Unudulan tarix dəyişdirilən adlar



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə10/96
tarix23.01.2018
ölçüsü2,82 Kb.
#21999
1   ...   6   7   8   9   10   11   12   13   ...   96

23 
 
paşası  vəziyyətin  çıxılmaz  olduğunu  görürdü;  qala  1828-ci  il  iyunun  13-də  istila 
olundu.  Yazıçı  A.Qriboyedov  (Rusiyanın  İranda  fövqaladə  və  səlahiyyətli  səfiri) 
naşir  F.Bulqarinə  Stavropoldan  göndərdiyi  28.06.1828-ci  il  tarixli  məktubunda 
müjdə  olraq  xəbər  verirdi:  "Anapanın  alınmasına  əsl  patriot  kimi  sevinirəm"  və 
dərhal  da  döyüş  meydanlarında  başlarını  qoyan  Kubanlı  və  dağlı  müsəlmanların 
inadla müqavimət göstərmələrindən heyrətlə söz açırdı. Bununla Rusiya o vaxtlar 
üçün  birinci  dərəcəli  sayılan  türk  qalası  Anapanı  tutaraq  Qara  dəniz  sahillərinin 
strateji açarına sahib ola bildi. Anapa Ədirnə sülhü şərtlərinə görə Rusiyaya verildi. 
Bundan  sonra  dərhal  bu  qədim  türk  müsəlman  şəhərinin  xristianlaşması  işinə 
başlanılır.  Bu  məqsədlə  buraya  ruslar,  ermənilər  köçürülür.  1846-cı  ildə  qala 
tezlikə şəhərə çevrilir. Çox keçmir ki, şəhərin ticarəti ermənilərin əlinə keçir. 
Anapanın alınması rus müstəmləkəçiliyi tədbirlərində əhəmiyyətli nöqtə idi. 
Anapa yürüşünə görə " Za vernost" (sədaqətə görə) medalı buraxılır. 1830-cu ildə 
gözəl  Qaqra  şəhərini tutmaqla  isə  Çərkəz qəbilərinin ardıcıl istilası başlayır. Puşkin 
1829-cu ildə  Ərzuruma  səyahəti zamanı  "Yol  Qeydləri"ndə  yazırdı:  çəkəzlər  bizə 
"nifrət  edirlər.  Biz  onları  geniş  otlaqlardan  sıxışdırmışıq.  Onların  aulları  talan 
edilmiş; bütöv qəbilələr məhv edilmişdir. Onlar get~ gedə saatbasaat dağlara çəkilir, 
orada basqınlarını gücləndirirlər. 
1830-cu ildə Anapanın yeni sakinlərlə məskunlaşdırılması sürətləndirildi. 
Boşaldılmış  şəhərə  köç  başlanmışdı.  Anapanın  sağ  qalmış  4  min  dinc  sakini 
Rusiyanm içərilərinə sürülmüşdü. Anapa bu vaxtacan bir Şərq şəhəri idi. Onun elə 
küçələri  vardı  ki,  burada  iki  atlı  yan-yana  gedə  bilməzdi.  Məhəbbəti,  ünsiyyəti, 
qonşuluğu  üstün  tutan  bu qocaman  müsolman  şəhəri  sökülür,  geniş  küçoli  kilsəli 
şəhərə çevrilirdi. Kırım müharibəsi başlanarkən ruslar Anapanı dağıdıb oranı tərk 
edirlər.  Sonrakı  illərdə  (1860)  imperiya  sərhədləri  irəliyə  doğru  genişləndikcə 
Anapa strateji əhəmiyyətini, yəni sərhəd olmaq funksiyasını da itirir. 
Anapa Azərbaycan Dövlət Teatrının görkəmli artisti Əbülhəsən Anaplının 
ana  vətəni  olmuşdur.  Onun  babaları  Anapadan  qaçarkən  Qubaya  gəlib 
məskunlaşmışlar.  Anaplı  özü  isə  28  yaşında  9  nəfər  sənətkar  yoldaşı  ilə  birlikdə 
Qarabağda  konsert  verdikdə  gecə  qaldıqları  Keşiş  kəndində  başları  kəsilmişdi. 
Sovet quruluşunun ilk günləri idi. 
 
 
 
 
AXTAÇI 
 
Ermənistanda  tarixi  Axta  adı  Çarensavan  adı  ilə,  Axtavana  Dzorostan, 
Aşağı Axta Hrazdan şəhəri adı ilə əvəz olunmuş, Axta Çul isə ləğv edilmişdir.  
 
Azərbaycanda  (Gədəbəy  r.)  Axtaçi  Yekəqurşaqlı  (yeni  adı  sadəcə  Axtaçı) 
adının əlavəsi olan Yekə qurşaqlı Axtaçı tayfasının böyük bir qolunu təmsil etməklə 


24 
 
Azərbaycanda padarların güclü bir tirəsi olan Axtaçıların özünün böyüklüyünü ifadə 
edirdi.  Təəssüf  hissilə  qeyd  etməliyik  ki,  belə  lazımi  etnoqrafik  dəyərə  malik  olan 
adı lüzumsuz bir əlavə kimi tarixdən silmişlər. Yurdumuzun köksündə bundan başqa 
Axtaçı  Şirvan,  Axtaçı  Muğan,  Axtaxana,  Axtaçı  yaşayış  məntəqələri  adları 
yaşadılmaqdadır.  Axtaçı  Urmiyə  gölü  (Cənubi  Azərbaycan)  güneyində  bölgə  adı
37

Kırımda  Kır  Aktaçı  (indi:  Darevka;  kır-ağacsız  yer,  tala,  çöl),  Küçük  Aktaçı  (indi: 
Kulikovka),  Aktaçı  Kaban  (indi:  Volnoe),  Aktaçı  (indi:  Furmanovka),  Buzav  Aktaçı 
(indi: Urojaynoe) kimi adları daşıyan məntəqələr olmuşdur. 
Axtaçılar  türk  tayfalarından  biri  kimi  bəzi  ərazilərdə  hələ  də  öz  tayfa 
müstəqilliyini  saxlamaq  səviyyəsindədir:  "Axtaçılar  Tyan-Şan  dağlarının  ətəklərində 
yaşayan  qırğızlarda  və  hazırda  Özbəkistanın  Fərqanə  vilayətindəki  qıpçaqlarda  bir 
tayfadır
38
 . İndi Fərqanə vilayətindəki Axtaçı kəndinin adı həmin tayfadan bir yadigar 
təzahürüdür. 
Bu  adın  bu  qədər  geniş  ərazilərə  yayılması  onun  areal  toponimlər 
cərgəsinə  aid  edilməsinə  şərait  yaradır.Türk  xalqlarının  böyük  ana  yurdunda 
səpələnmiş  belə  paralel  adlar  türk  coğrafiyasının  davamlılığını,  geniş  arealın 
özünün əlaqədarlığını; türk xalqlarının sürətli və böyük miqrasiyalarının nəticələri 
olaraq  isə  onların  malik  olduğu  etnik  təfəkkür,  qədim  məşğuliyyət  və  həyat 
tərzindəki eyniliklərin yadigarıdır. 
Areal  toponimlər  türk  xalqlarının  malik  olduğu  ictimai-siyasi  və  mədəni 
əlaqələrin qədim tarixindən və möhkəmliyindən xəbər verir. 
 
 
 
 
ARZAMAS 
 
Arzamas  şəhəri  (Rusiya)  Şamka  çayının  Teşi  çayına  (Oka  çayının  sol 
qolu)  töküldüyü  mənzərəli  bir  yerdə  salınmışdır.  Arzamas  tarixən  mordva 
tatarlarının  məskənidir.  Ad  yerli  mordvalıların tayfa  adı  olan  "arza"  və  ya  "erza" 
adı ilə bağlıdır. Ryazan yer adı da bu böyük tayfanın adı ilə əlaqədardır
39

Arzamasın ərazisi XV əsrdən Rus dövlətinin (daha doğrusu, hələ Moskva 
knyazlığının)  tərkibinə  daxil  edildisə də  bu  ərazilərə rusların  geniş  ayaq  açmaları 
qalaların tikilib möhkəmləndirilməsilə XVI əsrdə başa çatdı. 
XVI  əsrdən  başlayaraq  Moskva  çarı  xüsusi  inayət  göstərdiyi  boyarları 
                                                        
37
 
Fahrettin Kırzıoğlu. Osmanlıların Kafkas ellərinin fethi (1451-1590), Ankara, 1998, s. 
147. 
38
 
Şahbazov İ. Coğrafi adların xəritəsi, - “Elm və həyat”, 1979, №1, s.37.  
39
 
Очерки истории Арзамаса, Горький, 1981, с. 12. 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə