Unudulan tarix dəyişdirilən adlar



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə9/96
tarix23.01.2018
ölçüsü2,82 Kb.
#21999
1   ...   5   6   7   8   9   10   11   12   ...   96

21 
 
deyənlər  vardır.  (Fasmer  M.  1,13)  Həmçinin  Qırğızıstanın  yer  adlarını  tədqiq 
edərkən  K.Konkobayev  həmin  ərazidəki  Ala  Buqa  (Ala  Buka)  yer  adının 
tərkibindəki  buğa,  buka  sözünü  "çöl,  bozqır"  deyə  mənalandıraraq  rus  dilindəki 
türk  mənşəli  sözlərdən  olan  "buqor"  türkizmini  də  həmin  sözlə  əlaqələndirir
31

Türk  əsilli  rus  soyadlarının  tarixinə  dair  monoqrafik  əsərində  Baskakov  qədim 
türklərdə  Ala  Buqa  ləqəbinin  əslində  tatar  və  digər  qıpçaq  dillərində  "qəhrəman, 
güclü buğa" (rus adaptasiyasında Ala Buqa - Al Buqa) mənası daşıdığını göstərir
32

Təbii ki, qədim türklər, türk bəyləri, el başçıları öz güclərini (əlbəttə, eyni dərəcədə 
həm  fiziki,  həm  də  mənəvi)  göstərmək  məqsədilə  güclü  heyvanların  adlarını 
mənimsəyirdilər.  Tobol  quberniyasında  da  (Kurqan  qəzasında)  vaxtı  ilə  iki  Ala 
Buqa  kəndi  olmuşdur.  Bejetsk  yaxınlığındakı  Alobuqino  kəndinin,  Həmçinin 
Qazaxıstandakı Ala Buqa çay adı da bu ad və adın daşıdığı mənayla bağlıdır.  
 
Kazan  xanlığını  məhv  etdikdən  sonra  səfər  əsasında  İvan  Qroznı 
Alabuqada  olmuş,  qələbə  münasibətilə  Pokrov  kilsəsinin  tikilməsinə  sərəncam 
vermişdir.  
 
 
 
ANAPA (BUQUR QALA)- YENİLMƏZ TÜRK 
QALASI 
 
Anapa  - müasir  Krasnodar  ölkəsində  liman  şəhəridir.  Qara dənizin  şimal 
qərb  sahilində  yerləşir. 1475-ci  ildə artıq güclü  türk hərb  qalası kimi  məşhur  idi. 
"Qala hünərli mühəndis əlindən çıxmışdır,
,,
 - deyə Övliya Çələbi qürurla qeyd edir. 
Tarixən ilk adı Buqur qala (Buqur çayı üzərində salındığına görə) olmuşdur
33
. Bir 
neçə  dəfə  Anapada  olmuş  Övliya  Çələbi  bu  qədim  torpağın  öz  dürrü-gövhəri  ilə 
məşhur olduğu barədə yazır: Anapa limanında bir çeşid incilər  çıxarılırmış; geniş 
bir təpə üzərindəki bu qalanı sarayının divarı, döşəməsi buradan çıxan ləl, yaqut, 
sədəf, əqiqlərlə bəzəndiyinə görə qalaya "Qalayi-gövhər" deyərmişlər. Tarixdə də 
bu  şəkildə  yazılmışdır.  Qala  Abaza  ilə  Çərkəz  torpaqlarının  hüdudunda  sərt  bir 
qaya üzərində yerləşir. Qalanın şimal tərəfi Anapa dağlarıdır. Qara dənizdən Azaka 
(Azov  dənizi)  gedən  gəmilər  bu  dağları  səmt  tutub  gedərdilər.  Ulu  dağlardır. 
Qalanın qapalı böyük bir limanı var ki, Qara dənizin heç bir yerində (Balaklavadan 
başqa) belə bir liman yoxdur. Qaladan xaricdəki yaşayış  yerinin adı Kabak kəndi 
idi
34

                                                        
31
 
Конкобаев К. Топонимия Киргизии, с. 77.
  
32
 
Баскаков Н.А. Руские фамилии тюркского происхождения, Баку, Язычы, 1992, 
с.155.
  
33
 
Никонов В.А. Краткий топономический словарь, М., Мысль, 1966, с.24.
  
34
 
Evliya Çelebi. Seyahetnamesi, 1-11 c, s. 472
 


22 
 
Çar  höküməti  onu  başa  düşürdü  ki,  Qara  dənizi  rus  dənizinə  çevirmək 
üçün  onun  sahillərini  də  ələ  keçirmək  lazımdır.  Bn  zaman  Qara  dəniz  xəttinin 
Gəlincik,  Anapa  qalası,  Kuban  çayı  sahili  boyunca  Qafqaz  vilayətləri 
sərhəddinədək  olan  torpaqlar təşkil  edirdi.  Anapa  Rus-Türk müharibəsi  gedişində 
1781-82-ci  illərin  çətin döyüşlərində  özünün  yenilməz türk qalası  şöhrətini təsdiq 
etdi.  Belə  ki,  1782-ci  ildə  ruslar  bütöv  Kırımı  ələ  keçirsə  də  Anapa  və  Sucuk 
Qalanı ala bilmədilər. Anapa birinci dərəcəli hərb qalası idi. 1788- ci ildə növbəti 
Rus-Türk  müharibəsi  gedişində  Potyomkin  general  -  anşef  P.Tekelliyo  Anapa  və 
Sucuk  Qalaya  hücum  etməyi  tapşırsa  da,  belə  qalaların  rus  gücünə  yenilməyə-
cəyini  gorüb  dayandılar
35
.  1790-cı  ildə  məşhur  general  Bibikov  yüksək 
komandanlığın  icazəsini  gözləmədən  ləl-gövhər  kanı  Anapaya  hərəkətə  keçdi  və 
düz  bir ay  Anapanı mühasirədə  saxladı.  İtkiləri  o  qədər  çox  idi  ki,  çar höküməti 
onu yersiz cəsarəti üstündə cəzalandırdı. 1791-ci ildə rus ordusu general Qudoviçin 
rəhbərliyi altında Temişbekdən hərəkətə başlayıb Anapaya hücuma keçdi. Onunla 
yanaşı  Zaqrajski,  general  Şits  də  hücumda  iştirak  edirdi.  Anapa  qalasının 
qarnizonuna  igid  Mustafa  paşa  rəhbərlik  edirdi.  Qafqazı  müqəddəs  müharibə 
meydanı elan edən, müsəlmanları cihada çağıran Şeyx Mənsur də onunla idi. Qala 
divarları  təməlinə  qədər  yerlə  yeksan  edilmiş,  şəhər  yandırılmış,  Anapanın  15 
minlik müdafiəçiləri və dinc xalq qılıncdan keçirilmişdi. Öz vəzifəsinin öhdəsindən 
gələ  bilmədiyinə  görə  Anapa  sərəsgəri  Sarı  Abdulla  paşa  edam  edildi.  Bu  son 
döyüşdə  Qafqaz  milli-azadlıq  hərəkatı  başçısı  Şeyx  Mənsur  ruslara  əsir  düşmüş 
Peterburqa aparılıb Şlisselburq qalasında edam edilmişdir
36

Lakin Yassı sülhünə görə (2 yanvar 1792) Kuban nəhrinin işğal olunmuş 
sol  sahillərilə  birlikdə  Anapa  da  geri  qaytarıldı.  1807-ci  ildə  admiral  Pustoşkinin 
başçılğı  altında  rus  eskadrası  qalanı  ələ  keçirib  divarlarını,  silah  anbarlarını 
partlatdılar.  Qaladakı  80  su  quyusunu  lazımsız  çuqun  silahlarla  basdırıb,  bir 
çoxunu da partlatdılar. Qaladan heç nə qalmadı. Sağ qalan adamların sayı 20 nəfər 
idi.  Tezliklə  Anapa  təkrar  türklərə  keçdi.  Onlar  gecə-gündüz  bilmədən  çalışıb 
qalanı əvvəlki halına gətirib, bərpa etdilər. 1809-cu ildə rus desantı yenə Anapanı 
ələ keçirdi. Lakin əldə saxlaya bilmədi. Orada bir qarnizon qoyub çəkildi. 1812-ci il 
müqaviləsinə görə Osmanlı dövlətinə geri verildi. 
1828-  ci  ildə  Anapaya  6-cı  yürüş  başlandı;  40  il  idi  ki,  onun  uğrunda 
döyüşlər gedirdi. Bu dəfə düşmənin planı, da əməli də qəti idi. General Menşikov 
və  polkovnik  Perovskinin  qüvvələri  tam  41  gün  qalanı  topa  tutdu.  Yerli  türk  və 
çərkəz  qüvvələrinin  başında  acarlı  Seyyid  Əhməd  paşa  durmuşdu  və  bu  hünərli 
sərkərdə çətin hücumları mətanətlə dəf edirdi. Temirük bəy qala xaricində müda-
fiədə durmaqla ona dəstək olurdu. Qarnizon rəisi isə Çatır Osman-oğlu idi. Anapa 
                                                        
35
 
Кругливо К.Т. Анапа 2500 лет, Краснодар, 1987, с. 44.  
36
 
M.Sadık Bilge. Osmanlı devleti ve Kafkasya, s. 152 
 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə