Unudulan tarix dəyişdirilən adlar



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə13/96
tarix23.01.2018
ölçüsü2,82 Kb.
#21999
1   ...   9   10   11   12   13   14   15   16   ...   96

29 
 
qorusun.(Xaçatur Abovyan."İlk məhəbbət"). 
 
 
 
 
TÜRK HƏRB QALASI AZAK. 
AZOV ŞƏHƏRİ 
 
Azak türk qalası - indiki Rostov vilayətində (Rusiya), Don çayı sahilində 
liman şəhəri kimi tanınan Azovdur. Şəhərin adı dənizin adı ilə əlaqədardır.Vaxtilə 
skiflər  bu  dənizə  Karqaluk,  ərəblər  Bəhrəl-Azov,  türklər  Assak,  Venesiya 
kolonizatorları  Tana  dənizi,  yaxın  çərkəzlər  Azoğ,  kalmıklar  Uzak  demişlər
51

Qıpçaq və bulqarlarda Azaq (k) şəxs adına rast gəlinirdi. Məhz bu mənada dənizin 
tarixinin qıpçaq xanı Azakın adı ilə bağlı olması və ya əksinə dənizin adının xanın 
adından doğması ehtimalı çox düşündürücüdür. 
Qara  dənizin  şimalında  yerləşən  qədim  türk  şəhəri  Azakdan  1067-ci  ilə 
aid  rus  salnamələrində  qıpçaq  (türk)  şəhəri  kimi  bəhs  olunur.  Övliya  Çələbi  "bu 
kədər  şəhrinin"  qalasının  əvvəlcə  balıq  ovlamaq  üçün  nəzərdə  tutulduğunu,  get-
gedə sağlam müdafiə qalası şəklinə düşdüyünü, indi isə gecə-gündüz kazaklarla və 
kalmık  tatarları  ilə  şiddotli  savaş  etdiklərini  göstorir.  Artıq  XIII-  XIV  əsrlərdə 
Azak  möhtəşəm  Qızıl  Orda  şəhəridir.  Çox  əlverişli  nöqtədə  -  Don  çayı  ağzına 
yaxın yerdə yerləşən Azakdan Avropanın Çinə gedən böyük ticarət yolu keçirdi. 
Qızıl Orda ilə mübarizəyə qalxan Teymurləng 1395-ci ildə Toxtamış xanı 
məğlub edib, Azakı dağıdır. 1400-cü ildə genuyalılar bu şəhəri ticarət mərkəzi kimi 
bərpa  edib  ona  Tana  adı  verirlər.  Çox  keçmir  ki,  vəziyyət  dəyişir;  1471-ci  ildən 
ondan yenilməz türk qalası Azak adı ilə tarix səhifələrində bəhs olunur. Hərbi qala 
kimi  yenidən  tikilən  bu  türk  qalası  11  bürclü  divarlarla  kəmərlənmişdi.  Fateh 
Sultan  Məhəmməd  vaxtilə  "Azak  kalası  İstanbulun  kilididir"  deyə  onun  böyük 
strateji əhəmiyyətini göstərmişdi. 
...Əsr  zaman-zaman  irəliləməkdə  idi.  1552-ci  ildə  Kazan,  1556-cı  ildə 
Noqay  və  Astarxan  xanlıqlarını  məğlub  edib  onlara  son  qoyan  IV  İoann  (İvan 
Qroznı)  beləliklə,  Xəzər  dənizinin  şimalına  sahib  oldu.  Bundan  sonra  Baltik  və 
Qara  dəniz  istila  hədəfinə  çevriləcəkdi.  Belə  olan  halda  Qara  dənizə  yol  Kerç 
boğazı ilə bağlanan Azaka yiyələnməklə açıla bilərdi."Azak rusların və kazakların 
Qara  dənizə  enmələrinə  mane  olan  istehkam  mövqeyində  idi
52
.  İndi  Qara  dəniz 
uğrunda mübarizələrdə Azak dənizi və onun üzərindəki hərb qalalarını istila etmək 
başlıca  vəzifə  olaraq  dururdu.  Beləliklə,  Rusiya  və  Türkiyə  arasında  sərhədlərə 
                                                        
51
 
Энциклопедический Словарь т. 1, с.234.
 
52
 İslam Ansiklopedisi, 4 c, İstanbul, 1991, s.300
 


30 
 
çevrilən,  türk  tarixçilərinın  obrazlı  olaraq  bu  həssas  nöqtəni  "Osmanlı  dövlətinin 
yumşaq  qarın"(Süleyman  Kocabaş)  adlandırdığı  Azak  Rus  dövlətini 
düşündürməkdə idi. 
Azaka  ilk  dəfə  yad  ayağı  dəyir;  kazaklar  1605-ci  ilin  sonunda  uğur 
qazanır,  onlar  qalanı  112  gün  əllərində  saxlaya  bilirlər.  Azak  qalasının  hərbi 
komendantı  Dost  Mühəmməd  paşanı  əsir  alıb  Moskvaya  çar  Yalançı  Dmitriyə 
gətirirlər
53
.  1637-ci  ildə  yenə  savaşqan  Don  kazakları  Kırımdakı  daxili  (Xan 
ailəsindəki  qardaşlararası)  münaqişlərdən  istifadə  edərək  Azakı  tuturlar.  Lakin 
Rusiyadan  gözlədikləri  kömək  gəlmədiyindən  türklərin  qarşısında  dayana 
bilmədilər; 1642-ci ildə türklər Azak qalasını geri aldılar. 
...Şimaldan  qorxunc  istilaların  acı  ruzigarı  duyulmaqda  idi.  Pyotrla 
başlayan  yeni  qəsbkarlıq  epoxasının  fırtınaları  yaxınlaşırdı.  Qara  dəniz  1693-cü 
ildən başlayaraq Pyotru ciddi olaraq maraqlandırmağa başlamışdı. Qara dənizinsə 
yolu Azakdan keçirdi. Pyotr gəmi inşaasına girişir, bu iş onun zehnini elə qaplayır 
ki hərb işini - gəmiçiliyi möhkəm əsaslarla qurmaq üçün bu işə maraq göstərən 250 
nəfər  həvəskar  əyanlardan  ibarət  bir  kompaniya  ona  qoşularaq  xaricə  üz  tutur. 
Pyotr adını dəyişir ki, onu bu yad ölkələrdə tanımasınlar. 
Nəhayət,  1695-ci  ildə  31  minlik  qoşunla  səfərə  çıxıb  Azak  qalasının 
altında dayanır. 
Pyotr  birinci  Azov  səfərində  (1695)  qalanı  ala  bilmədi.  Bu  uğursuz 
səfərdən Moskvaya əliboş qayıtmırdı, onun qoşununun önündə apardığı əsir türkə 
baxmağa  bütün  şəhər əhalisi  yollara  yığışmışdı.  Düz  bir  il sonra, 3  iyun  1696-cı 
ildə  Pyotr  64  minlik  qüvvəsilə  Azak  qalasını  mühasirəyə  aldı.  Keçən  ilki 
müharibədən  sınıq  düşən  qalanın  təmiri  gecikmiş,  qalanın  bərpası  başa  çatma-
mışdı.  Kırım  xanlarının  laqeydliyi  özünü  göstərdi:  ərzaq  çatışmazlığı  da  hiss 
olunurdu.  Qalanın  müdafiəsi  də  başdansovdu  təşkil  edilmişdi;  nəzərə  almaq 
lazımdır ki, 64 minlik rus gücünə qarşı qalada onu işğalçılardan qorumalı olacaq 4-
5  yüz  nəfərlik  qüvvə  var  idi.  Keçən  ilki  mətanətli  qala  indi  aciz  görkəmdə  idi. 
Beləliklə,  Pyotr  ikinci  səfərində  Don  və  Ukrayna  kazaklarının  böyük  köməyi  ilə 
(habelə  qoşuna  cəlb  edilmiş  yaxşı  atıcı  olan  başqurd  və  mişarlardan  ibarət 
çoxminlik  ayrıca  ordu  bu  səfərdə  iştirak  edirdi)  1696-cı  il  iyunun  19-da  Azak 
qalasını  aldı.  Bu,  Rusiyanın  dəniz  dövlətinə  çevrilməsinin  başlanğıcı  oldu.  Azak 
dənizinə və böyük sulara - Qara dənizə çıxmaq istəyən Pyotrun yolları açıq idi. 
"Azak  qalasının  düşməsi  İstanbulda  böyük  həyəcan  yaratdı.  Qalanı 
vaxtında  təmir  etməyənlər  və  imdada  yetməyənlər  edam  edildilər...  Azakın 
itirilməsi  ilə  Osmanlı  dövlətinin  Qara  dəniz  üzərində  olan  mütləq  hakimiyyəti 
yaradıldı
54

                                                        
53
 
Скрынников Р.Г. Самозванцы в России, М., Наука, 1987,с.170.
 
54
 
Süleyman Kocabaş. Çarlık Rusiyasının Azak  denizi mücadelesi, TD Tarih dergi-si,1992, 
№ 66, s. 33.
 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə