7
apardığımız iş yeni, köhnə problemlərin aşılıb çözülməsinin yeni təşəbbüsləridir.
Məsələn, bu gün Odessa şəhərinin (Avropanın gözəl şəhərlərindən birinin) tarixi
öyrənilir. Məhz Odessa şəhəri kimi, amma türk Hacıbəy şəhəri kimi yox. O, tarixin
dərin qatlarına gömülmüşdür. Araşdırmaçılar yaxşı bilirlər ki, şəhərin tarixi bizdən
nə qədər uzaqlaşırsa, həmin tarixinin öyrənilməsi də bir o qədər çətinliklər törədir.
Amma əski türk yurdlarının tarixi 200 il əvvəl dəyişilsə də yenə həmin mübhəm,
müəamma düyünləri, məkrli sirlər, maneələr öz çətinliklərini ortaya qoyur.
Məsələn, Nalcıq (Nalçik), Esendik (Yessentuki), Ala Buqa (Elabuqa), Deli Orman
(Tellerman (ovski) və s.
Apardığımız işdə türk tarixi, dili, mədəniyyəti, ümumiyyətlə türk elmi
üçün böyük faydalar görürük. Bu gün türk yurdu yeni nəslə, türk gəncliyinə
məhdud çərçivədə, bugünkü xəritələrdə yox, əski, həqiqi xəritələrdə, öz geniş
miqyasında çatdırılmalı, öyrədilməli, tanıdılmalıdır. Hər zaman insan özünün xoş
gələcəyi qayğısına qaldığı kimi, axı, keçmişini də axtarıb öyrənməyə can atır.
Türk dünyası yer adlarının Böyük Ensiklopediyasi Sözlüyü yaradılması
zəruriyyətini duyuram. Burada tarixdən silinmiş türk yer adları öz yerini
tapmalıdır.
Türk ölkələrinin səmada ulduzları həmişə işıq saçsın. Bu arzu ilə sözümü
bitirirəm. Yox, əziz oxucum, əslində sözə başlayıram...
8
ABA TURA. KUZNETSK
Aba Tura (müasir Kuznetsk) Kemerevo vilayətində (Rusiya) iri
metallurgiya şəhəri. Tarixən Aba Tura yaşayış məntəqəsi Aba və Kondoma
çaylarının Tom çayına töküldüyü yerdə salınmışdır. Aba Turadan vaxtı ilə Yurqa,
Taştakol, Abakan şəhərlərinə yol gedirdi. İndi həmin qədim yolla dəmir yolu xətti
çəkilmişdir. Rusların Altay ölkəsi ilə tanışlığı XVII əsrdə baş vermişdir. Belə ki,
Tom sərkan (voyevoda) yerli xan Ağ Kalmıklarm sultanı Abakla münasibət qura
bilmişdir. (Qeyd: ağ kalmıkların digər adı oyrotlardır). 1617-ci ildə kazaklar Aba
Turanı tutub, onu hərb qalası kimi möhkəmləndirirlər. Şəhərin adı Aba tayfasının
adı ilə bağlıdır. Buranın yerli əhalisi Abalılar sayılırdı. Prof. Abdulkadir Donuk
türk dövlətlərində istifadə edilmiş qədim hərbi ünvan və rütbələr barəsindəki
tədqiqlərində Aba ünvanının Orxon abidələrində "baş komandan" mənasında
işləndiyini göstərərək Kuman-qıpçaqlarda və oğuzlarda yayqin bir ad kimi
qullanıldığından, hətta ayrıca Çindəki türk (uyqur) elçisinin Kül Buyrukun "Apa"
ünvanı daşıdığından bəhs etmişdir
1
. Aba Tura mənaca "Tura-dayanacaq, düşərgə,
məskən; Aba Tura "abalıların şəhəri" deməkdir. Yağmaçı kazaklar şəhərin əsil
adına etina etməyərək onu öz bildikləri şəkildə Kuznetsk adlandırırdılar. Çünki
onlar buraya gələrkən Abalıları dəmirçi, mahir usta kimi tanımışdılar. Hərb qalası
Aba Tura 1622-ci ildə şəhərə çevrilir. Belə ki, tezliklə bu ərazilərdə zəngin metal
mədənləri olduğu məlum oldu. Bundan sonra şəhərin Aba Tura türk adı
dəyişdirilərək Kuznetsk adı ilə ("dəmirçilər şəhəri" deməkdir) əvəz olundu
2
. Şəhər
1932-ci ildən 1961-ci ilədək Stalinsk adı ilə yaşamışdır. Nəhayət Stalinin xatirə-
sinə qoyulmuş adların ləğvi kompaniyası ilə əlaqədar olaraq 1961-ci ildən şəhər
özünün yeni adı - Novokuznetsk adı ilə məlumdur. Şəhərdə kömür, kimya,
maşınqayırma və ağac emalı sənayesi inkişaf etməkdədir. Hazırda Rusiyanın ən
böyük metallurgiya mərkəzlərindən biridir.
ABAZA. SOÇA. SOÇI
Müasir Soçi Krasnodar ölkəsində, Qara dəniz sahillərində kurort şəhəridir.
Bu qədim Abaza şəhəri gözəlliyi ilə məşhur olan səfalı Üç Dərə (Uç Dere)
yaylağında yerləşir. 1829-cu ildə Ədirnə sülhü ilə Rusiyaya keçən bu torpaqlar
faktiki olaraq 1838-ci ildə Rus dövlətinə daxil olmuş, həmin ildəcə qəsəbəyə
1
Abdulkadir Donuk. Eski türk devletlerinde idari-askeri ünvan ve terimler, İstanbul, 1988,
s.2.
2
Саттаров Г.Ф. Ойкономические термины со значением «город» и «село» в истории
татарского языка и топонимии. – Советская тюркология, 1988, № 1, с. 47.
9
Aleksandriysk (rus taxt-tacının vəliəhdi şahzadə Aleksandrın şərəfinə; həmin il
onun həddi buluğa dolması bayram edilirdi) adı verilərək burada rus istehkam-
qalası tikilir. O sonra Navaginski keşikçi postu adlanır. Burada kazak hərbi qarovul
məntəqəsi yerləşirdi. Kırım müharibəsində Abaza Rusiyanın əlindən çıxsa da,
1864-cü ildə yenidən ələ keçir və Daxovski kazak postu adlanır
3
. Bu şəhər tarixi
Abaza torpağında yerləşir və adı yerli xalq olan abazalarla əlaqədardır. Abas-abaz
xəzərlərdə və peçeneqlərdə nəsil adı olaraq göstərilir. Müasir abazalar Qaraçay-
Çərkəzdə, Kabarda-Balkarda, Adıgöydə və Kislovodskda yaşayan müsəlman
əhalinin adı kimi qəbul edilir.Abazalıların müəyyən hissəsi Qafqazın istilasında
Türkiyəyə mühacirat etmişlər. "Abazalar müsəlmandır," – deyə Övliya Çələbi bu
yerləri gəzərkən onların etibarlılığı və səbatı haqqında yazmışdır: "kendilerine kafir
desek, insanı katl ederler, müselman desek, xoşlanıb severler". Övliya Çələbi
abazaların torpaqlarının da dəqiq hüdudlarını göstərir: Türkiyədən dənizə girib
Gürcüstan sahillərilə bircə gün üzdükdən sonra Gürcüstan bitir, Fişe çayından
Abaza diyarı başlayır. Onların torpaqları Anapa qalasına kimi uzanıb gedir
4
. Tarix
səhifələrində Abaza əsilzadələrinin bu adı nəsəb, soyadı kimi daşıdıqları müşahidə
olunur. Osmanlı dövlətinin tarixinin tədqiqçilərindən biri olan alman alimi
Hammerin yazdığına görə: 1769-cu il iyulun 17-də Xotin döyüşündə Abaza
Mehmet paşa komandan idi.
5
Şəhərin sonrakı yeni adı Soçi də abaza tayfalarından
olan Soça adındandır. "Soça tayfası həmin limanda yaşayan Kıyı Abaza oymağına
daxil idi"
6
. Övliya Ata da özünün öz bəyi olan Soça tayfasından, onun əsgəri
gücündən söz açır. Həm də Soça və Obur Elburus silsiləsinə daxil olan dağların
adıdır. Şəhər həm də Soça çayının üstündə yerləşir.Yaxınlıqdan isə Mamayka,
Buzuqa çayları axır. Soçi bağ-bağçalarının əzəmətli şümşad ağacları (rus dilində
samşit işlənilir) bəzəyir. Soçi şəhərinin keçmiş Abaza adı tarixi, eləcə də ədəbi-
bədii mənbələrdə yad edilir: Mən də cavanlıqda uzun müddət sizin Abazada qoyun
otarmışam. (Q.Danilevski. "Qaçaqlar Novorossiyada") Bundan başqa Sibirdə
Krasnoyar (keç.: Kızıl Yar) diyarında Abakan çayı üzərində də Abaza şəhəri
vardır.
Bu yaxınlarda Soçido böyük bir caminin inşasına başlanılmışdır.
3
Никонов В.А. Краткий топономический словарь, М., Мысль, 1966, c.381, 391.
4
Evliya Çelebi.Seyahetnamesi, İstanbul, Üç Dal neşriyyatı, 1966,1 c, s.463.
5
Baron J.Hammer. Büyük Osmanlı Tarihi, 8 c. İstanbul, 1991, s.434.
6
Fahrettin Kırzıoğlu. Osmanlıların Kafkas ellerinin fethi (1451-1590), Ankara, 1998, s.8.
Dostları ilə paylaş: |