18
III iştirakçı: Həsən bəy Zərdabi alovlu bir maarifpərvər kimi
Azərbaycan dilinə xor baxanlara, “mənim müsəlman savadım
yoxdur” - deyə sadə xalq danışıq dilini məsxərəyə qoyanlara
qarşı öz qınından çıxıb, qınını bəyənməyən ibarəbazlar əleyhinə
ciddi mübarizə aparırdı. Doğma ana dilinə dərin məhəbbət
bəsləyən və onun təmizliyini qoruyub müdafiə edən H. Zərdabi
xalqın başa düşəcəyi bir dildə, sadə ana dilində yazırdı.
Beləliklə, “Əkinçi” qaldırdığı bütün məsələlərə, o cümlədən
xalq maarifi məsələlərinə geniş zəhmətkeş kütlələrin mənafeyi
baxımından yanaşmışdır. “Əkinçi” mövhumat və fanatizm
hökmranlığı üzərində şimşək kimi parladı, amma tez söndü.
Lakin qəzetin səpdiyi maarif toxumları sonralar, XX əsrinin
əvvəllərindən sürətlə çücərib boy atdı.
“Əkinçi” nin xələfləri
qəzetin xalq maarifi və s. sahələrindəki ənənələri öz
mübarizələrində davam və inkişaf etdirdilər.
Həsən bəy Zərdabi
xalq sənəti, xalq yaradıcılığı, onun bədii, estetik, məfkurəvi
əhəmiyyəti haqqında çox qiymətli fikirlər söyləmişdir. Müəyyən
bir sistem təşkil edən bu fikirlərin azəri folklorşünaslığı elminin
tarixində mühüm yeri və mövqeyi vardır.
IV
iştirakçı: Həsən bəy Zərdabi bizim üçün kimdir?.. XIX əsrin
böyük azərbaycanlısı. “Əkinçi” qəzetinin adı təsadüfi
seçilməmişdi. Bu adın yalnız qəzetin aqrar istiqamətini
müəyyənləşdirdiyini düşünmək sadəlövhlük olardı.
“Əkinçi”
sözünün altında böyük rəmzi məna, geniş və əhatəli fəaliyyət
proqramı gizlənirdi. Təkçə Azərbaycan kəndlisini daha yaxşı,
daha səmərəli işləməyə öyrətmək yox, həm də onun ürəyinə,
şüuruna maarif toxumu səpmək lazım idi. Təkcə “süddən yağ
qayırmağı” öyrətmək yox, həm də bir millət kimi birləşə bilmək
təcrübəsini aşılamaq lazım idi. Bir sözlə, maarif, mədəniyyət
əkinçisi üçün ən böyük meydan şüurunu fanatizm, cəhalət və
laqeyidliyin alaq otları basmış geniş kütlə idi. Zərdabi özü
Azərbaycan mədəniyyəti tarixində belə bir Əkinçi oldu. Onun
19
1875-ci ildən başlayaraq səpdiyi maarif toxumları çüçərərək
“Kəşkül” ü və “Şərqi-rus” u yaratdı, qanlı-qadalı 1905-ci ildə
xalq üçün “Həyat” a və “İrşad”a çevrildi. “Molla Nəsrəddin” i
ərsəyə gətirdi. “Füyuzat” oldu. Böyük əkinçi-Zərdabi hələ öz
sağlığında yorulmaz fəaliyyətinin ilk bəhrələrini gördü. Onun
fikirlərinin davamçısı olan azyaşlı, lakin cəsur, iradəli
maarifpərvərlər ordusunun bir zamanlar təkbaşına başladığı işi
necə əzəmətlə davam etdirdiyinin şahidi oldu. Həsən bəy
Zərdabi bütün həyatı və əməlləri ilə sübut etdi ki, tək əldən də
səs çıxar, təki bu əl xalqa doğru uzanmış olsun!
Həsən bəy Zərdabinin 180-illik yubieyi ilə bağlı keçirilən
tədbirlərdən biri də Əməkdar jurnalist Tahir Aydınoğlunun
tərtib etdiyi “Həsən bəy Zərdabi xatirələrdə” adlı kitabının
təhlilidir. Kitabda Azərbaycan milli teatrının və mətbuatının
banisi, görkəmli jurnalist, xeyriyyəçi, içtimai xadim Həsən bəy
Zərdabinin yaradıcılığından bioqrafik səpkili nümunələr, onun
doğmalarının-həyat yoldaşı Hənifə xanım Abayeva-Məlikova ,
kürəkəni Əlimərdanbəy Topçubaşovun xatirələri və tanınmış
zərdabişünasların məqalələri toplanmışdır.
Böyük şəxsiyyət
Həsən bəy Zərdabnin yubileyi ilə əlaqədar
“Zərdabi irsinin şah əsəri “Əkinçi”” adlı sual-cavab təşkil
edilə bilər. Sual-cavab kitabxanaçı tərəfindən kitabxanada təşkil
edilir. Kitabxanaçı böyük insan, vətənpərvər şəxsiyyət Zərdabi
haqqında bir sıra əsaslı məlumatlar verir:
Əziz uşaqlar, Bakıda İçərişəhərdə-Azərbaycan Milli
Ensiklopediyası Baş Redaksiyasının binası qarşısında
H.Zərdabinin əzəmətli heykəli qoyulub. Soruşa bilərsiniz, nə
üçün heykəl məhz bu binanın qarşısında ucaldılmışdır. Çünki
Zərdabi tariximizə milli mətbuatımızın banisi kimi daxil
olmuşdur. Həsən bəy Zərdabi 1837-ci ildə maarifpərvər bir
ailədə doğulmuşdur. İlk təhsilini mollaxanada alsa da, dini təlim
üsulu onun ürəyinə yatmırdı. O, sonralar Şamaxı şəhər
20
məktəbində oxudu. Məktəbi bitirdikdən sonra isə Moskva
Universitetinin fizika-riyaziyyat fakültəsinin təbiətşünaslıq
şöbəsinə imtahansız daxil olundu. O, təhsilini başa vurduqdan
sonra Azərbaycana qayıtmış, xalqının milli mədəniyyətinin
inkişafı yolunda çalışmışdır. 1869-cu ildə Bakı realnı
gimnaziyasında təbiyyat tarixindən dərs deyən Zərdabi
mütərəqqi fikirlərinə görə dəfələrlə təqib edildiyindən
müəllimlikdən əl çəkib, xalqı üçün geniş mədəni tədbirlər həyata
keçirmək uğrunda fəaliyyətə başlamışdır. Zərdabi Azərbaycan
peşəkar teatrının yaradıcılarından biri olub. Azərbaycanda
demokratik mətbuatın təşəkkülündə Zərdabinin böyük xidməti
olmuşdur. Onun redaktorluğu ilə ana dilində nəşr olunan
“Əkinçi” qəzeti (1875-1877) xalqın maariflənməsi yolunda
böyük iş görmüşdür. Milli mətbuatımızın ilk nümunəsi olan bu
qəzet demokratik ideyaları yaymaq uğrunda mübarizə
aparmaqla yanaşı, təhsilin faydasından danışır, təkidlə gəncləri
məktəbə çağırırdı. O, nümunəvi dərs kitablarının olmasını yaxşı
təhsilin ilk şərtlərindən sayırdı. Köhnə məktəblərdəki təlim-
tərbiyə üsullarını kəskin tənqid edirdi. “Əkinçi” qəzetinin
səhifələrində uşaqların qidalanması, geyimi, gigiyenası və s.
məsələlərə aid yazılar da çap olunurdu. Zərdabi zəhmətkeş
kütlələrin xoşbəxtlik və tərəqqisini elmdə görmüş, elmin,
təhsilin həyatla əlaqəsinə böyük əhəmiyyət vermişdir. O, geniş
içtimai fəailiyyət göstərmiş, N.Nərimanov və b. ilə birlikdə
1906-cı ildə Azərbaycan müəllimlərinin Bakıda keçirilmiş I
qurultayının işində yaxından iştirak etmişdir. Xalqın səadəti,
maariflənməsi yolunda çalışıb mübarizə aparanlar heç vaxt
unudulmur. Zərdabi belə bir mübarizlərdən idi.
Dostları ilə paylaş: |