Unudulan tarix dəyişdirilən adlar



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə11/96
tarix23.01.2018
ölçüsü2,82 Kb.
#21999
1   ...   7   8   9   10   11   12   13   14   ...   96

25 
 
istila  olunmuş  ərazilərdə,  o  cümlədən  Arzamas  qəzasında  torpaqlarla 
mükafatlandırırdı. 
Məhz Kazan xanlığının istila olunub məhv edildiyi vaxtdan dərhal sonra, 
bu torpaqlara ruslar köçürüldü və yerli əhalinin xristianlaşdırılmasına başlanıldı
40

(Qeyd:  İvan  Qroznı  Arzamas  qalasını  Kazan  üzərinə  üçüncü  yürüşündə  ələ 
keçirmişdi) 
Arzamas  artıq  1578-ci  ildən  rus  şəhəri  sayılmaqdadır;  şəhəri  dağıdılmış 
mordva-erza  qalasının  yerində  salırdılar,  o  hələlik  Moskva  knyazlığının  son 
hüdudunda  dayanırdı.  Bununla  XVI  əsrdə  Bryansk-Tula-Arzamas  xətti  Moskva 
Rus dövlətinin sərhəddini təşkil edirdi. 
1743-cü  ildə  tatarların,  mordvalıların,  marilərin,  çuvaşların  zorla 
xristianlaşdırmaya  qarşı  üsyanları  başlandı.  Missioner  yepiskop  D.Seçenevin 
tatarları xaçlama zamanı tətbiq etdiyi qəddarlıqlar əhalinin səbr kasasını doldurub 
daşıran  damla  oldu.  Yerli  xalqların  gözləri  önündə  qəbiristanlıqları  sökülür, 
məscidlər  dağıdılır,  onların inanc  yerləri,  pirlər  və  s.  Müqəddəs tapınma  ocaqları 
murdarlanıb  xaraba  qoyulur,  bununla  bərabər  müsəlmanların  etiraz  tədbirlərinə 
qarşı sərt inzibati tədbirər görülürdü. Üsyan alovları Nijeqorod, Kazan mahallarını 
ağzını aldı.
41
 
Şəhərin  gerbində  qırmızı  üçbucağın  iti  burnunun  yaşıl  üçbucaqla 
toqquşaraq  durması  qırmızının  üstün  vəziyyəti  (o,  gerbin  yuxarısında  təsvir 
olunmuşdur)  Moskva  dövlətinin  islam  üzərində  qələbəsini  göstərirdi.  İdeya 
Pyotrun idi. 
Tədqiqatçıların  göstərdiyi  kimi  Maksim  Qorkinin  "Qorodok  Okurov" 
povestində  təsvir  etdiyi  tatarçılıq  ənənələrinin  parlaq  təzahürü  əks  olunan  şəhər 
Arzamas  şəhəridir.  Arzamas  gənc  Puşkinin  də  istifadə  etdiyi  ləqəb  idi;  o  bu 
təxəllüsü "Arzamas" rus ədəbiyyatçıları cəmiyyətinin adından götürmüşdü. 
Yurdumuzda Qazax rayonu ərazisindo eradan əvvəl V-IV minilliklərə aid 
yaşayış yeri olan Arzamas təpəsi vardır. Beləliklə, həqiqətən qədim türklərin tayfa 
və  qəbilələrinin  tarixini,  onların  yaşayış  tərzini,  miqrasiyasını  öyrənməkdə 
toponimlərin rolu böyükdür, fikrinə şərik olmamaq mümkün deyildir. 
 
 
ASTARXAN. HƏŞTƏRXAN. ASTRAXAN 
 
Müasir Astarxan Rusiyada vilayət mərkəzi və şəhərdir. Volqa çayının hər 
iki sahilində yerləşir. Astarxan Volqa-Kama hövzəsində ən iri çay və dəniz limanı 
sayılır. 
Tarixən  Aştarxan  və  ya  Astarxan  adlanan  bu  şəhər  Volqanın  sahilində 
                                                        
40
 
Энциклопедический  Словарь Брокгауз и Ефрона. т.2, с. 75. 
41
 
Татарский энциклопедический словарь, Казань, 1999, с.574. 


26 
 
indiki  yerindən  12  km  aralıda  yerləşirdi.  Karvan  və  su  yollarının  üzərində 
yerləşməsi səbəbilə tezliklə iri ticarət mərkəzinə çevrilmişdir. 
Astarxan  xanları  Cuci  Xanədanına  mənsub  idi;  höküməti  Şeybanilər 
sülaləsi idarə edirdi. Lakin 1395-ci ildə Terek döyüşündə Əmir Teymur Toxtamış 
xana qalib gəldi və zamanın axarı dəyişdi. Bu zəfər və məğlubiyyətlə  Qızıl Orda 
dövlətinin  beli  bükülür.  Uluq  Məhəmmədin  dövründə  1437-ci  ildə  Qızıl  Orda 
parçalanır:  şimalında  Kazan  xanlığı,  1441-ci  ildə  Kırım  xanlığı,  1459-cu  ildə 
Astarxan xanlığı yaranır. Bu tənəzzül və qarşıdurma zamanı Moskva knyazlığı 300 
illik Tatar qəyyumluğundan qurtulmuş oldu. 
Rus  dövləti  qoşunları  1554-cü  ildə  Astarxana  hücum  edib  xan 
Yağmurçanı  devirib,  (Yağmurça  bundan  sonra  qaçıb  noqayların  Azak  qalasına 
gəldi, Osmanlı hökümətinə sığındı) onun yerinə IV İvanın vassallığını qəbul edən 
Dərviş  Əli  xanı  qoydular.  Dərviş  Əli  xandan  da  heç  gözləri  su  içməyən  ruslar 
1556-cı  ildə  Astarxanı  bir  dəfəlik  Rusa  qatdılar.  Müasir  Astarxanın  əsası  1558-ci 
ildə  təpədə  tikilən  yeni  qala  ilə  qoyulmuş  oldu.  Bu  zamandan  şəhərə  və  ətrafına 
rusların köçürülüb məskunlaşdırılmasına başlanıldı. Sovet vaxtı bu siyasət daha da 
gücləndirildi. Odur ki, bunun nəticəsi olaraq hazırda şəhərin əsas əhalisi ruslardan 
ibarətdir. Yerli tatarlar əhalinin 10 faizə qədərini təşkil edirlər. 
Artıq XVII əsrin ortalarına doğru Volqanın ağzında yerləşən Astarxan rus 
dövlətinin  sərhəd  qalalarından  biri  sayılırdı.  Astarxanın  istilası  ilə  İdil  (Volqa) 
boyunun  Rus  hakimiyyəti  altına  düşməsi,  dünya  ticarətinin  ən  işlək  yollarından 
olan  İpək  yolunun  şimal  İpək  yolu  qolunun  rusların  əlinə  keçməsi  və  Rusiyanın 
Qafqaz ilə Türküstan yönünə genişlənməsi uyğun bir ortam təşkil etdi
42

Beləliklə,  Astarxan  XVI-XIX  əsrlərdə  Qafqazla,  Orta  Asiya,  İran  və 
Hindistanla  ticarətdə  mərkəz  rolunu  oynamaqla;  həm  də  eləcədə  Bakı  neftini 
Rusiyaya nəql edən güclü liman funksiyasını daşımaqda idi. 
N.Baskakovun  göstərdiyinə  görə  Astarxan  (bəzi  mənbələrdə  Rastarxan) 
Xəzər xaqanının adıdır. Tarixdə Astarxan xaqanının 764-cü ildə Qafqaz ölkələrinə 
yürüşü  məlumdur.  As~jas-türk  nəsli  adıdır.  (Ras,  as,  ars,  Aras)  +  Tarxan  "titul" 
sözlərindən  yaranmışdır
43
.  Odur  ki,  Astarxan  adı  təsadüfən  bənzəri  səsləndiyi 
Həştərxan  (Hacı  Tərxan)  adına  nisbətən  daha  təbii  təsir  bağışlayır.  As,  az  xalq 
adıdır  deyə  Malov  yazır;  "Tarxan"  Orda  dövlətində  yüksək  hərbi  inzibati  rütbə 
demək  idi.  Astarxan  (As  Tarxan),  yəni  "Aslanın  tarxanı"  deyə  Artamonov 
göstərir
44
.  Özlərini  as  adlandıran  tayfa  vardır.  Məlum  olur  ki,  Sarmat  tayfası 
əslində  Aslardan  əmələ  gəlmişdir.  Bizim  eranın  əvvəllərində  adlarını  dəyişməli 
olmuşlar
45
. Tarixin səhifələrində bunun kimi və ya tam əksinə olan hallara təsadüf 
                                                        
42
 
M. Sadık Bilge. Osmanlı devleti ve Kafkasya, İstanbul. Eren, 2005, s. 51
 
43
 
Н. Баскаков. Тюркская лексика в «Слово о полку Игореве» М., Наука 1985, с. 43. 
44
 
М.И. Артамонов. История Хазар, С.П-б., 2001, с.482. 
45
 
Yenə orada,s. 482
 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə