Unudulan tarix dəyişdirilən adlar



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə12/96
tarix23.01.2018
ölçüsü2,82 Kb.
#21999
1   ...   8   9   10   11   12   13   14   15   ...   96

27 
 
olunmaqdadır.  Bəs  onda  Astara  adının  tərkibindəki  as  tayfasının  adıdır  mi? 
Düşündürücüdür.  Lev  Qumilyevin  "Qədim  tüklər"  kitabında  (Bakı,  1993  s.183) 
bəhs  etdiyi  Ermitaj  Dövlət muzeyində  mühafizə  edilən  türk  qvardiyaçı  heykəlləri 
məhz  Turfan  yaxınlığındakı  Astara  kəndindəki  sərdabədən  (Sərdabə  çin  əyanına 
məxsusudur)  tapılmışdır.  XI-XII  əsrə  aid  mənbələrdə  Aş  Tarxan,  Aj  Tarxan 
şəkillərinə də rast gəlinir. Adın digər şəkli As Tarxan və ya Aş Tarxan) Həştərxan 
şəklinin bugün sabitləşməsinə yol açdı. 
 
 
 
AŞLI. İNDİ OŞEL 
 
Tatarıstanın Tetüş rayonuna  aid  olan  bu  qədim  yaşayış  məntəqəsinin  adı 
rus  dilinə adaptasiya nəticəsində  tanınmaz dərəcədə dəyişmişdir.  Belə  dəyişmələr 
Aş çayının adında (indi Oş) və bu Çayın üzərindəki Aş adlı üç kəndin adında (İndi 
Oşa) və Əşnək (indi Oşnyak) Kama çayının sağ qolu və Əştərə (Ştir) Tatarıstanın 
Arski rayonunda kənd adlarında özünü göstərir. Deməli, qədim tayfa adı olan Aş, 
sonradan rus sayağı dəyişmə nəticəsində Oş şəklinə çevrilmişdir. Çox şübhəsiz, Aş 
(As) tayfa adı və  ya həmin tayfaya məxsus ölkə adını bildirən bu söz  Aşlı (Oşel) 
ərazisində yaşayan Bulqar qəbiləsinin adı ilə bağlıdır
46
 Tərkibində aş komponentli 
adlara  Tatarıstandan  hüdudlarından  kənarda  da  rast  gəlinir,  Başqurdıstanın 
Belokatay rayonunda Aşit və Aşinski adında iki başqurd kəndi vardır. Mari Muxtar 
vilayətində  Aşinski  qəsəbəsi  və  Malaya  Oşla  çayı,  eləcə  də,  Mokşa  çayının  qolu 
Oşla,  Çini  çayının  (Oka höfzəsində) qollarından  biri  Aşlı  çayı  adları,  Çelyabinsk 
vilayətində  Aşinski  şəhəri,  Zabaykalyedə  Onon  çayının  sol  qolu  Aşinqa,  Xocənd 
vilayətində Aşit qəsəbəsi, Başqurdıstanda 1781-ci ilə qədər adı Aşkadar olan (indi 
Sterli Tamaq) şəhər adları Aş (As) larla əlaqədardır. 
Eşnek  adında  İrəvan-Talin  qəzasında  nahiyyə  olması  sənədlərdə  rast 
gəlinir
47
.  Ehtimal  etmək  olar  ki,  Kırımda  Eşkene  (indi  Serovo),  Aştaraq 
(Ermənistanda) adlarının da tərkibində Aş (As) hissəsi iştirak etmişdir. 
Türk toponimlərinin böyük bir qismi ruscaya uyğunlaşdırılmışdır ki, bu da 
yer adlatınnın mənşəyi və tarixi etimoloji şərhini, işlənməsini, həmçinin linqvistik 
araşdırmanın aparılması işini çətinləşdirir. Çünki rus dilinə uyğunlaşdırılıb dəyişən 
türk  yer  adları  öz  əslindən  uzaqlaşaraq  get-gedə  şəkil  və  məzmun  cəhətdən 
tanınmaz hala düşmüşdür. 
                                                        
46
 
Гарипова  Ф.Г.Топографическое  название  Среднего  Поволжья  –  Советская 
тюркология, 1992, № 5-6, с.35; Малов С.Е. Памятники древнетюркской письменности, 
М- Л., 1951.с. 364.
  
47
 
M. Fahrettin Kırzıoğlu. Osmanlılarin Kafkas ellerinin fethi (1451-1590), Ankara, 1998, 
s.348
 


28 
 
 
AVARAN, APARAN 
 
Avaran  tarixi  İrəvan  xanlığında  böyük  mahal  olmuşdur.  Alagöz  dağının 
şimal-şərqində, Pəmbək dağının isə şərqində böyük əraziləri əhatə edirdi. Qərbdən 
Şörəyel,  şərqdən  Dərəçiçək  mahalları  ilə  həmsərhəd  idi.  Mahalın  39  kəndi 
olmuşdur  ki,  həmin  kəndlərin  hamısının  adı  türk  mənşəli  idi.  İndi  Ermənistanda 
inzibati  rayon  adı  kimi  (Aparan  şəklində)  saxlanılır.  Sovet  hakimiyyəti  illərində 
Baş  Abaran,  30-cu  illərdən  Abaran  adlanmışdır.  Rayonun  kəndləri  içərisində 
Abaran  çayı  üzərində  də  Abaran  və  Abaraboğlu  kəndləri  də  var  idi
48
.  Ərazidən 
axan Abaran çayının (Araz hövzəsində çay mənbəyini Alagöz dağlarından götürür) 
adı sonradan Kasax adı ilə əvəz olunmuşdur. Bir sıra tarixi mənbələrdə o cümlədən 
tarixi  bədii  mətnlərdə  də  adı  çəkilir:  Abbas  Mirzə  Paskeviçin  araba,  çadırlar  və 
qaladağıdan  toplarla  Avaran  qalasını  tutmaq  üçün  İrəvana  tərəf  hərəkət  etdiyini 
eşitdi  (Mirzə  Yusif  Qarabaği.  "Tarixi-Safi")  Şəhərin  və  kəndin,  çayın,  tarixi 
vilayətin adının qədim avarlarla (Abarlar) bağlı olduğu şübhəsizdir. Avar adı xazar, 
tatar, bulqar, suvar tayfalarının adı ilə bir sırada qədim türk etnosu sayılmaqdadır. 
"Avarların  adı  qədim  Orxon  yazılarında  Apar  şəklində  işlədilmişdir
49
,  deyə 
Avropalı türkoloq Menges qeyd edir. Qədim rus mənbələrində "Avarlar öz silahları 
ilə  məşhurdur
50
 deyə  rast  gəlinir.  Bu  güclü  tayfa  Avropaya  belə  səs  salmış; 
döyüşkən,  qənimətcil  jüanlara  avarlar  demişlər.  Elmi  fikir  aləmində  qədim  və 
güclü  tayfa  olan  Avarlar-Aparlar  (Abarlar,  abazlar)  hun  tayfa  ittifaqına  daxil 
olduqları,  tarixən  Don,  Dunay  və  Xəzər  boylarında  məskun  olmaları  ilə,  sonralar 
Bulqar,  Xəzər  və  Peçeneqlərlə ittifaqa  girməklə,  onlar arasında nüfuza  malik  yer 
tutan qədim türk tayfası kimi xarakterizə olunur. 
Fikrə  qüvvət  olaraq  yekun  şəklində  onu  çatdırmq  istəyirik  ki,  müasir 
Ermənistanın  qədim  türk  yer  adlarının nəzərə  çarpacaq  qədər  böyük  bir hissəsini 
etnotoponimlər təşkil etmişdir. Vaxtilə böyük Azərbaycan dövlətinin qərb əraziləri 
sayılan bu torpaqlarda Aparan adıyla bir sırada Qıpçaq, Qazaxlar, Qaraman, Qacar, 
Qarabağlar,  Baharlı,  Boz  Doğan,  Bayandır,  Avşar,  Təklə,  Çaxırlı,  Şidli,  Çəpni, 
Kəngərli, Dəvəli, Dügərli və s. kimi yer adları qədim türk soylarının adlarını əks 
etmişlər. 
Şəhərin  qədim  adı  erməni  müəlliflərində  də  olduğu  kimi  işlədilir:  Göy 
buludsuz  idi,  lakin  Abaran  tərəfindən  əsən  soyuq  külək,  ulaya-ulaya  daşlara 
çırpılır,  yarpaqları  xışıldadır  və  sanki  dilə  gəlib  deyirdi:  hər  kəs  başını 
                                                        
48
 
M.Fahrettin Kırzıoğlu. Osmanlıların Kafkas ellerinin fethi, s.327,349; İbrahım Bayramov. 
Qərbi Azərbaycanın türk mənşəli toponimləri, Bakı, Elm, 2002, s.20,125.
 
49
 
Менгес К.Г. Восточные элементы в «Слове о полку Игореве», Л., Наука, 1979, с.42. 
50
 
Н. Баскаков. Тюркская лексика в «Слово о полку Игореве» М., 1985, с. 126. 
 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə