Ôèðèäóí áÿé Êþ÷ÿðëè
14
ğunu görən F.Köçərli Azərbaycan Maarif
Nazirliyindən icazə
alıb, 1918-ci ilin sentyabr ayında Qori seminariyasının Azərbay-
can bölməsinin ləvazimatını Qazaxa köçürür. O, yerli ziyalıların
köməyi ilə şagird toplayır və 1918-ci il sentyabr ayının 17-də
Qazaxda Azərbaycan Müəllimlər Seminariyasında ilk dərsin
başlandığını xəbər verən zəng çalınır.
5
Qazax seminariyasında direktor və pedaqogika müəllimi və-
zifələrində işləyən F.Köçərli təkcə dərs demək, yaxud seminari-
yanı idarə etməklə kifayətlənməyib, əhalini maarifləndirmək
üçün başqa işlərin də həyata keçirilməsinə nail olur: özfəaliyyət
dərnəkləri təşkil edir, yaşlılardan ötrü savad kursları açır, yeni
məktəblər, uşaq evi yaratmaq üçün təşəbbüs göstərir, xalq ədə-
biyyatı nümunələri toplayır, Müsavat partiyasının Qazax bölmə-
sinə rəhbərlik edir, bir sözlə, ADR-in təhsil siyasətini həyata ke-
çirmək, xalqı maarifləndirmək uğrunda yorulmaq bilmədən gecə-
gündüz çalışır. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu
bir çox başqa xalqsevər ziyalılar kimi Firidun bəyin də arzularını
gözündə qoyur. 1920-ci il aprel çevrilişindən az sonra may ayının
əvvəllərində F.Köçərli Qazax İnqilab Komitəsi tərəfindən həbs
edilib Gəncə Fövqəladə Komissiyasının sərəncamına göndərilir.
Müsavatçı olduğu üçün ona “əksinqilabçı” və “millətçi” damğası
vuraraq günahlandırırlar. Guya Azərbaycan Xalq Cümhuriyyəti
dövründə F.Köçərli ona verilən səlahiyyətlərdən istifadə edib,
xalqı aldatmış, əhalini incitmiş, kommunist partiyasının üzvlərini
təqib etmiş, yoxsul kəndlilərin torpaqlarını şallaq gücünə mənim-
səmiş, yerlərdə milli nifaq törətmişdir.
6
İttihamların hamısını rədd
etməsinə baxmayaraq, Gəncə Fövqəladə Komissiyası Firidun
bəyi ölüm cəzasına məhkum etmiş və günahsız ədib 1920-ci il
iyun ayının 5-də güllələnərək qətlə yetirilmişdir
***
5
Bəkir Nəbiyev. Göstərilən kitabı, S.93.
6
Ətraflı bax: Cəlal Qasımov. Firidun bəy Köçərlinin müəmmalı ölümü
//AMEA-nın Xəbərləri. Humanitar Elmlər Seriyası. Xüsusi buraxılış.- 2013.-
№1.- S.90-99.
Áèáëèîãðàôèéà
15
XIX əsrin sonları, XX əsrin əvvəllərində yazıb-yaradan ziya-
lıların əksəriyyəti kimi F.Köçərli də ictimai fəaliyyət meydanına
M.F.Axundzadə və H.Zərdabinin maarifçilik ideyalarının, onların
başladığı işin davamçısı kimi çıxmışdı. O, eyni zamanda həm
məktəbdə çalışır, uşaqlara bilik-savad öyrədir, həm məişətdə gör-
düyü mədəni geriliyə, köhnəliyə, cəhalətə, hər cür fanatizmə qarşı
durub, camaatı mənəvi azadlığa, müasir təhsilə, əxlaqi saflığa,
imana çağırır, həm də xalqın və söz sənətkarlarının yaratdığı
bədii sərvəti toplayaraq gələcək nəsillərə çatdırmaq üçün əlindən
gələni edir, müasir ədəbi prosesi izləyir, təzə çıxan əsərləri oxu-
yub qiymətləndirirdi.
Azərbaycan türklərinin mənəvi mədəniyyətinin, xüsusən,
ədəbi-elmi fikrinin inkişaf tarixində Firidun bəy Köçərli üç fəa-
liyyət sahəsi ilə tanınır: o, millətin maariflənməsi və mədəni-si-
yasi tərəqqisi üçün bütün şüurlu həyatını və enerjisini sərf edən
yorulmaz müəllim, yaşadığı dövrün ictimai problemlərinə fəal
münasibət bildirən həssas yazıçı-publisist, tərcüməçi, nəhayət,
istedadlı ədəbiyyatşünas- alimdir. Özü də bu fəaliyyət sahələrinin
hər üçündə Firidun bəy bənzərsizdir, özünəməxsus böyük ziyalı,
təkrarsız ədəbi şəxsiyyətdir. Bəs F.Köçərlinin hansı fəaliyyət sa-
həsi daha üstündür? Şübhəsiz, müəllimliyi! Firidun bəy Qori
Müəllimlər Seminariyasını bitirdikdən sonra bütün ömrünü
müəllimlik işinə həsr etmişdir.
Müəllimlik fəaliyyətində F.Köçərli şagirdlərə verilən nəzəri
biliklərin həyatla, gündəlik təcrübə ilə əlaqələndirilməsinə xüsusi
diqqət yetirirdi. Onun pedaqoji baxışlarının əsas prinsipi – ağırlıq
mərkəzi xəlqilik idi; təlimin mərkəzində ana dilinin öyrədilməsi
dayanırdı. Məşhur rus alimi K.D.Uşinskiyə istinadən F.Köçərli
yazırdı: “Bir millətin malını, dövlətini və hətta vətənini əlindən
alsan, ölüb-itməz, amma dilini alsan, fot olar və ondan bir nişan
qalmaz”.
7
F.Köçərliyə görə: “Ana dili millətin mənəvi diriliyidir,
həyatın mayəsi mənziləsindədir. Ananın südü bədənin mayəsi
7
Köçərli Firidun bəy. Əsərləri. Bakı, Elm və təhsil, 2013, S.283.
Ôèðèäóí áÿé Êþ÷ÿðëè
16
olduğu kimi, ananın dili də ruhun qidasıdır. Hər kəs öz anasını və
vətənin sevdiyi kimi, ana dilini də sevir... Bu (yəni ana dili –
Z.Ə.), Allah-təalanın gözəl nemətlərindən birisidir, onu əziz və
möhtərəm tutmaq hər kəsə borcdur”
8
.
F.Köçərli müəllimliklə eyni vaxtda tərcüməçiliklə və araşdı-
rıcılıqla məşğul olmuşdur. İrəvan gimnaziyasında çalışarkən o,
qədim yunan filosofu Sokratın “Təlimati-Sokrat” kitabını, rus
şairlərindən A.S.Puşkin, M.Y.Lermontov və M.N.Koltsorun şeir-
lərini, A.P.Çexovun “At familiyası” hekayəsini Azərbaycan dili-
nə, M.F.Axundzadənin “Aldanmış kəvakib” povestini rus dilinə
çevirib nəşr etdirmişdir. Ədibin publisistik və tənqidçilik fəaliy-
yəti də İrəvan gimnaziyasında müəllimlik etdiyi dövrdə başlanır.
Xalq məişətinə, Azərbaycan xalqının yaşayış tərzinə, mədəni sə-
viyyəsinə, xalqın tərəqqisinə maneə törədən əngəllərə yaxından
bələd olan gənc Firidun bəy ilk publisistik yazılarından başlaya-
raq mühitdə, cəmiyyətdə gördüyü ictimai eybəcərlikləri pisləyir,
xalqı mədəni-siyasi tərəqqiyə səsləyirdi. Onun publisistikasının
mövzu dairəsi geniş, toxunduğu məsələlər əhatəli idi: mövcud
cəmiyyətin ictimai bəlalarının tənqidi, kəndli həyatının ağırlığı,
qadın hüquqsuzluğu, çarizmin müstəmləkəçilik siyasəti, maarif,
mədəniyyət, ədəbi dil, əlifba, din, əxlaq, xalqlar dostluğu – bunla-
rın hamısı onun Bakı, Tiflis, Bağçasaray, Peterburqda çıxan
“Kaspi”, “Kavkaz”, “Novoye obozreniye”, “Petroqradskiye
vedomosti”, “Tərcüman”, “Şərqi-Rus”, “Həyat”, “İqbal”, “İrşad”,
“Molla Nəsrəddin” və s. mətbuat orqanlarında çap olunan məqa-
lələrində maarifçilik mövqeyindən təhlil, şərh olunur, müəllif mə-
dəni gerilikdən, cəhalət və fanatizmin pəncəsindən xilas olmağın
yolunu təhsildə və maariflənməkdə görürdü.
9
Ədibin tənqidçilik və elmi tədqiqatçılıq fəaliyyəti də İrəvan
gimnaziyasında çalışdığı zaman başlanır. O, Azərbaycan drama-
8
Yenə orada.
9
Ətraflı bax: Veydəddin Pirəliyev. Firidun bəy Köçərlinin publisistikası. Bakı,
2010.
Áèáëèîãðàôèéà
17
turqlarının komediyaları üzərində ciddi tədqiqat aparır
və elmi
düşüncələri əsasında “Tatar komediyaları” adlı geniş bir məqalə
yazıb “Novoye obozreniye” qəzetində çap etdirir.
Məqalədə M.F.Axundzadə ədəbi məktəbi davamçılarının
XIX əsrin 90-cı illərində yazdıqları komediyalar təhlil olunur.
Müəllifin elmi tədqiq və təhlil predmeti konkretdir. O, Mirzə
Fətəlini “xalqının həyatına yaxşı bələd olan nadir psixoloq və
sənətkar”
10
kimi dəyərləndirdikdən sonra Haşım bəy Vəzirovun
“Evlənmək su içmək deyil”, Nəcəf bəy Vəzirovun “Daldan atılan
daş topuğa dəyər”, Nəriman Nərimanovun “Nadanlıq” pyeslərini
diqqət mərkəzinə çəkərək, onların məzmunu və bədii məziyyət-
ləri haqqında söhbət açır.
F.Köçərli təhlil etdiyi əsərləri həyatilik, xəlqilik, xarakterlə-
rin canlı, tipik, dilin təbii, gülüşün mənalı olması baxımından qiy-
mətləndirir. Onun üçün bədii sənət meyarı M.F.Axundzadə pyes-
ləridir və “bu komediyalar Zaqafqaziya müsəlmanlarının həyatını
əks etdirən bir reflektora bənzəyir”. Buna görə F.Köçərli müa-
sirlərinin əsərlərini Axundzadə komediyaları ilə müqayisəli təhlil
edib dəyərləndirir. O, Haşım bəy Vəzirovun “Evlənmək su içmək
deyil” komediyası haqqında yazır: “Bu komediya Axundzadənin
“Məstəli şah” əsərinin təsiri altında yazılmışdır və müəllif kome-
diyanın ayrı-ayrı yerlərində öz müəlliminə təqlid etməyin gözəl
nümunələrini vermişdir. Bədii cəhətdən bu komediya Axundza-
dənin əsərlərindən xeyli geri qalır. Bununla belə həmin komediya
yaxşı işlənmişdir, canlı dillə yazılmışdır, onda həqiqi məişət səh-
nələri və təbii yumor çoxdur... Haşım bəy qadın tiplərinin təs-
virində böyük qabiliyyət göstərir. Onun yaratdığı kişi tipləri isə
solğundur və inandırıcı çıxmır” .
11
F.Köçərli Haşım bəyin əsəri ilə Nəcəf bəy Vəzirovun “Dal-
dan atılan daş topuğa dəyər” komediyası arasında çoxlu “ümumi
cəhətlər” görür və bunun bir səbəbini “hər iki əsərdə qələmə
10
Köçərli Firidun bəy. Əsərləri. Bakı, Elm və təhsil, 2013, S.23.
11
Köçərli Firidun bəy. Əsərləri.- Bakı: Elm və təhsil, 2013.- S.25.