Unudulan tarix dəyişdirilən adlar



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə6/96
tarix23.01.2018
ölçüsü2,82 Kb.
#21999
1   2   3   4   5   6   7   8   9   ...   96

15 
 
oxlar və başqa ibtidai, lakin kamil silahlar aşkar edilmişdir. Sonralar er. əv. V əsrdə 
isə kurqanın tökmə hissəsində skif döyüşçüsü dəfn edilmişdir. 
Şəhər öz tarixi boyunca Kermencik qalası (Kermen-qala, Kermencik-kiçik 
qala, şəhərcik) adı ilə anılırdı. Daha sonralar, XV əsrdən başlayaraq bu qədim şəhər 
türk-islam ətri ilə süslənərək Ak Meçet (şəhərdəki böyük ağ camiyə görə) adı ilə 
böyümüş, inkişaf etmişdir. Bu torpaqları gəzən Övliya Çələbi Krım adasının göbəyi 
sayılan, Nuh tufanından bəri təpəsindən qar əskik olmayan Çadır dağının ətəyində, 
verimli  bir  ovada  yerləşən  Ak  Məscidin  əslində  Kırım  vəliəhdlərinə  mənsub 
olduğunu, vəliəhdlərin taxt mərkəzi sayıldığını xəbər verir
17

1768-1774-  cü  illər  rus-türk  müharibəsində  Ak  Meçet  şəhəri  də  istila 
edilir. Kırımın tam şəkildə Rusiya tərkibinə daxil edildiyi vaxtdan isə şəhərin adı 
dəyişdirilərək Simferopol adlandırılmışdır (1784). Fasmerin "Rus dilinin etimoloji 
lüğəti"ndə  göstərildiyi  kimi  Simferopol  yunanca  "uğurlu  şəhər"  mənasını  verir. 
(Bax: g.ə.III c, s.623) Lakin qədim yunanlar heç zaman burada belə qürurlu adlarla 
məskən  salmamışlar.  Nikopol  "qələbə  şəhəri",  Melitopol  "arı  şəhəri",  Sevastopol 
"möhtəşəm  şəhər",  Xersones...  Bu  adları  XVIII  əsrin  sonlarında  qədim  yunanlar 
yox, yunansayağı olsalar da müasir ruslar qoymuşlar
18

Simferopol  adı  II  Yckaterinanın  bu  torpağı  yunanlaşdırmaq  kimi  istilaçı 
planı  ilə  bağlı  idi.  Ümumiyyətlə,  "Yunan projesi"  çox  böyük,  o  qədər də həyasız 
plan  idi.  Hətta  Yekaterina  öz  fikirlərində  o  qədər  uzağa  gedirdi  ki,  nəvəsi 
Konstantini  Konstantinopolda  (İstanbulda)  əyləşəcək  yunan  hökmdarı  olaraq 
görmək istəyirdi. (Л.Н.Толстой. Посмертные записки старца Федора Кузмича) 
Kırımda  başqa  bir  Ak  Meçct  qəsəbəsi  də  olmuşdur  ki,  1944-cü  ildə  adı  dəyişdi-
rilərək  Çernomorskaya  qoyulmuşdur;  hazırda  inzibati  rayon  mərkəzidir. 
Simferopolda  Kebir  Cami  məscidinin  indi  xarici  görkəmi  dəyişdirilib,  burada 
cildləmə sexi açılmışdır. Qazaxıstandakı Ağ Məscid şəhərinin də 1925-ci ildən adı 
Qızıl Orda şəhəridir. 
 
 
 
AK SAKA. AXALTSİXE 
 
Ak  Saka  adı  Dədə  Qorqud  dastanlarında  bəhs  olunan  qədim  yer 
adlarındandır:  Məgər  Başı  Açuq  Tatyan  qələsindən,  Aq  Səqa  qələsindən  kafərin 
casusu  vardı...  Daha  sonrakı  tarix  səhifələrində  ondan  X-XI  əsrlərə  aid  qala  kimi 
bəhs olunur
19
. Bir də yeri gəlmişkən qeyd edək ki, mətndə adı çəkilən "Başı Açuq" 
indiki Kutaisi ərazisinin Şərq mənbələrində rast gəlinən adıdır. 
                                                        
17
 
Evliya Çelebi. Seyahetnamesi, İstanbul, Üç Dal neşriyyatı, 1966, VII c, s.409,602.
 
18
 Л.Успенский. Слово о словах. Почему не иначе? с. 468. 
19
 
БСЭ т. 2. С. 458.
 


16 
 
Budur,  XI  yüzillikdə  Ak  Saka-Cıldır  mahalı  Böyük  Səlcuqlu  dövlətinin 
tərkibindədir. 13-cü əsrdə isə Cənub-Qərbi Qafqazla birgə Çingiz xan və İlxanilər 
dövlətinə  məxsusdur;  14-cü  əsrdən  bu  yerlərdə  Çobanilər,  Cəlayirilər, 
Qaraqoyunlular  hakimiyyət  sürür.  15-ci  əsrin  axırlarından  Ak  Saka  Osmanlı 
dövlətinin  tərkibindədir;  bu  zamandan  etibarən  Azqur,  Altunqala,  İdə,  Koblıyan, 
Qüzey, Güney və s. kimi 14 sancaqdan ibarət olan Ak Saka paşalığı güclü vilayətə 
çevrilir; möhkəm qalalar, məscidlər tikilir
20
. Səyahəti əsnasında Ak Sakadan keçən 
Övliya Çələbi yalçın qaya üzərində daşdan yonulmuş "Ahiska qalası"ndan danışır. 
Ak  Saka  (yerli  türklər  öz  şəhərlərində  Ahıska  (Akıska  deyirlər)  Ədirnə 
sülhünün (1829) şərtlərinə görə Rusiyaya keçən torpaqlarla birlikdə Osmanlılardan 
alındı.  Vilayət  mərkəzi  Ak  Saka  olan  Cıldır əyalətinə  daxil  olan  Ardanıc,  Artvin, 
Şavşat, Borçka, Yusif Eli isə milli hüdudlar içərisində qaldı. 
1828-ci ilin avqust ayının 16-da Sərəsgər Mehmed paşanın komandanlığı 
altında  türklərin  igidcəsinə  müqavimətinə  baxmayaraq  Paskeviç  qalanı  alır. 
Rusların əlinə  keçdikdə üstündən  dumanlar  yüksələn  bir  xaraba halına  gəlmişdir. 
Bu  hücumda  polkovnik  Borodinin  başçılığı  altında  vuruşan  Şirvan  alayı  xüsusən 
fərqlənir. Qalanın idarəsi general Bebutova tapşırılır. Lakin məşhur Acarlı Əhməd 
bəy  qalanın  itirilməsi  ilə  barışa  bilmir  və  qalaya  hücuma  keçir.  General  Burtsev 
tələsik  köməyə  gəlir.  Qala  mühasirədən  yalnız  martda  çıxa  bilir.  Bu  vaxtdan 
başlayaraq  Türkiyə  ilə  mənəvi  bağları  qırmaq  məqsədilə  bu  şəhərə  ermənilər 
köçürülür;  bununla  dərhal  əhalinin  tərkibi  ermənilərin  xeyrinə  dəyişir.  Tezliklə 
sakinlərin  10-dan  8-ni  ermənilər  təşkil  edir.  Belə  ki,  bundan  25  il  sonra  Kırım 
müharibəsi zamanı qalanın müdafiəsi general Andronikova həvalə olunur
21

 
Ak Sakanın gözəl təbiəti vardır; bağları-bağçaları ilə məşhurdur. Şəhərin 
yaxınlığında  Abaz Tuban kurortu (İndi Abastumani), Səfər yaylağı yerləşir. Səfər 
yaylağında  vaxtilə  şəhərin hakimləri  olan  atabəylərin  bağları  və  sarayları  var  idi. 
Bu  yaylaqlar  Urabal  çayı  (Kür hövzəsi)  üstündədir.  İndi  bu  səfalı  yaylaqlara  can 
verən  Urabal  çayının  adı  dəyişdirilmişdir,  çayın  yeni  gürcü  adı  Potskovi-Skali 
adlanır.  Ak  Saka  ərazilərindən  əqiq  çıxarılır.  Azərbaycan  milli  mətbuat  tarixində 
mühüm  yeri  olan  "Molla  Nəsrəddin"  jurnalını  Mirzə  Cəlillə  birlikdə  nəşr  edən 
Ömər  Faiq  Nemanzadənin  vətənidir.  O  həm  də  1918-ci  ilin  martında  "İstiqlal 
komitəsi"nin  üzvü  olmuş,  Nağı  Şeyxzamanlı  ilə  məhz  o  Türkiyəyə  diplomatik 
görüşə göndərilmişdir. 
 
 
 
 
                                                        
20
 
Dr. M. Fahrettin Kırzıoğlu. Osmanlıların Kafkaz ellerinin fethi (1451-1590), Ankara, 
1998, s. 209
 
21
 
Энциклопедический словарь Брокгауз и Ефрона, СП- б, 1898, т.2, с.527.
 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə