Unudulan tarix dəyişdirilən adlar



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə17/96
tarix23.01.2018
ölçüsü2,82 Kb.
#21999
1   ...   13   14   15   16   17   18   19   20   ...   96

38 
 
İndi  şəhər  yaxınlığında  "Batal  paşa  gölləri"  adında  torpağın  əsil  adı 
saxlanılır. Qəhrəmanın adı da həmişə tarixlərdə sərəsgər Batal paşa kimi anılır. 
 
 
 
 
BATUM 
 
Bu  gün  Gürcüstanın  liman  şəhəri  Batum  Türkiyə  sərhədlərinin 
yaxınlığında  yerləşir.  Acarıstanın  paytaxtıdır;  vaxtilə  Acarıstan  və  ya  Acara 
Gürcüstanın qərbində kiçik bir ölkə idi. Müsəlman acarların vətəni olan Acarıstan 
qərbində Acara dağları, cənubunda Savsar və Arseyan dağları ilə Türkiyə, şərqində 
Suram dağları və Ahıska vilayəti ilə həmsərhəddir. Qafqazın ən isti yeridir. Qara 
dəniz  sahillərində  bu  yer  subtropik  nəm  iqlimə  malikdir;  maydan  oktyabradək 
çimərlik mövsümüdür. Batum altında ən səfalı yaylaq yerləri mövcuddur. 
Laz  bəyliyinin  ixtiyarında  olan  Batum  IX  əsrdən  Osmanlılar  tərəfindən 
alınır; Qanuni Sultan Süleyman dövründə Trabzon əyalətinə bağlı bir sancağ olaraq 
təşkilatlandı.  XVIII  əsrin  başlanğıcında  Batum  qalasının  qorunmasını  orada  200-
300  nəfərlik  yeniçəri  saxlanılırdı.  Sultan  Əbdüləziz  dövründə  Batumda  Əziziyyə 
adlı bir cami inşa edilmişdi
72

Malov qədim yazılı abidələrdə "batum" sözünün dərinlik mənasında (ölçü 
bildirən söz kimi) işləndiyini (sünük batumu, süngü batumu) göstərir
73
. Batum XI 
əsrdən möhkəm qala kimi məlumdur. 
Gürcüstanın  Rusiyaya  ilhaq  edilməsilə  (1801)  çarizmin  bura  maraqları 
güclənir.  1875-1878-ci  illər  Rus-Türk  müharibəsi  nəticəsində  isə  Rusiya 
Türkiyənin  Bessarabiya,  Kırım,  Şimali-Qərbi  Qafqaz,  Qafqazın  Qara  dəniz 
sahilləri,  indiki  Cənubi-Qərbi  Gürcüstan,  Cənubi  Ukrayna  torpaqlarına  yiyələnir. 
1877-ci  ilin  yayında  türklərin  Batum  qalası  işğal  olunur.  Şahzadə  böyük  knyaz 
Konstantin  Romanov  (1853-1915)  Batumun  işğalından  sonra  da  ondan  bir  türk 
şəhəri  kimi  danışır  və  1879-cu  ilə  aid  yol  qeydlərində  yazır:  qarşımızda  dağlıq 
sahillər göründü. Dağın ətəyində bir neçə məscidi ilə nəzərlərimizi cəlb edən kiçik 
bir şəhər yerləşir. Bu Batum buxtasının ucunda yerləşən, ortasında mayak ucalan 
türk qalası Batumdur. İndi artıq şəhərdə türklərlə yanaşı yunanlar və ermənilər də 
yaşayır.  Dağlarda,  müəyyən  qədər  də  olsa  şəhərdə  kabuletilər,  acarlar,  lazlar  və 
quriyalılar  məskunlaşmışlar
74
.  Batum  San-Stefano  və  Berlin  müqavilələri  üzrə 
Qars, Ərdəhan vilayətlərilə birlikdə Rusiyaya verilmiş, Brest-Litovsk andlaşmasına 
                                                        
72
 
Bax: İslam Ansiklopedisi, 5 c, s.210
 
73
 
Малов С.Е. Памятники древнетюркской пиcмeнности, М-Л., 1951.С.369.
 
74
 
Загадка К.Р. (Из дневников Великого князя К.К. Романова) - «Москва», 1994, №:1 
с.134-183.
 


39 
 
görə təkrar Türkiyəyə qaytarılmışdır. 

Dünya  müharibəsinin  gedişində  rus  ordusu  Anadolu-Qafqaz 
cəbhələrindən  çəkilməyə  başladı.  Lakin  geri  çəkilən  rus  qoşunu  öz  silahını 
bölgədəki  ermənilərə  verməsilə  bu  ərazilərin  yerli  müsəlmanlarna  qarşı  zülm 
başlandı.  Brest-Litovsk  sülh  danışıqları  başlayarkən  Türkiyə  1877-1878-ci  illər 
Osmanlı-Rus  müharibəsində  itirdiyi  üç  tarixi  vilayəti:  Qars,  Ərdəhan,  Batumu  geri 
tələb etdi. 1918-ci ilin fevralında cana doyan III Osmanlı ordusu komandanı Vəhbi 
paşa  Ənvər  paşadan aldığı əmrə  əsasən hərəkətə  keçdi;  Osmanlının  əldən  verdiyi 
şəhərləri-Qarsı, Ərdəhanı, aprelin 10-da isə Batumu azad etdi. 16 mart 1921-ci ildə 
imzalanan Moskva müqaviləsinə görə Batum yenidən Gürcüstana verilmişdir. 
1883-cü  ildə  Bakı-Batum  dəmiryolu  çəkilir.  1890-cı  ildə  Suram  tuneli 
çəkilməsilə iri limana çevrilən Batum limanı vasitəsilə Rusiya Avropa  bazarlarını 
kerosinlə  təmin  etməyə  başladı.  1900-cü  ildə  Bakı-Batum  neft  kəməri  (895  km.) 
tikintisi başa çatdı. 
Neftin  nəqli  üçün  Bakıdan  bura  neft  kəməri  çəkilişindən  sonra  Batum  iri 
liman  şəhərinə  çevrilmişdi.  Sovet  dövrünə  qədər  şəhərin  adı  Batum  olmuş,  tarixi, 
bədii əsərlərdə də beləcə saxlanılmışdır. 
Acarıstanda  da  Xalvaçauri rayonu ərazisində  daha  bir  Orta  Batum  kəndi 
olmuş, 1948-ci ildə adı dəyişdirilərək gürcücə Tsinsvala qoyulmuşdur. 
 
 
 
BATI. BATAYSK 
 
Rostovdan  cənuba  doğru,  ondan  11  km.  məsafədə  yerləşir.  İndi  Rostov-
Donun  vilayət  şəhəri  və  iri  dəmiryol  qovşağı  olan  bu  şəhərin  adı  Qızıl  Orda 
imperiyası  dövrü  ilə  səsləşir.  Burada  Batı  xanın  (öld.1255)  qərargahı 
yerləşdiyindən  məntəqə  də  Batı  (yerli  tələffüzdə  Bata)  adlanmışdır.  Həm  də  onu 
nəzərə almaq lazımdır ki, 1743-cü ildə tərtib olunmuş məxfi hərbi xəritədə Rusiya 
ilə Osmanlı dövləti arasında Azov ətrafı yerlərin sərhədləri qeyd olunarkən müasir 
Bataysk şəhərinin yerindəki məntəqə Batı Çeqrak "Batı Suyu" (quyu, su mənbəyi) 
deyə  qeyd  olunmuşdur
75
.  (Qeyd:  xəritədə  adlar  həm  rusca  həm  də  türkcə 
yazılmışdır)  Bu  suat  (suüstü  yer)  noqay  və  tatarların  köçəri  güzəranında  çox 
istifadə etdikləri mühüm bir düşərgə idi. 
XVIII  əsrin  ortalarında  Temerik  çayı  ağzında  payız  yarmarkası  təşkil 
olunurdu.  Yarmarka  gur  və  izdihamlı  keçirdi;  onu  qorumaq  üçün  xüsusi  kazak 
bölükləri  qarovula  cəlb  edilirdi.  Kuban,  Sal  çöllərindən  noqaylar  bura  mal-qara 
sürüb gətirirdilər.Onlar Batı Sudan keçib gəlirdilər. 
Batı  (Batay)  torpaqlarına  rusların  gəlmə  tarixi  Pyotrun  Azov  səfərilə 
                                                        
75
 
В. И. Грачев, Н. И. Решетняк. Батайск, Ростов-на-Дону, 1981. с. 7
 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə