Uot 81-11 MÜXTƏLİFSİstemli İNGİLİs və azərbaycan diLLƏRİNDƏ tamamliq budaq cüMLƏLƏRİ VƏ onlarin müqayiSƏLİ TƏHLİLİ



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə45/46
tarix01.08.2018
ölçüsü1,53 Mb.
#60392
1   ...   38   39   40   41   42   43   44   45   46

 

92 


 

Bəzən yeni toxunmatik cəmiyyətə ayaq uydurmaq, yeni ünsiyyət tərzini qəbul etmək insanlara 

çətin  gəlir.  Zeybək  (2012)  müasir  dövrdəki  ünsiyyət  tərzini    texnologiyanın  istifadə  edilmədiyi 

cəmiyyətdəki ünsiyyətlə müqayisə edərək maraqlı fikirlər irəli sürür. Aşağdakı cədvəldə bu fikirlər 

öz  əksini  tapır.  O,  “in”  anlayışını  müasir  dövrdəki  ünsiyyət  üçün,  “out”  anlayışını  isə  

texnologiyasız cəmiyyətdə olan ünsiyyət üçün nəzərdə tutmuşdur. 

“In” 

“Out” 


Virtual ünsiyyət 

Üz-üzə ünsiyyət 

Virtual mühitdə sosial paylaşım 

Emosional ünsiyyət  

Texnologiya cəmiyyəti  

Emosional cəmiyyət 

Simvollarla ünsiyyətin qurulduğu cəmiyyət 

Göz təması qurmaq 

Virtual mənlik 

Real mənliklər  

Bəşər  tarixinin  bu  yeni  mərhələsində  texnologiyada  yaşanan  sıçrayış  müsbət  tərəfləri  ilə 

yanaşı,  mənfiləri  də  özündə  əks  etdirməkdədir.  Texnologiyanın  aludəçisi  olmuş,  saatlarla  internet 

başında məqsədsizcə dolaşan insanlar da  artıq sürətlə artmağa başlamışdır.  İnterneti həyatının  tək 

məqsədləri halına gətirənlər də var. McLuhan medya texnologiyalarının artıq cəmiyyətdə insanların 

necə  düşünəcəyini,  hiss  edəcəyini,  hərəkət  edəcəyinə  təsir  etdiyini  və  cəmiyyətin  formalaşdığını 

qeyd edir. Yengin (2012b:116)  insanın yaşadığı vəziyyətin fərqinə varmadığını və, əslində, “həssas 

bir həbsxana”da yaşadığını qeyd edir. Təbii ki, məqsədimiz texnologiyanın və internetin fəsadlarını 

qeyd etmək deyil, texnologiyanın sosial həyatın hər bir sahəsinə təsir etdiyini açıqlamaqdır. 

Texnologiyanın  mədəniyyətin  sahələrindən  biri  olan  incəsənətə  təsiri  də  müşahidə 

edilməkdədir. İncəsənət də artıq  öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Yeni dünyanın 

mədəniyyətə təsir etdiyi real bir gerçəklikdir. Texnoloji reallıq sayəsində teleprenses (uzaqda hazır 

olma) fiziki olaraq o mühitdə olmasaq da ekran, internet vasitəsilə zaman və məkan sərhədlərini aşa 

bilirik.  İncəsənətin  istənilən  növü  ilə  maraqlanıb  tez  bir  zamanda  məlumat  əldə  edə  bilirik.  Artıq 

teleprenses  olaraq  istənilən  ölkənin  mədəniyyəti  ilə  yaxından  tanış  ola  bilərik.  Texnologiyadan, 

xüsusilə, internetdən istifadə edərək istənilən xalqın rəqslərini, musiqilərini, xalq mahnılarını və s. 

nəinki seyr edə, eyni zamanda onları öyrənə də bilirik. Rəqəmsal kodlama nəticəsində qrafiklərin, 

hərəkətli görüntülərin, səslərin, şəkillərin, məkanların və mətnlərin üzərində rahatlıqla işləyə bilir və 

dəyişdirə bilirik. Biz texnologiyanı formalaşdırarkən, vasitələrimiz də bizi formalaşdırır. Bir başqa 

ifadə  ilə,  incəsənətin  istənilən  növündə  texnologiyanın  təsirini  müşahidə  etməyimiz  mümkündir. 

Bədii əsər  yazan  yazıçı da artıq əlyazması üzərində saatlarla dəyişiklik etmək,  yenidən köçürmək 

yerinə, bu işi komputerdə rahatlıqla həll edərək, vaxtına qənaət etmiş olur. İncəsənətlə məşğul olan 

sənətkarlar  üçün  əvəzedilməz  fürsət  yaranıb  desək  yəqin  ki,  yanılmarıq.  İncəsənət  əsərinin  

yaranması  və  cəmiyyət  tərəfindən  qiymətləndirilməsi,  rəğbət  görüb  görməyəcəyi  də  hər  zaman 

mürəkkəb  bir  proses  kimi  qarşımıza  çıxmaqdadır.  Bir  başqa  deyişlə,  incəsənət  əsərlərini  geniş 

kütlələrə çatdırmaq, muzeylərə online səyahət etmək, əsəri yaradan şəxslə birbaşa ünsiyyət yarada 

bilmək  fürsəti  və  s.  kimi  xüsusiyyətlər  texnologiyanın  təsiri  ilə  yaranan  dəyişiklik  incəsənət 

sahəsinə də hərəkətlilik, dinamizm gətirməkdədir. Belə ki, incəsənətin bir sahəsi olan musiqidə də 

istifadə  edilən  çalğı  alətlərinin  tarixi  dəyişikliyi  diqqətimizi  çəkməkdədir.  (Məsələn,  gitaranın 

basgitara,  elektrogitara  kimi  növlərinin  ortaya  çıxması,  skripkada  texnologiyanın  əks  olunması  və 

s.).  Bu  dəyişiklikləri  və  mərhələləri  Fredrik  Ceymson  özünəməxsus  şəkildə  belə  ifadə  etmişdir: 

“Buxar enerjisi ilə Realizm, elektrik enerjisi ilə Modernizm, elektroniklə də Postmodernizm ortaya 

çıxıb” . 

Sənət  əsəri  ortaya  çıxdığı  cəmiyyətin  və  dövrün  xüsusiyyətlərini  özündə  əks  etdirir.  Bu 

mənada  da  Qobustan  qaya  rəsmləri,  Ordubad  və  Kəlbəcər  dağlarından  tapılmış  qaya  rəsmləri, 

petroqrifləri  o  dönəmin  xüsusiyyətlərini  əks  etdirir.  Fotoaparatın  inkişaf  mərhələsinə  baxıldığı 

zaman  artıq  işıq  və  digər  xüsusiyyətləri  dəqiq  əks  etdirən  aparatların  ortaya  çıxdığı  görünür. 

Texnologiyanın  inkişafına  bağlı  olaraq  incəsənətlə  əlaqəli  yeni  sahələr  yaranmışdır.  İncəsənətin 

yeni  sahələrindən  biri  kimi  çıxış  edən  videosənət  (videoart)  görüntü  və  səs  informasiyasının 



   Yeni rəqəmsal vizual mədəniyyət və incəsənət  

 



 

93 


 

rəqəmsal  mühitdə  saxlanılmasına  xidmət  edir.  Bill  Viola,  Rebekka  Horn,  Nam  Cyun  Peyk  video 

incəsənət sənətkarlarından hesab edilir. Kibernetik incəsənət, holoqrafi incəsənəti (əşyanın fəzadakı 

quruluşunun  xüsusi  şəkildə  qeyd  edilməsi),  kompüter  incəsənəti  (müxtəlif  elm  sahələrinin 

kompüterdə hazırlanan praktiki təcrübələri) də yeni yaranan sahələrdən hesab edilir. 

Elmi yeniliyi: Məqalədə müasir dövrümüzdə texnologiyanın inkişafı və internetin həyatımıza 

daxil  olması  ilə  əlaqədar  dəyişən  mədəniyyət,  dəyişən  cəmiyyət  və  bu  cəmiyyətdəki  yeni  tərz 

ünsiyyət modeli geniş şərh edilmiş, texnologiya və internetin cəmiyyətin hər bir  fəaliyyət sahəsinə 

təsir  etdiyi  qeyd  edilmiş  və  bu  təsirin  incəsənət  sahələrində  də  əks  olunduğu  konkret  nümunələr 

əsasında  verilərək,  “toxunmatik  cəmiyyət”  anlayışı  müzakirə  edilərək  yeni  incəsənət  sahələri 

haqqında məlumat verilmiştir. 



Tətbiqi əhəmiyyəti: İncəsənət və yeni mədəni rəqəmsal mədəniyyətlə tanış olmaq istəyən hər 

bir  tədqiqatçı  üçün  gələcək  tədqiqatlara  ışıq  tutacaq,  incəsənət-texnologiya-internet  üçbucağının 

qarşılıqlı  təsiri  nəticəsində  yaranan  yeni  incəsənət  sahələrinin  daha  geniş  tətqiq  edilməsinə  şərait 

yaradacaqdır. 

Beləliklə, yeni rəqəmsal vizual mədəniyyət sosial həyatın hər bir sahəsində əks olunmaqdadır. 

Bu  sahələrdən  biri  olan  incəsənətdə  də    texnologiyanın  müsbət    təsirləri  görünür  və  məhz  bunun  

nəticəsində onun təsir dairəsi genişlənərək  müxtəlif mədəniyyətlərin qovuşmasına şərait yaradır. 

 

ƏDƏBİYYAT 

1.

 



Akdoğan K. Dijital sanatta nesne. Yüksek Lisans Tezi, Atatürk Universitesi, Erzurum. 2015. 

2.

 



Mahallı. D. Güncel Sanat pratiğinde video oyunları. Yüksek Lisans Tezi, İstanbul. 2011 

3.

 



McLuhan  M.  Gutenberg  Galaksisi:  Tipografik  İnsanın  Oluşumu.(Çev.)  G.  Çağalı  Güven. 

İstanbul: Yapı Kredi Yayınları, 2001. 

4.

 

Məmmədov F, Əhmədov F, Şulman R, Əliyev  R,  İsmayılov  İ. Azərbaycanda  yeni  mədəniyyət 



siyasətinin  formalaşdırılmasına  yardım.  Simurq  Azərbaycan  Mədəniyyət  Assosiasiyası.  Bakı: 

Sabah. 2001. 

5.

 

Məmmədova S. Mədəniyyətşunaslıq. Bakı: Kooperasiya, 2001, s. 202. 



6.

 

Popper F. From Technological to Virtual Art. USA: MIT Press, 2007. 



7.

 

Ubay&Ceren. 20-ci yüzyılın sanatı ile teknolojinin etkileşimi,Yüksek lisans Tezi, İstanbul. 2015.



 

8.

 



Yengin. D. Yeni Medya ve Dokunmatik Toplum. İstanbul: Derin Yayınları,

 

2012.



 

 

РЕЗЮМЕ 

НОВАЯ ЦИФРОВАЯ ВИЗУАЛЬНАЯ КУЛЬТУРА И ИСКУССТВО  

Керимова М.Ф. 

 

Ключевые словацифровая культура, искусство, сенсорная культура 

Сатья посвящена теме влияния интернета и компьютерных технологий на наш образ жизни, а 

также  на  наше  мышление.  Oсобое  место  занимает  тема  влияния  интерактивного  общения  на 

культуру.  Все  более  широко  распространяется  интерактивное  общение  в  интернете.  Возросшая 

производительность  комьютеров  и  увеличившаяся  скорость  передачи  даных  дают  возможность  не 

только  обмениваться  текстовыми  сообщениями,  но  и  осуществлять  аудио-  и  видеосвязь.  Также  в 

статье  даётся  определение  понятия  “цифровая  культура”,  анализируется  влияние  современных 

технологий и интернета на культуру, даются примеры современных технологий в области искусства. 



 

 

 

 

 

 

Kərimova M.F.  


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə