qaydaya verməklə birini də. Ən çox səs toplayan dörd qayda sinfin qaydalar
sırasına daxil edilir. Bu qaydalar xüsusi sənəd kimi yazılı şəkildə tərtib oluna,
hər bir şagird tərəfindən imzalana və sinif otağının baxımlı yerindən asıla
bilər. Sinif həmin qaydaları ətraflı yazıb hazırlamağı bir neçə şagirddən ibarət
komandaya həvalə edə və sonda onların əməyini qiymətləndirə bilər.
10.
Kooperativ öyrənmə. Nə kömək etdi, nə mane oldu? Siz görülən işə necə
töhfə verdiniz? Sinifdə bu işə töhfə verən başqa hansı şagirdlər yadınızda
qalıb? Onlar necə töhfə verdilər?
Bu, şagirdlərin sinifdə öz qaydalarını tətbiq etməsi üçün ilk fürsətdir. Müəllim
qaydalara riayət etdiklərinə görə şagirdləri tərifləyə bilər. Digər tərəfdən,
müəllim qaydaları pozduqlarına görə şagirdləri danlamamalıdır. Bu, onların
öz sinif yoldaşları arasında gözdən düşməsinə səbəb ola bilər.
Dərs 3
Müəllim qısa şəkildə uşaq hüquqları haqda məlumat verir.
Şagirdlərin əksəriyyəti üçün bu məlumat təkrar olacaq.
Uşaq hüquqları necə yaranıb?
Onlar insan hüquqları ilə necə əlaqəlidirlər? İnsan hüquqları olan yerdə əlavə olaraq, uşaq
hüquqlarına nə ehtiyac var?
Sonra müəllim aşağıdakı uşaq hüquqlarını şagirdlərin diqqətinə çatdırır:
Maddə 12. Öz fikirlərini və mənafelərini ifadə etmə;
Maddə 13. Özünü ifadə azadlığı;
Maddə 28. Təhsil hüququ;
Maddə 31. İstirahət və asudə vaxt hüququ.
Uşaqlar iki sütundan ibarət çalışma vərəqəsi tərtib edirlər. Soldakı dar sütunda uşaq
hüquqları konvensiyasında əks olunmuş dörd hüququ yazır və hər hüququn izahı üçün kifayət
qədər yer saxlayırlar. Sağdakı geniş sütunda isə həmin hüquqların nəzərdə tutduğu qayda və
vəzifələri (həm özləri, həm də başqaları üçün qayda və vəzifələri) qeyd edirlər: Əgər mənim
qonşum, dostum, yaxud sinif yoldaşım bu hüquqdan istifadə etmək istərsə, onda başqaları üçün
hansı vəzifə və öhdəliklər yaranar? Məktəb tədrisi necə təmin etməlidir? (Maddə 28) Mən bu
sinfin bir nümayəndəsi kimi bu hüququn uğurla təmin olunmasına necə töhfə verə bilərəm?
Qrupun üzvləri (adları)
Hüquqlar
Qaydalar və vəzifələr
Maddə 12
Öz fikirlərini və
mənafelərini ifadə etmə
Bu nəyi nəzərdə tutur:
Maddə 13
Özünü ifadə azadlığı
Bu nəyi nəzərdə tutur:
Maddə 28
Təhsil hüququ
Bu nəyi nəzərdə tutur:
Maddə 31
İstirahət və asudə vaxt
hüququ
Bu nəyi nəzərdə tutur:
Dərs 4
Şagirdlər öz çalışmalarını sinifdə bir-birlərinə təqdim edirlər. Hər qrup üçün bir sözçü
olur. Sözçülər aşağıdakı aspektlərə toxuna bilərlər:
Biz öz tapşırığımıza necə yanaşdıq? (qrup şəklində işləmə və qərar vermə prosesi)
Bizim üçün vacib olan nələr idi? (meyarlar və dəyərlər)
Qaydalara riayət olunduğuna necə əmin ola bilərik? (qaydalara münasibət, tətbiqetmə)
Şagirdlər öz siniflərində tətbiq olunacaq qaydaları bir-birləri ilə razılaşdırırlar.
Qruplardan birinə incəsənət əsəri şəklində, həmin qaydaları özündə əks etdirən bir sənəd
hazırlamaq tapşırığı verilir. Bütün şagirdlər və müəllim bu sənədi imzalayırlar. Həmin qaydalar
yeni qaydalarla əvəz edilənədək qüvvədə olur. İmzalanan sənəd sinifdə demokratiyanın necə
təcrübədən keçirilməsinin göstəricisi kimi Uşaq Hüquqları Günü nümayiş etdirilir.
6-cı sinif
UŞAQ HÜQUQLARI: İNCƏSƏNƏT ƏSƏRİ!
Dərsin planı
Əsas sual / dərsin
mövzuları
Əsas tapşırıq
Əyani vasitələr
Dərs 1
İncəsənət layihəsi nədir?
Mən uşaq hüquqlarını
incəsənət vasitəsilə necə
ifadə edə bilərəm?
Şagirdlər uşaq hüquqları
konvensiyasının hansı
maddəsini rəsm əsəri kimi
təqdim edəcəklərini müəyyən
edir və ilkin ideyalarını irəli
sürürlər.
Bəzi jurnallar;
üzərində uşaq
hüquqları təsvir
olunmuş kartlar və ya
üzərində uşaq
hüquqları yazılmış
kağız lentlər
Dərs 2-4
Müəllimlər və
tələbələr
bir-birlərini necə
dəstəkləyə bilərlər? Biz
ləng və çevik işçilərə
görə necə məsuliyyət
daşıyırıq?
Şagirdlər bir və ya bir neçə
incəsənət layihəsi həyata
keçirirlər. Onlar sinifdə
yoldaşlarına yardım etməyi və
onlardan yardım almağı
öyrənirlər.
Kağız, boyalar,
yapışqan, jurnallar və
sair
Dərsin məqsədləri
Uşaq və insan hüquqları çox vaxt mürəkkəb siyasi, sosial və şəxsi problemlərlə bağlı
olur.
Bu layihə uşaq və insan hüquqları kontekstində çox tez-tez istinad edilən bir ənənəni
davam etdirir. Rəssamlara müəyyən bir maddənin məzmununu, yaxud onun bir hissəsini rəsm
əsəri şəklində təsvir etmək tapşırılır. Bu yolla çoxlu gözəl kartlar, təqvimlər, kitablar və hətta
filmlər ərsəyə gəlir.
4-cü sinifdə artıq xəzinə qutusu layihəsi üzərində işləmiş şagirdlər üçün bu layihə uşaq
hüquqlarını daha dərindən öyrənmək imkanı verir. Fikrimizcə, bu yerdə şagirdlərin artıq
müəyyən məlumata malik olduqları mövzuya təkrarən baş vurmaları, lakin həmin mövzuya bu
dəfə başqa prizmadan, yəni yaradıcı və hərtərəfli yanaşmaları çox vacibdir.