Vahid qazi



Yüklə 4,45 Kb.
Pdf görüntüsü
səhifə12/29
tarix16.11.2017
ölçüsü4,45 Kb.
#10500
növüYazı
1   ...   8   9   10   11   12   13   14   15   ...   29

 
53 
hənnəm  oduna”  atmışdı.  Bizə  ömrə  yazılası  bir  ax-
şam bəxş etdiyinin fərqindəydi, çöhrəsi çiçəkləmişdi. 
Bizim  də  üzümüz  Konnektikut  küçəsinin  lampaları 
kimi işıqlanmışdı...  
 
*** 
 
Həsən  Seyidbəyli  küçəsi,  18  ünvanındakı  “İbrus” 
teatrına  çatdım.  Bayırda  teatrın  iki  əməkdaşı  siqaret 
çəkirdi. Məni qəribə nəzərlərlə süzən daha yaşlısı filmi 
göstərməyəcəklərini dedi: “Sizdən başqa gələn yoxdu”.  
Bax  belə,  sevimli  oxucum!  İlk  “Oskar”lı  azər-
baycanlının  –  Rüstəm  İbrahimbəyovun  qədim  türk-
lərdən bəhs edən filminə üç milyonluq türk şəhərində 
bircə bekar adam gəlmişdi...  
Bekar(a) günü beləcə başa vurub üzüaşağı küçə-
nin qaranlığına doğru getdim... 
 
3 dekabr 2009 
 
 
 
 
 
 
 
 


 
54 
 
Qara çörəyin ağ üzü 
 
Nə  qədər  haqlı  olmasına  baxmayaraq,  səmimi 
deyilməyən  sözü  qəbul  etməməyim,  yəqin  ki,  şərqli 
emosionallığımdan  gəlir.  Sevgisiz,  hətta  nifrətlə  de-
yilən haqlı sözü qəbul edənlər də var. Mən belələrin-
dən deyiləm. Mənə təsir etmək üçün haqlı söz demək 
azdır, o, həm də səmimi olmalıdır. Sözün həm HAQ-
LIsını,  həm  də  SƏMİMİsini  deyin,  nə  qədər  acı  və 
ağır olsa belə, qəbul edəcəm. Əmin olun! 
 
Ötən  həftə  Avropa  Parlamentində  qəbul  olunan 
“Azərbaycanda ifadə azadlığı haqqında” qətnaməni bu 
cür  qərarlara  qarşı  çoxdan  peyvənd  olunmuş  cəmiy-
yətimizin  bir  üzvü  kimi  “gözümün  ucu”  ilə  oxuya-
caqdım.  Çoxsaylı  beynəlxalq  təşkilatların  və  ya  belə 
qurumların  təmsilçilərinin  Azərbaycanda  insan  hü-
quqları, söz azadlığı, korrupsiya və sair haqda bəyanat-
ları daha tükümü də tərpətmir (çoxu səmimi olmaması 
səbəbindən); o qədər kəsərsizdilər ki, o boyda yolu gə-
lib mənə çatanda heç kəpənək qanadlarının mehini ya-
ratmağa belə heyi qalmır. Amma bu dəfə belə olmadı...
 
 
*** 
 
Polşa  Seyminin  üzvü,  senator  Zbiqnev  Roma-
şevski Şərqi Avropa Demokratiya İnstitunun (İDEE) 
təşkil  elədiyi  konfransdan  sonra  iştirakçılardan  bir 
qrupunu evinə dəvət edən axşamı küçə lampaları qar 
dənələrini yaydan çıxan ox kimi Varşavanın qaranlı-
ğına sancırdı. Əliboş getməmək üçün səfər torbasın-


 
55 
dan “Gəncə” konyakını bəxtəvər təbəssümlə çıxaran-
da  onun  neçə  gündü  açılmamasına  təəccübləndiyim 
qədər də sevinirdim. Bir hoteldə qaldığımızdan eyni 
vaxtda  çıxıb  senatorun  mənzilinə  birlikdə  getdik. 
Alaqaranlıq  otağın  küncündəki  neçə  əsrdənsə  qalma 
kamodun  üstündə  mənim  “Gəncə”mlə  yanaşı  sırala-
nan çex “Becherovka”sı, gürcü “Xvançkara”sı, Bela-
rus  vodkası,  qırğız  “Kırqızıstan”ı  ...  və  bir  buxanka 
qara çovdar çörəyi natürmortu xatırladırdı.
 
Maraqlı  söhbətlər,  siyasi  lətifələr,  müdrikanə 
sağlıqlar  bir-birini  əvəz  edirdi.  Kimi  Mordva  həbs 
düşərgəsində  qoşduqları  siyasi  lətifəni  danışır,  kimi 
Çili kommunistlərinin lideri Luis Korvalanla dəyişdi-
rilərək SSRİ-nin vərəm qoxulu qaranlıq məhbəs kün-
cündən  azad  dünyanın  qoynuna  atılan  dissident 
Vladimir Bukovskiyə bəxtəvərlik verdiyi günləri xa-
tırlayırdı.  Başqa  birisi  də  kommunist  ölkələrinə  ge-
dən qatarların açıq pəncərəsindən içəriyə siyasi ədə-
biyyat tullamasından xüsusi ləzzətlə söz açırdı. 
 
Bütün söhbətlər fırlanıb arılar kimi bir pətəyə yı-
ğışırdı – ana mövzu kommunizmin xalqlara vurduğu 
yaralar və kimin yarasının daha dərin olması idi. Bu 
xüsusda hərənin öz versiyası vardı. Həmin vaxt Bela-
rusun künc-bucağını təzəcə gəzib gəlmişdim. “Zerka-
lo” və “Avropa” qəzetlərində dərc olunan “Ağ Rusi-
yanın qara taleyi” adlı məqaləmin istisi hələ soyuma-
mışdı.  Odur  ki,  əminliklə  kommunizmdən  ən  çox 
zərər çəkənin Belarus xalqı olduğunu deyib bu ölkə-
də yaşlılardan, vətənpərvər ziyalılardan eşitdiyim tü-
kürpədən hadisələrdən söz açırdım. 
 


 
56 
O,  elə  bu  vaxt,  əlində  matah  Argentina  şərabı, 
pay  gətirdiyi  qara  çovdar  çörəyinin  rəngində  olan 
küncdən çıxıb mənə yaxınlaşdı. Yalnız çənədə saxla-
dığı, üzündəki Avropa aristokratlığını daha da artıran 
qısa  ağ  saqqalına  tumar  çəkib,  mehriban  səslə  dedi: 
“Ay mənim bakılı dostum, hamımız kommunizmdən 
ağır yaralarla çıxmışıq. Məgər siz azərbaycanlılar qə-
dər dərin yaraları olan varmı?” 
 
Sözünün eşidənlərin marağına səbəb olduğunu gö-
rüb  davam  elədi:  “Amma  bu  yaraları  sağaltmaq  üçün 
ən  yaxşı  şans  da  elə  sizdədi.  Bu  şansdan  yararlanmaq 
bacarığınızı göstərməyə imkanınız hamıdan çoxdu”. 
 
Sonra pianonun arxasına keçib özünün yeni bəs-
tələdiyi  musiqiylə  gecə  qaranlığını  not-not  işıqlatdı, 
parlaq çöhrəsindən hər yana nur çilədi. Piano dilləri-
nin  çıxardığı  səsin  məlhəm  kimi  axıb  ürəkdə  qana 
qarışdığını  həm  görür,  həm  də  eşidirdim.  Hamı  iki 
dünya arasındakı qəribə mühitə düşmüşdü. 
 
...Avropanın  nüfuzlu  idealist  demokratı,  məşhur 
“Sayudis”  hərəkatının  qurucularından  biri,  Litvanın 
keçmiş prezidenti, Avropa Parlamentinin 77 yaşlı üzvü 
Vitautas Landsbergis ötən həftə Avropa Parlamentində 
qəbul  olunan  “Azərbaycanda  ifadə  azadlığı  haqqında” 
qətnamə ilə bağlı ehtiyatla, dostyana bu  sözləri deyib: 
“Qısa müddət ərzində Azərbaycanda vəziyyətin pisləş-
məsini göstərən xeyli hadisə baş verib və bu, Azərbay-
canın  Avropa  Birliyində  formalaşan  yaxşı  imicinə  zi-
yan  vurur.  Biz  Azərbaycanı  daimi  inkişaf  prosesində 
görmək istərdik. Çox istərdik ki, Azərbaycan bütün mə-
sələlərdə, o cümlədən, media azadlığı sahəsində Avro-


Yüklə 4,45 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə