Ekologiya və su təsərrüfatı jurnalı, №3, may, 2016- cı il
EKOLOGĠYA VƏ ƏTRAF MÜHĠTĠN MÜHAFĠZƏSĠ
UOT 631.445.4
Q.M. MƏMMƏDOV, Y.Ġ. ġAHVERDIYEV, H.M. HƏSƏNOV, S.Y.
AĞAKIġIBƏYOVA, E.P. MAHMUDOVA
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu
TORPAQ MÜNBĠTLĠYĠNĠN BƏRPASINDA VƏ MÜHAFĠZƏSĠNDƏ
MEġƏLƏRĠN ROLU
Meşələr təbiətin bəşəriyyətə çox qiymətli
hədiyyəsidir. Meşənin yarpaqları, tumurcuq-
ları, budaq qırıntıları, kök qırıntıları torpaq-
dakı mikroorqanizmlər, soxulcanlar və başqa
canlılar tərəfindən yerin üst qatında parçala-
naraq mineral maddələrlə qarışır, münbit tor-
paq qatı əmələ gətirir və torpağın əmələgəl-
məsində əvəzedilməz əhəmiyyət daşıyırlar.
Meşə seli azaldan, qarşısını alan güclü
faktordur. Atalar yaxşı deyib: “Meşəli yurdu
sel basmaz”. Selin iki böyük zərəri var. Bi-
rincisi torpaqda münbitlik və suda həll olan
birləşmələri yuyub aparır, ikincisi tərkibin-
dəki lillə və gillə əkin sahələrinin üstünü ör-
tür və sahələrin transformasiyasına səbəb
olur. Meşə selin azalmasına səbəb olduğun-
dan torpaqda eroziya prosesinin də qarşısını
alır. Azərbaycanda meşə sürətlə azaldığın-
dan 1947-1950-ci illərdə çiyələk, moruq yı-
ğılan meşə ətəklərində, talalarda indi nə mo-
ruq kolu, nə ağac, nə də çiyələk və başqa ot
bitkiləri var [1,2].
Meşə, bağ torpağın küləklə sovrulub
aparılmasının (deflyasiyanın) qarşısını alır,
dənli bitkiləri, tərəvəzləri küləyin zərərli tə-
sirindən qoruyur. 1991-ci ildə norveçlilər
tropik meşələrdən Avropa ölkələrinə tikinti
materialı gətirən gəmiləri daşa basdılar, ilk
baxışda bu gülüş doğurdu, sən demə bu daşa
basmanın böyük ekoloji faydası var imiş.
Tropik meşələr ildə 145 milyard ton oksigen
biosintez edərək bəşəriyyəti 60-70% oksi-
genlə təmin edir. Bu fotosintez prosesində il-
də 200 milyard tona yaxın parnik effektinə
malik olan karbon qazı sellülozaya, liginə və
başqa karbohidratlara çevrilir. Atmosferdə
karbon qazının azalması qlobal istiləşmənin
qarşısını alaraq bəşəriyyətin davamlı daya-
nıqlı inkişafına səbəb olur [3].
Meşə havası canlıların sağlamlığına müs-
bət təsir edən fizioloji aktiv maddələrlə zən-
gindir. Yayda palıd və şam ağaclarının bu-
raxdıqları fitonsidlər zərərli mikroorqanizm-
ləri məhv edərək ağacın dibini tam steriliza-
siya edirlər. Meşə həm də meşə quşlarının və
heyvanlarının, meyvələrin, giləmeyvələrin və
göbələklərin məskənidir. Biz gələcək nəsil-
lərimizə səhra qoyub getməməliyik, torpaq-
larımızı gülüstana çevirməliyik. Özümüz el-
mi əsaslarla üzvi və qeyri-üzvi gübrələrdən
istifadə etməklə meşə salmalıyıq. Niyə son
100 ildə Almaniyada meşə 1,4 dəfə, Avstri-
ya və Yaponiyada 1,2 dəfə artsın, amma öl-
kəmizdə 3 dəfə azalsın, bunun nəticəsində
səhralaşma əmələ gəlsin?
Dahi Karl Marks 1870-ci illərdə yazırdı:
“Əkinçilik kortəbii aparılırsa və zəka ilə tən-
zimlənmirsə özündən sonra səhra qoyub ge-
dir”. Onun dostu F.Engels “Təbiətin dialek-
tikası” kitabında yazırdı: Orta əsrlərdə Me-
sopatomiyada, kiçik Asiyada, Yunanıstanda
və başqa yerlərdə meşələri qırıb yandıraraq
əkin sahələrini artıran insanların heç xəyalı-
na da gəlmədi ki, onlar belə hərəkətləri ilə
bu yerləri səhraya çevirdilər. İtalyanların
Alp dağlarının cənub yamacındakı meşələri
qıraraq əkinçiliyi və maldarlığı inkişaf etdir-
mək tədbirləri cənub yamacın səhralaşması-
na səbəb oldu. Dağın şimal yamacı isə qo-
runduğundan indi də yaşıl meşələrlə, biçə-
nəklərlə örtülüdür.
Meşə həm də iqlimə güclü təsir edən
amildir. Ağaclar transpirasiya (suyu yarpaq-
ları ilə buxarlandırma) vasitəsilə çoxlu su
Ekologiya və su təsərrüfatı jurnalı, №3, may, 2016- cı il
buxarlandırır. Həmin su atmosferdəki kar-
bon qazı ilə (və başqa maddələrlə) aerozollar
əmələ gətirir. Aerozollar sıxlaşaraq, böyüyə-
rək buluda çevrilir. Bulud yağışın xammalı,
yağış isə bulaqların, çayların, çəmənliklərin
xammalıdır, mənbəyidir.
Orta yaşlı fıstıq ağacı (200 il) bir vegeta-
siya periodunda 140 ton su buxarlandırır.
Meşə bol olan yerlərdə hava su buxarı ilə
doyduğundan əkin sahələrindən zərərli fiziki
buxarlanma az olur.
İnsanlara bu qədər xeyir verən, qlobal is-
tiləşmənin qarşısını alan, bizə bulaqları, çay-
ları, çəmənliyi bəxş edən, havamızı oksigen-
lə, fizioliji aktiv maddələrlə zənginləşdirən
meşələri niyə qorumayaq, artırmayaq?
Meşələr qırıldığından iqlim dəyişir, tor-
paq eroziyaya uğrayır, səhralaşma prosesi
gedir. Meşələr, bağlar güclü su buxarlandı-
rıcı vasitə olduğundan bataqlıq olan sahələri
tez qurudub faydalı əkin sahəsinə çevirmək
üçün ətrafı boyunca sıx meşə, bağ salırlar.
Bundan əlavə yol ətrafı salınan bağ və ya
meşə ağacları (göyrüş, qarağac, akasiya və
başqaları) mator yanacaqlarından alınan kar-
bon qazını xammal kimi mənimsəyərək selü-
lozoya və başqa karbohidratlara çevirir.
Ağaclar həm də çox tozuducu olduğundan
yolun təmiz olmasına şərait yaradır.
İsti vaxtlarda ağacın kölgəsində çətirinin
sıxlığından asılı olaraq temperatur 5
8˚C
aşağı olur. Enli yarpaqlı ağaclar karbon qazı-
nı mənimsəməkdə iynəyarpaqlı ağaclardan 2
dəfə faydalıdır. Belə ki, 1 hektar palıd, ağca-
qayın, fısdıq meşəsi bir ildə 22
25 ton kar-
bon qazı, iynəyarpaqlı ağaclar isə 12
14 ton
karbon qazı mənimsəyirlər. Sakit havada bol
yağışdan sonra səhərlər enliyarpaq ağacların
başında panamaya bənzər ağ duman görü-
nür. Fikrimizcə bu gündüzlər buxarlanan,
transpirasiya olan su ilə gecələr ağacların
buraxdığı karbon qazının fiziki-kimyəvi
birləşməsi, aerozoludur [4].
Parnik effektinə malik karbon qazı at-
mosferdəki azot və oksigen qazından fərqli
olaraq günəşdən gələn infraqırmızı şüaları
udaraq yer səthinin qızmasına səbəb olur.
Günəşdən 3 gündə yerə çatan istilik yerdəki
bütün yanacaqları (daş kömürü, qazı, meşə-
ləri, torfu) yandıranda alınan istiliyə bərabər-
dir. Bu istiliyin çox hissəsi 70-75% infraqır-
mızı şüa şəklində yerdən kosmosa qayıdır.
Bu şüaları udub saxlayan karbon qazı ha-
vadan 1,5 dəfə ağır olduğundan yerin səthi
boyunca paylanaraq yerin qızmasına səbəb
olur.
Üzvi yanacaqlardan, benzinlərədən, dizel
yanacaqlarından, meşə yanacaqlarından ildə
atmosferə 100 milyardlarla ton karbon qazı
daxil olur. Buna görə tezliklə yanacaq siste-
mi dəyişilməsə bəşəriyyəti fəlakət gözləyir.
Elmin indiki inkişaf dinamikası göstərir ki,
yaxın gələcəyin yanacağı hidrogenin özü və
izotopları (deyterium, tritium) olacaqdır.
Hidrogenin enerji törətmə qabiliyyəti tə-
bii qazdan 2,4 dəfə çoxdur. Yanma məhsulu
və xammalı sudur (2H
2
+ O
2
2H
2
O).
Hidrogenin ağır izotopları – deyterium
və tritium günəşin səthində neytronla bom-
bardman edilərək (
)
Q
He
n
H
4
2
1
0
3
1
2
1
H
heliuma çevrilməklə 100-104 milyon dərəcə
istilik alınır. Hələlik hidrogenin özü və izo-
topları üzərində intensiv tədqiqatlar aparılsa
da burada böyük problemlər vardır, ona görə
qlobal istiləşmənin qarşısını almaq üçün at-
mosferə buraxılan karbon qazını ya azalt-
maq, ya da başqa birləşmələrə (sellüloza,
liqnin və s.) çevirmək tələb olunur [5].
Təəssüf ki 2002-ci ildə Yaponiyanın Ki-
oto şəhərində keçirilən Beynəlxalq Kon-
fransda karbon qazını azaltmaq tədbirləri
protokoluna ABŞ qol çəkmədi. Atmosferə
daxil olan karbon qazını azaltmaq üçün
mümkün olan yerlərdə bağ, meşə salmalı ,
qarğıdalı səpməli və ümumiyyətlə kənd
təsərrüfatını intensiv inkişaf etdirməli, yaşıl
iqtisadiyyata keçmək lazımdır.
Atmosferdə karbon qazının qatılığının
artması nəticəsində son 100 ildə yer səthində
temperature 1,8˚C artmışdır. Alimlərin proq-
nozuna əsasən yer səthində temperatur
3,5˚C-dək artsa, mövcud olan 4 buzlaqların
əriməsi (Antarktida, Şimal Buzlu Okean,
Qrelandiya və Tundra buzlaqları) nəticəsin-
də yer səthini 124 metr hündürlüyündə su
basa bilər. bu isə Yer kürəsinin 90-92% su
altında qalması deməkdir.
1989-cu ilin yayında kosmosda olan
ABŞ kosmonavtları dağda buz əridikcə san-