Ôèðèäóí áÿé Êþ÷ÿðëè
18
alınmış hadisələrin” gündəlik həyatda tez-tez təkrar olunması, bu
hadisələrin həm Haşım bəyə, həm də Nəcəf bəyə çox tanış olması
ilə bağlayır. Digər tərəfdən belə güman edir ki, bu “iki əsər ara-
sındakı oxşayış müəlliflərin ikisinin də Axundzadənin “Məstəli
şah” komediyasını təqlid etmələri üzündən meydana gəlmişdir”.
12
Lakin tənqidçi söylədikləri mülahizələrin heç birini əsaslandır-
maq barədə düşünmür; oxucuları, haqqında söhbət açdığı pyes-
lərin məzmunu ilə tanış etməyi özünün əsas məqsədi sayır və
həmin əsərlərin məzmununu söyləməklə kifayətlənir.
Məqalədə gənc yazıçı Nəriman Nərimanovun “Nadanlıq”
dramı tənqid olunur. Pyesi “qarışıq növdən olan bir dram əsəri”
13
hesab edən F.Köçərli burada həyat həqiqətlərinin bədii əksində
ciddi qüsurlar görür, əsərdə hadisələrin qeyri-təbii inkişafını,
ziyalı surətlərinin birtərəfli, zəif təsvir olunduğunu, düyünün pis
düşünüldüyünü, əsərin dilini pisləyir. Tənqidçini narazı salan
başlıca səbəb odur ki, Nərimanov “bədbəxt kəndlilərin şəxsində
nadanlığın nümayəndələrini səciyyələndirmək üçün öz qara boya-
larını əsirgəməmişdir... Müəllif kəndlilərin məişəti ilə qətiyyən
tanış deyildir. Nərimanovun çox biçimsiz və yöndəmsiz bir halda
onların dilinə verdiyi bütün mənasız və mətləbsiz mülahizələr –
boş fantaziya məhsuludur”.
14
Əsəri bədii bütövlük, bitkinlik ba-
xımından da qüsurlu hesab edən F.Köçərli yazırdı: “Dördpərdəli
“Nadanlıq” komediyasında tam və bitkin əsərin məziyyətləri
yoxdur. Burada kəndli həyatının müxtəlif tərəfləri solğun təsvir
olunur. Hadisələr arasındakı hərəkət bir-bir ilə çox ağır bağlanır.
Bu isə əsərin məzmununu ardıcıl surətdə nağıl etməyi xeyli
çətinləşdirir”.
15
Tənqidçi mülahizələrini əsaslandırmaq üçün “Nadanlıq”
pyesindəki gənc ziyalı surətlərini təhlil edir. O, kənd məktəbində
müəllim yerini tutan Məhəmməd ağanı işdən çox danışığa güc
12
Yenə orada.- S.26.
13
Yenə orada.
14
Yenə orada.- S.26-27.
15
Yenə orada.- S.27.
Áèáëèîãðàôèéà
19
verdiyinə, pessimizmə qapılıb ah-vay
etdiyinə və vəzifəsinin öh-
dəsindən gəlmədiyinə görə tənqid edir. F.Köçərliyə görə “Nəri-
manov kənd müəlliminin simasında Azərbaycan ziyalısının tipini
dolğun və kamil göstərməyə nə qədər cəhd etsə də, öz vəzifəsini
yerinə yetirə bilməmiş və onun göstərdiyi ziyalı əsərdə küt,
fəaliyyətsiz və yazıq çıxmışdır”.
16
“Nadanlıq”dakı Ömər, Hacı Abdulla, Vəli və kəndli surətləri
isə, F.Köçərlinin fikricə, qeyri-təbii təsvir olunmuşdur. Onların
fəaliyyəti inandırıcı deyil. Xüsusilə, dramın sonunda Vəlinin
Öməri öldürməsi və “əsərin belə bir faciə ilə qurtarması” süni
olduğundan “bu faciə oxucuya və tamaşaçıya lazımi təsiri gös-
tərmir. Onlarda nə Öməri öldürən qatilə qarşı qəzəb hissi, nə də
günahsız məhv olmuş qəhrəmana acımaq hissi doğurmur. Belə
bir laqeydliyin səbəbi isə, məncə, çox sadədir: Ömərə, onun hərə-
kətlərinə inanmaq olmur. İnanmaq olmur ki, müəllifin ziyalı, xe-
yirxah fikirli, rəhmdil bir adam kimi təsvir etməyə çalışdığı bu
insan caniləri, özünün ən yaxın qohumları olan yaramazları mü-
dafiə etsin. Həmçinin mənəvi rəzilliyin nə qədər aşağı pilləsində
olursa-olsun, səbəbsiz halda öz xeyirxahına və müdafiəçisinə düş-
məncəsinə yanaşan adamların da varlığına inanmaq olmaz. Buna
görə də həm ziyalı Ömərin, həm də avam və nadan valideynlərin
tipləri eybəcər və qeyri-təbiidir”.
17
F.Köçərlini narazı salan məsələlərdən biri də Molla surətinin
pis təqdimidir. Tənqidçi “Nadanlıq” dramındakı Molla surətini
M.F.Axundzadə, N.Vəzirov və H.Vəzirovun əsərlərindəki molla
surətləri ilə müqayisə edərək bildirir ki, həmin yazıçıların əsərlə-
rində, xüsusilə “M.F.Axundzadənin komediyasında molla ağıllı,
öz yerini, vəziyyətini yaxşı başa düşən adamdır... Nərimanovun
əsərində isə molla onu əhatə edən adamlar kimi sadəlövh və ax-
maq verilmişdir”
18
. Nəhayət, F.Köçərli “Nadanlıq” dramının di-
16
Köçərli Firidun bəy. Əsərləri. Bakı, Elm və təhsil, 2013, S.28.
17
Yenə orada, S.30.
18
Yenə orada.
Ôèðèäóí áÿé Êþ÷ÿðëè
20
lini də bəyənmir, onu “işlənməmiş”, “yonulmamış dil” adlandırıb
yazırdı: “Komediyada yanlış, Azərbaycan ləhcəsinin ruhu ilə
uyuşmayan ifadələrə, demək olar ki, addımbaşı təsadüf olunur.
Elə bil ki, bu, ana dilində yazılmış orijinal bir əsər deyil, rus di-
lindən edilmiş zəif bir tərcümədir. İstər müəllif sadə xalq dilində
danışıb, sözləri istədiyi kimi təhlil edəndə, istərsə də ədəbi dildə
mühakimə yürüdüb... ərəb-fars sözlərini yerli-yersiz işlədəndə
onun danışığı bəzən gülünc çıxır, bəzən də başa düşülmür”
19
.
Müasir ədəbiyyat məsələlərindən F.Köçərli XX əsrin əvvəllə-
rində çap etdirdiyi “Qafqaz tatarlarının ədəbiyyatı” (1903) kitab-
çasının da səhifələrində söhbət açmışdır. Həmin kitabçanın son
hissəsində müəllif XIX əsrin 60-cı illərini “Azərbaycan ədəbiy-
yatının inkişafı tarixində ən səmərəli və ən xoşbəxt bir dövr”
20
ki-
mi səciyyələndirərək onun inkişaf meyillərini, yazıçıların öz yara-
dıcılıqlarında dramatik növə, komediya janrına müraciət etmələ-
rinin səbəbini aydınlaşdırır: bunu dramaturgiyanın “cəmiyyətdəki
nöqsanları və qüsurları daha dolğun və aydın şəkildə göstərmək
və həmin əsərləri səhnədə tamaşaya qoymaqla kütlənin diqqətini
bu nöqsanlara və qüsurlara cəlb etmək”, həyatı daha canlı və
inandırıcı əks etdirmək imkanı ilə ilgiləndirir. Elə bu keyfiyyətlə-
rinə görə N.Vəzirovun komediyalarını, Ə.Haqverdiyevin “Dağı-
lan tifaq” faciəsini təqdir edir: “Cənab Nəcəf bəy Vəzirov öz ko-
mediyalarında böyük bir istedad göstərmişdir; o, mülkədar təbə-
qəsinin patriarxal məişətindən alınmış müxtəlif hadisələri sənət-
karlıqla təsvir edir... Cənab Əbdürrəhim bəy Haqverdiyev “Dağı-
lan tifaq” adlı əsərində mülkədar-bəy təbəqəsinin həyatının düz-
gün mənzərəsini vermişdir... Lakin cənab Haqverdiyevin belə bir
zəif cəhəti vardır ki, o, öz komediyalarına nə isə cinləri və ölmüş
adamların ruhlarını salır; bizə elə gəlir ki, başqa xalqların əsərlə-
rindən iqtibas olunmuş bu manera ilə o, öz komediyalarının əhə-
miyyətini xeyli aşağı salır”. F.Köçərli qeyd edir ki, “həm N.Vəzi-
19
Köçərli Firidun bəy. Əsərləri. Bakı, Elm və təhsil, 2013, S.30-31.
20
Yenə orada, S.68.
Áèáëèîãðàôèéà
21
rovun, həm də Ə.Haqverdiyevin komediyaları canlı dildə yazıl-
mışdır. Lakin Vəzirovun dili az işlənmişdir və heç bir ehtiyac
olmadan Bakı ləhcəsinə uyğunlaşdırılmışdır”
21
.
N.Vəzirovdan və Ə.Haqverdiyevdən fərqli olaraq, Nəriman
Nərimanovun əsərlərini F.Köçərli bu dəfə də tənqid edir. Mövzu
kasıblığı, ayrı-ayrı pərdə və şəkillərin rabitəsizliyi, əsərin başlan-
ğıcının pis düşünülməsi, bədii finalın qeyri-təbii və uğursuz ol-
ması, dilin zəifliyi və kasıblığı – bütün bunlar təkcə “Nadanlıq”
dramının deyil, “Dilin bəlası” komediyasının da səciyyəvi bədii
kəsirləri kimi qeyd olunur. “Nadir şah” faciəsi isə, F.Köçərliyə
görə, N.Nərimanovdan gələcəkdə “gözəl bir dramatik yazıçı
yetişə biləcəyi haqqında ümidlər doğurur”
22
.
Dramaturgiya ilə müqayisədə Azərbaycan ədəbiyyatında
bədii nəsrin, xüsusilə roman janrının yoxluğunu, Şərq xalqlarının
ədəbiyyatlarında isə az olmasını F.Köçərli “bu xalqlarda qadın-
ların örtülü vəziyyətdə saxlanması və öz xalqlarının həyatına təsir
göstərmək imkanından məhrum olması” ilə əlaqələndirir. Tənqid-
çinin fikricə, qadının kölə vəziyyətdə olduğu yerdə “onların haq-
qında azad adamlar kimi, müəyyən ideyalara, meyillərə malik
olan qəhrəmanlar kimi danışmaq mümkün deyildir”
23
. Firidun
bəy açıq söyləyir ki, “qadın, yəni məhəbbət və bununla əlaqədar
olan əziyyətlər, bir-birinə qarşı duran xeyir və şər qüvvələrin mü-
barizəsi olmayan roman çox darıxdırıcı bir şeydir; belə roman
oxucuya səmərəli, nəcib və yüksək təsir göstərə bilməz”.
24
De-
məli, oxucuya “səmərəli, nəcib və yüksək təsir göstərmək” üçün
romanda qadın surətlərinin, məhəbbət xəttinin olması vacibdir.
N.Nərimanovun “Bahadır və Sona”, S.M.Qənizadənin “Məktu-
bati-Şeyda bəy Şirvani” əsərlərindəki Sona və Sofya Mixaylovna
surətləri həmin məqsədə – oxucunu təsirləndirmək işinə xidmət
21
Yenə orada, s. 74-75.
22
Köçərli Firidun bəy. Əsərləri. Bakı, Elm və təhsil, 2013, S.75.
23
Köçərli Firidun bəy. Azərbaycan ədəbiyyatı. 2 cilddə, II cild, Bakı, Elm,
1981, S.75.
24
Köçərli Firidun bəy. Əsərləri. Bakı, Elm və təhsil, 2013, S.75.