Unudulan tarix dəyişdirilən adlar



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə7/96
tarix23.01.2018
ölçüsü2,82 Kb.
#21999
1   2   3   4   5   6   7   8   9   10   ...   96

17 
 
AK SU. BELOREÇENSK 
 
Krasnodar ölkəsində şəhər. 
...Qafqaz dağları silsiləsində başı həmişə qarla örtülü olan Oştan dağından 
buz  kimi  soyuq  sulu  çeşmələrdən  öz  mənbəyini  götürən  Ak  Su  çayı  yolu 
üzərindəki  qayaları,  uçurumları  qət  edə-edə  Kuban  ovalığına  yetişir,  nəhayət 
yavaşıyır,  öz  tər-təmiz  suları  ilə  bağları,  bostanları  seylab  edirdi.  Bu  düzdə 
üzərində yerləşdiyi çayın adı ilə adlanan Aksu qəsəbəsi yerləşirdi. Aksu çayı keçən 
yüksəkliklərdən  biri  də  eləcə  Aksu  keçidi  (İndi  Beloreçenskiy  pereval)  adlanırdı. 
Deyilənlərə  görə  uzaq  keçmişdə  qədim  skiflərin  Aksu  aşırımından  Maverayi 
Qafqazda Aksu çayı boyunca uzanan hərəkət marşurutlarından biri keçirmiş. 
Tarixi  Aksu  qəsəbəsi  böyük  keçmişə  malikdir.  Aksu  kurqanlarından 
(qəsəbəyə  çox  yaxın  olan ərazilərdə 53 zəngin  kurqan-onlardan  35-ində  kişi,  18-
ində qadın dəfn olunmuşdur) tapılan əşyalar bu torpaqlarda mövcud  olmuş qədim 
mədəniyyət barədə mühakimə yürütməyə əsas verir. Sərdabələrdən əldə edilmiş qı-
zıldan bəzək əşyaları qədim sənətkarların həqiqətən nümunəvi bədii yaradıcılığını 
sübut edir. Burada tapılmış məişət əşyaları, qabların çoxu qızıldandır; mis tabutda 
belə  dəfn  olunmuş  sərkərdənin  qəbri  aşkar  olunmuşdu.  Kurqanların  əksəriyyəti 
Qızıl  Orda  dövləti  dövrünə  aid  edilir.  Aksudan  tapılmış  qiymətli  nümunələr 
Moskva Tarix Muzeyində, Dövlət Ermitajında (Peterburq) mühafizə olunur. 
Rusların  bu  yerlərə  gəlişi  16-cı  əsrin  ortalarına  təsadüf  edir;  daha  dəqiq 
desək, ruslar bura ilk dəfə 1557-ci ildə ayaq basırlar. Astarxan xanlığını işğal edib 
ləğv  etdikdən  sonra  İvan  Qroznı  dərhal  bu  torpaqlarda  möhkəmlənməyi  qarşıya 
məqsəd qoydu. Uzun illər bu fakt Qafqaz xalqlarının - çərkəz, adıgöylərin, kabar-
day, balkar, qaraçay.... xalqlarının Rusiyaya könüllü ilhaqı kimi daxil olmuşdur. 
...1791-ci  ildə  Rus-Türk  müharibəsinin  bitməsi  ilə  bərabər  Kubarun  dağ 
ətəyi düzənlik sahillərinə köçürülmələr başlanır. İlk dəstə   olaraq   buraya   kazak   
ailələri   köçürülüb   yerləşdirilir. Zaporojye Seç qurumunu ləğv edən II Yekaterina 
və sevimlisi baş komandan knyaz Potyomkin yenicə bitən müharibədə canfəşanlıq 
göstərmiş  kazak  birliklərini  mükafatlandırmaqda  idilər.  Köhnə  Aksu  kəndindən 
azca  aralıda  möhkəmləndirilən  yeni  kazak  qalasına  çayın  adının  tərcüməsi  ilə 
"Belaya"  adı  verdilər.  1862-ci  ildə  isə  keçmiş  qalanın  yerində  Beloreçensk 
staniçsası salınır
22
. 1958-ci ildə isə qəsəbə şəhərə çevrilir. 
Aksu  kurqanlarının  kəşfi  günümüzdə  də  davam  edir.  70-ci  illərin 
axırlarında Beloreçensk (Aksu yaxınlığında) kanal qazıldığı zaman bürünc dövrünə 
aid  kurqan  aşkar  edilmişdir.  Öz  doyüşçü  geyimindəcə  dəfn  olunmuş  (onun  qəbri 
staniçanın  tən  ortasında  yerləşirmiş)  hərbçinin  məzarı  quyu  qazarkən  üzə 
çıxarılmışdır
23

                                                        
22
 
БСЭ, т.3, с. 125. 
23
 Е. Кламвоцкий. Белореченск, Краснодар, 1981, с.11. 


18 
 
Yerli  tarixlə  olaqəsi  olmayan,  artıq  200  ildən  bəri  bu  ərazilərdə  köçüb 
yaşayan  "gəlmələr" hələ  də işğalçı  kimi  bu  torpaqların  tarixinə  etinasız  və  soyuq 
münasibət  bəsləməkdədir;  tarixi  abidələr  adi  təsərrüfat  ehtiyacı  üzündən  məhv 
edilməkdədir.  Yenə  hündür  mərtəbəli  bina  özülü  qazılarkən  açılan  kurqandan 
tapılan  orijinal  əşyalar  Aksu  yaşayış  məntəqəsinin  özünün  kiçik  miqyasına 
sığmayan geniş və dərin tarixindən söz açır. 
 
 
 
AK TURA. AXTIRKA 
 
Ak  Tura,  yəni  müasir  Axtırka  Sum  vilayətində  (Ukrayna)  şəhərdir. 
Şəhərin tarixi ilə bağlı onu demək mümkündür ki, məntəqə haqqında ilk məlumat 
VIII əsrdə "türk yurdu" kimi verilir. Qala qıvrıla-qıvrıla axan Ak Tura çayının bir 
həlqə  kimi  qıvrıldığı  yerdə  salındığından  onun  mövqeyi  çox  əlverişli  sayılırdı  və 
ətrafdakı  göllər  onun  müdafiə  qüdrətini  artırırdı.  1641-ci  ildən  Osmanlı 
dövlətindən  Reç  Pospolitaya,  1647-ci  ildə  isə  ruslara  keçmişdir.  1707-ci  ildə  I 
Pyotr bu diyarın hərbi vəziyyətini öyrənmək üçün Ak Turada olmuşdur. 
Kırımıın türk yer adları içərisində də Ak Tura (indiki adı Yemelyanovka) 
adlı yaşayış məntəqəsi adı olmuşdur. Kuban diyarında (indiki Krasnodar vilayəti) 
eyniadlı  qəsəbə  vardır
24
.  Ak  Tura  öz  adının  mənaca  izahına  görə  çox  şəffaf  bir 
toponimdir.  Türk  dillərində  Ak  Tura  "Ağ  qala"  mənasına  müvafiq  gəlir.  Sibirin 
türk yer adlarını araşdıran Valeev  tarixçi  Millerə   əsaslanaraq tura sözünün türk 
dillərində "möhkəmləndirilmiş yaşayış məntəqəsi, "qala" mənasını göstərir
25

Rusiyanın  hərb  tarixində,  ədəbi-bədii  əsərlərdə  tez-tez  rastlanan  şan-
şöhrətli alaylar içərisində Axtır alayı tarixdə bu türk adını yaşatmaqdadır. 
Moskvaaltı ərazilərin türk adları içərisində də bu ada rast gəlinir: Moskva 
ətrafı yüksək təbəqəyə mənsub olan malikanələr içərisində məşhur Abramçevodan 
azca  aralıda  yerləşən  Axtırka  kəndi  məşhur  boyar  soyu  olan  Trubetskoylara 
məxsus olmuşdur. Trubetskoylar  bu adı vaxtilə Rus-Türk müharibələrindən, daha 
doğrusu,  Ak  Tura  döyüşlərindən  bir  xatirə  olaraq  gətirmiş,  ata  mülklərinə  onun 
adını  vermişlər.  Axtırka  adlanan  malikanə  fövqəladə  dərəcədə  gözəlliklər 
qoynunda yerləşirdi. Onun qarşısındakı gölməçə o qədər şairanə və ilhamverici idi 
ki, rəssam Vasnetsov özünün məşhur "Alyonuşka" rəsmini - gölcük kənarındakı sıx 
qamışlıq arasında, xəlvəti bir guşədəki o hüznlü qızı burada çəkmişdi
26

 
                                                        
24
 
Советский энциклопедический словарь, М., 1987, с. 94. 
25
 
Валеев Б.В. О топонимии Сибирских татар – Сов. Тюркология, 1989, № 2, с. 51.
 
26
 
Подмосковье. Памятные места в истории русской культуры 14- 19 веков, М., 1955, 
с. 260. 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə