60
Uşaqlar yanıltmacları söyləyib, alqışlar altında səhnədən
ayrılırlar.
II Aparıcı: Bəli, Elçin Əfəndiyev canlı, biçimli və köksəyatımlı
obrazlar yaradır. Onun əsərlərində surətlər həyatın axarından
çıxmır, öz daxili məntiqləri ilə hərəkət edir, cizgilərinin bolluğu
ilə fərqlənirlər. Eyni zamanda, yazıçı hekayələrində rəmz və
Ģərtilikdən, öz-özü ilə söhbət və daxili dialoqlardan tutarlı məcaz,
əfsanə və nağıl ünsürlərindən sıx-sıx istifadə edir. Bunlar da
əsərlərə bədii məziyyət və hərarət gətirir, təsiri dilin Ģirinlik və
oynaqlığını artırır. Öz əsərlərində uĢaqların həyatını qələmə alan
bir yazıçı, heç Ģübhəsiz, onların özü üçün yazmaya bilməzdi.
Yazıçının uĢaqlar üçün yazdığı hekayələrində romantika, iĢıq,
həyat nəfəsi, sadə, böyük bir dünya öz əksini tapır. Səlim, Günay,
Humay və baĢqa uĢaqların həyatı, onların iĢıqlı və maraqlı aləmi,
dünyaya baxıĢları, təsəvvürləri, xəyalları, bütün bunlarla sıx bağlı
olan əhvalatlar, hadisələr Elçin Əfəndiyevin hekayələrində geniĢ,
hərtərəfli verilmiĢdir. Ən ümdəsi Elçin Əfəndiyev uĢaqları həyata
qarıĢmağa, həyatla sıx təmasda görməyə çağırır. Məsələn,
―Humayın yuxusu‖ hekayəsi balaca Humayın bir günlük iĢıqlı,
mənalı həyatı haqqında aydın təsəvvür oyadır. Bu anda Elçin
Əfəndiyevin UĢaq hekayələri yada düĢür. ―Səlimin hekayələri‖,
―Mənə niyə gülürlər?‖, ―Gör necə top vuraram...‖, ―Mən hər Ģeyi
bilirəm‖, ―Aysunun, Humayın, Günayın, Yalçının və Nigarın
nağılları‖, ―Humayın yuxusu‖ və s.
Hörmətli tədbir iştirakçıları, söhbət Elçin Əfəndiyevin “Uşaq
hekayələri”ndən düşmüşkən, gəlin balaca oxucularımızın ifasında
“Humayın yuxusu”səhnəciyinə tamaşa edək. Səhnə hekayəyə
uyğun dekorasiyalarla bəzədilir. Səhnəyə Humayı, onun topunu,
61
siçanını, pişiyini, zürafəsini, yaşıl karandaşını, milisioner rolunu
ifa edən balaca oxucular çıxırlar.
Aparıcı:Humay yaxĢı qızdır.O, valideynlərinin ona aldığı qırmızı
topunu çox sevir. Ancaq hərdən köhnə oyuncaqları ilə yaxĢı rəftar
etmir. YaĢıl karandaĢını ağzına salıb çeynəyir, çıqqılı siçanı ilə
oynamır,onu evin bir küncünə tullayır, parçadan düzəlmiĢ bığlı
piĢiyinin bığlarını dartır, Uzunboy zürafənin Ģəklini cırır. Bir gün
Humay yatıb yuxuda nə görsə yaxĢıdır? Oyuncaqların ondan
inciyib, küsüb getdiklərini. Gəlin tamaĢa edək!
Aparıcı:Humayın topu evdən çıxdı, pilləkənləri aĢağı düĢdü,
küçəyə çıxdı, hoppana-hoppana getməyə baĢladı. Onun qarĢısına
Çıqqılı siçan çıxdı.
Çıqqılı siçan: Ay Humayın topu , hara gedirsən belə?
Humayın Topu:Gedirəm Humayın dostlarını yığam aparam
Humayın yanına. Humay onlarla oynasın, onları incitməsin.
Çıqqılı siçan:
Humay yaxĢı qızdı. O, məni bığlı piĢiklə
barıĢdırmıĢdı.Ġnanıram ki, o, məni daha incitməyəcək. Məni də
apar Humayın yanına.
Aparıcı:Humayın topu düĢdü qabağa, Çıqqılı siçan da onun
dalınca. Qabaqlarına bığlı piĢik çıxdı.
Bığlı pişik: Məni də apar Humayın yanına. Humay söz
verib ki, bir də heç vaxt mənim bığlarımı dartmayacaq.
Aparıcı:PiĢik də onlara qoĢuldu. Birlikdə gedirdilər, qarĢılarına
Uzunboy zürafə çıxdı.
Uzunboy zürafə:Məni də apar Humayın yanına. Humay söz verib
ki, bir də heç vaxt mənim Ģəklimi cırmayacaq. Məni
incitməyəcək, mənimlə oynayacaq.
Aparıcı:Zürafə də onlara qoĢuldu. QarĢılarına YaĢıl karandaĢ
çıxdı.
62
Yaşıl karandaş:Ay Humayın topu məni də Humayın yanına apar.
Humay söz verib ki, bir də heç vaxt məni ağzına salıb
diĢləməyəcək.Mənimlə qəĢəng yarpaq Ģəkilləri çəkəcək.
Aparıcı:Oyuncaqlar birlikdə Humaygilə yollandılar. QarĢılarına
Polis əmi çıxır.
Polis əmi:Belə cərgəyə düzülüb hara gedirsiniz.
Humayın topu: Polis əmi, biz Humayın oyuncaqlarıyıq. O
daha bizimlə yaxĢı rəftar edəcək. Onun yanına gedirik.
Polis əmi: Düzdür. Humay mənə də söz verib ki, bir də heç vaxt
ağlamayacaq, bundan sonra həmiĢə anasının sözünə baxacaq,
yeməyini yeyəcək, böyük bacısı Günayla dalaĢmayacaq,
oyuncaqlarını incitməyəcək. Məni də apar onun yanına, ay
humayın topu!...
Aparıcı:Humay yuxudan oyandı. BaĢa düĢdü ki, gördükləri yuxu
imiĢ.Tez oyuncaqlarının yanına qaçdı. Onları qucaqladı.
Pəncərədən baxıb, yolda duran Milisioner əmiyə salam verdi.
Humay:Mən daha oyuncaqlarımı incitməyəcəyəm. Onları
sevəcəyəm. Polis əminin dediyi kimi ağıllı qız olacağam.
Səhnəcik sona çatır. Balaca ifaçılar tədbir iştirakçıları ilə
sağollaşıb, səhnədən ayrılırlar.
I Aparıcı:Ġnanırıq ki, istedadlı yazıçı bizim balaca oxucularımızı
bundan sonra da gözəl-gözəl əsərlərilə sevindirəcək. Elçin
Əfəndiyevin əsərlərininn əksəriyyəti ekranlaĢdırılıb: ―Mən sizin
dayınızam‖, ―Ah,Paris!.. Paris!..‖, ―Mənim sevimli dəlim‖,
―Mahmud və Məryəm‖, ―Mənim ərim dəlidir‖, ―Ölüm hökmü‖,
―ġuĢa dağlarını duman bürüyüb‖, ―Poçt Ģöbəsində xəyal‖, ―Ağ
dəvə‖, ―Qatil‖, ―Ulduz, məhəbbət və Ģampan Ģərabı‖, ―Arılar
arasında‖ və s. Elçin müəllimin bədii üslubu – əslində, üslublar
sintezidir. Standart üslub ixtisaslaĢması Elçin yaradıcılığına
yaddır. Bu yaradıcılıq üslub baxımından dinamikdir. Müəllif epik
63
təsvirdə də, lirik təsvirdə də, romantik təsvirdə də özünü sərbəst,
azad hiss edir. Elçin Əfəndiyevin yaradıcılığına xas olan bu cəhət
Azərbaycan nəsrinin poetikasına xüsusi bir zənginlik gətirir. Elçin
Əfəndiyevin yaradıcılığı üçün xas olan bir əhəmiyyətli cəhətdə
odur ki, Elçin üçün məhdudluq, coğrafi ərazi məhdudluğu yoxdur.
1976-cı ildə böyük ədəbiyyatĢünas alim, akademik Məmməd
Cəfər Cəfərov yazırdı: ―Elçində bədii idrak duyğusu güclü və
cəlbedicidir. Müxtəlif əhvali-ruhiyyəli, müxtəlif fərdi həyat yolları
keçən adamların mənəvi aləminə eyni zamanda dərindən nüfuz
etmək qabiliyyəti onun yazıçılıq istedadının ən qüvvətli cəhətidir.
Onun müxtəlif sənət sahibləri olan obrazları nəinki mənəvi-əxlaqi
keyfiyyətləri, arzuları, əməlləri, həm də peĢələrinə və yaĢlarına
görə də qocası qoca, cavanı cavan, uĢağı uĢaq kimi inandırıcıdır,
realdır.‖
II Aparıcı:Görkəmli rus tənqidçisi Lev Anninski yazır: ―Elçin...
kədərli bir sehrkardır, bərq vuran, qızılı, gümüĢü rənglərə üstünlük
verən impressionistdir...‖ Doğrudan da, Elçin mücərrəd obrazlar
yaratmaq
qabiliyyətinə
malik bir yazıçıdır. Yazıçının
―Bayraqdar‖ povestini oxuyarkən insan düĢünür: nəhayət ki,
Azərbaycan nəsrində qaçqınlarımızın böyük faciəsinin miqyası
müqabilində layiqli əsər meydana çıxdı. Ermənistanın Qarabağ
iddiası, ölkəmizə təcavüzü, tökülən qanlar, zəhərlənmiĢ talelər o
qədər böyük milli yaramızdır ki, bu yara yalnız yüksək bədii-
estetik səviyyədə öz təcəssümünü tapmalıdır. ―Bayraqdar‖
povestində və ―Qarabağ Ģikəstəsi‖ hekayəsində olduğu kimi. Elçin
Əfəndiyevin bunlarla yanaĢı,―Bayraqdar‖ əsəri sanki ustalıqla
toxunmuĢ bir əsərdir. Burada heç bir ipin ucu boĢ buraxılmır.
Bütün iplər öz funksiyasını yerinə yetirərək sənətkarlıqla
düyünlənir. Tam mənzərə yaranır. Estetik bütövlük əldə olunur.
―Bayraqdar‖ povesti həmin böyük faciənin yığcam bədii
64
panoramını yaradan, eyni zamanda, ən dərin qatlarını üzə çıxaran
sənət əsəridir. Bu əsər öz müəllifinə müasir dövrdə - XXI əsrin
əvvəllərində də ədəbi bayraqdarlıq ucalığı gətirmiĢdir.
I Aparıcı:Bildiyimiz kimi Elçin Əfəndiyev yaradıcılığı
boyu bir sıra povestlər, kinopovestlər yaratmıĢdır.
Bunlardan ―Bir görüĢün tarixçəsi‖, ―Toyuğun diri qalması‖,
―Dolça‖, ―Bayraqdar‖, kinopovestlərdən ―Ox kimi bıçaq‖,‖Aman
ovçu, vurma məni...‖, ―Hökmdarın taleyi‖ və s. misal göstərmək
olar. Yaradıcılığı çoxcəhətli bədii tapıntı, orijinal rəng və boyalar
üzərindən keçən Elçin Əfəndiyev, bir qayda olaraq, əsərlərinin
məzmunu müasir həyatdan, gəncliyi düĢündürən, narahat edən,
bizim günlər üçün səciyyəvi və tipik görünən problemlərdən alır.
Çünki yazıçı müasir həyatla yaĢayır, onun axar və istiqamətini
dərindən duyur, zəhmət adamlarının arzusunu, duyğu və
düĢüncəsini ifadə edir, gah əxlaqi-mənəvi təmizlikdən, fədakarlıq
və qayğıkeĢlikdən, gah da xalqa, ucsuz-bucaqsız Vətənimizə
məhəbbətdən yazır. Elçin Əfəndiyev gənclərin narahat və yaradıcı
axtarıĢlarından, onların romantik xəyal, arzu və düĢüncələrindən,
məiĢətdən, ailə həyatından yazanda Ģirin söyləmə üsulu seçir,
mənalı yumor lirizmə qarıĢır, surətin mündəricəsini sətiraltı
qənaətlər tamamlayır. Bəli, Elçin Əfəndiyev həyatı, bədii obrazı
dərindən düĢünür. Ġnsanı özünəməxsusluğu, daxili ziddiyyətləri ilə
təsvir edir.
II Aparıcı: Bəli, Elçin hər əsərində Elçindir, hər əsərində
sənətkardır, əsərlərinin hər birində mükəmməl söz ustasıdır, gözəl,
aydın və məhz özünün olan üslub sahibidir. Elçin Əfəndiyevin
belə bir fikri var: Bədii söz aysberqə oxĢamalıdır. Görünməyən
hissəsi görünən hissəsindən çox olmalıdır. Elçinin ―Ədəbi
düĢüncələr‖i bədii aysberqlərin görünməyən hissəsini duymağın
yollarını öyrədir. Elçin Əfəndiyevin ―Ədəbi düĢüncələr‖ini
65
fərqləndirən bir amil də odur ki, bunlar yazılarkən, heç bir
sistemə, zaman, janr, məktəb ardıcıllığına riayət olunmayıb. Elçin
Əfəndiyevin AbĢeron mövzuları ədəbiyyatımızın Ģedevrlərindən
sayılır. Bəli, yazıçı hər mövzuya görə dilini xüsusi kökləyə bilir.
O, filoloji biliyi ilə öz yaradıcılığına da nəzarət edir. Yazıçı öz
əsərləri ilə sübut etdi ki, sənət həyatın mahiyyətinə nüfuz etməli
və bu mahiyyəti üzə çıxarmalıdır. Onun komediyalarını oxucu
ların Ģüurunda güclü partlayıĢ yaradan qumbaraya bənzətmək olar.
Bu komediyalardakı konfliktlər gerçəkliyin mürəkkəb daxili
ziddiyyətlərini yüksək bədiiliklə əks etdirir. Nasir Elçinin xoĢbəxt
taleyi olduğu kimi, dramaturq Elçin Əfəndiyevin də xoĢbəxt teatr
taleyi var.Onun pyeslərini həm oxucular, həm tamaĢaçılar, həm də
sənətçilər sevirlər. Onun dramaturgiyasını xarici ölkələrdə
tanıyırlar, sevirlər, oynayırlar... Bəli, yazıçı bu gün çağdaĢ
Azərbaycan dramaturgiyasının ən fəal təmsilçisidir. Elçin
Əfəndiyev siyasi quruluĢlarda yazdıqlarının bircə cümləsini, bircə
sözünü də dəyiĢmədən bu gün də könül xoĢluğu ilə çap etdirə
bilən yazıçılardandır. Bu, sənətin mərdanəliyi, sənətkarın
xoĢbəxtliyidir.
II Aparıcı: Elçin Əfəndiyev məhsuldar yazıçıdır. Yazıçı
ədəbiyyatĢünaslığımızı bu gün də məĢğul edən, ayrı-ayrı hallarda
sənətĢünaslıq və estetika elmləri ilə sərhədlənən problemləri iki
aspektdə – həm bədii nəsrin təcrübəsində, həm də onun tənqidində
diqqət və ehtiyatla araĢdırır, müqayisələr aparır, bədii əsərləri və
tənqidi fikirləri, müxtəlif müəlliflərin rəylərini tutuĢdurur, nəticə
çıxarır, yüksək səviyyəli elmi xülasələr əldə edir... Elçin
Əfəndiyev saxtanı həqiqətdən, elmi- nəzəri mülahizəni
doqmatizmdən, ehkamçı və subyektiv fikirlərdən seçməyi bacarır.
Belə hallarda o cəsarətlə tənqid edir, amma
66
ehtiram və təvazökarlıq cızığından da kənara çıxmır. Elçin
Əfəndiyevin əsərləri və ədəbi-ictimai fəaliyyəti Azərbaycanda və
xarici ölkələrdə bir çox mükafatlara layiq görülmüĢdür. Bunlardan
―Humay‖, ―Füzuli‖, ―Qızıl DərviĢ‖, ―Ġlin ən yaxĢı hekayəsi‖,
―YaddaĢ‖, ―Proza N‖, ―R. Rza‖ və s mükafatlar və s. Elçin
Əfəndiyev Azərbaycan xalqının tarixi-mənəvi varlığını, bədii
sözü ədəbiyyat aləmində inadkar inamla qoruyan, əks etdirən
yazıçı və tənqidçilərindən olub, çağdaĢ Azərbaycan ədəbiyyatının
canlı klassiklərindəndir. Son dövrlərdə xalq yazıçısı Elçinin bir
çox beynəlxalq mükafatlara layiq görülməsi onun böyük və geniĢ
ədəbi Ģöhrətə malik olduğuna əyani sübutdur.
Tədbirin sonunda söz kitabxananın rəhbərliyinə verilir:
Müdiriyyət:Bu gün Elçin Əfəndiyevin 73 yaĢı tamam olur. Bizim
ölkədə 20- 80 yaĢ arasında elə bir insan təsəvvür etmək olmaz ki,
Elçin yaradıcılığının çox qismini doyulmaz zövq ala- ala, ruhi bir
qüdrət qazana- qazana oxumasın, onun lirik-psixoloji üslubu,
poeziya ovqatlı, duzlu-məzəli dram əsərlərinə tamaĢa etməsin.
Elçin Əfəndiyevin ad günü yalnız onun özünün, ailəsinin, minlərlə
oxucusunun bayramı deyil, həm də çoxəsrlik ədəbiyyatımızın,
mədəniyyətimizin bayramıdır. Çox hörmətli, görkəmli ədibimizə
əvvəlkilərdən daha güclü yaradıcılıq müvəffəqiyyətləri arzusu ilə
ona uzun ömür, cansağlığı, iĢıqlı təfəkküründən, xalqa nurlu
məhəbbətindən riĢət tapan gumrahlıq, nikbinlik diləyirik. Biz
inanırıq ki, yaradıcılığının ən yetkin dövrünü yaĢayan ədib kimi
siz müasir ədəbi prosesə ciddi təsir edən yeni-yeni əsərlərinizlə
bundan sonra da Azərbaycan oxucusunu sevindirəcək, müstəqillik
dövrü ədəbiyyatımızın zənginləĢməsi iĢinə öz töhfənizi
verəcəksiniz.
67
Tədbirin sonunda iştirakçılara Elçin Əfəndiyevin qələmə aldığı
quruluşçu rejissoru Ramiz Fətullayev və Dövlət Fəthullin olan
“Hökmdarın taleyi”filmi təqdim olunur.
68
İstifadə olunan ədəbiyyat siyahısı:
1.
Əfəndiyev Elçin. SeçilmiĢ əsərləri. 10 cilddə. I cild.- B.:
Çinar-Çap, 2005. - 626 səh.
2.
Əfəndiyev Eçin. SeçilmiĢ əsərləri. 10 cilddə. II cild.- B.:
Çnar-çap, 2005. - 523 səh.
3.
Əfəndiyev Elçin. Bayraqdar. B.: Qapp-Poliqraf
nəĢriyyatı, 2004. - 170 səh.
4.
Əfəndiyev Elçin. Ömrün anları. - B.: Çinar-Çap, 2009. -
656 səh.
5.
Əfəndiyev Elçin. Pyeslər. - B.: ÇaĢıoğlu, 2012. - 944 səh.
6.
Vaqif Yusifli, CavanĢir Yusifli. ―Bu nə sehrdir belə‖
(Elçin haqqında əlli altı söz). - B.: Elm, 1999.- səh. 260
7.
Zahid Xəlil. SeçilmiĢ əsərləri. VI cild.- B.: 2008, səh 256 –
263.
69
Müqəddəs söz-sənət ocağının nurlu varisi
Elçin Əfəndiyev
(metodik vəsait)
Kompyuter yığımı
və dizayn: Ruhiyyə Məmmədli
Ünvan:AZ-1022 Bakı şəh.,S.Vurğun küç.88;
E-mail: childlibbaku@yahoo.com
URL:www.clb.az
F.Köçərli adına Respublika
UĢaq Kitabxanasında
çap olunmuĢdur.
SifariĢ: 26
Çapa imzalanmıĢdır:14.05.2016
Tirajı:100
Pulsuz.
Dostları ilə paylaş: |