşikçi postu adlanır. Burada kazak hərbi qarovul 
məntəqəsi  yerləşirdi.  Kırım  müharibəsində  Abaza  Rusiyanın  əlindən  çıxsa  da, 
1864-cü  ildə  yenidən  ələ  keçir  və  Daxovski  kazak  postu  adlanır
3
.  Bu  şəhər  tarixi 
Abaza torpağında yerləşir və adı yerli xalq olan abazalarla əlaqədardır. Abas-abaz 
xəzərlərdə  və  peçeneqlərdə  nəsil  adı  olaraq  göstərilir.  Müasir  abazalar  Qaraçay-
Çərkəzdə,  Kabarda-Balkarda,  Adıgöydə  və  Kislovodskda  yaşayan  müsəlman 
əhalinin  adı  kimi  qəbul  edilir.Abazalıların  müəyyən  hissəsi  Qafqazın  istilasında 
Türkiyəyə  mühacirat  etmişlər.  "Abazalar müsəlmandır,"  – deyə  Övliya  Çələbi  bu 
yerləri gəzərkən onların etibarlılığı və səbatı haqqında yazmışdır: "kendilerine kafir 
desek,  insanı  katl  ederler,  müselman  desek,  xoşlanıb  severler".  Övliya  Çələbi 
abazaların  torpaqlarının  da  dəqiq  hüdudlarını  göstərir:  Türkiyədən  dənizə  girib 
Gürcüstan  sahillərilə  bircə  gün  üzdükdən  sonra  Gürcüstan  bitir,  Fişe  çayından 
Abaza diyarı başlayır. Onların torpaqları Anapa qalasına kimi uzanıb gedir
4
. Tarix 
səhifələrində Abaza əsilzadələrinin bu adı nəsəb, soyadı kimi daşıdıqları müşahidə 
olunur.  Osmanlı  dövlətinin  tarixinin  tədqiqçilərindən  biri  olan  alman  alimi 
Hammerin  yazdığına  görə:  1769-cu  il  iyulun  17-də  Xotin  döyüşündə  Abaza 
Mehmet paşa komandan idi.
5
 Şəhərin sonrakı yeni adı Soçi də abaza tayfalarından 
olan Soça adındandır. "Soça tayfası həmin limanda yaşayan Kıyı Abaza oymağına 
daxil  idi"
6
.  Övliya  Ata  da  özünün  öz  bəyi  olan  Soça  tayfasından,  onun  əsgəri 
gücündən  söz  açır.  Həm  də  Soça  və  Obur  Elburus  silsiləsinə  daxil  olan  dağların 
adıdır.  Şəhər  həm  də  Soça  çayının  üstündə  yerləşir.Yaxınlıqdan  isə  Mamayka, 
Buzuqa  çayları  axır.  Soçi  bağ-bağçalarının  əzəmətli  şümşad  ağacları  (rus  dilində 
samşit  işlənilir)  bəzəyir.  Soçi  şəhərinin  keçmiş  Abaza  adı  tarixi,  eləcə  də  ədəbi-
bədii mənbələrdə yad edilir: Mən də cavanlıqda uzun müddət sizin Abazada qoyun 
otarmışam.  (Q.Danilevski.  "Qaçaqlar  Novorossiyada")  Bundan  başqa  Sibirdə 
Krasnoyar  (keç.:  Kızıl  Yar)  diyarında  Abakan  çayı  üzərində  də  Abaza  şəhəri 
vardır. 
Bu yaxınlarda Soçido böyük bir caminin inşasına başlanılmışdır. 
 
 
 
 
                                                        
3
 
Никонов В.А. Краткий топономический словарь, М., Мысль, 1966, c.381, 391. 
4
 
Evliya Çelebi.Seyahetnamesi, İstanbul, Üç Dal neşriyyatı, 1966,1 c, s.463.
 
5
 
Baron J.Hammer. Büyük Osmanlı Tarihi, 8 c. İstanbul, 1991, s.434.
 
6
 
Fahrettin Kırzıoğlu. Osmanlıların Kafkas ellerinin fethi (1451-1590), Ankara, 1998, s.8. 
 
 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə