Ôèðèäóí áÿé Êþ÷ÿðëè
6
Firidun bəy Köçərli “Balalara hədiyyə” məcmuəsinin məra-
mını belə ifadə etmişdi: “Bu məcmuəni hər kəs oxusa – böyük, ya
kiçik – onun qəlbi açılıb xəndan olacaqdır. Balalar şad olacaq bu
səbəbə ki, onda dərc olunan əsərlərin cümləsi onların dünyasın-
dandır.” “Balalara hədiyyə” kitabı Azərbaycanın ən dəyərli sər-
vətlərindəndir.
Müəllif bu kitabda ən çox şifahi xalq ədəbiyyatı nümunə-
lərindən istifadə etmişdir. Firidun bəy Köçərli şifahi ədəbiyyatın
tədrisinin təlimi, tərbiyəvi əhəmiyyəti, el ədəbiyyatının bədii-
estetik dəyəri barədə çox gözəl fikirlər söyləmişdir. O, ağızda
söylənən nağıl, hekayətlərdən, cürbəcür milli nəğmələrdən, aşıq
sözlərindən, məsəllərdən, tapmacalardan, yanıltmaclardan, ağıcı
sözlərindən, bayatılardan ibarət” olan el ədəbiyyatını cəmləşdirib
çapa verməyi, itib-batmaqdan qorumağı müasiri olan ziyalıların
başlıca vəzifəsi sayırdı. Deməli Firidun bəy Köçərli ədəbiyyatın
öyrədilməsində məhz folklor materialları ilə başlamağı zəruri
hesab edirdi. Bu təbii idi, çünki folklor söz sənətinin başlanğı-
cıdır, şagirdlər bunlarla hələ ailədə ikən tanış olur, məişətdə daim
eşidirlər. Tarixi keçmişini, dilini, vətənini sevən inkişaf etmiş
millətlər öz şifahi xalq ədəbiyyatı nümunələrini “kəmali-şövq və
diqqətlə cəm edib, qiymətli sərmayə kimi saxlayır və balalarının
ilk təlim və tərbiyəsini onları öyrətməklə başlayır”.
Firidun bəy Köçərlinin folklorşünaslıq baxımından dəyərli
fikirləri təkcə bunlar deyil. Atalar sözləri və məsəllərin xalqın
tarixi təcrübəsi və həyatı ilə bağlı yarandığını qeyd edən ədəbiy-
yatşünas nağılların çoxunun şadlıq ilə qurtardığını, qəhrəmanların
bəla və müsibətlərə düçar olduqlarını, ağ div və əjdahalarla qarı-
laşdıqlarını göstərib, epik folklor nümunələrinin poetikasına yığ-
cam şəkildə toxunmuşdu.
Uşaq ədəbiyyatı böyüməkdə olan nəslin tərbiyəsində böyük
əhəmiyyətə malikdir. Balacaları vətənpərvərlik, humanizm, düş-
mənə nifrət, beynəlmiləlçilik ruhunda tərbiyə etmək üçün yüksək
səviyyəli uşaq əsərlərinin yazılmasına həmişə böyük ehtiyac olub.
Uşaqları elm öyrənməyə, məktəbə getməyə həvəsləndirmək işin-
Áèáëèîãðàôèéà
7
də Firidun bəy Köçərlinin böyük xidmətləri var. “Balalara hə-
diyyə” kitabından “Oğlum” şeiri buna misaldır.
Ay afərin gül oğlum,
Gül oğlum, sünbül oğlum.
Oğlum, oğlum, naz oğlum,
Dərsindən qalmaz oğlum.
Qələmini al ələ,
Yaxşı-yaxşı yaz, oğlum.
Oğlum gedər məktəbə,
Oxur, çatar mətləbə.
Dərsin oxur rəvanlar,
Nə oxuyubdur, danışar...
Firidun bəy Köçərlinin bu şeiri yazmaqda məqsədi nəsihət
verici sözləri ilə küçədə qaçmaq, uşaqlarla savaşmaq,
heyvanlara
daş atmaq, quşları incitmək kimi əməlləri etməməyi şirin bir dildə
balaca oxucusuna çatdırmaqdır.
Uşaqlar üçün yazılan əsərlərdə müasir dövrün nəbzi tutulma-
lı, coşqun və qaynar həyatımız öz bədii inikasını tapmalıdır. Bu
uşaq yazıçılarını düşündürən aktual problemdir. Firidun bəy Kö-
çərlinin folklorşünaslıq baxımından maraq doğuran fikirləri ara-
sında nağıllarda heyvanat qisminin insana mənsub olan xasiy-
yətlərini ümumiləşdirib dəqiq səciyyələndirməsidir.
“Balalara hədiyyə” kitabı Azərbaycan folklorunun ilk antolo-
giyası idi. Bu kitab indi də uşaqlar üçün maraqlıdır, əzizdir.
“Balalara hədiyyə” uşaqların fikrini aydınlaşdıran, xəyalını qa-
nadlandıran, uşaqlara həyat və təbiət haqqında məlumat verən
qiymətli bir inci xəzinəsidir.
O, tükənməz məhəbbətlə sevdiyi milli ədəbiyyatı bütün həya-
tı boyu təbliğ və tədqiq etməklə məşğul olmuş, onun həm keçmi-
şini, həm müasir nailiyyətlərini qiymətləndirməyin gözəl
nümunəsini göstərmişdir.
F.Köçərli uşaq dünyası nəsri sahəsində səmərəli xidmət gös-
tərən ədiblərimizdəndir. Onun yaratdığı əsərlərə həmişə ehtiyac
Ôèðèäóí áÿé Êþ÷ÿðëè
8
vardır. Qeyd edim ki, 1965-ci il yanvarın 1-dən Mədəniyyət
Nazirliyinin qərarı ilə kitabxanamız Firidun bəy Köçərlinin adını
daşıyır. F.Köçərli adına Uşaq Kitabxanası olaraq bu sahədə üzəri-
mizə çox mühüm vəzifələr düşür. Bizim ən ümdə vəzifəmiz
böyük ədibimizi oxucularımıza tanıtmaq, onun dəyərli əsərlərini
onlara sevdirməkdir. Çünki, ulu öndər Heydər Əliyevin söylədiyi
kimi kitabxana məbədgahdır, hər bir ziyalının yolu bu məbəd-
gahdan keçir. Balacaları vətənpərvərlik, humanizm, düşmənə nif-
rət, beynəlmiləlçilik ruhunda tərbiyə etmək üçün biz kitabxana-
çılar çox çalışmalıyıq. Biz inanırıq ki, illər ötsə də hər dəfə uşaq
ədəbiyyatından söz düşəndə uşaqların da, böyüklərin də sevimlisi
F.Köçərli hörmətlə anılacaq, yada düşəcək.
2013-cü ildə Azərbaycanın görkəmli ədəbiyyatşünas alimi,
tanınmış maarifpərvər, ictimai xadim, publisist-yazıçı, tənqidçi və
tərcüməçi Firidun bəy Əhməd ağa oğlu Köçərlinin anadan olma-
sının 150 illiyi tamam olmuşdur.
Firidun bəy Köçərlinin ədəbi irsi çox gec araşdırılıb, tədqiq
olunub. Lakin son dövrlər Azərbaycan ədəbiyyatşünaslığı tarixin-
də görkəmli rolu olan bu ziyalı öz layiqli yerini tutmağa başlamış,
onun əsərləri çap olunmuş, haqqında sanballı monoqrafiyalar, el-
mi məqalələr yazılmışdır. Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin 14 fevral 2013-cü ildə Firidun bəy Köçər-
linin 150 illik yubileyinin keçirilməsi haqqında verdiyi Sərəncam
buna daha bir sübutdur.
Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası
2014-cü ildə bu böyük şəxsiyyətin həyat və fəaliyyətini əks etdi-
rən “Firidun bəy Köçəli” adlı biblioqrafiya tərtib etmişdir. Gör-
kəmli şəxsiyyətin həyat və fəaliyətinin bütün dövrlərini əhatə
edən bu biblioqrafiya iki hissədən ibarətdir. I hissə: Firidun bəy
Köçərlinin əsərləri; II hissə: Firidun bəy Köçərli haqqında. Və-
saitdə “Firidun bəy Köçərlinin müdrik fikirləri”, “Görkəmli
şəxslər Firidun bəy Köçərli haqqında” yazılar da verilmişdir.
Gərgin əməyin və ciddi axtarışların nəticəsi kimi meydana
gələn hər bir nəşr məhsulu kimi, bu kitab da yəqin ki, bir sıra
xırda qüsurlardan xali deyildir. Ona görə də, biblioqrafik göstərici
Áèáëèîãðàôèéà
9
haqqında rəy və təkliflərini bildirən mütəxəssislərə və oxuculara
əvvəlcədən minnətdarlığımızı bildirir, təklif və iradlarını Firidun
bəy Köçərli adına Uşaq Kitabxanasına göndərmələrini xahiş
edirik.
Ünvan: Bakı şəh., S.Vurğun küç. 88
E-mail: childlibbaku@yahoo.com
Şəhla Qəmbərova,
Firidun bəy Köçərli adına Respublika Uşaq
Kitabxanasının direktoru