Unudulan tarix dəyişdirilən adlar



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə8/96
tarix23.01.2018
ölçüsü2,82 Kb.
#21999
1   ...   4   5   6   7   8   9   10   11   ...   96

19 
 
AKTIYAR. SEVASTOPOL 
 
Aktıyar  və  ya  Akyar  1783-cü  ildən  Sevastopol  Kırım  vilayətində 
(Ukrayna) şəhər.  Artıq 1768- 1774-cü illər Rus-Türk müharibəsi Türkiyənin Kerç, 
Yeni  qala,    Kıl  Burun  hərb  qalalarını  və  Qara  daniz  sahillərinin  xeyli  hissəsini 
itirdiyi  Küçük  Qaynarca  sülhü  ilə  başa  çatmışdır.  Rusiyanın  əldə  etdiyi  bu  yeni 
torpaqlarda  istilaçılara  qarşı  xalq  həyacanları  şiddətlənirdi.  Müharibədən  məğlub 
çıxsa da, xalq yadellilərin boyunduruğu altına düşmək istəmirdi. 
II Yekaterina Kırım və Kubandakı rus qoşunlarının komandanı Suvorovu 
qəzəb və nifrətdən çalxanan bu torpaqlara səfərbər etdi. Bu həyəcanları yatırtmaq, 
yerli xalqları ram edib susdurmaq üçün ruslara güclü qala və hərbi liman lazım idi. 
Suvorov sıldırımlı sahilləri, ağ təbaşir daşlı yarğanların üstündəki Axtiyar kəndinin 
və böyük buxtanın üstünlüklərini  dərhal  qiymətləndirə bildi. Odur ki, 1783-cü ilin 
aprelində Kırım tamamən Rusiyanın əlinə keçdikdən sonra II Yekaterina Kırımın 
hakimi general Q.A.Potyomkinə   "indiki   Aktiyarın  yerində  böyük  Sevastopol   
qalası  tikməyə  dair"  göstəriş  verdi
27
.  Yekaterina  artıq  Kırımın  adının  belə 
dəyişdirilməsinə,  Tavriya  adlanmasına  dair  sərəncam  göndərmişdi,  öz  sevimlisi 
Potyomkini də "Knyaz Tavriçeski" şöhrətli titulu ilə mükafatlandırmışdı. 
Tarixi əsərlər öz səhifələrində yerin əsl türk adını saxlamaqdadır: Kırımda 
qoşuna  komandanlıq  edən  A.V.Suvorov  Aktiyar  buxtasını  sahilində  batareya 
qurmaq  üçün  əmr  verdi.  (A.M.Andruşenko.  Admiral  Uşakov).  Yazıçı  kitabın  bu 
adla  bağlı  şərhində  yazırdı:  Axtıyar  buxtası  sahildə  yerləşən  kiçik  tatar  kəndinin 
adı  ilə  adlanırdı.  Axtiyar  tatarca  "Təbaşir  daşlı ağ  yarğan" deməkdir.  Daha  sonra 
buxta da Sevastopol adı ilə adlandı. Oleq Mixaylovun "Suvorov" tarixi romanında 
oxuyuruq:  "Kırımın  özündə  sakitlik  idi,  amma  Aktiyarda,  gələcək  Sevastopol 
reydində  hələ  də  türk  gəmiləri  durmaqda  idi."  Yaxud,  "Kırıma  nümayişkaranə 
səfəri  zamanı  ikinci  Yekaterina  Avstriya  imperatoru  II  İosif  və  xarici  səfirlərlə 
1787-ci ildə Aktiyara gəldi." 
1796-cı  ildə  hakimiyyətə  gəlmiş  rus  çarı  I  Pavel  hər  bir  sahədə  olduğu 
kimi  bu  işdə  də  anası  II  Yekaterinanın  əksinə  getdi.  Sevastopolun  Aktiyar  kimi 
əski  şəkildə  adlandırılmasına  fərman  verdi.  (1797)  Təxminən  30  il  sonra 
hakimiyyətə  gələn  və  bütün  dövlət  işlərində,  o  cümlədən  imperiyanın  işğalçılıq 
istiqamətindəki tədbirlərində nənəsinin təcrübəsinə əsaslanan və onu təqdir edən I 
Nikolay (1825-1855) 1826-cı ilin aprelində Sevastopolun Aktiyar deyil, həmişəlik 
Sevastopol adlandırılmasına qərar verdi. 
Sevastopolda istehkamlar, kazarmalar, Rus-Türk müharibəsində ölmüş rus 
əsgərlərinin  dəfn  olunduğu  "qardaş  məzarlığı"  bu  qanlı  istilanın  yadigarları  kimi 
durmaqdadır.  Bu  torpaqlara  yunan  adlarını  yamamaq  istilaçı  idealogiyanın  əsil 
hədəfi  idi.  Əlverişli  miflər  işə  düşürdü.  Mədəni  adamların  tarixi  həqiqətləri  bir 
                                                        
27
 
Валерий Ганичев. Ушаков, ЖЗЛ, М., Молодая Гвардия, 1990, с. 152. 


20 
 
yana  buraxıb  mənfəət  və  maraq  sezilən  "miflərlə"  məşğul  olması  köklü  istila 
taktikasıdır. Şəhərin yunanca adı Sevastopol Kırımı yunanlaşdırmaq kimi qorxulu 
məqsədlə  bağlı  olan  "süni  addır"  deyə  Maks  Fasmer  yazarkən  bu  adın  bu  yerlə, 
xalqla,  bu  xalqın  tarixi  ilə  səsləşmədiyini  nəzərdə  tuturdu.  Bu  uydurma  vaxtı  ilə 
Xəzər  dövlətinin  süqutundan  sonra  Kırıma  (daha  doğrusu  sahillərinə,  ticarət 
əhəmiyyətli limanlara) sahib çıxmış yunan kolonizatorlarının bu torpağın əsl sahibi 
olmalarına  elmi  dayaq  yaratmaq  məqsədləri  ilə  bağılıdır.  Sevastopol-  Sebastos 
"təzimə,  səcdəyə  layiq,  müqəddəs;  pol  -  "şəhər  sözlərindən  yaranmışdır.  "Lakin 
qədim  yunanlar  burada  heç  vaxt  belə  vüqarlı  ada  layiq  şəhər  salmamışlar"  deyə 
Lev  Uspenski  yazırdı
28
.  Bu  torpağın  hər  qarışı  öz  köksündə  Qızıl  Qobu  və  skif 
mədəniyyəti  izlərini  hifz  edib  saxlayır.  Şəhərin  ətrafının  türk  adları-Balaklava, 
Tarxanqut, Temiryük və s. adlar keçmiş türk abi-havasını saxlayan və təsdiqləyən 
faktlardır. 
 
 
 
 
ALA BUQA. ELABUQA 
 
Ala Buqa müasir Tatarıstanda Kama çayı üzərində şəhər. Vaxtilə Volqa – 
Kama  Bulqarıstanın  baş  şəhərlərindən  olmuşdur.  Qədim  bulqar  şəhəri  Ala  Buqa 
(Radlov 1,362) müasir Elabuqadan azca aralı, Toyma çayı üzərində yerləşirdi. Qala 
X  əsrdə  bulqar  xanları tərəfindən  ucaldılmışdı.  Ala  Buqa  qəsri  vaxtilə  möhtəşəm 
olan  Volqa-Kama  Bulqarıstanının  xarakterik  abidələrindəndir.  Hazırda  həmin 
yerdə  əski  şəhərin  xarabalıqları  -  möhkəm  qala  divarları  qalıqları,  hətta  bütöv 
bürclər  durmaqdadır.  O  qədim  mədəniyyət  ocaqlarından  olmuşdur;  Ala  Buqa 
yaxınlığında aşkar edilmiş qədim məzarlıq (müasir adı Ananiyev deyilən ərazidə) 
XIX  əsrin  ortalarında  öyrənilmişdir.  Abidələrin  öyrənilməsi  nəticəsində  məlum 
olur ki, burada eramızdan əvvəl VII-III əsrlərdə yüksək mədəniyyətə sahib adamlar 
yaşamışlar.  Tədqiqatçılar  onları  müasir  udmurtların,  komi-zıryanların  ulu  babası 
zənn etmişlər
29
. Müasir Elabuqa şəhər adı tarixi Ala Buqa adının rus dilində təhrif 
olunmuş  şəklidi.  Qüdrətli  Qızıl  Orda  xanı  Məhəmməd  Özbək  xanın (1312-1342) 
titulu (və ya ləqəbi) Ala Buqa olmuşdur. Bir sıra rus salnamələrində də Özbək xanı 
belə  adlandırırdılar
30
.  Baskakovda  da  buna  aid  işarələr  vardır:  Albuqa  -  Olbuqa 
şəxs  adı;  qadın  xətti  ilə  rus  knyazları  ilə  qohumluq  münasibətində  olan  Poloves 
xanlarından birinə məxsusdur. 
Lakin  bununla  yanaşı  şəhərin  adının  mənası  sadəcə  tatarca  balıq  adı 
("okun")  vo  ya  "pestrıy  bık"  olan  "Alabuqa"  şəxsiyyət  adından  yarandığını 
                                                        
28
 
Лев Успенский. Слово о словах. Имя дома твоего, Лениздат, 1967, с.36. 
29
 
В.М. Мансуров. История нашего края, Вятка, 1969, с. 39.
 
30
 
Э С т. 1, с. 347.
 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə