Uşaq Kitabxanası



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə12/13
tarix28.06.2018
ölçüsü1,06 Mb.
#51990
1   ...   5   6   7   8   9   10   11   12   13

36 

 

 



I  aparıcı:  “Əkinçi”  nin  məram  və  məqsədləri  qəzetdə  bu  cür 

təqdim olunurdu: 

“Əkinçi”–tərbiyəçi  olub  xalqın  xoşbəxtliyi  haqqında  düşünür, 

xalqın maariflənməsinə çalışır; 

“Əkinçi"–bələdçi  olub  dünyəvi  elmlərin  öyrənilməsinə  və 

insanları işığa, yaxşılığa səsləyir; 

“Əkinçi”-bir  ayna  kimi  bütün  əyrilikləri  göstərir,  təmizliyin, 

səadətin, xoşbəxtliyin yoluna işıq tutur; 

“Əkinçi”-bir  həkim  kimi  insanları  acı  dərmanlarla  nadanlıq 

xəstəliyindən  müalicə  edir  ki,  bizdən  sonra  gələnlər  nadanlıq 

mərəzinə tutulmasınlar… 

      Bəli,  “Əkinçi”  qəzeti  fəaliyyət  göstərdiyi  (1875-1877) 

illərdə  özünün  müqəddəs  amalına-xalqın  maariflənməsinə 

ləyaqətlə  xidmət  etdi.  O,  tezliklə  xalq  maarifi  və 

mədəniyyətinin,  ana  dili  məktəblərinin  böyük  çarçısı  oldu. 

Lakin  bu  sevincli  günlər  uzun  sürmədi.  Bu  işdə  də  erməni 

xəyanəti  öz  işini  gördü.  “Əkinçi”  nin  mürəttibi  Minasovun 

donosları nəticəsində “Əkinçi” qapandı. “Əkinçi” bağlansa da, 

onun  əkdiyi  maarif,  elm  və  mədəniyyət  toxumları  tezliklə  öz 

bəhrələrini verdi: yeni-yeni məktəblər açıldı, qəzetlər yarandı… 

“Əkinçi”  nin  davamçısı  türk  dilində  ikinci  qəzet  olan 

“Tərcüman”  (1883-1919)  Həsən  bəyin  dostu  böyük  türkçü 

İsmayıl  bəy  Qaspıralının  redaktorluğu  ilə  nəşrə  başladı.  Bu 

qəzetin nəşrini Həsən bəy türkçülüyün bayramı kimi qarşıladı... 

 

II aparıcı: Həsən bəyin qara  günləri başlandı. Düşmənləri onu 

təqib etməyə başladılar. Günlərin birində Həsən bəyə məlumat 

verildi  ki,  sərdarın  əmri  ilə  Yekaterinodara  (Stavropola) 

gimnaziyaya  müəllim  göndərilirsiniz.  Lakin  H.Zərdabi  “Mən 

Bakıdan  çıxıb  müsəlman  işlərindən  kənar  olmağı  özüm  üçün 



37 

 

ölüm  hesab  edirəm”,-deyərək  ərizə  verib  müəllimlikdən  istefa 



verdi…  (Çox  qəribədir.  Tarxin  ironiyasına  baxın.  Stavropola 

getməkdən  imtina  edən  Həsən  bəyin  oğlu  Midhət  bəy 

Məlikovun  ailəsi  keçən  əsrin  30-cu  illərində  “qırmızı  terrora” 

məruz qaldı.  Özü güllələndi.  Ailə  üzvləri-həyat  yoldaşı  Lidiya 

xanım  və  qızı  Fatma  Məlikova  Stavropola  köçüb  orada 

məskunlaşmaq  zorunda  qalmışdılar.  Həsən  bəyin  kötücəsi 

Hacağa Stavropolda tibb təhsili almışdı...) 

I  aparıcı:  Bir  müddət  işsiz  qalan  Həsən  bəy  1880-ci  ildən 

doğulduğu Zərdab kəndində 16 illik sürgün həyatı yaşamalı olur. 

Böyük  ömrün  bu  illəri  də  doğma  xalqa  xidmətdə  keçir. 

Mühafizəkarların  fitnə-fəsadlarına,  acı  tənələrinə  mərdliklə 

dözən Həsən bəy burada da maarifçilik əməllərini davam etdirir, 

müxtəlif  qəzetlərə  məqalələr  yazıb  göndərir,  “Dildə,  fikirdə, 

əməldə  birlik”  ideyasını,  təhsildə  yenilikçiliyi  təbliğ  edən 

İsmayıl  bəy  Qaspıralının  “Tərcüman”  qəzetindəki  fikirlərin 

əhali  arasında  yayılmasını  təşkil  edir.  Lakin  düşmənləri  onu 

“şapkalı urus”, “sünni Həsən bəy” adlandırıb nüfuzdan salmaq 

istəyirdilər… Yeri gəlmişkən deməliyik ki, Həsən bəy hökumət 

idarələrində  uzunmüddətli  xidmətinə  görə  “Müqəddəs  Anna” 

qızıl medalı ilə təltif olunmuşdu. Lakin onu heç zaman yaxasına 

taxmamışdı. Hətta Qafqazın sərdarı Bakıya gələndə xaç şəkilli 

medalı  döşünə  taxmamaq  üçün  özünü  xəstəliyə  vurmuşdu… 

Bəli,  Həsən  bəy  rus  təhsilli  olsa  da,  milli  ruhlu,  vətənpərvər 

ziyalı idi, əsil müsəlman təəssübkeşi idi… 

II  aparıcı:  Uzun  ayrılıqdan  sonra  Həsən  bəy  1896-cı  ildə 

uşaqlarının  təhsilini  davam  etdirmələri  səbəbindən  Bakıya 

köçür. Əvvəl “Kaspi” qəzetində işləməyə başlayır. Çox keçmir 

ki,  Bakı  şəhər  Dumasına  qlasnı  (deputat)  seçilir,  maarif 

komissiyasının üzvü olur. O, hər zaman Dumanın  iclaslarında 



38 

 

şəhərin  uzaq  məhəllələrində  məktəb  və  xəstəxana  açılması 



məsələsini qaldırır, çox hallarda onun müsbət həllinə nail olurdı. 

Təsadüfi  deyil  ki,  onun  deputatlıq  vaxtında  “Rus-tatar 

(Azərbaycan)” məktəblərinin sayı üçdən on altıya yüksəlmişdi. 

Həsən  bəy  həmin  məktəblərdə  ana  dili  tədrisinin  həcmini 

artırmaq  uğrunda  daim  mübarizə  aparırdı.  Bakıdakı  xeyriyyə 

cəmiyyətlərinin işində yaxından iştirak edirdi. XIX əsrin sonu-

XX  əsrin  əvvəllərində  Bakıda  milli  ziyalıların  bir  araya 

gəlməsində,  vahid  milli  Azərbaycan  ideyası  ətrafında 

birləşməsində H.Zərdabinin müstəsna rolu olmuşdu. 

I  aparıcı:  Bu  dövrdə  onun  qadın  təhsili  ilə  bağlı  ideyalarının 

gerçəkləşməsi istiqamətində mühüm hadisələr baş verdi. Böyük 

mesenat  Hacı  Zeynalabdin  Tağıyevin  maliyyə  dəstəyi  və 

H.Zərdabinin  yaxından  məsləhəti  ilə  1901-ci  ildə  Bakıda 

Aleksandra  Fyodorovna  adına  rus-müsəlman  Qadın  Məktəbi 

(Tağıyev  Qız  Məktəbi)  açıldı.  Bununla  böyük  maarifçi 

H.Zərdabinin  uğrunda  illərlə  mübarizə  apardığı  azərbaycanlı 

qızlar  üçün  təhsil  müəssisəsi  yaratmaq  ideyası  reallaşdı.  Bu 

məktəbin  açılmasında  müstəsna  rol  oynamış  H.Zərdabi  həmin 

məktəbin  nizamnaməsini  də  özü  yazmış,  məktəbin  qəyyumlar 

şurasının  üzvü  seçilmişdi.  Məktəbin  ilk  müdiri  Həsən  bəyin 

ömür-gün  yoldaşı  və  silahdaşı  Hənifə  xanım  Məlikova  -

Abayeva təyin edilmişdi… 

II  aparıcı:  H.Zərdabinin  təşəbbüsü  ilə  Bakıda  müəllimlərin  II 

qurultayı  çağırılmış,  1906-cı  ildə  keçirilən  I  qurultay  onun 

sədrliyi  ilə  baş  tutmuş,  ciddi  qərarlar  qəbul  edilmişdi.  II 

qurultayda  Həsən  bəy  xəstə  olduğu  üçün  iclaslarda  iştirak 

etməsə  də,  qurultaya  təbrik  göndərməyi  unutmamışdı...  Həsən 

bəy  xəstə  olduğu  dövrlərdə  də  xalqın  maarif  və  mədəniyyəti 

naminə  məsləhətlərini  əsirgəməmişdi.  Fərhad  Ağazadənin 



Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə