27
Diqqəti cəlb edən cəhətlərdən biri qəzetin səhifələrində
şöbələrin yerinin sabit və ardıcıl olması idi. “Əkinçi” nin nəşri
boyu şöbələr aşağıdakı ardıcıllıqla verilmişdir:
1.
Daxiliyyə.
2.
Əkin və ziraət xəbərləri (sonralar “Əfali-əhli-dəhat”).
3.
Məktub.
4.
Elm xəbərləri.
5.
Təzə xəbərlər.
Göylərdə anadil uçar.
(Həsən bəy Zərdabinin və “Əkinci” nin ruhuna)
Əsrin o tayında qalıb “Əkinci”,
Əkdiyi toxumlar yanmayıb hələ...
Zəmini dərzləyən halal biçinçi,
Kişinin haqqını danmıyıb hələ.
Sözün
sinəsinə dağ çəkən qələm,
Sözün səngərinə Tanrı dayaqdır.
Sözün bostanına turp əkən qələm,
Bil ki, Həsən bəyin yurdu oyaqdır.
Qələmlər rəngbərəng, qələmlər çin-çin
Dəm tutan, züytutan, əl çalanı var.
İnsanlar cürbəcür, xasiyyət min-min
Enəni, qalxanı, alçalanı var...
Qələmlə Tanrının arasındakı
Göylər bağçasında anadil ötər.
Piyada qələmlər sırasındakı
Neçə naxələfi bircə söz tutar.
Əli Rza Xələfli
28
Oxucuların sevərək və xüsusi fəallıqla iştirak etdiyi
tədbirlərdən biri də kitabxanaçının oxucular arasında keçirdiyi
“Doğru sözün ulu qayəsi” adlı Həsən bəy Zərdabinin həyat və
yaradıcılığının təhlilidir. Kitabxanaçı ilk öncə kitabsevərləri
salamlayaraq Həsən bəy Zərdabinin həyat və yaradıcılığı
haqqında önəmli məlumat verməyə başlayır.
I Ktabxanaçı: Həsən bəy Məlikov hər zaman elmə, təhsilə
xüsusi bağlılığı ilə hər zaman fərqlənmişdir. Bu məhəbbət ona
göstərilən ətraf təzyiqlərə baxmayaraq, təhsilini davam
etdirməkdə müsbət təsir göstərmişdir. Onun elmi əsərləri
sırasında təbiətlə, təbiətşünaslıqla bağlı təbiət və harmoniyasını
təcəssüm etdirən “Torpaq, su və hava”, “Qan nə dövr bədəndə
dövr edir?”, “İnsanın bədəninin hissələri”, “Xörək yemək, su
içmək” və b. əsərləri öz zamanına görə təbiətşünaslıq elminə
görə, xüsusilə Azərbaycan təbiətşünaslığına mühüm töhfə
olmuşdur. Ona görə də Azərbaycan alimləri, tədqiqatçıları
Heydər Hüseynov, Ziyəddin Göyüşov, Mirəli Axundov,
Məhəmmədəmin
Əfəndiyev,
İzzət
Rüstəmov
onun
yaradıcılığını monoqrafiyalar səviyyəsində tədqiq etmişlər.
Azərbaycanın məşhur simaları Mirzə İbrahimov, Feyzulla
Qasımzadə, Kamal Talıbzadə, Abbas Zamanov tərəfindən
Zərdabinin həyat və yaradıcılığına qiymətli əsərlər həsr
olunmuş, o, həm görkəmli tədqiqatçı alim, həm də maarifpərvər
xadim kimi tədqiq edilmişdir. Tədqiqatlardan öyrənirik ki,
“Əkinçi” qəzetinin dövriyəyə buraxıldığı ideyalar milləti oyadır,
çalxalayır, qütübləşmədə elmi üstünlüklərinə rəvac verirdi.
Həsən bəyin “Torpaq, su və hava” əsəri bu cəhətdən mühüm
təsir bağışlayır. Xalqı cəhalətdən qoparmaq, onu təbiətşünaslıq
elminin ixtiyarına vermək çox müşkül məsələ idi. Həsən bəy
belə bir zamanda 1905-ci ildə “Həyat” qəzetində “Torpaq, su və
hava” əsərini, digər elmi-təbiətşünaslıq məqalələrini çap etdirdi.
29
O, torpağın, Yer kürəsinin yaranmasının təbii şəraitlə bağlı elmi,
təkamül nəzəriyyəsindən yararlanaraq, Yerin, cansızların,
canlıların yaranmasının elmi-tarixi izahını verir, təkamül amilini
önə çəkərkən həm dünya, həm rus elminin nailiyyətlərindən
bəhrələnirdi. Bununla yanaşı, Həsən bəy təbiət elminin böyük
alimlərinin əsərlərindən irəli gələn nəticələri və özünün elmi
baxışlarını sadə və məntiqi dillə inandırıcı şəkildə oxuculara
çatdırırdı. Suyun əmələ gəlməsi, qitələrin, torpağın yaranması,
dəryalar, cəzirələr (adalar) haqqında müfəssəl məlumat verirdi.
Dalğaların əmələ gəlməsi, zəlzələlər və vulkanlar, uçqunlar və
daşqınlar haqqında maraqlı araşdırmalar aparırdı. Təbətşünas
alim Həsən bəy Zərdabi “Zaqafqaziya çöllərində meşə
salınması” məqaləsində yaşıllığın artmasının iqlimə, havaya
müsbət təsirini əsaslandırır və qeyd edirdi ki, Yerin iqliminin
dəyişməsi müxtəlif səbəblərdən asılıdır, burada mühüm rolu
bitki örtüyü oynayır. Həsən bəy sanki iki yüz il bundan əvvəl
ekologiyamızda bugünkü vəziyyəti görür, insanların təbiətdən
harmonik
və
ölçü-biçili
istifadəsinin
istiqamətlərini
müəyyənləşdirirdi.
Həsən bəyin bu və digər təbiət hadisələri ilə
bağlı narahatlığını təbiətin böyük dostu fədakar alim, akademik
Həsən Əliyev qələmi və əməli ilə bölüşmüşdür. İki böyük
mütəfəkkir, iki yorulmaz alim, iki Həsən-biri keçən əsrin
əvvəlində, digəri sonunda-təbiətimizin, ekalogiyamızın mübariz
qoruyucuları və tədqiqatçıları olmuşdur. “Əkinçi” dən başlayan
“Ziya”, “Kəşkül”, “Həyat”, “Kaspi”, “Novoye obozreniya”,
“Dəbistan”, “Məktəb”, kimi qəzet, və jurnallar vasitəsilə
mübarizə aparan bu dahi insanın ruhu Azərbaycan təbiətinin
canlanması, qorunması, zənginləşməsi ilə rahatlıq tapacaq.