Unudulan tarix dəyişdirilən adlar



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə4/96
tarix23.01.2018
ölçüsü2,82 Kb.
#21999
1   2   3   4   5   6   7   8   9   ...   96

10 
 
AÇIQ TURA. AÇINSK 
 
Açıq  Tura  əvvəllər  Yus  çayının  üzərində  tatar  kəndi  kimi  tanınırdı. 
Şəhərin adı "Açıq" türk etnonimi ilə bağlıdır. Belə ki, müasir xakasların köhnəlmiş 
adı  Açıq  tatarları  olmuşdur.Yerli  tatarlar  isə  hələ  də  öz  şəhərlərinə  Aşıq  Tura 
deyirlər. 
Geniş  Sibir  torpaqlarının  istilasından  sonra  hərbi  rəis  Tuquçevski 
tərəfindən  1641-ci  ildə  Açinskiy  adı  altında  hərbi  qalanın  əsası  qoyulur.  1641-ci 
ildə indiki yerinə - Aqra dağları ətəyində Çulım çayının sol sahilinə köçürülür. Bu 
günkü  Açıq  şəhəri  (Açinsk  deyilir)  Çulım  və  Tekmet  (indi  Tekmetka)  çayları 
üzərində yerləşir. Bu zamandan bura Rusiyadan əhali köçürülməyə başlayır. 1782-
ci  ildə  Açinsk  qəza  şəhərinə  çevrilir
7
.  Elə  həmin  ildə  də  adı  Açinsk  şəklində 
rəsmiləşdirilir.  Şəhər  ətratı  çöllər  Acı  çölləri  adlanır.  Burada  duzlu  göllər  vardır. 
Etimoloq M.N.Melxeev elə bunu əldə əsas tutaraq Açinsk şəhərinin adını acı "şor" 
sözü  ilə  (duzlu  göllərilə)  əlaqələndirməyə  çalışır
8
.  Açıq  Tura  ərazilərindən  üstü 
türk-runik yazılı heykəllər, digər maddi mədəniyyət nümunələri tapılmışdır. 
Dəyişdirilərək  ruscaya  uyğunlaşdırılan  belə  türk  yer  adları  öz  əslindən 
uzaqlaşmış  və  get-gedə  şəkil  və  məzmun  cəhətdən  də  adaptasiyaya  məruz 
qaldığından  yer  adlarıyla  bağlı  aparılan  araşdırma  işlərini  də  daim 
çətinləşdirməkdədir.Türk elminə böyük  xidmətləri göstərmiş və böyük qəlb sahibi 
olan  P.Melioranski  22  aprel  1906-cı  ildə  "Coğrafi  adları  öyrənən  komissiya"ya 
məruzə  edərək  yerli  türk  adlarının  xəritədə  rus  dilinə  məxsus  şəkilçilərlə 
yazılmasının məqsədəuyğun olmadığını göstərir
9
. Rus imperiyasına ilhaq olunmuş 
ucsuz-bucaqsız  türk  ölkələrinin  adlarının  ucdantutma  dəyişdirilməsi  və  ya 
saxlanıldığı  halda  belə  ruslaşdırılması  onun  diqqətini  cəlb  etmiş,  bu  cəfakeş  alim 
ölüm  yatağında  olduğuna  baxmayaraq  Kazan,  Ufa,  Orenburq  qəzalarının  yer 
adlarının katoloqunu fəaliyyətdə olan həmin komissiyaya təqdim etmişdir. 
Qırğızıstanın  dağlıq  hissəsində  Açıq  Taş  kəndi  (indi  Aleksandrovski) 
ərazisində  türk-runik  əlifbalı  yazılı  daş  var.  Bu  daşlar  indi  Ermitaj  dövlət 
muzeyində saxlanılır. Çox şübhəsiz, Açıq Taş dedikdə yazılı daş, "kitabə" nəzərdə 
tutulur. 
 
 
 
 
 
                                                        
7
 
БСЭ т.2.с.470; СЭС с.95. 
8
 Мельхеев М.Н. Географические имена, М., 1961, с.13. 
9
 Благова Г.Ф. П.М.Мелиоранский и изучение тюркской топонимии. В кн.: 
Тюркологический сборник, 1972, с. 61. 


11 
 
ADA KALA. ORŞA 
 
Ada  Kala  (indi  Orşa)  müasir  Belorusiyanın  Vitebsk  vilayətindэ  şəhər. 
Vaxtilə Orşa (indiki Orşitsa) çayının Dnepr çayına töküldüyü yerdə möhkəm türk 
qalası olmuşdur. 
Türk  hərbi  məntəqəsi  Ada  Kalanın  adı  rus  yazılı  mənbələrində  ilk  dəfə 
1067-ci  ilə  aid  "Povesti  vremennıx  let"  səhifələrində  çəkilir
10
.  (Qeyd:  "Povesti 
vremennıx  let"  ümumrus  əlyazmaları  toplusudur;  Kiyevdə  12-ci  əsrin  ilk 
onilliyində  tərtib  olunmuşdur.  Onun  əsas  canını  Lavrenti  və  İpatov  salnamələri 
təşkil edir). 
Şəhərin  adı  həqiqətən  onun  təbii  istehkam-qala  görünüşü  ilə  bağlı  idi. 
Belə  ki,  qalanın  yeri  hərbi  -  strateji  baxımdan  çox  əlverişli  sayılırdı.  Orşa  ilə 
Dneprin qovuşduğu  yerdə  -  bu  çayların hər iki tərəfdən  qucduğu  çayarası  sahədə 
yerləşən və xilqətən alınmaz olan bu qalanı çaylar hər tərəfdən mühafizə edir, ona 
gələn  yolları  təbii  şəkildə  bağlayırdı.  Arxadan  -  qurudan  açıq  qalan,  sanki  qo-
runmayan,  lakin  insan  əlinə  tapşırılan  bu  səmtdən  isə  qazılmış  və  su  ilə 
doldurulmuş  dərin  kanal  qalanı  göz  bəbəyi  kimi  qoruyurdu.  Beləliklə,  Ada  Kala 
təbii,  ilahi  qüdrətiylə  yaranmış  belə  bir  adada  qərar  tuturdu.  Adı  da  buradandır. 
Ada Kala öz zamanına görə möhkəm qala sayılır və təbii qala şöhrətini daşıyırdı. 
Dneprin  (Uzu  çayının)  sahillərində  belə  bir  qala  mühüm  əhəmiyyətə  malik  idi; 
ondan  su  yolu  ilə  Kiyevə  və  yuxarıya  Smolenskə  getmək  mümkün  olurdu.  Orşa 
çayı  ilə  isə  (onu  sonradan  Orşitsa  adlandırdılar)  Qərbi  Dvinə,  Vitebskə,  Baltik 
dənizinə, Novqoroda çıxmaq olardı. 
1768-1774-cü  illər  Rus-Türk  müharibəsinin  gedişində  1772-ci  ildə  Ada 
Kala istila olunmuş və Rusiyanın idarəsinə keçmişdir. Həmin zamandan o üzərində 
yerləşdiyi çayın adı ilə Orşa adını daşıyır. Bu adın da qədim türk sözü Or "xəndək, 
kanal" sözündən yarandığı ehtimalı güclüdür. 
Osmanlılara  məxsus  daha  bir  Ada  Kala  (müasir  Rumınya  ərazisində) 
vardır. 1691-ci ildə yenidən inşa olub möhkəmlənən Dunay sahillərindəki bu qala 
Dəmir Qapı boğazını nəzarətdə saxlayırdı
11

 
 
 
 
 
 
                                                        
10
 
Энциклопедический словарь Брокгауз и Ефрона, т. I, «А», с.384; Большая Советская 
Энциклопедия, т.18, с.544 
11
 İslam Ansiklopedisi, I c, İstanbul, 1988, s. 340 
 


12 
 
AĞBAŞ 
 
Ağ  Baş  adında  tarixi  Qərbi  Azərbaycan  torpaqları  olan,  müasir 
Ermənistan ərazisində bir neçə kənd olmuşdur: Yuxarı Ağ Baş Qəmərli rayonunda 
(İndi  Artaşat r.)  kənd; kəndin  digər  adı  Xaraba  Ağ  Baş  idi.  Digər  Ağ  Baş  kəndi 
(qışlağı) Allahverdi rayonunda (indi: Tumanyan r.) yerləşirdi. Aşağı Ağbaş kəndi 
də  Qəmərli  (Artaşat)  rayonunda  kənd  adı  olmuşdur.  Kəndin  indiki  adı  1945-ci 
ildən Arevşatdır
12

Məlum  olduğu  kimi  qədim  türk tayfaları üçün  fərqləndirici  əlamətlərdən 
biri onların geyimi olmuşdur. Odur ki, müxtəlif nəsil, soy, tayfa həmin bu geyimin 
bəzi  səciyyəvi  əlamətlərinə  görə  adlandırılmışdır.  Yurdumuzun  yer  adları 
işərisində belo adlar xüsusi qat təşkil edir. Müqayisə edək: Ağ Köynək, Sarı Baş, 
Şişpapaqlı, Qara Donlu, Qara Dolaq, Yekəqurşaqlı, Alabaşlı və s. 
Ağ  Baş  adına  gəldikdə  deməliyik  ki,  qədim  türk  yazılı  abidələrinin 
dilində, Ak Baş şəxsiyyət adı kimi də rast gəlinir. Böyük türk ellərinin coğrafiyası 
üzrə müşahidələrimizə əsasən deyə bilərik ki, Kırımda dəyişdirilərək itirilmiş türk 
yer adlarından biri də Ak Baş (indiki adı Vyaçeslavovka) adıdır. Bundan əlavə Ak 
Baş (Türkiyədə Van bölgəsi) və Çelyabrnsk vilayətində də (Rusiya) kənd adlarıdır. 
Neyva çayının (Yekaterinburq vilayəti) sol qolu Ak Baş (ka) çayı adlanır. Şəmkir 
rayonunda da (Azərb.) 1936-cı ilədək Ağ Başlı kəndi olub. 
Müasir  Moldovanın  paytaxtı  Kişinev  şəhərinin  adı  1436-cı  ilədək 
mənbələrdə  Ak  Baş  Keşenev  kimi  qeyd  olunmuşdur
13
.  "Ağ  Baş"  adının  məna 
dairəsi  genişdir;  Radlovun lüğətində  (1,93)  "Ağ  Baş" həm də  "qırxq, təmiz  (pak) 
baş,  tatarların  (müsəlmanların  təmiz  qırxılmış  başlarına  işarədir"  deyə  adın 
etnoqrafik təbiətinin daha bir maraqlı cəhəti açılır. 
Əlbəttə  belə  xarakterik  və  dolğun nümunələri  qorumaq lazım  idi;  qədim 
ad  xalqın  yaddaşı,  onun  tarixinin,  mədəniyyətinin  vacib  elementlərindən  biridir. 
Xalqın  yaşayış  məntəqəsinin  -  yurdunun  adına  müdaxilə  olunması  onun  tarixinə 
olan təcavüz kimi mənalandırılmalıdır. 
 
 
 
 
 
 
 
                                                        
12
 
Bayramov İbrahim. Qərbi Azərbaycanın türk mənşəli toponimləri, Bakı, Elm, 2002, s. 30, 
355.
 
13
 
Дрон И.В.Является ли Кишинеу латинизмом или тюркизмом? – Советская 
тюркология, 1989, № 1, с.85. 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə