Unudulan tarix dəyişdirilən adlar


AK KİRMAN. BELQOROD DNESTROVSKİY



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə5/96
tarix23.01.2018
ölçüsü2,82 Kb.
#21999
1   2   3   4   5   6   7   8   9   ...   96

13 
 
AK KİRMAN. BELQOROD DNESTROVSKİY 
 
Ak  Kirman  tarixi  Bucaq  vilayətində  şöhrətini  bu  günəcən  daşıyan  türk 
qalası olmuşdur. İndi müasir Odessa vilayətində liman şəhəridir. Şəhərin adı 1944-
cü  ildə  Belqorod  Dnestrovskiy  ("Dnestr  üzərində  ağ  şəhər")  şəklində  rus  dilinə 
tərcümə edilərək dəyişdirilmişdir. Ak Kirman türk dillərində "Ağ Qala, şəhər" de-
məkdir,  deyə  rus  etimoloqu  Fasmer  Radlova  əsaslanaraq  yazır  (Fasmer,  1.66; 
2.224).  Qalanın  ağ  rəngdə  olması  ilə  əlaqədar  türklər  şəhərə  "Bəyaz  Qala"  da 
deyirdilər.  Bu  qalanın  Xəzərlər  zamanından  möhkəm  hərb  qalası  kimi  mövcud 
olduğu  məlum  olur.  İlk  mənbələrdə  qalanın  Burqas  Kirman  kimi  də  adı  çəkilir. 
Qala  bundan  sonra  Venesiya,  sonra  Genuya  idarəsində  olsa  da,  1241-ci  ildən 
Moğollar,  daha  doğrusu,  Qərbi  Türklər  Ak  Kirmana  sahib  olub  onu  bir  türk 
limanına  çevirdilər.  Ak  Kirman  qalası,  xüsusən  XV  əsrdən  Sultan  Bəyazidin  və 
Kırımın  igid  xanı  olan  Mengli  Gərayın  zamanında  (1438-1454-cü  illərdə)  əsaslı 
təmir olunmuşdur. Bu zamandan qüdrətli hərb qalası şöhrətini qazanmağa başlayır. 
Qala yüksək bir təpə üzərində salındığından lap uzaqdan ağappaq parlayır və büllur 
kimi  bərq  vururdu.  "Onun  kənardan  seyrinə  daldıq"  -  deyə  Övliya  Çələbi  yazır. 
Səyyah 1658-ci ilin mayında Ak Kirmanda olarkən qalada Mengli Gəray xan, Vaiz 
camisinin,  Sultan  Səlim  camilərinin  böyük  vəqflərinin,  Səlim  xan  mədrəsəsinin 
fəaliyyət  göstərdiyini  xəbər  verir.  Eyni  təsviri  biz  başqa  bir  mənbədən  də  almış 
oluruq:  "  Osmanlılar  dövründə  Ak  Kirman  hərb  qalası  10  məhəllədən  ibarət  idi. 
Burada  vaxtilə  mükəmməl  Osmanlı  yadigarları  olan  Sultan  Bəyazid  Camisi, 
Mengli Gəray  xan camisinin, Vaiz camisinin, Sultan Səlim xan camisinin, mədrə-
sələr  və  hamamların  şəhərə  süs  və  zinət  verdiyi"  göstərilirdi
14
.  Qala  7  m 
hündürlükdə, 5 m enində olan divarlarla və 21 m dərinliyi, eni 10 m olan xəndəklə 
əhatə  olunmuşdur.  Qala  içəridə  hissəyə  bölünmüş,  hər  hissə  möhkəm  hasarla 
dairələnmişdi. 
Qalanın  hər  biri  min  əfsanə  doğurmuş  26  savaş  qülləsi  vardı.  Baş 
darvazadan girdikdə içəridə "Qız qalası" qülləsi yüksəlirdi. Bu məşhur qalada heç 
vaxt  olmayan  adamlar  belə  onu  tanımış  olmalıdırlar.  Sovet  dövründə  "Otello", 
"Ağır  qiymət  bahasına",  "Gəmilər  istehkama  hücum  edirlər"  filmləri  bu  qalada 
çəkilmişdir. 
Şəhər  1770-ci  ildə  rus  qüvvələri  tərəfində  ağır  mühasirədən  sonra  işğal 
edilmişdir.  Lakin  Küçük  Qaynarca  sülhü  şərtlərinə  görə  təkrar  türklərə 
qaytarılmışdır.  1787-1791-ci  illərin  Rus-Türk  müharibəsində  general  Potyomkin 
tərəfindən şəhər zəbt olunsa da, 1792-ci ildə Yaş (Yassı) sülhünə görə Türkiyəyə 
geri  verilmişdir.  1806-cı  ildə  təkrarən  ruslar  tərəfindən  zəbt  edildi.  I  Dünya 
müharibəsində  sovet  qoşunları  Ak  Kirmanı  təkrar  işğal  edib  SSRİ-nin  tərkibinə 
                                                        
14
 
Pars Tuğlaçı. Osmanlı şehirləri, İstanbul, 1985, s.313 
 


14 
 
daxil etdi. Təkrar-təkrar rusların əlinə keçən və dağıntılara məruz qalan qala-şəhər 
hər  dəfə  əsl  sahibinə  qaytarılanda  türklər  onu  əsaslı  təmir  etmişlər.  Nəhayət  Ak 
Kirmanın  birdəfəlik  itirilməsi  ilə  nəticələnən  son  müharibədə  Osmanlı  tikililəri 
məhv  edildi.  Lakin  qanlı  döyüşlərdə  dəfələrlə  əldən-ələ  keçən  Ak  Kirmanın  bir 
neçə qatlı möhkəm divarlarının qalıqları hələ də onu seyr edənlərin heyrətinə səbəb 
olmaqdadır
15

Təxminən yaxın tarixdə dəyişdirilən şəhər  - qalanın əsli türk adı elmi və 
bədii  ədəbiyyatlarda  saxlanılmaqdadır:  Kutuzov  feld-marşal  Potyomkinə  Ak 
Kirman  altından-qanlı  hərb  meydanından  1791-ci  il  14  fevral  tarixli  raportunda 
"Prutdan  Dnestrə  qədər  olan  məsafədə  işlər  yaxşı  gedir,  Ak  Kirmandan  Sulin 
çayının ağzınadək dənizdə heç bir gəmi görülmədiyini" göstərirdi. (Кутузов М.И. 
Письмо. Записки, М., 1989, c. 15) Rus şairi Puşkinin "Qaraçılar" poemasında qoca 
qaraçı: 
 
Hədələmirdi hələ Dunayı moskal,  
Qorxub çəkinərdik onda sultandan.  
Bucağı idarə edirdi paşa,  
Ak Kirmanın uca qüllələrindən 
 
Və  həmçinin  Maksim  Qorkinin,  "İzerlgil  qarı"  hekayəsinin  "Mən  bu 
hekayəti  Bessarabiyada  dəniz  sahillərində,  Ak  Kirman  altında  eşitmişəm"  sözləri 
ilə başlaması bu tarixi adı və tarixi keçmişi canlandırıb yada salır. 
Ünlü  türk  alimi  Akkirmani  Mehmed  Əfəndi  bu  şəhərdə  yaşayıb 
yaratmışdır
16

 
 
 
 
AK MEÇET. SİMFEROPOL 
 
Kırım  vilayət  mərkəzi.  Bu  gözəl  yaşıl  şəhər  Salgir  çayının  sahilində  elə 
yaşılca Çadır yaylasında yerləşir. Tarixi mənbələrdən aydın olur ki, eramızdan 3 əsr 
əvvəl  burada  skiflərin  artıq  parlaq  mədəniyyəti  meydana  gəlmiş  və  bura  müəyyən 
vaxt  onların  paytaxtları  olmuşdur.  Şəhərin  cənub-şərqində  skiflərin  antik  şəhəri 
yerləşirdi. Burada müasir şəhərin yaxınlığında, təqribən ondan 5 km aralıda  Tunc 
dövrünə  aid  Q
IZIL 
Kurqan  abidəsi  vardır.  Bu  skif  əyanın  qəbridir.  Kurqandan  skif 
incəsənət  nümunələri  olan  çoxlu  qızıl  əşyalar,  üstü  qızıl  işləməli,  eləcə  də  qızıl-
gümüşə  tutulmuş  silahlar,  daha  qədim  dövrlərlə  səsləşən  çoxlu  sayda  tunc  ucluqlu 
                                                        
15
 
Советская Историческая Энциклопедия, т. 2, c.214 
16
 İslam Ansiklopedisi, 3 c, İstanbul, 1991, s.270 
 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə